Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   67   68   69   70   71   72   73   74   ...   86

238 
 
başa  mənəviyyatsızlıq.  Varidatçılıq,  pulçuluq  bərabərdir  ləyaqətsiz-
lik. İnsan yoxdur, insana qiymət yoxdur. İnsana inam yoxdur. İnsana 
münasibət  yoxdur.  Kapitalizmin  yaratdığı  dövlət  görün  nəyə  qulluq 
eləyir? Dövlət min illər öncə yaxşı bir hadisə kimi düşünülüb. Amma 
çox  təəssüf  ki,  dövlət  özünün  mahiyyətinə  yetməyib.  Dövlət  öz 
görəvini  həyata  keçirməyib.  Dövlət,  Asif  Atanın  dediyi  kimi,  azad 
fərdlərdən  xalq  yaratmalı  idi.  Xalqı  dünyada  təmsil  eləməli  idi  – 
Xalqın  mənəviyyatını,  ləyaqətini,  dəyərlərini,  böyüklüyünü.  Ancaq 
dövlətin  bir  əli  nizamlayır,  bir  əli  terror  törədir,  cinayət  törədir. 
Qırğınlar,  qətllər,  fəlakətlər  yağdırır.  Bir  əliylə  budur,  bir  əli  ilə  də 
odur.  Ona  görə  dövlət  özü  özünə  zidd  yaşayır.  Özü  özünə  zidd 
fəaliyyət göstərir. 
Hiylə üzərində qurulan dövlətin istiqlalına inanmıram.  Amerika-
nın  istiqlalına  inanmıram.  Sabah  Amerika  olmayacaq.  Yaxud 
bapbalaca bir şey qalacaq. Özləri də bilir bunu ki, heç bir imperiya 
axıra qədər deyil. Amma çağında imperiya azğın olur, azğınlığa qarşı 
hamı ağız suyu axıdır. O gücə ağız suyu tökür. Üstündən 200 il, 500 
il keçəndən sonra sənin varislərin, nəvələrin-nəticələrin durub həmin 
imperiyanı söyür, onun tarixini araşdırır və deyir ki, eybəcərlik elə-
yib, qırğınlar törədib, qarətlər edib. Amma çağında ağız suyu axıdır-
san. Sənin nəvələrin səndən nə ibrət öyrənəcək? Tarixi səhifələdikcə 
nə öyrənəcək səndən? Sən imperialistlərə ağız suyu axıtmısan, qan-
qada  törədənlərə  tamah  salmısan,  haqq  vermisən  ona.  “Belə 
olmalıdır,  ayrı  yol  yoxdur”  demisən.  Çıxış  yolu  elə  budur  –  “baca-
rana baş qurban”, çünki güclüdür, qalibdir. Bunu demisən. Ona görə 
səndən  heç  nə  qalmayacaq  sabaha.  Heç  nə  saxlamırsan  özündən 
sabaha. Özün də fikirləş, gör ömründən nə qalır?! Asif Ata dedi ki, 
fiziki  ömür  çox  qısadır.  İndi  gəlin  bu  qısa  ömrü  əbədi  işlərə  həsr 
edək. Gəlin özümüzdən yüksəyə qalxaq. Onu dedi və axıra qədər də 
onun harayını çəkdi. Nə qədər addımladısa da, bu yolda, hər addımda 
ayağına daş dəydi. Hər addımında ayağına daş dəydi. Hər addımıyla 
da  o  daşı  adladı.  Yıxılmadı,  dayanmadı...  Kapitalizm  çox  murdar 
şeydir.  Kapitalizmin  nəzəri  ideologiyası  olan  demokratiya  çox 
murdar şeydir. Mən ciddi öyrənmişəm bunları, havadan danışmıram. 
Mən  demokratiyayla  bağlı  ciddi  düşünmüşəm.  Onunla  bağlı  çox 


239 
 
şeylər oxumuşam, araşdırmışam, görüm bu ideologiyanın canında nə 
var.  Heç  bir  şeyi  biz  boşuna  inkar  eləmirik.  Öyrənməmiş  inkar 
eləmirik. 
Ona görə dövlət məsələsi özünü doğrultmayıb. Ona görə Asif Ata 
deyir  ki,  Ruhani  Dövlət  yaranmalıdır.  Bəşəriyyətin,  xalqların  bir-
birinə  münasibəti  yalnız  irtica  xarakteri  daşıyıb.  Yalnız  dağıdıcı 
mövqe  sərgiləyib.  Yalnız  fəsadlara  qurşanıb  münasibət.  Ayrı  şeyə 
yox. Ona görə də bəşərilik deyəndə mən Asif Atanı görürəm. Onun 
ideyalarını görürəm. Ayrı-ayrı, Asif Atanın prinsiplərinə doğma olan
tarixdə  qalmış  dühaları  görürəm.  Onlar  barmaq  saydadır.  Baxma-
yaraq ki, bu gün onlar bəşəriyyətin yönünü dəyişməyə qadir deyillər. 
Ancaq  onlar  bəşəriyyətin  yönünə  qulluq  edirlər.  Ləyaqətinə  qulluq 
eləyirlər,  amma  bütövlükdə  yönünü  dəyişməyə  qadir  deyillər. 
Bütövlükdə  yönünü  dəyişməyə  ayrı  şey  lazımdır.  Ayrı  şey  Dindir, 
Ruhaniyyatdır.  Din  də  ki,  altını  üstnə  çevirir,  üstünü  də  altına.  Din 
dünyanı  faktiki  yoxluqla  sonrakı  yoxluq  arasında  görür.  Faktiki 
yoxluq nədir? Sıfır. Yəni Yoxdur. Bir az “insaflı” tərpənir din, sıfır 
demir dünyaya, fani deyir. Fani isə sıfırdan sonrakı yoxluq deməkdir. 
Dinə  nə  bel  bağlayasan  ki,  dünyanı  faktiki  yoxluqla  sonrakı 
yoxluğun  arasında  görür.  Ondan  o  tərəfi  görmür.  Dünyanın  əzəli, 
əbədi, kamil, sonsuz mahiyyətini görmür, dərk eləmir. Məhrum olur-
san  ondan.  Ağlını  möhürləyir  ki,  onun  haqqında  düşünməyəsən. 
Onun haqqında düşünən kimi, dünyanı dərk eləyən kimi, deyir küfr 
işlədirsən, allahın işinə qarışırsan. Görürsünüzmü, dinlə siyasət necə 
doğmadır.  Bir-birinə  keçid  edirlər,  bu  ona  keçir,  o  buna  keçir. 
Sonucda  ikisinin  də  yönü  insana  qarşı  olur.  Din  istəməyərəkdən, 
siyasət  istəyərəkdən.  Din  istəmədi  insanı  məhv  eləsin,  istədi  insanı 
xilas  eləsin.  Amma  xilas  eləmək  üçün  min  dənə  yalan  uydurdu. 
Yalanla  insanı  xilas  eləmək  olmaz.  Siyasət  insanı  əymək  üçün  min 
dənə  yalan  uydurur,  din  insanı  xilas  eləmək  üçün  min  dənə  yalan 
uydurur. Çox az fərq var aralarında. Milləti ləğv eləyir, – bir tərəfdən 
siyasət, bir tərəfdən də din. Bizi ümmətçiliyə bağlayıb. Bizə ümmət 
dedi, qoymadı millət olaq. İndinin özündə də millət olmaq istəyirik, 
yenə də cəhalətin dırnağından çıxa bilmirsən ki, milli kimliyini dərk 
eləyəsən, bir milli dəyərlərini tanıyasan. Bütün dəyərlərinin hamısını 


240 
 
ayaqlarının  altına  alıb...  İki  aydır  çıxa  bilmirsiniz  “Aşura”nın  için-
dən,  Məhərrəmliyin  oyunundan.  Min  il  bundan  öncəyə  yas 
saxlayırlar.  Min  il  bundan  öncəyə  göz  yaşı  tökənin  sabahına  necə 
inana bilərsən sən? 
Dinin ümmətçiliyi çox böyük fəlakət verdi bizə. Bu gün də hələ 
öz  toplumumuzun  içərisində  türk  sözü,  türk  adı  çəkəndə  çomaq 
qaldırırlar  üstümüzə.  Türk  pis  şeydir,  biz  müsəlmanıq,  türk-zad  da 
deyilik deyirlər. 
Bəşəriyyətin  idarəsi  insanlaşan  insanların,  İnsanlaşmanın  ixtiya-
rına keçməlidir. Nə vaxt keçəcək, – biz bilmirik. Biz ömrümüzü ona 
həsr edirik. Neçə illər bu gedəcək? Biz bilmirik. Min ilmi gedəcək? – 
Qoy min il getsin. Əlimizə qılınc alıb heç kimin başını kəsməyəcəyik 
ki,  tez  elə,  tələs,  mən  görüm  ki,  dediyimi  eşitdin.  Tələsdirəndə 
mənim  dediyimi  sənin  qulağın  eşidər,  ürəyin  eşitməz.  Mənə  gərək 
deyil  sənin  qulağın,  ürəyin  gərəkdir,  ürəyinin  ixtiyarını  verməlisən 
ki, ondan gözəlliklər hasil olsun. 
Baxın,  mənim  əzizlərim,  bu  gün  biz  adını  bəşərilik  qoyuruq 
bayramın, mən bu bəşərilik bayramında çox ehtiraslı danışıram, çox 
kəskin  danışıram,  çünki  ağrımız  böyükdür.  Bayramımızın  özünün 
ləyaqətiylə,  sevinciylə,  fərəhiylə  bir  yerdə  ağrımız  böyükdür. 
Bəs nəyi bayram eləyirik biz? – Biz insan qəlbinin gözəlliklərini kəşf 
eləyib onu bayram edirik. Harda kəşf edirik? Özümüzdə, öz yaxını-
mızda, səndə. Gözəlliyi tanıyırıq, fəzilətləri tanıyırıq. Aşkarlayırıq və 
deyirik ki, dünya bu fəzilətlərlə gözəl olacaq. Aparma qəbrə özünlə. 
Yalvarırıq, haray salırıq. Amandır, aparma qəbrə içindəki fəzilətləri, 
gözəllikləri.  Aşkarla  ver  bəşəriyyətə,  ver  xalqa,  ver  ölməzliyin 
ixtiyarına, ver əbədiliyin ixtiyarına. 
Bizə zorla müsəlmanlığı yeridənlər bizim boynumuza qılınc sürt-
dü,  onun  böyükləri  bizim  başımızı  kəsmək  öyrətdi  öz  səhabələrinə. 
Asif  Ata  bizə  yalvarmaq  öyrədir.  Yalvar  ki,  insanlığı  üzə  çıxartsın 
deyir. Onu öldürmə, onu hədələmə deyir. Onun ürəyindən öp deyir. 
Qoy ürəyi sağalsın. 
Asif  Ata  bilirsiniz  ki,  sovet  quruluşunun  içində  başladı  bu  fikri, 
düşüncəni. Sovet quruluşu Asif Atanın sözünü, səsni, çağırışını arın-
arxayın,  ayağını  ayağının  üstünə  aşırıb  dinləmədi.  Ona  zərbələr 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə