Redaktor: Tural Quluzadə



Yüklə 2,71 Kb.

səhifə1/42
tarix23.08.2018
ölçüsü2,71 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   42





ŞƏMİL SADİQ
MƏN BİR 
MÜƏLLİMƏM


Ön söz:
f.ü.f.d. Arif Əsədov
Redaktor: 
Tural Quluzadə
Naşir: 
Müşfiq XAN
Tərtibatçı: 
Vüsalə Məmmədova
Korrektor:
Asifə Əfəndi
Texniki redaktor: 
Bəxtiyar
Dizayn və qrafika:
Tamerlan İsmayılzadə
© Şəmil Sadiq. Mən bir müəlliməm
© “XAN” nəşriyyatı. Bakı– 2018. 156 səh.
Amma  müəllim  adı  özü  bir  çərçivədir.  Bu  çərçivədə  yalan 
danışmaq  olmaz,  dəlicəsinə  aşiq  olmaq  olmaz,  söyüş  söymək  olmaz, 
azad geyinmək olmaz, əxlaqsızlıq olmaz, alver etmək olmaz, iki arvad 
almaq olmaz, oğurluq olmaz, öz xeyrini güdmək olmaz, üsyankar olmaq 
olmaz… Bir sözlə, insana məxsus olan hislərin heç birini bu çərçivədə 
görmürük və qəbul da etmirik.
ISBN: 9001020801197


Şəmil 
Sadiq
5
İÇİNDƏKİLƏR
I FƏSİL
MƏN BİR MÜƏLLİMƏM
1.  Həyat hekayəm 
10
2.  Kərəm kişidir, yoxsa arvad? 
22
3.  Alim yetişdirmək adam yetişdirməkdən      
 
çox asandır 
27
4.  Müəllimlərə cavab 
34
5.  Müəllimlər zamanla ayaqlaşa bilmirlər 
38
6.  Təhsilimizi kişiləşdirməli, yoxsa erkəkləşdirməli?  42
7.  Cail müəllim 
45
8.  Müəllimimdən şagirdimə 
50
9.  Müəllim gəlir, kənara çəkilin! 
55
10. “Cəhalət” doğru cavab imiş 
59
11. Müəllim təkbaşına bir dövlət olmalıdır 
61
12. Faciələrimizi düzgün təbliğ etmirik 
64
13. Kefli İskəndər biqeyrətdirmi? 
67
14. Səssiz” müəllim 
69
15. Bir müəllimin tarixçəsi 
72
II FƏSİL
ADLIQ HAL
1.  Dilin varlığı 
78
2.  Çərşənbəxatun adamın üzünə tüpürər 
83
3.  Ananı baladan ayıran bayram 
89
4.  Haldan-hala düşən adlıq hal 
92
5.  İsmin yersizlik halındakı statuslar 
96
6.  Firəng qulbeçəsi 
99
7.  Yalançı xalq etimologiyası 
102
8.  Bizim kənddə aşura 
104
9.  Bakirəliyini itirməmiş ləyaqət 
106
10. Müşfiq XANa açıq məktub 
110
11. I Bakı Avropa oyunları 
118


Şəmil 
Sadiq
6
III FƏSİL
PEDAQOJİ HƏYAT
1.  Füzulinin həyat və yaradıcılığının  
 
 
tədrisi haqqında 
121
2.  Azərbaycan dilçiliyi dilimizlə    
 
 
ayaqlaşa bilmir 
134
3.  Azərbaycan dili ilə ədəbiyyat dərslikləri   
 
birləşdirilməlidir 
139
4.  Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdir  145
5.  Operativ dil mərkəzinə ehtiyac var 
150


Şəmil 
Sadiq
7
Diş ilə dırnağın dastanı
1999-cu  ilin  1  sentyabrı  idi.  Mənim  üçün  dünyanın 
17-ci yayının son ayında, gəncliyimizin  çiçək açdığı vaxt-
larda Bilik Gününü qeyd edirdik. Qeyd edirdik deyəndə 
ki, böyük bir təmtəraq-filan yox idi. Sadəcə ilk dəfə gördü-
yümüz Universitet auditoriyasının 304-cü otağının qapısı 
açıldı  və  içəri  üç  şəxs  daxil  oldu.  Nizami  Cəfərov,  Tofiq 
Müzəffəroğlu (Hacıyev) və bir nəfər cavan oğlan. Nizami 
Cəfərov əvvəl dekan olaraq özünü, sonra dekan müavini 
Tofiq müəllimi təqdim elədi. Sonra dedi ki, “Baxın, bu ca-
van oğlan da fakültə Tələbə Həmkarlar Təşkilatının sədri 
Şəmil Sadıqovdur”.
Üstündən  18  ildən  artıq  vaxt  keçib,  yəni  “bir  igidin 
ömrü”. O görüş həmin Şəmil Sadiqin kəmərindən asılmış 
iri  bir  “qozsındıran”  mobil  telefonla  assosiasiya  olunub 
yaddaşımda...
İllər  keçdi.  Müəyyən  mərhələlərdə  Şəmil  müəllimlə 
kədərimizi, sevincimizi, uğurumuzu hətta dərdimizi belə 
tən böldük. Eyni cığırla addımladıq. Eyni üfüqlərə boylan-
dıq. Və əlbəttə ki, həyatın gərdişi olaraq eyni yerdən zər-
bələr aldıq, təhlükələrlə qarşılaşdıq,  xəbisliklərlə, paxıllıq-
larla üzləşdik.
“İnsanlar  eyni  olmur,  atam  balası”.  İçini  üzünün 
təmənnalı təbəssümündə gizlədənlər var, ... dostu var, düş-
məni var bu gərdişi-dövranın. Yazıqlar olsun ki, zəhrimar 
maddiyyat  əldə  etmək  “çabasının”  bataqlığında  mənəvi 
dəyərlərin  korroziyaya  uğrama  reallığı  bitmək  bilmir  ki, 
bilmir.  İndi yaşamaq, mübarizə aparmaq, dostluğu, mənə-
vi dəyərləri qorumaq çətindi, atam-qardaşım.
Sözün kor bucağında insan adlı anatomik ət maşınının 
daxili  enerjisinin  faydalı  iş  əmsalı  fizika  elmi  tərəfindən 
hələ  kəşf  olunmayıb.  Şəmil  müəllimi  tanıdığım  vaxtdan 
əmək  və  uğur  üçbucağında  zəhmətin  episentrində  olub. 
O, arxadan atılan daşlara sadəcə gülümsəyib, uğur yoluna 
davam edib. Sanki tarixin o tayından şaman babaların mü-
bhəm duası ilə öz missiyasını yerinə yetirir.
Dialektikanın qanunları var. İstəsən də, istəməsən də 


Şəmil 
Sadiq
8
Sizif kimi əzab çəkəcəksən. Yeknəsəq həyat yolu adlandı-
rılan  çərçivədə  öz  izini  müəyyənləşdirmək  çətin  olacaq. 
Şəmil müəllim bütün çətinliklərə rəğmən öz yolunu, üslu-
bunu təyin etdi. “Uğurun formulu nədir?” sualına cavabı 
hətta ən məşhur oratorların  Şəmil Sadiqin təkcə 10-12 il-
lik  fəaliyyət  istiqamətini  göstərməsi  kifayətdir.  Bəhrəsini 
verən nümunəvi işgüzarlıq dəyəri kimi.
Bu gün hər evdə latın qrafikasında olan dərs vəsaitlə-
ri var, işıq var. Axundovların, Zərdabilərin, Vəzirovların, 
Məmmədquluzadələrin,  ...  maarifçilik  ənənələrinin  fərqli 
formada, fərqli üslubda, fərqli təzahürdə davamı var. Bu 
mayak işığı gələn o evlərdə neçə fidan balaya işıqlı və düz 
yol göstərir. Neçə körpə sabah bu tərbiyə ilə “Sən olasan 
gülüstan” ifadəsini  deyəcək.
Şəmil müəllimin zəhməti, qatlaşdığı əziyyətlər, maddi 
və mənəvi sıxıntıları gözümün qabağında olub. Və bir də 
söykəndiyi  mənəvi  dəyərlər  –  ailəsi,  yaxınları,  dostları... 
Təbii ki, qarşılıqlıdır:  Şəmil müəllim də onları tək qoyma-
yıb,  həmişə  yanlarında  olub.    Bax,  uğurun  əsas  formulu 
budur.
Arif Əsədov
Filologiya üzrə fəlsəfə doktoru
147 saylı Texniki humanitar liseyin direktoru




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə