Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   64   65   66   67   68   69   70   71   ...   86

226 
 
Mən dini kitabların hamısını oxumuşam, yeni nə isə axtarıb tapa 
bilməmişəm.  Kimlərsə  onları  böyüdür,  filan  eləyirsə,  açıq  deyim, 
Asif  Atanın  bir  fəlsəfi  fikri  onların  o  toplam  kitablarından  daha 
irəlidir,  anlayan  üçün,  dərk  eləyən  üçün  təbii  ki.  O  deyimlərin  də 
anlamlarını  cəmiyyətə  açmaq  Ocağın  borcudur.  Çünki  hər  adama 
böyük fəlsəfi fikirləri çatdırmaq çətindir. 
Bu  gün  çox  məmnun  oldum.  Sevindim  ki,  millətin  içində, 
gələcəyə bir ümid yaranıb. Sizə də uğurlu yollar arzu edirəm. Biz də 
əlimizdən gələni edərik. 
 
 
Ayaz Şıxalıoğlu bir neçə şeirini dedi. 
 
Elçin  Həsənov: Mənə  görə  bu  ölkədə  insanlar  həyata  gələndən 
sonra, özünü dərk eləyəndən sonra ən azı iki qrupa bölünürlər. Biri 
var ədalətsizlikdən, zorakılıqdan, baş verənlərə qarşı mübarizə aparıb 
Asif  Ata  kimi  öz  ideyalarını  ortaya  qoyan,  bir  də  sərt  həyatın 
qarşısında sınıb, onların dediklərini eləyib və qula çevrilib, ətrafdakı 
insanlarda da xof yaradır ki, heç nə dəyişməyəcək, “dünya belə gəlib 
belə  də  gedəcək”.  Bununla  mübarizə  edən  adamları  da  ruhdan 
salanlardır. Mən özümü dərk eləyəndən sonra, Azərbaycan vətəndaşı 
olaraq,  onun  ərazi  bütövlüyü  uğrunda  döyüşlərdə  iştirak  elədim. 
Vətən uğrunda nə bacarmışamsa eləməyə çalışdım. Mən istədim ki, 
bu  mübarizəmiz  nəticəsində  bir  ədalətli  cəmiyyət  yaransın. 


227 
 
O, divardakı carlarda, baxıram, yazılıb: "Xalqın güvənc yeri – Atanın 
İnam  Evi".  Mən  onu  dövlətlə  bağlı  deyim  ki,  bugünkü  müstəqilli-
yimiz  xalqın  güvənc  yeri  olmadı.  24  ildə  iyrəndirdilər.  Mən  Asif 
Atanın özünü görməmişəm, amma onun Ocaqçıları ilə tanış olandan 
sonra  axtardığım  həqiqəti  burda  tapdım.  Düzdür,  azdır  insanlar. 
Amma mən burda tapdım. Bir neçə ildir ki, artıq gəlirəm bura. Bəli, 
mən  də  bilirəm,  xəbərim  var  və  dəstəkləyirəm  İnam  Evini.  Ora 
insanların  gəlməsi  gərəkdir.  Televiziyalar,  mətbuat  bizə  ancaq  pis 
şeylər  aşılayır.  Dünyanın  düzəlməyəcəyini  deyirlər.  Mən  indi  onun 
dərinliyinə getmək istəmirəm.  Bu  gün insanlar  – gənclər, hətta orta 
yaşlı insanlar var ki, qalıblar yolun ortasında. Hara gedəcəklərini də 
bilmirlər. Gəlib Asif Ata Ocağından, İnam Evindən çox şey öyrənə 
bilərlər. Mənim boynuma nə düşürsə eləməyə çalışıram. 
İnamlı  Atalı:  Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 
Ataya İnam Ataya ali səcdəylə! 
Bizim  sayımız  azdır,  ancaq  dünyabaxış  məsələsi  az  saylarla 
yayılıb. Bütün dünyabaxışların hamısını barmağın sayı qədər insanlar 
yaradıb. 
Mən  səhv  etmirəmsə,  ilk  dəfədir  “İnam  Evi  Günü”  mərasimində 
iştirak  edirəm.  Əslində  “İnam  Evi  Günü”  xalq  yaratma  hadisəsidir. 
Təbii  ki,  “İnam  Evi  Günü”  keçirilən  məkan  fərqli  ola  bilər.  Biz 
İnamın  yaranışını  bayram  eləyirik,  İnamın  özünü  bayram  eləyirik. 
Bunun alternativi yoxdur. Məscid İnam Evinə bərabər deyil. Ondan 


228 
 
çox  aşağıdır.  Məscid  köləlikdir.  Bizim  İnamımız  idraka,  biliyə, 
müdrik fikrə söykənən bir hadisədir. Əminəm ki, yüz iləmi, iki yüz 
iləmi,  bəşəriyyət,  bu  gün  necə  ki,  Avropa  erasıyla  gedir,  Ata-Ocaq 
ilsırası  ilə  yaşayacaq.  Çünki  bəşəriyyətin  bundan  qaçmağa  yeri 
yoxdur... 
Burda  bir  mövzu  qoymuşuq.  "Türk  kimliyinin  bütövləşməsində 
İnam Evinin rolu". 
Türkçülük  adına  nə  varsa  islam  ona  qarşıdır.  Ona  görə  İnama 
dayanıb  Türkçülüyün  mənası  millətə  aşılanmalıdır.  Azərbaycanın 
etnik  kimliyi  türkçülükdür,  müsəlmançılıq  deyil.  Türkün  bu  boyda 
ruhaniyyatı  yaranıb,  onun  yenidən  xurafatlaşması  ayıbdır.  Ata  da 
vurğulayır ki, türk yaratdığı ruhaniyyatla Şərqin, bütövlükdə dünya-
nın mərkəzi olmalıdır. Böyük dəyərlər onun Qədimliyində də var. Bu 
gün  də  Atanın  yaratdığı  bir  sistem  var.  Soylu  Atalı  məktəblərdə 
keçirdiyi görüşlərdə deyir bu sistemi. İnsan hər dəfə bunu eşitdikcə 
bu  xalq  gözündə  ucalır.  Düzdür  mən  ruhaniyyat  tarixini  oxumamı-
şam,  amma  inanmıram  ki,  bizim  qədər  dünyaya  ruhani  şəxsiyyətlər 
verən  ikinci  bir  xalq  olsun.  Bu  əsas  verir  ki,  xalqda  milli-mənəvi-
ruhani  birlik  olsun-  Mütləqə  İnam  əsasında.  Türk  ruhu  xurafatsız, 
cəfəngiyyatsızdır.  Türk  öz  ruhunu  təsdiq  eləməlidir.  Mütləqə  İnam 
türkün ruhundan yaranıb. Çünki türk Mütləqə İnama qədər də tanrıçı 
olub,  təbiətçi  olub,  mahiyyətə  meyilli  olub.  Xaraktercə  möhtəşəm 
olub. Zamanüstü olub. Türkçülük öz mahiyyətindən ayrıldı, ərəbçilik 
mahiyyətinə  üz  tutdu.  Bu  da  onun  cılızlaşmasına  səbəb  oldu.  Türk 
dünyası ruhani intibahın ideyaları əsasında qurulmalıdır. 
İslam  xalqın  sadə  təbəqəsinin,  yəni  elmdən  uzaq  təbəqəsinin 
yersiz  inadı ilə  yaşayan  dünyabaxışdır.  Bu  mənasız  inadda türk  var 
ola bilməz. Mütləqə Inam bu inadı qırmalıdır. İnam Evi buna qulluq 
edir. Atamız Var olsun! 
Bu arada İlqar Türkoğlu da öz yeni şerini oxudu. 
 
 


229 
 
 
TÜRKÜMÜN 
 
Zaman-zaman Ocağıma gəldilər, 
Mələk kimi üzümüzə güldülər, 
Ara vurub,məzhəblərə böldülər, 
Yağmalandı torpaqları türkümün. 
 
Qorqudumdan igidləri adaldı, 
Tanrısına, İNAMINA ucaldı, 
Bölgələrə bölündükcə azaldı 
Yaxınları, uzaqları türkümün. 
 
Türküstanın savaşına çatmadı, 
Qaqauza,çuvaşına çatmadı, 
Qardaşı da qardaşına çatmadı, 
Niyə gəlmir soraqları türkümün? 
 
Xilaskarı- AtaTürküsatdılar, 
Eylədilər xata, türkü satdılar, 
Düşmənimə, yada türkü satdılar, 
Soraqladı iraqları türkümü. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə