Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   44   45   46   47   48   49   50   51   ...   86

160 
 
olacaq. Bundan ona keçdikcə müsbət şey olacaq, onun  təbliğatçıları 
var  idi.  Onun  arxasında  institutlar  dayanırdı.  Quldarlıq  pis  şeydir, 
feodalizm  yaxşı  şeydir–   təbliğatlar  olub.  Sırıyırdılar.  Bu  gün  heç 
kim  kapitalizm  demir  quruluşun  adına,  hamı  demokratik  quruluş 
deyir. Halbuki bizim yaşadığımız quruluş pulçuluqdur, kapitalizmdir. 
Pulla  baş  kəsirlər.  Pul  allahın  yerində  durur.  İnsan  gözləyirdi  ki, 
quruluşlar  dəyişəcək,  quruluşdan  quruluşa  keçdikcə  müsbət  yönlər 
yaranacaq. Yaranmadı. Çünki hamı quruluşu dəyişir, heç kim insanı 
dəyişmir. İnsanla heç kim məşğul olmur, olmadı. Asif Ata gəlib ki, 
insanla  məşğul  olsun.  İnsanla  məşğul  olur  ki,  insan  özünə  qənim 
kəsilən quruluş yaratmasın. 
 
 
Dünən Şərqdə həm ərəblərdən gələn hərəmxanalar olub, həm də 
adını  çəkdiyim  uca  keyfiyyətlər  vardı.  Zərdüşt  dünyaçılığı,  Budda 
imtinaçılığı.  İsanın  başına  daş  vururdular,  yenə  deyirdi  ki,  insanı 
sevmək  lazımdır.  Məhəmmədin  başına  qaynar  su  tökürdülər,  yenə 
deyirdi  ki,  Allah  böyükdür,  Allah  birdir.  Dönmürdü  dediyindən. 
Hərəmxana ilə yanaşı bunlar da vardı. Şərq dünən nə olub, bu gün də 
gözümüzün  qabağında  görürük.  Bu  gün  Şərq  yoxdur.  Şərq  deyilən 
bölgənin içini o qədər qatıb-qarışdırıblar ki, bu bölgədə, bu regionda 


161 
 
it yiyəsini tanımır. Sabah nə olacaq, heç kimin heç nəyə gümanı da 
yoxdur. Həmin ruhu əlindən aldılar. O ruh idi Şərqin içində işıq kimi 
yanıb ona gələcəyi nişan verən. O ruhu öldürdülər. Şərqilik ruhunu 
öldürdüklərinə  görə  bütün  dünya  çalxalanır.  Şərqin  gələcəyi 
dirilməlidir. Bizim üçün “gələcək” təkcə nəzəri sözdən ibarət deyil. 
Biz bilirik onun arxasında nələr durur. Ancaq həm də fikir, söz, ideya 
hər şeydir. Ordan başlayır. Nə vaxt olacaq, biz deyə bilmirik. Ancaq 
Şərq  Asif  Atanın  Mütləqə  İnamıyla  yenidən  öz  Şərqiliyini  bərpa 
edəcək.  Ya  bərpa  edəcək,  ya  da  Şərq  yoxdur.  Amma  biz  dünyanın 
yox  olacağını  qəbul  eləmirik,  ona  görə  yox  ki,  özümüzə  təsəlli 
veririk. Çünki məğz, mahiyyət budur. Məna yoxolmanın əleyhinədir. 
Bununla  sözümü  bitrirəm.  Mən  sizin  ürəyinizə  Atanın  ideya,  fikir 
günəşini  arzulayıram.  Mən  Atanın  Şərqiliklə  bağlı  böyük  arzularını 
ifadə elədim qısa, sizi belə bir ləyaqətin, ümidin işığına boylanmağa 
çağırdım.  Siz  buna  boylanın  və  boylandırın.  Bunu  demək  lazımdır. 
Deməkdən usanmamaq lazımdır. 
Əgər xalqını sevirsənsə, vətənini sevirsənsə, əgər ailəni sevirsən-
sə, anaları sevirsənsə, bunu vermək lazımdır. Xilas eləmək lazımdır. 
Öz övladını xilas eləməyin də yolu budur. Çünki sənin balan evindən 
çıxdı,  uçuruma  düşür.  Balanı  xilas  eləməyin  yolu  budur.  Zəmin 
yaradırsan yaşamaq üçün, xalq olmaq üçün. Belə bir zəmin üstə biz 
daim davamlı mübarizə aparırıq. Azalmırıq, artırıq. İçimiz böyüyür, 
əməlimiz  çoxalır.  Səsimiz-sorağımız  genişlənir.  Kim  hara  qədər  nə 
götürə  bilir  götürür.  Götürməyənə  də  biz  deyəcəyik.  Eşitməyəni  də 
biz  çağıracağıq.  Çünki  biz  ayrı  yol  tanımırıq,  ayrı  yolu  doğru 
saymırıq. Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun! 
Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Bayramımız qutlu 
olsun.  “Şərq  –  dünən,  bugün,  sabah”  qonusunda  düşündüklərimi 
oxuyacam. 
Dünənki Şərq – ehtizazlı, vəcdli, yaradıcı, ruhaniyyatçı. Şərq ruhu 
deyilən  bir  şey  var.  Kim  Şərq  deyəndə  ağlına  nə  gəlirsə,  o  başqa. 
Ancaq əsil Şərq ruhu Şərqin peyğəmbərliyində, musiqisində, bədiiy-
yatında,  ədəbiyyatında,  insanların  bir-birinə  ülvi,  müqəddəs 
münasibətlərində  ifadə  olunub  ki,  o  münasibətə  indi dünyanın  ehti-
yacı var. İnsan nəyə heyrət edirsə, odur. İnsan nəyə aşiq olursa odur. 


162 
 
Rumilərin, Nəsimilərin, Füzulilərin, sufilərin, Qandilərin, Babəklərin 
aşiqliyində ifadə olunub Şərq ruhu. İndi adamlar bir-birlərində səhv 
görəndə  sevinirlər,  bir-birlərinin  çatışmayan  cəhətlərini  görəndə 
gözdən  salırlar.  Rumi,  Nəsimi,  sufilər,  Füzulilər  isə  heyrətini  ifadə 
etməyə  söz  tapmırdılar.  Ülviyyət,  müqəddəslik,  sevgisində  göyə 
qədər ucalmaq vardı o münasibətlərdə. Nə qədər açsan da açılır, nə 
qədər desən də az olur, nə qədər ifadə etsən də tam olmur. 
Şərq deyəndə islamı başa düşürlər. İslam Şərqdə yaransa da, Şərq 
ruhunu  ifadə  etmədi.  Çünki  insana  uca  münasibətiylə  ölçülür  Şərq 
ruhu. İslamda isə insanı bəndəçiliklə öz  gözündə alçaltmaq var. Öz 
qismətiylə  barışdırmaq  var.  Dünyanın  keçiciliyinə  inanan  müqəd-
dəsliyin  nə  olduğunu  bilmir.  Dünyanın  keçiciliyinə  inanan  insanda 
uca, ülvi cəhətlər görmək, vətənə aşiq olmaq, millətinin sabahında öz 
ömrünü  görmək  sorumluluğuna  və  fərəhinə  yetmir.  Yalnız  aşiqlər 
fədakarlığa  yüksəlir.  Yalnız  aşiqlər  ideallar  uğrunda,  insanilik 
uğrunda  özündənkeçməyə  yüksəlir.  Dünyanın  faniliyinə  inanan  isə 
bunlardan  məhrumdur.  Deyə  bilərsiniz  ki,  dindarlar  da  özlərini 
ideyaları uğrunda ölümə verirlər. O əməldən ki, insanlara, insaniliyə, 
bəşərə  işıq,  fərəh,  gərəklilik  gəlmir,  o  əməl  heçdir.  İnsaniliyə  qarşı 
olan əməl şərdir. 
Biz  türk  kimi  doğulmuşuq,  Şərqli  kimi  doğulmuşuq.  Türk  bir 
millət  olaraq  Şərq  ruhunu  ifadə  edir  –  birsifətliliyində,  döyüşkən-
liyində, inanclılığında. Ata deyir ki, “türklük – Göylükdür. Türk irqi 
hardasa  Göy  irqidir.  Sazlıq  –  Tanrıçılıqdır,  Göylə  Yerin  birliyidir”. 
Bunlarla  türk  ruhu  özünü  ifadə  edib  Şərqiliyə  doğma.  Türk  ailəsi, 
türk  qadını  da  xüsusi  olub.  İndi  Şərq  qadını  deyəndə  başı  çadralı 
qadın  nəzərdə  tutulur,  türk  qadını  görünmür,  bilinmir.  İndi  Şərq 
deyəndə  çalmalı,  əbalı  kişilər  ağla  gəlir.  Türk  kişisi  görünmür, 
bilinmir. 
Bugünkü  Şərq  fəlakətlər  içindədir.  Şərqin  qüsuru  o  oldu  ki, 
Qərblə müqayisə ediləndə özünü kiçik gördü. Qərbin texniki inkişafı 
qarşısında  özünü  balaca  bildi.  Ruhunu  qoruya  bilmədi,  ruhu  geridə 
qalmışlıq  kimi  göründü  özünə.  Ona  görə  də  yiyəsi  olmadı 
dəyərlərinin.  Rumilərin  münasibətinə  qara  yaxırlar.  Elə  deyirlər  ki, 
kiçilsin  öz  gözündə  Şərq,  öyünməyə  yeri  olmasın.  Keçmişinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə