Asif mehraliyev



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə21/38
tarix26.03.2018
ölçüsü1,12 Mb.
#34530
1   ...   17   18   19   20   21   22   23   24   ...   38

 

81 


gübrələri ilə), suvarma, alaq otlarının ləğvi işləri aparılır.  

Yaşlı  ağaclarda  cərgələrarasının  və  bitki  diblərinin 

təmizlənməsi 

və 


yumşaldılması, 

xəstəliklərə 

və 

ziyanvericilərin  inkişafına  nəzarət,  lazım  gəldikdə  mübarizə 



tədbirləri görülməlidir. 

Üzüm  tənəklərində  işlər  daha  çox  olur.  Ştampdan, 

kökdən  və  çoxillik  hissələrdən  çıxmış  kök  pöhrələri  və 

haramı  zoğlar  mütləq  qoparılmalı,  uzanmış  yaşıl  zoğlar 

bağlanmalı  və  cərgəaralarında,  bitki  diblərində  inkişaf  etmiş 

otlar  təmizlənməlidir.  Zoğda  3-4  yarpaq  ayası  tam 

formalaşdıqda, yağmurlu bölgələrdə Bordo mayesi ilə çiləmə 

aparılmalıdır.  

Abşeron  üzümlüklərində  bu  ayda  1-2  dəfə  Bordo 

mayesi  ilə  çiləmə  aparıldıqdan  sonra,  kükürd  tərkibli 

preparatlarla 

hər 


10-15 

gündən 


bir 

dərmanlamağa 

keçilməlidir.  

Çoxaldılma məqsədilə basdırılmış qələmlər, bəzi şitillər 

süni  surətdə  kölgələndirilməli,  dibçək  bitkiləri  yarımkölgə 

şəraitdə saxlanılmalı, azot tərkibli gübrələrlə yemləndirilməli 

və axşam saatlarında suvarılmalıdır.  

 

İyun 

Aran rayonlarında may ayında nəzərdə tutulmuş bir çox 

işlər  dağlıq  rayonlarda  məhz  iyun  ayında  həyata  keçirilir. 

Belə  ki,  qış  şaxtalarından  zədələnmiş  ağaclar,  budaqlar 

iyunda  tamamilə  quruduğundan,  kəsilərək  kənarlaşdırılır. 

Profilaktiki  dərmanlama,  yaşıl  əməliyyatlar,  torpağın 

yumşaldılması  və  b.  işlər  də  dağlıq  rayonlarda  bu  ayda 

davam etdirilir.  

Calaq 

olunmuş 


bitkilər 

mütəmadi 

yoxlanılır, 

calaqaltından əmələ gəlmiş zoğlar qoparılır.  

Çəyirdəkli  meyvə  bitkilərinin,  bir  çox  giləmeyvə 

bitkilərinin  yetişmiş  meyvələrinin  yığımını  gecikdirmək 

 

82 


olmaz.  Əks  halda  yağmurlar  meyvələri  çürüdür.  Çürümə 

sürətlənərsə, 

kükürd 

tozu 


ilə 

ağaclar 


tozlandırılır. 

Ümumiyyətlə,  bağbanın,  əkinçinin,  tərəvəzçinin  və  b. 

fərasəti  –  çevikliyi,  bacarığı,  həm  də  yetişdirdiyi  məhsulu 

itkisiz yığması və emalı ilə qiymətləndirilməlidir.  

Bu  ayda  tinglik  sahələrinə  xüsusi  diqqət  yetirilməlidir. 

Suvarılmalı,  alaq  otlarından  təmizlənməli,  qələm  (çilik) 

əkilmiş ləklər kölgələndirilməlidir və s. 

Bitkilərin  üzərində  mütəmadi  müşahidələr  aparılır, 

xəstəlik  və  ziyanvericilərə  yoluxmuş  bitkilər  və  ərazilər 

müalicə edilir. Xüsusilə tut ağaclarının meyvəsi qurtardıqdan 

sonra, Amerika ağ  kəpənəyinin tırtıllarına  qarşı dərmanlama 

aparılır.  

Üzümlüklərdə  artıq  yaşıl  zoğlar,  barlı  zoğların  ucları, 

yeni əmələ gəlmiş haramı zoğlar qoparılır.  

Dekorativ bağçılıqda bəzi həmişəyaşıl bitkilər (abeliya, 

fotiniya,  pittosporum,  birgöz,  buddleya,  tikanlı  iydə) 

çiçəkləməsi    sona  yetdiyindən,  onlarda  formavermə 

istiqamətində budama aparılır. 

Qazon sahələrinə azot tərkibli yemləmə gübrələri verilir 

və suvarılır (ancaq axşam saatlarında).  



 

İyul 

İyul  ayında  əksər  meyvə-tərəvəz  bitkilərinin,  tarla  və 

yem  bitkilərinin  məhsulunun  yetişmə  dövrü  olduğundan, 

məhsulu  itkisiz  yığmaqla  bərabər  digər  işlər  də  yaddan 

çıxmamalıdır.  Məhsulu  yığılıb  qurtarmış  çoxillik  bitkilər 

növbəti ilin məhsulu üçün mütləq hazırlanmalıdır.  

Gec  yetişən  meyvə-tərəvəzlərin  (payızlıq  alma,  armud 

sortları,  nar,  heyva,  xirnik,  əzgil  və  b.  suvarılması  və  digər 

becərmə işləri davam etdirilir. Bəzi payızlıq tərəvəz, yem və 

çiçək  bitkilərinin  (petuniya,  qızçiçəyi,  gülümbahar,  payızlıq 

kələm,  təkrar  qarğıdalı,  darı  və  b.)  əkini  və  səpini  məhz  bu 



 

83 


ayda aparılır.  

Yeni  bağ  və  üzümlüklər  salmaq  üçün  plantaj  şumların 

qaldırılması, çalaların hazırlanması işlərinə başlanılır.  

Dekorativ 

bitkilərə 

qulluq, 


verilmiş 

formanın 

saxlanılması üçün yaşıl budanmalar aparılır. 

Ay boyu həm meyvə-tərəvəz, həm də çiçək bitkilərinin 

yetişmiş toxumları yığılır, təmizlənir, qurudulur və  qaranlıq, 

sərin yerlərdə saxlanılır.  

Şitillik  və  tinglik  sahələri  suvarılır,  alaqlardan 

təmizlənir,  kölgələndirmə  davam  etdirilir,  hər  tingdə  bir  və 

iki zoğ saxlanılmaqla digərləri qoparılır.  

Dibçək bitkilərinin iyun ayındakı işləri təkrarlanır. 

Tut bitkisinin son illər geniş yayılmış zərərvericisi olan 

Amerika  ağ  kəpənəyinin  ikinci  nəslinin  çoxaldığı  dövr 

olduğundan, ona qarşı kimyəvi mübarizə təkrar olunur.  

Üzüm  tənəklərində  yaşıl  bağlama  və  ucvurma  işləri, 

kükürd tərkibli dərmanlarla son dərmanlama işləri aparılır.  

 

Avqust 

Bitkilərin  böyümə  və  inkişafının  nisbətən  zəiflədiyi 

dövrdür.  Eyni  zamanda  xəstəliklərin  və  zərərvericilərin  də 

azaldığı  aydır.  Calaq  tinglər  yetişdirilən  sahələrdə  göz 

(tumurcuq) calağı aparılır. Aprobasiya  məqsədi ilə ərazidəki 

bitkilər  mütəmadi  nəzərdən  keçirilir,  az  məhsuldar,  xəstə, 

zəif  inkişaf  edən  bitkilər  çıxdaş  edilir,  daha  məhsuldar, 

sağlam bitkilərdən isə toxum tədarük olunur.  

Yerkökü, qırmızı çuğundur, zəfəran, payızlıq kələm, ağ 

və  qırmızı  turpun  səpin  vaxtıdır.  Səpin  və  əkindən  sonra  ilk 

cücərti  alınana  qədər  torpaq  rütubətli  saxlanılır.  Rütubətin 

torpaqda  qorunub  saxlanılmasının  ən  məsuliyyətli  dövrüdür. 

Bunun  üçün  cərgəaraları  və  bitki  dibləri  tez-tez  yumşaldılır, 

alaq otları vurulur.  

Üzüm  tənəklərində  bütün  uzanmış  zoğların  ucları 

 

84 



vurulur və gecyetişən sortlar son dəfə suvarılır.  

Dekorativ 

bağçılıqda 

bitkilərdə 

xəstəlik 

və 


ziyanvericilər  müşahidə  olunduqda,  uyğun  preparatlarla 

dərmanlama aparılır. 

Qazon  sahələri  hər  gün  axşam  saatlarında  suvarılır  və 

azot  tərkibli  gübrələrləyemləndirilir  (hər  m

2

  sahəyə  25-30  q 



hesabı ilə). 

 

Sentyabr 

Calaq  olunacaq  bitkilərdə  sentyabrın  ikinci  yarısına 

qədər göz calağı aparıla bilər. Calaq olunmuş bitkilər tez-tez 

suvarılmalıdır.  

Bütün  göyərti-tərəvəz  bitkilərinin  toxumları  (keşniş, 

ispanaq, şüyüd, acıtərə) səpilə bilər. 

Yazlıq,  faraş  baş  soğan,  sarımsaq  kimi  bitkilərin  də 

məhz sentyabrın ikinci yarısından səpini başlanılır. 

Bu  ayda  meyvə  bitkilərinin  dekorativ  ağac  və  kol 

bitkilərinin  əkini  üçün  sahələr  və  çalalar  hazır  vəziyyətə 

gətirilir.  

Suvarılan  sahələrdə  məhsulu  qurtarmış  bütün  bitkilər 

dərhal suvarılır.  

Bostan-tərəvəz sahələrində lazımsız ot qalıqları, həyətin 

bir  kənarında  hazırlanmış  çalaya  qığılır  və  üzərinə  ayda  2-3 

dəfə bol su tökülür.  

Artıq  bu  aydan  havanın  temperaturu  aşağı  düşən  kimi 

iynəyarpaqlı 

bitkilərin 

yeni 


sahələrə 

köçürülməsi 

mümkündür. 

İynəyarpaqlı 

bitkilər 

(həmçinin 

bütün 

həmişəyaşıl bitkilər) qazılıb çıxarılarkən kökətrafı torpağı ilə 



birlikdə  çıxarılmalıdır.  Çıxararkən  kökdə  torpaq  qalmazsa, 

onun bitmə ehtimalı aşağı olacaq.  

Yay  ayları  kölgələndirilmş  şitilliklərin  üstü  açılır  və 

alaq otlarından təmizlənərək suvarılır.  

Dibçək  bitkilərinin  suvarılma  norması  və  sayı  tədricən 



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə