Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   59   60   61   62   63   64   65   66   ...   86

210 
 
Türk islamı yaratmaq cəfəngiyyatdır, mümkün deyil. Bunu dərindən 
anlamaq  lazımdır.  Bu  dünyabaxışın  prinsipləri  sənin  türk  ruhuna 
uyğun  deyil.  Türk  kimliyinə  uyğun  deyil.  Sən  ondan  necə  türk 
yaradacaqsan.  Sonra,  bir  daha  vurğu  edirəm,  baxın  9-cu  yüzilə,  X 
yüzilə,  XI,  XIV  və  s.  Görün  onun  yönünü  dəyişmək  istəyən,  yəni 
müəyyən mənada loyallaşdırmaq, insani səviyyəyə gətirib çıxartmaq 
istəyən, müqəddəs¬ləşdirməyə çalışan insanları neylədilər? Hamısını 
edam elədilər, dərisini soydular, dara çəkdilər, daş-qalaq elədilər və 
s.  Mənsur  Həllacdan  mən  danışıram.  Mən  sufilərin  başqalarından 
danışıram.  Bunların  hamısını  edam  elədilər,  məhv  elədilər.  Onlar 
çalışırdılar ki, insana yarar bir şey ortaya çıxartsınlar. Cəhaləti, heç 
olmazsa,  müəyyən  mənada  səngitsinlər,  qarşısını  alsınlar.  Mümkün 
olmadı,  çünki  təməl  prinsipə  dəymirdilər  onlar.  Məsələni  üzdən 
dəyişirdilər. Ona görə Asif Ata deyir ki, təməl prinsiplər dəyişilməli-
dir.  Mütləq  yeni,  yalansız  İnam  yaranmalıdır...  Avropada  xristian-
lığın yaratdığı cəhalət, Şərqdə islamın yaratdığı cəhalətdən az deyil. 
Renessans  dövründə  elm  kükrədi,  ayağa  durdu,  inqilab  elədi.  Elm 
inqilab elədi, amma həyat düzəlmədi. Çünki ruhaniyyatsız bəşəriyyət 
yaşaya  bilməz.  Ancaq  gərək  ruhaniyyatda  yalan  olmasın.  Gərək 
ruhaniyyatda  insançılıq  əsas,  ana  xəttə  çevrilsin.  Asif  Ata  da  ona 
görə  İnsanlaşma  çağırışını  gündəliyə  gətirdi.  Onun  çağırışı  odur, 
(divardakı carı göstərir - G.A.) "İnsanlaşın, İnsanlaşdırın!". Nə qədər 
ki, insana inam yoxdur, nə qədər ki, insanın ali, uca mahiyyəti dərk 
olunmur, nə qədər istəyirsən və nə istəyirsən de. Göylərin işığını nə 
qədər  istəyirsən  sev.  Göylərin  işığını  sevirsən,  göyün  özü  üçün.  O 
işıq yerə düşmür. Yerə gərək olmur. Yerin qaranlığı yarılmır, amma 
göylər  müqəddəsləşdirilir.  Bax,  ona  görə  Asif  Ata  o  işığı  yerin 
özündə axtarır və deyir ki, yer özündən işıqlanmalıdır. Bir az obrazlı 
desək, yerlə göyün vəhdəti yaranmalıdır... 
İnsan  sevgisində  yaşayar,  ülvi  təbəssümündə  yaşayar,  birinin 
əlindən tutmasında yaşayar, birinə qayğı göstərməsində yaşayar və s. 
və i.a. Bunu içiylə, ürəyiylə eləməsində yaşayar. 
Dünyada ruhaniyyat adına yaranan hadisələrin özü də insanların bir-
birinə münasibətini izah edib: belə olmalıdır, yaxşı olmalıdır. Amma 
bu  gün  minlərlə  insan  namaz  qılır,  yanında  durana isə  üstdən-aşağı 


211 
 
baxır.  Onun  içində  hansı  ağrı-acı  var,  bilmir,  heç  maraqlanmır  da. 
Soruşuram  ki,  niyə  namaz  qılırsan?  Deyir  cənnətimi  bulmaq  üçün. 
Bu insandan nə gözləyirsən? Bəs cənnət nədir? Cənnət güya əbədilik 
deməkdir. Cənnət əbədilik deyil. Cənnətdən əbədilik olmaz. Cənnət 
nemətlərdən ibarətdir. Almadan, heyvadan, nardan, armuddan ibarət-
dir. Onlar əbədilik deyil, maddi əbədilik olmur. İnsanı aldadırlar ki, 
cənnətdə  sən  əbədilik  tapacaqsan.  Orda  əzab  yoxdur,  orda  zəhmət 
yoxdur, orda soyuq yoxdur, orda isti yoxdur. Ancaq kef var. İnsanı 
hara çağırırsan? Belə əbədilikmi olar?! Belə əbədiliyə xəyanət olar. 
Əbədilik  insanın  öz  içində  azadlığını  tapmasıdır.  İnsanın  insana 
inanmasıdır,  insanın  insanı  sevməsidir.  İnsanın  həyatı  dərk  eləmə-
sidir.  İnsanın  millətə  qovuşmasıdır,  millətini  yaratmasıdır.  Millət 
sənin əbədiliyindir. yaxşı-yaman nəyin var, millətdədir. Sən ölürsən, 
millət  qalır  və  hər  şeyin  də  onda  qalır.  Əbədiliyin  odur,  ölməzliyin 
odur. Fərd ölür, millət ölmür. Fərdin ölməzliyi millətdə özünü tapır. 
Asif  Atanın  xətti  –  insançılıq,  millətçilik,  şərqçilik,  bəşərilikdir. 
Millətçiliyi bu gün damğalayırlar. Gözdən salırlar. Millətçiliyə başqa 
don  geydirirlər.  Başqa  məna  verirlər.  Amma  millətçilik  millətin 
varlığını  saxlamaqdır.  Millətin  varlığını  saxlamaq  üçün  də  dəyərlə-
rini  yaratmaq,  yaşatmaq  gərəkdir.  Millətin  dəyərlərini  yaradırsan, 
onu  yaşadırsan,  inkişaf  etdirirsən,  daim  sənin  millətin  tərəqqidə  öz 
yerini  tapır.  Millətçilik  başqa  millətlərin  basıb  gözünü  çıxarmaq 
deyil.  Biz  bunu  dönə-dönə  demişik.  Başqa toplumun  mədəniyyətini 
inkar eləmək deyil. Başqa toplumların yerini sıxışdırmaq deyil. 
Ona görə Asif Ata bu işi başladı və dedi: Yeni İnam lazımdır, bu 
inamda yalan olmamalıdır.  Bu inamda elm, idrak birləşməlidir. Sö-
zün  əsil  mənasında  insan üçün  həyatın  gözəlliklərini  göstərən,  dərk 
elədən işığa çevrilməlidir. Bunun üçün də dedi ki, varlığa münasibət 
yaratmalıyıq. Çoxları düşünürdü ki, Asif Ata da milli din yaratmaq 
istəyir.  Elə  deyil!  Asif  Atanın  yaratdığı  Mütləqə  İnam  bəşəridir. 
Onun milli prinsipiləri onun içində var, bu ayrı. Asif Atanın yaratdığı 
bəşəridir. "Dünyanın Mənası Dünyadan artıqdır". Məgər təkcə türkə 
aiddir  bu  söz?!  Dünya  özünün  əzəli,  əbədi,  sonsuz,  kamil  mənasın-
dan yaranıb. Yaxud insan əzəli, əbədi, sonsuz, kamil İnsanlıq mahiy-
yətindən  yaranıb.  Bu  təkcə  türkə  aid  deyil.  Bu  həqiqətin  özülündə 


212 
 
türkün  özünəməxsusluqları  öz  əksini  tapır.  Eləcə  də  bu  həqiqətin 
içində  rus  xalqının  özəllikləri  öz  əksini  tapır.  Fransız  xalqının 
özəllikləri  öz  əkisni  tapır.  Heç  kimin  milli,  etnik  kimliyi  inkar 
olunmur, danılmır. Amma bizim milli etnik kimliyimiz inkar olundu. 
Bir  vaxtlar  Qərbdən  xristianlığı  verdilər,  milli  etnik  kimliyimizi 
dandılar  (bu  gün  də  xristian  türklər  var).  İslam  gəldi,  ərəbçiliyi 
yeritdilər, etnik kimliyimizə müdaxilə elədilər. Dilimizi, şüurumuzu 
dəyişdilər. Adımız, atamızın adı, soyadımız hamısı dəyişdi. Ona görə 
din bəşəri deyil. Bəşəri olan başqa xalqları vurub sıradan çıxartmır. 
Onu kor qoymur. Onun özəlliklərini ləğv eləmir, məhv eləmir. Bəşər 
elə  bir  çəməndir  ki,  o  çəməndə  hər  bir  gülün  öz  ətri  olur.  Hər  bir 
gülün  öz  ətrinin  bilinməsi,  duyulması  üçün  ortaya  gələn  böyük  bir 
dünyabaxışdır Mütləqə  İnam. Ona görə də Asif Atanın dünyabaxışı 
bəşəridir,  amma  bir  millətdən  başlayır.  Biz  bir  kitab  hazırlamışıq. 
Kimə  verməmişiksə  sonda  bağışlayacağıq.  "Türkdən  başlayan  Yeni 
Bəşər  İnamı".  Bu,  türkdən  başlayır.  Bəli,  biz  türkçüyük.  Bunu  açıq 
şəkildə  də  deyirik.  Türkçülüyümüzü  də  heç  bir  xalqa  qarşı  qoymu-
ruq. Biz deyirik ki,  İnam türkdən başlayır. Asif Ata Bəşəri olsa da, 
bir millətə məxsusdur. Onun İnamı mücərrəd havadan başlamır. Bu 
gün də biz Asif Atanın yaratdığı Mütləq İnam dünyabaxışının Evinə 
toplanmışıq.  Bu  ünvanda  hər  birimiz  Asif  Atanın  məktəbindən 
bəhrələnirik.  Asif  Ata  böyük  bir  məktəbdir,  böyük  bir  sistemdir. 
Millət sistemidir, bəşər sistemidir. Biz bunu gücümüz çatdıqca sübut 
edirik,  əsaslandırırıq,  yazırıq  və  s.  Ona  görə  də  Asif Ata  böyük  bir 
məktəbdir.  Bu  məktəbin  ünvanı  da  onun  İnam  Evidir.  "İnam  Evi 
Günü”müz qutlu olsun. Sizin hər birinizi bu gün münasibətiylə həm 
qutlayıram,  həm  də  hər  birinizə  xoş  gəlmisiniz  deyirəm.  Biz  bir 
yerdə millətin içində başlayan insani bir hadisəni vurğu edirik. Asif 
Ataya  dəstək  oluruq.  Kimin  hansı  mövqeni  daşımasından  asılı 
olmayaraq, harda işləməsindən asılı olmayaraq, mən hesab eləyirəm 
ki,  hər  kəsin içində  Asif  Ataya  dəstək  havası  olmalıdır.  Çünki  Asif 
Ata bizi Millət eləmək üçün ortaya çıxıb. 
Mən sözümü bitiriəm. Təbii ki, hər kəsi dinləyəcəyik. 
Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 
Atamız Var olsun! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə