105
yemləndirildikdə əlverişsiz iqlim şəraitinə (küləklərə,
istilərə, tüstüyə, digər zərərli qazlara və s.) yaxşı dözür.
Landşaft dizaynında bitkini yaşıl çəmənin içərisində
tək-tək, xiyabanların təşkilində biri digərindən 3 m nəsafədə
cərgə ilə, digər ağac və kol cinslərindən ən azı 3 m məsafədə
və adətən yarımkölgəli ərazilərdə əkilməlidir. Nisbətən yaşlı
bitkilər birbaşa günəş altında da əkilə bilər.
İriçiçək maqnoliya şaxtaya (–15°-dək) davamlı,
istiliksevən, torpaq qidasına tələbkar, güclü küləklərə
davamlı növdür. Birbaşa düşən günəş şüaları bitkinin
inkişafına mənfi təsir edir. İşıqlı və yarımkölgə şəraitdə daha
yaxşı inkişaf edir. Abşeron şəraitində əlavə yemləmə
gübrələri vermədikdə, yaz-yay ayları rütubətlə tam təmin
olunmadıqda və gün düşən ərazilərdə əkildiyi hallarda
bitkinin inkişafında ildən-ilə geriləmələr müşahidə olunur və
nəhayət bir neçə ildən sonra quruyaraq sıradan çıxır.
Yarpaqları dərivari və sərt olduğuna görə toza, tüstüyə və
qaza qarşı davamlıdır.
İriçiçək maqnoliya toxumla və qələmlə çoxaldıla bilir.
Bizim tədqiqatlarımızda da əsasən toxumla çoxaldılma
üsulundan istifadə olunmuşdur. Toxumlar Abşeron
şəraitində oktyabr-noyabr ayları tədricən yetişir. Tam
yetişmiş toxumlar qozadan kənara çıxaraq, nazik saplardan
asılı vəziyyətdə bir neçə gün qaldıqdan sonra tökülür. Həmin
dövrdə toxumlar yığılır. Təcrübələrimiz göstərir ki, toxumlar
yığılan kimi lətdən təmizlənmədən dərhal açıq sahəyə azacıq
torf qarışdırılmış çay qumuna (1:3) 2-3 sm dərinlikdə cərgəli
səpildikdə 70-80% cücərti əldə etmək mümkün olur. Belə
səpin üsulunda ilk cücərtilər növbəti ilin aprel ayında
görünür. Toxumlardan tez cücərti əldə etmək üçün 20-25°C
temperaturu olan örtülü sahələrdən də istifadə etmək olar. Bu
zaman ilk cücərtilər növbəti ilin fevral ayında görünür.
Şitillərə qulluq mütəmadi suvarmadan, yemləmə gübrələrinin
106
verilməsindən və kölgələndirmədən ibarətdir. Üçyarpaq
olduqda şitillər qidalı torpaq qarışığı doldurulmuş dibçəklərə
köçürülərək yarımkölgəli ərazilərdə saxlanılaraq qulluq
edilir.
İriçiçək Maqnoliya qulluğa az tələbkar növlərdəndir.
Bitkiyə
qulluq
suvarmadan
və
müxtəlif
gübrələrlə
qidalandırmadan ibarətdir.
Abşeron
şəraitində
İriçiçək
Maqnoliyanın
xəstəliktörədiciləri və ziyanvericiləri müşahidə edilməmişdir.
“Tumsuz” nar
Azərbaycan xalqına narın qida və tibbi əhəmiyyəti
çoxdan məlumdur.
Nardan meyvə, dərman, texniki, bəzək və qismən bal
verən bitki kimi istifadə edilir. Nar meyvələrinin tərkibinə
daxil olan maddələrin miqdarı onun sortundan, yetişdirildiyi
iqlimin şəraitindən və bağlarda tətbiq olunan aqrotexniki
tədbirlərin düzgün yerinə yetirilməsindən asılıdır. Nar
şirəsinin tərkibində 76-78% su,14-21% şəkər, 3%-dək yağ,
3-4% turşu, 1,5% proteinin olması müəyyən edilmişdir.
Normal böyümüş meyvələrdən 75%-dək şirə hasil edilir.
Azərbaycanda turş narın şirəsindən narşərab adlanan qatı şirə
hazırlanır ki, bu da ədviyyə kimi ətdən və balıqdan
hazırlanmış müxtəlif yağlı yeməklərdə işlədilir. Nar şirəsi ilə
qatı üzüm şirəsini qarışdırıb nardanca hasil edirlər. Nardanca
Qafqaz əhalisi arasında, xüsusilə Gürcüstanda məşhurdur.
Narın meyvələrindən alınmış şirə müxtəlif qənnadi
məmulatıni rəngləməkdə, spirtsiz içkilər və qazlı sular
hazırlamaqda istifadə edilir. Narın meyvələrindən yüksək
keyfiyyətli çəhrayı, tünd albalı rəngli təbii şirələr
hazırlayırlar.
Nar şirəsi orqanizmdə iştah əmələ gətirir, müxtəlif
yeməklərin asan həzm olunmasına kömək edir. Azərbaycan
107
xalq təbabətində nar qabığından, nar qəzəlinin sirəsindən
mədə-bağırsaq ağrılarında, ishal xəstəliklərinin müalicə-
sində iştahgətirici vasitə kimi və s. lap qədimdən istifadə
olunmuşdur.
Nar bitkisinin kök, gövdə, habelə budaqlarından
dabizim eradan 230 il əvvəl xalq təbabətində bağırsaq və
qarin qurdlarına qarşı mübarizədə istifadə edirmişlər. Xalq
təbabətində yaranı sağaltmaq üçün nar meyvəsinin
qurudulmuş qabığıni narin döyub yaraya səpirlər ki, bunun
da nəticəsində yara sağalır. Yaranın sağalmasına səbəb nar
qabığının tərkibindəki büzüşdürücü maddələrdir.
“Tumsuz” nar sortu yuxarıda qeyd olunan bütün
keyfiyyətləri özündə birləşdirməklə bərabər, bir sıra üstün
cəhətlərə də malikdir.
Məlumdur ki, nar bitkisinin seleksiyası ilə məşğul olan
alimlərin qarşısında bir sıra əsas problemlər durur. Bunlar
əsasən aşağıdakılardır: Qısavegetasiyalı, yüksək məhsuldar
və saxtaya maksimum davamlı, hər il stabil məhsul verən və
yüksək şirə çıxımına və şirə keyfiyyəinə malik sortlar
yetişdirmək.
“Tumsuz” narın digər nar sortlarına nisbətən üstün
cəhətləri məhz yüksək məhsuldar olması, qışın sərt
şaxtalarına (–10-15°C-dək) davamlılığı və keyfiyyətli şirə
çıxımına malik olmasıdır. “Tumsuz” nar bar verən vaxtı
budaqlar çox gövrək olduğundan sınma-qırılma təhlükəsi
əmələ gətirir. Başqa narlara nisbətən bu sort xəstəlik və
zərərvericilərə qarşı çox dözümlü olur. Meyvə yetişən vaxtı
suvarmaq məsləhət görülmür.
Yaxşı olar ki, meyvələr yetişən kimi yığılsın. Yetişmə
vaxtı yağan yağışlar meyvələrin çürüməsinə səbəb olur.
Birmənalı qeyd olunmalıdır ki, “Tumsuz” nar sortu
seleksiyaçı alimlərin ən böyük uğurlarindan biridir.
“Tumsuz” nar sortu Mərkəzi Nəbatat Bağında 35 ildən
108
çoxdur ki, becərilir. Narin Azərbaycana o cümlədən Mərkəzi
Nəbatat Bağina gətirilməsi tam təsadüf xarakterdə olmuşdur.
Göyçaydan və Əndicandan (Ozbəkistandan) alınmış nar
tingləri bağın geofit bitkiləri sahəsində əkilmiş və bütün
aqrotexniki
tədbirlərə
əməl
edilməklə
becərilmişdir.
Meyvələri yetişərkən yığılanda arasından bir nar kolunun
tumsuz olduğu aşkarlanmışdır.
Sonrakı tədqiqatlarımız nəticəsində məlum olmuşdur
ki, ilk dəfə “Tumsuz” nar seleksiya yolu ilə Əfqanıstanda
“Əfqanıstan 1715” adı altında yetişdirilmiş və buradan
Özbəkistana gətirilərək yayılmışdır. Respublikamıza ilk dəfə
professor İ.M.Axundzadənin rəhbərliyi altında ABŞ-dan
gətirildiyi də göstərilir. Eyni zamanda qeyd olunmalıdır ki,
keçən əsrin ortalarına yaxın Özbəkistanın özündə də tumsuz
narin alınmasi istiqamətində tədqiqatlar aparılmışdır.
Mərkəzi Nəbatat Bağında becərilən “Tumsuz” nar
kolları 3,0-3,5 m hündürlükdə olub 6-8 ədədə qədər govdə
əmələ gətirə bilir. Seyrək, qısa tikanlı olduğundan məhsul
yığımı digər sortlara nisbətən asandır. Həmçinin məhsuldar
sort olduğundan, bəzən budaqlar məhsulun ağırlrığına davam
gətirmir. Bu kimi mənfi halların qarşısını almaq və
keyfiyyətli məhsul əldə etmək üçün əl əməyi ilə məhsulu
azaltmaq və kolun normal yükünü saxlamaq lazımdır. Yaxşı
olar ki, meyvə vaxtı bar budaqlarının altına dirək vurulsun.
Əks təqdirdə ağacın budaqları əyilərək formasını itirir, bəzi
hallarda hətta sınır. Orta irilikdə (3,0-3,5m hündürlükdə və 4-
6 ədəd gövdəsi olan kol). “Tumsuz” nar kolu Abşeron
şəraitində o cümlədən Mərkəzi Nəbatat Bağında da 20-30 kq
məhsul verə bilir. Belə halda bir narın orta çəkisi 200-400q
təşkil edir.
“Tumsuz” nar meyvələrinin forması yastı-yumru olub
qabığı nazik, yumşaq ağ və ya çəhrayı, gilələr isə açıq
qırmızı rəngdədir. Meyvələr sentyabrın axırı, oktyabrın