109
birinci yarısı yetişir. Meyvələr asan kəsilir, bölünür və gilələr
zər pərdədən asanlıqla ayrılır, yeyildikdə isə çox şirin, şirəli
və ləzzətli olur. Yeyildikdə digər sortlardan fərqli olaraq
tumun bərkliyi diş altında hiss olunmur. Ona görə də bu sort
“Tumsuz” nar adlanır (şəkil 20).
Sort quraqlığa davamlı olmasına baxmayaraq suvarma
rejimi pozulduqda (az-az suvarıldıqda və ya həddən artıq
suvarıldıqda) meyvələr tez çatlayır və keyfiyyəti aşağı düşür.
Eyni zamanda qumsal zəif qidalı torpaqlara nisbətən
üzvü və mineral gübrələr, kül və s. verilmiş qidalı
torpaqlarda
becərildikdə
məhsuldarlıq
və
məhsulun
keykiyyəti yüksək olur.
Biz “Tumsuz” narı bir qayda olaraq oduncaqlaşmış (2-3
illik)
qələmlərlə
(çiliklərlə)
çoxaldırıq.
Qələmlərin
kəsilməsinin ən yaxşı vaxtı payızda – yarpaqlar tam tökülüb
qurtarandan sonrakı dövrdür. Bu vaxt tədarük olunmuş
qələmlər 90-100% bitiş qabiliyyətli olur. Gecikdirilərək, yəni
qış və yazda kəsilmiş qələmlərin bitmə qabiliyyəti nisbətən
aşağı düşür. Çünki qışlamaya getdikcə nar təbii – bioloji
uyğunlaşmaya uyğun olaraq qida maddələrini 1-3 illik
budaqlardan çəkərək gövdə və köklərdə cəmləşdirir.
Beləliklə gec kəsilmiş qələmlərdə qida maddələri nisbətən az
olduğundan onların cücərmə qabiliyyəti aşağı olur və
gələcəkdə əldə olunmuş tinglər zəif inkişaf edir. Kəsim
zamanı 20-25 cm uzunluqda 10-15mm diametrdə olan
ciliklər tədarük edilməlidir. Çalışmaq lazımdır ki, qələmlərin
aşağı hissəsi (torpağa yerləşən) düz-konusvari kəsilsin.
Çünki bitiş vaxtı qələmin hər tərəfində kallüs təbəqəsi
bərabər əmələ gəlir, köklər bərabər inkişaf edir və bitkinin
normal qidalanması üçün münbit şərait yaranır. Qələmin
torpağın səthində qalan hissəsini isə çəpinə kəsmək
məsləhətdir. Bu halda suvarma və yağış vaxtı kəsilmiş yerdə
suyun qalma ehtimalı aşağı düşür və tinglər sağlam inkişaf
110
edir. Kəsilmiş ciliklər topa bağlanaraq qum və ya ağac
kəpəyindən hazırlanmış ləklərdə saxlanılır. Ciliklərdə
kökatma hiss edildikdə onlar daimi yerinə fevral-mart
ayindanbaşlayaraq əkilməlidir. Çalışmaq lazımdır ki, ciliklər
yumşaq , qidalı torpaqlara əkilsin. Əkin zamanı cərgəvi əkin
üsulundan istifadə olunmaqla cərgəarası 60-80 sm, cilikarası
isə 10 sm saxlanılır. Əmələ gəlmiş tinglər 1-2 yaşlarında
daimi yerlərinə köçürülür. Sonrakı qulluq işləri digər
sortlarda olduğu kimi suvarma rejiminə düzgün əməl
etməkdən (yay ayları ayda 2-3 dəfə, digər aylarda isə ayda
bir dəfə olmaqla), forma verməkdən, quru budamadan,
diblərin yumşaldılaraq qida maddələrinin verilməsindən
ibarətdir.
Nar bitkisində adətən seyrəltmə və gödəltmə adlanan
iki növ budama tətbiq edilir. Nar işığa və günəşə çox
tələdkar bitkidir.
Onun normal böyüməsi və yüksə keyfiyyətli meyvə
verməsi üçün günəş və işıq çətirin içərisinə düşməlidir.
Seyrəlmə adlanan budamada biz çətirdə olan quru, xəstə,
sınıq, zədəli, eybəcər budaqları, habelə çətir daxilində bir-
birinə sürtünən budaqlardan birini dibindən kəsib atırıq.
Nar çoxlu pöhrə verən bitkidir. Budamanın tətbiqi
zamanı onda əmələ gəlmiş pöhrələri, çətir daxilində olan
lazımsız budaqları və haramı zoğları dibindən kəsib atmaq
lazımdır. Kök pöhrələri yalnız o halda saxlanılır ki, pöhrə
əmələ gəlmiş tərəfdə nar kolunun əsas gövdələrindən biri
qurumuş, sınmış, zədələnmiş və ya qocalmış olsun.
Mərkəzi Nəbatat Bağında “Tumsuz” narın heç bir
xəstəliyi müşahidə olunmamışdır. Yalnız bəzi yağmurlu
illərdə yaz aylarında xırda qanlı mənənələr ilk zoğları,
çiçəkləmədən sonra isə nar sovkaları ayrı-ayrı meyvələri
zədələyir.
111
Cırtdan nar
Adətən nar dedikdə ilk növbədə iri, al-qırmızı və qonur
rəngli meyvələr göz önündə canlanır. Həqiqətən də insanlar
qədimdən (eramızdan 500 il qabaq) nar bitkisini, əsasən onun
meyvələrinə görə əkib-becərmişlər.
Tanıdığımız bütün nar sortları (turş, şirin, mələs və s.)
bir növə – adi nar növünə aiddir.
Adi nar (Punica granatum L.), nar (Punicaceae Horan.)
fəsiləsinin nar (Punica L.) cinsinə aid olub, yabanı halda
respublikamızın bütün mülayim iqlim qurşaqlarında – Kür-
Araz, Lənkəran, Astara, Alazan-Əyriçay və s. bitir.
Adi narın bir neçə növ müxtəlifliyi vardır ki, bunlar
əsasən bəzək məqsədilə becərilir. Bunlardan ağçiçəkli,
çoxləçəkli, meyvə verməyən formanı (P. garanatum var.
multiplex Sweet.), parlaq-qırmızı çiçəkli, çoxləçəkli, meyvə
verməyən formanı (P. granatum var. pleniflora Hayne.)
göstərmək olar.
Qeyd olunan müxtəlif formalar içərisində xüsusilə
diqqət çəkən və olduqca dekorativ bir forma da vardır ki, bu,
qırmızı, xırdaçiçəkli, xırdameyvəli (P. granatum var. nana)
forma olan və Çiko adlanan cırtdan (karlik) nardır. Vətəni
Qərbi Asiyanın quraq iqlimə malik zonaları hesab olunur.
Çiko 1916-cı ildə klon formada Çindən Amerikanın
Kaliforniya
ştatına,
sonralar
isə
professor
İdris
Axundzadənin
rəhbərliyi
altında
Kaliforniyadan
respublikamıza gətirilmişdir. 1978-ci illərdən AMEA-nn
Nəbatat Bağında açıq və örtülü şəraitdə becərilir (şəkil 21).
Adi nar ağacının boyu 2-5 m olmasına baxmayaraq,
Çiko adlanan bu forma çox kiçik – 0,5 m-ə qədər
hündürlükdə olub, bol çiçəkləyir və çiçəkləmə müddəti may
ayından qış şaxtaları düşənə qədər davam edir. Çiçəkləmə ilə
bərabər həm də avqust ayından etibarən kol üzərində xırda,
açıq-qırmızı, dairəvi, uzunsov, yastı-dairəvi meyvələr
112
formalaşır və oktyabr-noyabr aylarında meyvələr tədricən
yetişir. Normal inkişaf etmiş bir kol üzərində 4-10 ədəd
müxtəlif ölçülü meyvə olur ki, bu fazada bitki daha dekorativ
– gözoxşayan görünür. Narın bu forması bəzək-dekorativ
bitki kimi becərilir. Bitkinin qida əhəmiyyəti yoxdur. Ona
görə ki, meyvədən şirə çıxımı az, şirənin dadı isə çox turşdur.
Tərkibində 1,76% şəkər, 7-10% turşu vardır. Bir meyvədə
30-60 ədəd toxum olur.
Cırtdan nar istiyə, günəş şüasına və qida maddələrinə
tələbkar bitkidir. Vegetasiya dövrü, yəni aprel ayından
noyabrın ortalarınadək 22-30°, dinclik dövrü, dekabr-mart
ayları isə 5-15° istilik tələb edir. Orta sutkalıq temperatur –
1º-yə düşdükdə bitkinin cavan zoğları, –5°-yə düşdükdə
şoxillik hissələri, –12-15°-yə düşdükdə isə bütövlükdə bitki
özü məhv olur. Ona görə də adətən cırtdan narı qış aylarıotaq
şəraitində dibçəklərdə becərmək məqsədəuyğundur.
Çiko günəş şüası ilə tam təmin olunmuş yerlərdə daha
yaxşı inkişaf edir. Bununla belə, yarımkölgə şəraitində də öz
inkişafını normal başa vurur.
Bitki torpaq rütubətinə çox tələbkardır. Becərildiyi
substrat (torpaq) daim nəm və qidalı olmalıdır. Yanmış
peyin, çürüntülü torpaq və şirəli qum (0,5:1,0:0,5)
qarışığında daha yaxşı inkişaf edir. İldə bir dəöfə mart ayında
hər bitkiyə və ya dibçəyə 10-15 q qarışıq mineral gübrə
(azofoska) verilməlidir.
Cırtdan nar toxumla və çiliklə (qələmlə) asanlıqla
çoxaldılır.
Toxumla çoxaldılma daha əlverişlidir. Bu zaman tam
yetişmiş meyvələr noyabr ayının axırlarında yığılıb qaranlıq,
sərin (3-5ºC) yerlərdə mart ayına qədər saxlanılıb, sonra
meyvədən toxumlar ayrılaraq lət hissədən təmizlənir və
aprelin 2-ci ongünlüyünə qədər nəm qumda saxlanılır.