69
VI FƏSİL
BİTKİLƏRİN SAHƏDƏ
YERLƏŞDİRİLMƏSİ PRİNSİPLƏRİ
Yeni bağ salmaq üçün ərazi seçərkən birinci növbədə
qrunt sularının sahəyə yaxın olmasına, xüsusilə yağmurlu
illərdə əraziyə yağış sularının toplanmasına diqqət yetirmək
vacibdir. Əgər belə hal mövcuddursa, mütləq suyun sahədən
kənarlaşdırılması üçün drenaj sistemi qurulmalıdır. Əks
halda zaman-zaman əraziyə su toplanacaq və əkilmiş
bitkilərin sonda qurumasına səbəb olacaq.
Ərazinin relyefinin hamar olması da mühüm şərtlərdən
biridir. Sahə düz və hamar olduqda, suvarma suyu və təbii
yağıntılar ərazidə bərabər paylanar.
Bitkilərin
ərazidə
düzgün
yerləşdirilməsinin
və
əkilməsinin, bağın uzunömürlü, məhsuldar və gözoxşayan
olması üçün böyük əhəmiyyəti var. Bunu düzgün həll etmək
üçün əkdiyimiz bitkilərin bioekoloji xüsusiyyətlərini, yəni,
onun böyümə gücünü, güclü küləklərə davamlılığını, günəşli,
kölgəli ərazilərə
münasibətini, torpağın münbitliyinə
münasibətini və s. bilmək vacibdir. Hündür boylu, geniş
çətirli (qoz, armud, ərik və gilasın hündür boylu sortları, tut,
eləcə də palıd, çinar, qovaq kimi hündürboylu ağaclar)
bitkilər ərazinin şimal-qərb, alçaqboylular (alma, alça,
gavalı, xirnik, armud, heyva və s.) isə cənub-şərq
cəhətlərində və ortada əkilməlidir. Əraziyə güclü küləklərin
ən çox daxil olduğu cəhətlərdə sıra ilə hündürboylu bitkilər,
şam və sərvlərin əkilməsi məsləhətdir.
Yeni bağda bitkiləri yerləşdirərkən, onların qida
sahələrinə diqqət yetirilməlidir. Qida sahəsi dedikdə,
bitkilərə verilən torpaq sahəsi, yəni bitkiarası məsafə başa
düşülür. Qida sahəsi bitkinin həyati formasından (ağac, kol,
70
ot və lian tipli olmasından), bioloji xüsusiyyətindən (güclü və
zəif böyüyən olması), torpağın münbitliyindən (qidalı və zəif
qidalı olmasından) və əkin sxemindən (cərgəvi, lentvari, tək-
tək, canlı çəpər və s.) asılıdır.
Ağac tipli bitkilərə 15-30 m
2
(bəzən 50-60 m
2
), kol
tiplilərə 4-8 m
2
(bəzən 2-4 m
2
), ot tiplilərə isə daha az – 0,1-
0,5 m
2
sahə ayrılır. Uyğun olaraq lian bitkiləri də az torpaq
sahəsi (0,5-1,0 m
2
) tələb edirlər.
Güclü böyüyən bitkilərə (qoz, şabalıd, ərik, armud,
əncir, çinar, palıd) çox qida sahəsi, zəif böyüyənlərə (zəif
böyüyən ağaclara və kollara) isə az qida sahəsi ayrilir.
Münbit torpaqlarda qida sahəsi çox, az münbit
torpaqlarda isə az verilir.
Canlı çəpərlərin yaradılması zamanı bitkilər daha sıx
əkilir. Landşafr memarlığında bir çox bitkilərdən, xüsusilə
həmişəyaşıl növlərdən canlı çəpər yaratmaq məqsədilə geniş
istifadə
olunur.
Azərbaycanda
canlı
çəpərlərin
yaradılmasında tarixən nar, üçtikanlı lələk, akasiya,
böyürtkən, hündür mərəvcə və s. istifadə olunmuşdur.
Hazırda kənd yerlərində bu təcrübə hələ də qalmaqdadır. Son
samanlar xaricdən bir çox yeni dekorativ bitki növ və
formaları gətirilmişdir ki, onların da canlı çəpərlərin,
bordürlərin və xiyabanların təşkilində müvəffəqiyyətlə
istifadəsi
genişlənməkdədir.
Fotiniya,
tikanlı
iydə,
həmişəyaşıl şümşad, Pittosporum, birgöz, pirakunta və s.
belə bitkilərdəndir.
Canlı çəpər və bordürlərin yaradılması zamanı adətən
bitkinin cavan tinglərindən (1-4 yaşlı) istifadə olunur.
Tinglər 2 cərgədə cərgə və bitkiarası məsafə 20-25 sm
saxlanılmaqla əkilir.
Bir çox hallarda bağbanların qarşısına daha ciddi
suallar çıxır. Yəni, bağ çox-çox əvvəllər salınıb, müxtəlif
səbəblər üzündən bitkilərin bir qismi quruyub və ya qurumaq
71
təhlükəsindədir. Sahənin bəzi yerlərində isə çox sıxlıq əmələ
gəlmiş, bəzi cinslərin çətirləri çox genişlənmiş və ətrafda
əkilmiş digər bitkilərin inkişafına maneçilik törədir. Belə
halda qurumuş, zədələnmiş, kölgəlik nəticəsində inkişafdan
qalmış bitkilər çıxarılaraq, sahədən kənarlaşdırılır və bağ
yenidən bərpa olunur. Bərpa işləri yeni çalaların
qazılmasından və əkiləcək cinslərin seçilməsindən başlayır.
Cinslərin düzgün seçilməsinin çox böyük əhəmiyyəti var.
Yəni, ərazinin vəziyyətinə uyğun elə cinslər seçilməlidir ki,
bağ həm uzunömürlü, həm məhsuldar, həm də gözoxşayan
olsun. Bunun üçün növlərin bəzi mühüm xüsusiyyətlərini
bilmək vacibdir. Aşağıda park və bağsalmada daha çox
istifadə olunan bitkilərin bəzi mühüm xüsusiyyətləri
haqqında məlumat verilir.
1. Günəşli ərazilərə tələbkar bitkilər – a) moruq, qara-
ğat, çiyələk, firəng üzümü, dəfnəalbalı və qismən kivini
çıxmaqla bütün meyvə-giləmeyvə bitkiləri;b) bütün bostan-
tərəvəz bitkiləri; c)bir sıra dekorativ ağac, kol və ot bitkiləri.
O cümlədən:
Ağaclar
Qışda yarpağı tökülənlər
Həmişəyaşıllar
Çinar
Platanus
Şam
Pinus
Palıd
Quercus
Sərv
Cupressus
Ağcaqayın
Acer
Kriptomeriya
Cryptomeria
Göyrüş
Fracsinus
Küknar
Picea
Katalpa
Catalpa
Sidr
Cedrus
Azat (Nil)
Zelkova
Dəfnə
Laurus
Qarağac
Ulmus
Zeytun
Olea
Qoz
Juglans
Palma
Palmae
Dağdağan
Celtis
Seratoniya
Ceratonia
Adəm ağacı
Pawlovniya
Evkalipt
Evkalipt
İydə
Elaeagnus
Maqnoliya
Magnolia
Meliya
Melia
Daş palıd
Quercus ilex
Akasiya
Robinia
Safora
Sophora
Ərkəvan
Cercis
İpək akasiya
Albizzia
Sabun ağacı
Sapindus
Yapon əzgili
Mespulus japonica
72
Kollar
Qışda yarpağı tökülənlər
Qızılgül
Rosa
Suriya gülxətmisi
Hibiscus
Adi birgöz
Ligustrum vulgare
Çin birgözü
L. sinense
Adi yasəmən
Syuringa vulgaris
Adi zirinc
Berberis
Topulqa
Spirea
Ətirli doqquzdon
Lonusera fragrantissima
Hind yasəməni
Lagestroemia indica
Buddleya
Buddlea
Həmişəyaşıllar
Çiyələk ağacı
Arbutus
Başınağacı
Viburnum
Abeliya
Abelia
Yapon birgözü
Ligustrum japonica
Parlaq birgöz
Ligustrum licidum
Fotiniya
Photinia
Pittosporum
Pittosporum
Tikanlı iydə
Elaeagnus pungens
Oleandr
Oleandr
Pirakanta
Pyrocantha
Otlar (çiçəklər)
Qərənfil
Dianthus
Gülümbahar
Calendula
Xoruzpipiyi
Celosia
Buynuzbaş
Paeonia
Dağlaləsi
Tulipa
Günotu
Hemerocallis
Qarğasoğanı
Cladiolus
Sünbülçiçək
Hyacintnus
Süsən
Iris