Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   53   54   55   56   57   58   59   60   ...   86

191 
 
 
  
İnamlı  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 
Ataya – İnam Ataya ali səcdəylə! Bayrağımızı öpürəm. 
Ocaq  Yükümlüsü  Soylu  Atalı  Ocaqçıları  Ocaq  əməllərinə  görə 
Atanın  adından  təqdir  elədi.  Ocaqçıların  hər  birinin  Ocaq  əməli 
əvəzsizdir. Ancaq Göylü Atalının tikilməkdə olan İnam Evinin aylıq 
maddi  xərcini  çəkməsi,  sözün  həqiqi  mənasında,  insanda  milli 
ləyaqət,  milli  hünər  tələb  eləyir.  Göylü  bu  ləyaqəti  yerinə  yetirir, 
demək  milli  yüklə  yükləndiyinin  fərqindədir.  Göylü  Atalının  Ocaq 
əməli insanda riqqət yaradır. Heyrət yaradır. Ocaq bu kimi umacaq-
sız  Evlad  yaradır.  Ərdəmli,  Mütləqçi.  Bu,  Ata  qüdrətinin  məhsulu-
dur. Ağır hiss yaşayıram ki, bu gün maddi yükü çəkməkdə Göylüyə 
yardımçı  ola  bilmirəm.  Axı  hər  birimizin  ruhani  borcumuz  ödənil-
məlidir. Bu işdə geri qaldığıma görə özümü gələcək qarşısında suçlu 
sayıram. 
Soylu  Atalı  Ataya  izharını  dedi.  Doğrudan  da  ürəyə  yol  tapan, 
ürəyi riqqətə gətirən izhar idi. Bir az da duyğusallığı insanda qəribə 
əhvallar  yaradırdı.  Uşaq  saflığıyla  təbəssümləndi  Soylu  Atalı.  Nə 
qədər  saf,  nə  qədər  səmimi  olması  həzin  not  üstə  dediyi  izharında 
aşkar  ifadə  olunurdu.  İlk  dəfə  idi  ki,  Soylunun  xatirələrlə  dolu 
duyğusal  izharını  dinləyirdim.  Soylu  bir  anlıq  gözümdə  Ocağa 


192 
 
yenicə gəlmiş saf duyğulu gənci xatırlatdı. Əslində Soylunun yerinə 
mən  olsaydım  tez-tez  bu  kimi  duyğularla  dolardım.  Dolardım  ona 
görə ki, axı Soylu Atanın bütün ümidlərini doğrultmuşdur. Niyə də 
bu  kimi  duyğularla  dolmasın?!  Necə  fərəhini  İnam  Atasıyla  bölüş-
mək  istəməsin?!  Axı  bunun  ona  haqqı  çatır.  İnsan  istər  ki,  ustadı 
onun fərəhini, əməllərini görsün və təqdir eləsin. Evlad da bu təqdir-
dən  daha  da  ilhamlansın.  Bu  gün  müqəddəs  Soylunu  tam  olaraq 
anlayıram. Onun həm sevincinə, həm də duyğusal xatirələrinə qoşu-
luram. Ocaq əməlləriylə, ömrüylə, milli ləyaqətiylə, milli yükün altı-
na  girib  onu  fərəhlə  daşıdığına  görə.  Ata  Gününə  bu  kimi  Evladlıq 
əməlləriylə  gəlmək  elə  Atanın  Gününə  ən  böyük  hədiyyəsidir.  Hər 
bir  Ocaqçının  Soylu  əməlləriylə  dolması,  yaşaması  Atanın  Ruhani 
tələblərinə qulluq edir. 
Ata  deyirdi  ki,  Azərbaycan  Şərqin  ən  parlaq  ifadəsidir.  Ruhani 
yöndən.  Türk  olmaq  üçün  qürur  duymağa  yenidən  bir  səbəb  oldu 
Asif Atanın timsalında. Dünya, bəşər, ruhaniliyi elə Azərbaycandan 
öyrənib,  öyrənəcək  də.  Zərdüştdən  tutmuş  Ataya  qədər.  Sıralama 
Atada bitməyəcək. Atanı, Zərdüştü, Babəki, Nəimini, Nəsimini verən 
xalq hələ yeni şəxsiyyətlər verməyə qadirdir... 
 Soylu  Atalı: Atanın  doğum  Günü  təkcə  doğum  günü  kimi  qeyd 
olunmur.  Biz  Atanın  varlığını  mərasimləşdirmişik.  Ona  görə  ki, 
bəşəriyyətə  Asif  Ata  ruhani  xilas  kimi,  işıq  kimi  gəldi.  Ona  görə 
Atanın ömrü mərasimləşir. Əlbəttə, bu Onun özünün istəyiylə olub. 
Ancaq  məğz,  məna  doğum  günü  məsələsi  deyil.  Məğz,  məna  onun 
yaratdığını  tanımaqdır.  Onun  yaratdığını  öyrənmək  və  təqdim 
eləməkdir. 
Beləliklə,  biz  Ata  haqqında  yığcam,  dolğun,  doğma,  həyacanlı 
söz  dedik.  Bugünkü  mərasim  çox  gözəl  keçdi.  Halı  baxımından. 
Sözlərin  hamısı  yerində,  hamısı  mənalı,  hamısı  tutumlu. 
Qısa.  Mərasim həm məzmunca, həm halca yazıldı. Qalacaq tarixdə, 
gələcəkləşəcək. 
İndi  mən  Atanın  Evlad  şəxsində  özünü  göstərən  uğurlarından 
birini də dilə gətirmək istəyirəm. Başlanğıcda vurğu elədiyimiz kimi, 
qardaşımız Günevin Ocağa gəlişinin, Atanı tapmasının 25 ilidir. Bu 


193 
 
cür yuvarlaq illəri vurğu eləmək, bayram eləmək gərəkdir. Hətta hər 
bir ili bayram eləmək olar. 
Biz Ocaq olaraq öz şəxsiyyətimizi tanımalı və tanıtmalıyıq. Əgər 
şəxsiyyətini  tanıya  və  tanıda  bildinsə,  onda  sənin  Amalın  xalq 
tərəfindən  diqqətə  düşür.  Ayrı-ayrı  insanlar  düşünməli  olur.  qədir 
görürlər. İnsana qiymət görürlər, münasibət görürlər. Burada insana 
qiymət,  münasibət  məsələsi  var.  Boşuna  deyil.  Burda  ömür  var, 
zəhmət var, əzab var. Burda saç ağartmaq var. Burda ürəyin hər bir 
hisslərlə  dolması  var.  Heyrət,  həyacan,  təşviş,  narahatlıq,  sevgi. 
Hamısıyla yüklənməsi var. O hallar ki, insanı əhatə eləyir, o duyğu-
lar  ki,  insan  varlığında  özünü  göstərir,  söz  deyir  o  duyğular,  o 
duyğuların  hamısı  səfərbər  olunur.  Bu  partiya  sıralarında  dayanan 
insan  ömrü  məsələsi  deyil.  Orda  kimsə  çox  zəhmətlər  çəkə  bilər, 
həbs də oluna bilər. Amma onun daşıdığı məna ilə, məzmunla bu bir 
deyil.  Burada  insan  özünə  bərabər  olur.  Burada  insan  özünə  layiq 
duyğuları aşkarlayır. 
Burda  bütün  varlığıyla  insan  aşkara  çıxır.  Zaman-zaman  da 
aşkarlanırsan.  Bax,  bu  dediyim  çərçivədə  biz  düşünsək,  Günev 
qardaşımızın  ömrünü  bu  açıdan  tanıya  bilərik.  Günevlə  mənim 
tanışlığım  24  ilə  dayanır.  Günev  bir  il  məndən  əvvəl  Ocağa  gəlib. 
Ocağa  ilk  gəldiyim   günlərdən  Ocaqda  dostum  Günev  olub. 
Ocaqçılar  içərisində  amaldaşlıq  var,  qardaşlıq,  bacılıq  var.  O  öz 
yerində.  Amma  bu  amaldaşlıq,  qardaşlıq,  bacılıq  böyüdükcə,  bərki-
dikcə əsil dostluğa çevrilir.  Ocaqda çoxlu sayda adamlar olur. Bun-
lar  hamısı  amaldaş  sayılır.  Amma  hamısı  iç-içə  bir-birinə  bağlı 
olmur.  Olması  üçün  gərək  hər  kəs  Ocaq  üstə  yaşasın.  Hər  kəs 
ömrünü  doğrudan  da  Ataya  versin,  Ocağa  versin.  Ocaq  ideyalarını 
yaşatsın. O Amaldaşlıq zəmini üzərində bizim dostluğumuz yarandı. 
Bizim  içimizdəki  qüsurlarla,  çatışmazlıqlarla  bir  yerdə  başlamışdı 
dostluğumuz.  O  dostluğun  özü  bu  gün  mənə  haqq  və  əsas  verir  ki, 
qardaşımızın  ömrünü  təqdim  eləyə  bilim.  24  il  az  vaxt  deyil.  Mən 
onun ömrünü xarakterizə edirəm. Etmişəm də ayrı-ayrı məqamlarda. 
Mən  bu  gün  Ocağın  Yükümlüsü  olaraq,  24 ilini  Ocağa  həsr  eləmiş 
bir fərd kimi deyirəm ki,  mənim özümçün Günev bir örnəkdir. Hər 
kəsinizin  uğurunuz  və  ləyaqətiniz  mənim  özümçün  örnəkdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə