197
tanımayanlar, eşidənlər belə, onun doğrudan da, yaxşı bir insan
olduğunu deyir. Bir dəfə biz kəndin içindən keçirdik. Bir topa adam
durmuşdu. Biz salam verib keçdik. Qızımız Nurtəkin də bizlə idi. Elə
bir az aralaşandan sonra orda adamların içindən kimsə dedi ki, o
kişinin üzü necə gözəldi. Onun içinin halı üzündə görünür.
Bir də o çağlar Ata bizə gəlmişdi. Həyətdə oturmuşdu. Ata görüş
keçirmək üçün hazırlaşırdı. Anam evindən bizə gəlib keçəndə Ata
oturduğu yerin qarşısından keçirmiş. Dönüb Atanın üzünə baxanda o
dərəcədə həyacanlanmışdı ki, yazıq anam özünü çəpərə sürtə-sürtə
keçib gəlib. Gəldik evə. Bizə dedi ki, siz o kişini tanımırsınız. O kişi
allahdır. Anam onun heç bir söhbətinə qulaq asmamışdı. Sadəcə
onun üzündəki halı görmüşdü...
Mən Ata səviyyəsində yox, Günevin özü səviyyəsində onu
qeyri-adi bir insan bilirəm. Mən bəzən onun xətrinə dəyəndə çox
əzab çəkirəm, suç kimdə olur olsun. Sonra da üzr istəyirəm ondan.
Günev çox əzablar çəkib. Ancaq bu əzablar heç vaxt onu sıxmayıb.
Əzab çəkdikcə böyüyübdür. 25 illik Ata Evladı, Ocaqçı olmağı
münasibətiylə təbrik edirəm onu.
İnamlı Atalı: Günev qardaşımı həmişə təmkinli, gülərüz
görmüşəm. Bəzən fikirləşirəm ki, görəsən o kədərli olanda necə
olur? Bəlkə də bu ruhani fərəhdir onun üzündə görürəm. Günev
qardaşım zamanüstü yaşaya bilib. Məişət problemində ilişib
qalmayıb. Mən olsaydım, bəlkə də ilişib qalardım, addımı geri
qoyardım. Mən onda bu halı görmürəm. Düzdür, 25 il də az müddət
deyil. Mən Günev qardaşın timsalında bəzən Atanın halına doğmalıq
hiss etmişəm.
Günev qardaşım Ocaqda möhtəşəm iş başlayıb, Amal Bağında
İnam Məbədinin tikintisini aparır. Bu əməl Ocaq tarixində ilkdir.
İslamın məscidi varsa, xristianın kilsəsi varsa, yəhudinin sinoqoqu
varsa, Mütləqçinin də İnam Məbədi var, – Günev Atalının fədakar
əməlinin nəticəsində. İnam Məbədinin tikilməsi vətənimizdə
Ərəbçiliyə qarşı dirəniş məsələsidir. Təbrik edirəm Günev qardaşı,
Ocağa gəlişinin 25 ili münasibətiylə. Atamız Var olsun!
Güntay Atalı: Mən də Günev qardaşımızı təbrik edirəm. O öz
ömrüylə gələcəyə örnəkdir. İndiki insanlara da örnəkdir. Onun özü
198
Atagün Elində bir orduya bərabərdir. Atanın işini aparır, 25 ildir bu
ideyanın dalınca ləyaqətlə gedir, həqiqəti heç nəyə dəyişmədiyi
bizlərə örnəkdir. Təbrik edirəm qardaş ömrünü.
Ulunur Atalı: Bayaq Ocaqçılar dedilər ki, Günev əminin üzündə
işıq var, halında fərəh var. Mən də bundan fərəh alıram. Ocaq
Yükümlüsü də dedi, ona qarşı hansı münasibət sərgilənsə də,
qarşılığında sevgi bəsləyir. Bu fərqli ömürdür.
Soylu Atalı: İndi isə qardaşımız özü söz desin.
Günev Atalı: Hər birinizə minnətdaram. Sağ olun, var olsun.
Mənim Ocaqla bağlı 25 illik ömrümü yüksək qiymətləndirdiniz. Hər
birinizin dediyiniz söz mənimçün qanaddır. Ruhum ucalığa qalxdı.
Mənim həyatımda nə baş verdi? Mən adi adam idim. Bu elə belə
baş vermirdi. Adilikdən qeyri-adiliyə tapınmaq, müqəddəsliyə,
böyüklüyə, əzəmətə tapınmaq üçün insanın içində gərək nəsə olsun.
Təvazökarlıqdan qıraq olsa da, bu hər kəsə aid edilməyən sözdür.
Hər kəsin içində anadangəlmə ruhaniyyata meyil olmur, mümkün
deyil. Bir dəfə Asif Ata dedi, onda gərək əfəndiyevlərin hamısı
ruhaniyyatçı olaydı. Yəni onun övladı olmadı, qardaşı da ola bilmədi,
atası da olmamışdı. Ruhaniyyata meyil insanların içində barışmazlıq
199
olanda baş verir. Dünyayla, həyatla, mühitlə, şəraitlə barışmayanda
olur.
Soylu Atalı: İnsanın içində meyil olur, amma bacarmır. Onu kim
bacarır? Özünü ötən.
Günev Atalı: Bəli, meyil hər kəsdə ola bilər, amma onun da
dərəcəsi olur. Muğamata hamı eyni dərəcədə qulaq asa bilmir.
Qiymətləndirə bilmir. Heç kim Füzulinin Leyli Məcnununu, Nəsi-
mini o cür qiymətləndirə bimir. Hər kəs fitrətinin imkan verdiyi
dərəcədə onu anlayır. Mən də ən adi, dediyim kimi, bir kəndçi idim.
Bir fəhlə adamdım. Heç xüsusi təhsilim də yox idi. Amma içimdə
barışmazlıq əhvalı vardı. Rəzalətlə barışmamaq əhvalı vardı. Hər
hansı bir əyriliyə münasibətimdə ürəkləri təmin edəcək münasibət
göstərirdim. Bu da nəzərlərdən qaçmırdı...
Bu gün çox adam məni haqlı sayır, amma “nə işinə qalıb, neynir-
sən, sən bu dünyanı düzəldənsən” deyir.
İlk çağlar Ocaq Evladlarından biri gəlib bizim kənddə münasib
bir adam axtaranda kəndçilərdən biri deyir ki, sən Ocaq məsələsini
filankəslə danışa bilərsən. O adam gəlib məni tapdı. Bu, Bütöv adı
daşımış Cəfər idi. O mənimlə yaxşı söhbət eləyə bilmədi. Amma hiss
elədim ki, nəsə qeyri-adi şeylər danışmaq istəyir bu adam. Sonra
Özümlü adı daşımış Maliklə, sonra Haqlı adı daşımış Möhsünlə,
Cəlilabaddan, Lənkərandan gəldilər. Beyləqan rayon mərkəzində,
mehmanxanada bir otaq ayırdıq. Hətta o vaxt bir nəfər nəzarət edirdi
ki, bizi güdməsinlər. Bir nəfər də qapı tərəfdə dururdu ki, biz içəridə
sərbəst söhbət edək. Biz sərbəst söhbət elədik. Gördüm bunlar nələr
danışır. Sonra mən suallar yağdırmağa başladım. Lenin haqqında,
Nərimanov haqqında, Məhəmməd peyğəmbər haqqında. Bəşərin,
Azərbaycanın tarixində bunların nə kimi rolları olub və s. Bir-bir
aydınlıq gətirdik. Məndə vəziyyt duruldu. Sonra gəldim Atayla
görüşdük. Ata Ayının 3-də başladıq. Ata söhbət elədi, mən Atanı
dinlədim. Əvvəl elə bilirdim hər kəsə Atanı göstərməzlər. Bu
möhtəşəm şəxsiyyəti. Yəqin O, hardasa sirli-sehrli məkanda gizlənib.
Dedilər ki, yox, əgər sən istəsən, lap yaxın vaxtda görüşdürərik. Sən
onu görə bilərsən. “İnam və şübhə”ni vermişdilər, oxumuşdu, söhbət
edənə qədər.
Dostları ilə paylaş: |