Kommunikasiya planı



Yüklə 33.75 Kb.

tarix20.09.2017
ölçüsü33.75 Kb.


Kommunikasiya planı: 

 

Məqsəd: Düzgün zamanda maraq və təsir qruplarına düzgün və tam məlumat çatdırmaq  



 

Hədəf qrupları: 

 

-

 



Daxildə işçi heyət 

 

Xarici 



 

-

 



Mərkəzi hökumət 

-

 



Yerli hökumət 

-

 



Biznes icması 

-

 



Sosial icma 

-

 



Elmi və akademik dairələr 

-

 



Beynəlxalq təşkilatlar 

-

 



QHT-lər 

-

 



KİV 

-

 



Siyasi partiyalar 

-

 



Ev təsərrüfatları 

 

Hədəflər: 



 

-

 



İctimai imicin formalaşdırılmasına dəstək 

-

 



Tədqiqat Mərkəzinin fəaliyyətinin davamlılığının təmin olunması 

-

 



Sağlam rəqabət mühitinin yaradılmasına dəstək 

 

Vəzifələr: 



 

Mərkəzin hədəf, baxış və dəyərlərini çatdırmaq üçün PR və xarici əlaqələr strukturlarının 

qarşısında aşağıdakı vəzifələr durur: 

 

-



 

Mövcud əlaqələrin əhatəsini genişləndirmək 

-

 

Maraq qrupları və tərəfdaş təşkilatlarla yeni əməkdaşlıq əlaqələrini qurmaq 



-

 

Media ilə əlaqələri möhkəmləndirmək 



-

 

Vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin möhkəmləndirilməsi və məlumat 



mübadiləsinin aparılması 

-

 



Davamlı və müntəzəm əməkdaşlıq üçün TV-lərlə əlaqələrdə pozitiv tendensiyaların 

inkişaf etdirilməsi 

-

 

Rəsmi KİV-lərlə əməkdaşlıq imkanlarının araşdırılması, bu istiqamətdə fəaliyyətlərin 



gücləndiriməsi 

 

Əsas mesajlar: 



 

Strategiyanı uğurla həyata keçirmək üçün biz 4 əsas maraq qrupuna öz mesajlarımızı 

çatdıracağıq 

 

1.



 

Siyasət qərarları qəbul edənlərə: Tədqiqat məhsullarımızla sizlərə düzgün qərar qəbul 

etməkdə yardım göstərəcəyik 

 

2.



 

Biznes icmasına: Sizin məsləhətçiniz olmaqla xərclərinizi azaldacaq, iqtisadi 

effektliliyinizi artıracağıq 



3.

 

Ev təsərrüfatlarına: Sizə operativ və düzgün qərar qəbul edərək ailə büdcənizi düzgün 



planlaşdırmağa yardım edəcəyik 

4.

 



Sosial qruplara: Bizim tədqiqatlarımız dövlət siyasətini daha yaxşı qiymətləndirməkdə və 

anlamaqda sizə kömək edəcək.  

 

Biz indi haradayıq: Mövcud əlaqələrə baxış 



 

Güclü tərəflərimiz: 

 

-

 



İnstitutsional dəstək proqramı sayəsində Mərkəz güclü təşkilat imici formalaşdırmağa 

nail olub 

-

 

Mərkəzin möhkəm və sıx xarici və daxili əlaqələri formalaşıb 



-

 

Mərkəz cəmiyyətdə beyin mərkəzi və mötəbər məlumat mənbəyi kimi qəbul olunur 



-

 

Mərkəzin dövlət orqanları ilə sıx əlaqələri var 



-

 

Mərkəz QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə alan azsaylı müstəqil mövqeli 



QHT-lərdən biridir 

-

 



Mərkəz biznes icması ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir 

-

 



İTM Azərbaycanda beynəlxalq şəbəkələrə üzv olan yeganə QHT-dir (ENTO, PASOS, 

PWYP və sair) 

-

 

İTM Azərbaycanda hərtərəfli tədqiqat təcrübəsinə malik çox az təşkilatlardan biridir 



-

 

İTM Azərbaycanda fəaliyyət göstərən QHT alyansları, koalisiyalarının aparıcı 



üzvlərindən biridir 

-

 



Xarici mətbuat alternativ və mötəbər mənbə kimi Mərkəzə istinad edir (Financial Times, 

CNN Turk, Aljazeera və sair)  

-

 

Mərkəz şəffaf daxili idarəetmə sisteminə malikdir 



-

 

İTM keyfiyyətli və daim yenilənən veb-sayta malikdir(www.erc-az.org) 



-

 

Mərkəz Azərbaycanda yeganə QHT-dir ki, müasir innovasiya vasitələrini (bələdiyyə 



vergi kalkulyatoru, ailənin inflyasiya kalkulyatoru və sair) yaradıb və onları özünün veb-

səhifəsi vasitəsilə ictimaiyyətin istifadəsinə tədqim edib 

-

 

İTM gənc, aktiv və yüksək potensiala malik işçi heyəti formalashdirıb 



-

 

İTM beynəlxalq standartlara uyğun uçot siyasətinə malikdir 



-

 

Mərkəz media ilə sıx əməkdaşlıq əlaqələri yaradıb: müntəzəm olaraq press-relizlər 



hazırlayıb yayır, həyata keçirdiyi layihələr çərçivəsində tez-tez mətbuat konfransları 

təşkil edir. 

 

Zəif  tərəflərimiz: 



 

-

 



Mərkəz maliyyə resursları məhduddur – bu, dünya maliyyə böhranı və son illərdə 

Azərbaycanın neft gəlirlərinin artması ilə bağlıdır. Bu iki səbəb üzündən xarici donorlar 

tam və ya qismən Azərbaycandakı proqramlarını dayandırıblar (Məsələn, Oxfam-Novib, 

Counterpart və sair) 

-

 

Mərkəzin tədqiqat məhsullarını satmaq imkanları məhduddur. 



-

 

Mərkəzin işçi heyətində tez-tez dəyişikliklər olur, çünki maliyyə resursları yüksək 



ödənişi təmin etməyə imkan vermir 

-

 



İTM beyin mərkəzi kimi hüquqi status ala bilmir, çünki bunun üçün müvafiq hüquqi baza 

yoxdur 


-

 

Mərkəzin büdcəsi layihələrdən formalaşır: institutsional inkişafa yönəltmək üçün sərbəst 



maliyyəyə malik deyil, çünki donorlar buna vəsait ayırmırlar  

-

 



Ölkədə QHT-lərin idarə edilməsi üzrə professional təlim təşkilatlarının çatışmazlığı, son 

illərdə donorlar tərəfindən belə təlimlərin sayının azaldılması (Məs: Counterpart və sair) 

-

 

Mərkəzdə layihələrin işlənməsi sahəsində peşəkar kadr saxlamaq imkanının olmaması 




-

 

Ölkədə QHT sektorunda korporativ idarəetmənin zəif inkişafı, QHT qanunvericiliyindəki 



çatışmazlıqlar, Müşahidə Şurası institutunun qanunvericiliklə tənzimlənməməsi 

-

 



Koalisiya və alyansların hüquqi qeydiyyatına imkan verilməməsi 

-

 



QHT-lərin iqtisadi fəaliyyətlərini tənzimləyəcək bazanın olmaması 

 

İmkanlar: 



 

-

 



Mərkəzin yerli QHT-lərlə geniş əməkdaşlıq əlaqələri qurmaq  

-

 



Bp şirkəti ilə olduğu kimi digər şirkətlərin əməkdaşlarına da ailə büdcəsinin 

planlaşdırılması üzrə təlim keçmək 

-

 

Azərbaycanın Şərq Tərəfdaşlığı Proqramına daxil edilməsi İTM-ə Avropa institutları ilə 



geniş əməkdaşlıq imkanları açır 

-

 



Mərkəzin hesabatlılıq, şəffaflıq, idarəetmə sahəsində əldə etdiyi bilik və bacarıqları digər 

yerli QHT-lərlə bölüşmək imkanı 

-

 

CAREC institutu ilə əlaqələrin qurulması digər analoji qurumlarla əlaqə imkanları 



yaradır (Mərkəzi Asiya, Türkiyə və sair) 

-

 



Mərkəzin dünyada tanınmış sosial şəbəkələrə çıxış imkanı var (Facebook) 

-

 



Mərkəzin vebsaytının inkişaf etdirilməsi 

-

 



İTM sədrinin PWYP beynəlxalq Koalisiyasınının Məşvərət qrupunun üzvü olması 

-

 



İTM sədri Qara Dəniz QHT Forumunun Strateji Məsləhət Qrupuna üzv seçilməsi 

 

Təhlükələr: 



 

-

 



Ölkə daxilində özünüifadə və birləşmə azadlığına qoyulan məhdudiyyət 

-

 



Donorların ölkəni tərk etməsi (QHT Şurasının yaradılması, neft gəlirlərinin artması 

səbəbilə) 

-

 

Biznes icmasının tədqiqatları marağının azalması (dünya maliyyə böhranının təsiri ilə 



biznesin maliyyə imkanlarının məhdudlaşması üzündən) 

-

 



Siyasi hakimiyyətin Mərkəzin tənqidi mövqeyinə dözümsüzlük göstərməsi 

 

Büdcə: 



 

Kommunikasiya ilə bağlı bütün fəaliyyətlər müxtəlif layihələr çərçivəsində maliyyələşdirilir 

 

Qiymətləndirmə: 



 

Bütün fəaliyyətlər aşağıdakı qaydada monitorinq olunacaq: 

 

-

 



Media monitorinqi və qiymətləndirmə 

-

 



Tərəfdaşlıq əlaqələrinin inkişafında uğura ------ 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə