Atletika (ümumikurs)I kurs 200 test (Azərbaycan bölməsi) cavablar atletikanın tədrisi metodikası


Qaçaraq uzunluğa tullanmanın təhlili və tədrisi metodikası



Yüklə 72,9 Kb.
səhifə6/9
tarix13.03.2023
ölçüsü72,9 Kb.
#102425
1   2   3   4   5   6   7   8   9
ATLETİKA CAVABLAR

6. Qaçaraq uzunluğa tullanmanın təhlili və tədrisi metodikası

129. Atletikanın tullanmalar bölməsi neçə yerə ayrılır və hansılardır?


A) 2-üfüqi, şaquli
B) 3-şaquli, aşma, üç təkanla
C) 4-uzunluğa, üfiqi, şüvüllə, frontal
D) 3-yerindən, üç təkanla, horizontal
E) 2-horizontal, diaqonal

130. Bütün tullanmalarda yaxşı qaçışın əlamətlərini göstərin:


1.qüvvə
2.sürət
3.dəqiqlik və ardıcıllıq
4.Sıçrayış
5.uçuş fazasının ideal trayektoriyası
6.güclü təkana idmançının hazırlanması
A) 2,3,6
B) 1,3,5
C) 4,6,8
D) 2,3,4
E) 3,5,6

131. Tullanmalar texnikasında aşağıdakılardan biri yolverilməzdir:


A) qaçışın sonunda sürətin azalması
B) plankadan düzgün təkan
C) istənilən tullanma üsulunun seçilməsi
D) qaçış məsafəsinin seçilməsi
E) qövsvari qaçış

132. Uzunluğa tullanmanın faza xüsusiyyətlərnin tərkib hissəsinə hansı aiddir?


A) təkan fazasında idmançı şaquli sürət yaradır və sürətin itirilməsini minimuma endirir
B) əsas məqsəd sona qədər qaçmaqdır
C) qaçış fazasında addımların uzunluğu əsas götürülür, təkan əhəmiyyətli deyil
D) təkan fazasında idmançı üfiqi sürət yaradır və sürətin itirilməsinə təsir edə bilmir
E) bütün variantlar doğrudur

133. Təkan fazasında şaquli sürəti artırmaq və üfiqi sürətin itirilməsinin azaldılması xüsusiyyətlərini sadalayın:


1.pəncənin dayağa qoyulması fəal və cəlddir
2.pəncənin dayağa qoyulması qeyri fəaldır
3.təkan vaxtı minimuma endirilir, təkan qıçı minimal bükülür
4.sərbəst qıçın budu üfiqi vəziyyətdə hərəkət etdirilir
5.bilək-dirsək, çiyin oynaqları tullanma zamanı çox mütəhərrikdir
6.pəncə-baldır, diz və çanaq-bud oynaqları tam düzəldilir
A) 1,3,4,6
B) 2,3,5,6
C) 3,4,5
D) 2,4,5
E) 1,2,3,4

134. Qaçaraq uzunluğa tullanmanın “bükülərək” üsulunda səmərəli yerəenməyə hazırlıq texnikasının xüsusiyyətlərini göstərin:


1.hər iki qol təkan anında arxaya gedir
2.sərbəst qıç təkan vəziyyətində ləngiyir
3.bədən şaquli vəziyyətdə qalxmaqda davam edir
4.sərbəst qıç təkan anında arxaya gedir
5.hər iki qıç yerə enmə üçün irəliyə düzəldilib
6.uçuş fazasında bədən yerə parallel olur
A) 2,3,5
B) 1,2,3
C) 1,3,5
D) 2,4,5
E) 4,5,6

135. Qaçaraq uzunluğa tullanmanın yerəenmə fazasının əsas məqsədi nədən ibarətdir?


A) uçuş trayektoriyasının itkisini minimuma endirmək
B) sektordan kanara düşmək
C) qum həndəyini tez tərk etmək
D) uçuş fazasında olarkən bədəni qruplaşdırmaq
E) maneəni dəf etmək

136. Qaçaraq uzunluğa və üç təkanla tullanmalarda nəticə necə ölçülür?


A) qum üzərindəki təkan yerinə yaxın nöqtəsindən təkan xəttinə kimi
B) qaçış yerindən quma qədər
C) təkan yerindən quma qədər
D) təkan yerindən qumun axırına kimi
E) hakim qırmızı bayrağı qaldıranda

137. Aşağıdakılardan hansılar şaquli tullanmalara daxildir?


A) qaçaraq hündürlüyə tullanma, şüvüllə hündürlüyə tullanma
B) üç təkanla tullanma, hündürlüyə tullanma
C) şüvüllə hündürlüyə tullanma, qaçaraq uzunluğa tullanma
D) yerindən uzunluğa tullanma, qaçaraq hündürlüyə tullanma
E) aşma üsulu ilə tullanma, qayçıvari tullama

138. Qaçaraq uzunluğa və üç təkanla tullanmada küləyin sürətini ölçən cihaz harada qurulur?


A) təkan yerindən 20m məsafədə qaçış yolundan 2m sağ tərəfdə
B) təkan yerinin yanında
C) idmançının qaçışa başladığı yerdə
D) qumla doldurulmuş sektorun axırında
E) baş hakimin əlində

139. Qaçaraq uzunluğa tullanmada idmançı qayçıvari üsulla tullandıqda uçuşda əsasən neçə addım edir?


A) 1.5–3.5
B) 1.5–4.5
C) 3–5
D) 3.5–6.5
E) 0–1.5

140. Aşağıdakı variantların hansında qaçaraq tullanmada hərəkətin icra ardıcıllığı düzgün göstərilmişdir?


A) qaçış, təkan, uçuş, yerəenmə
B) təkan, yerəenmə, uçuş
C) qaçış, havada qruplaşma, təkan
D) uçuş, qaçış, təkan, yerəenmə
E) yerəenmə, təkan, qaçış

141. Qaçaraq uzunluğa tullanmada qaçış üçün neçə metr tövsiyyə olunur?


A) 45 metr
B) 55 metr
C) 65 metr
D) 25 metr
E) 15 metr

142. Uzunluğa tullanmada hərəkətin qaçış hissəsinin məqsədi nədən ibarətdir?


A) təkanın icrasınadək optimal sürətlənmə və təkan üçün effektli şərait yaratmaq
B) fəzada uçuş amanı bədəni daha tez qruplaşdırmaq
C) sürət qabiliyyətinin inkişaf etdirilməsi və daha çox uzaq məsafəyə tullanmaq
D) yerəenmənin səmərəli təşkilini təmin etmək
E) takan brusokuna dəqiq düşməni təmin etmək və optimal bucaq altında uçuş fazasına qalxma

143. Uzunluğa tullanmada təkan fazasının məqsədi nədən ibarətdir?


A) bədənin ÜAM-i hərəkət istiqamətini yuxarıya-irəliyə yönəltmək
B) təkan anında qolların gücü hesabına yuxarıya doğru daha güclü təkan vermək
C) bədənin çəkisinin ayaqlara az təsiri məqsədi ilə daha çox sürət yığmaq
D) sürət-güc, sürət, qüvvə kimi hərəki qabiliyyətlərin inkişafı
E) üfiqi tullanmanı təmin etmək

144. Uzunluğa tullanmada uçuş fazasının müddəti nədən asılıdır?


A) ilkin uçuş sürətindən, hərəkət tryektoriyasından, uçuş bucağından, mühitin müqavimətindən
B) hərəkət tryektoriyasından, vaxt intervalından, məşqçinin göstərişindən
C) tamaşaçıların dəstəyindən, uçuş bucağından, havanın temperaturundan
D) mühitin müqavimətindən, qaçış zamanı məsafə və sürətdən, cəhdlərin sayından
E) küləyin gücü və istiqamətindən, bədənin çəkisindən, ümumi fiziki hazırlıqdan

145. Qaçaraq uzunluğa tullanmada icra üsullarının səmərəlilik dərəcəsini göstərin:


A) “qayçıvari”, “arxaya əyilərək”,“qıçları bükərək”
B) “arxaya əyilərək”, “aşma”
C) “aşma”, “qayçıvari”
D) “addımlama”, “qıçları bükərək”
E) “dalğavari”, “arxaya əyilərək”, “qıçları bükərək”

146. Qaçaraq uzunluğa tullanmada təkan brusokundan (təkan yerindəki taxtadan) qum xəndəyinə qədər olan məsafə neçə metrdir?


A) 2-3 metr
B) 4-5 metr
C) 4-6 metr
D) 3-5 metr
E) 2-5 metr

147. Qaçaraq uzunluğa tullanmada qum xəndəyinin ölçülərini göstərin:


A) 9m x 2,75-3m
B) 6-7m x 4-6,35m
C) 9-11m x 4,25-5m
D) 8-10m x 2,50-2,75m
E) 5-7m x 2,70-3m

148. Qaçaraq uzunluğa tullanmada ayaqların amortizasiyası nəyə xidmət edir?


A) güclü təkana, təhlükəsizliyə
B) sıçrayışa, qaçışa
C) tullanma üsuluna
D) ümumi və xüsusi hazırlığa
E) yalnız uçuş trayektoriyasına

149. Tullanmalar əsasən hansı hərəki qabiliyyətin inkişafını təmin edir?


A) sürət-güc
B) dözümlülük
C) çeviklik
D) sürət
E) qüvvə

150. Qaçaraq uzunluğa tullanmanın hansı üsullarından istifadə edilir?


A) “qıçları bükərək”, “arxaya əyilərək”, “qayçıvari”
B) “dalğavari”, “arxaya əyilərək”, “qıçları bükərək”
C) “aşma”, “qayçıvari”
D) “addımlama”, “qıçları bükərək”
E) “arxaya əyilərək”, “aşma”

151. Aşağıdakılardan hansılar üfiqi tullanmalara daxildir?


A) qaçaraq uzunluğa tullanma, üç təkanla tullanma
B) yerindən uzunluğa tullanma, qaçaraq hündürlüyə tullanma
C) şüvüllə hündürlüyə tullanma, qaçaraq uzunluğa tullanma
D) üç təkanla tullanma, hündürlüyə tullanma
E) qayçıvari tullama, aşma üsulu ilə tullanma

152. Tullanmalarda nəticəyə müsbət təsir göstərən amillər hansılardır?


1.optimal uçuş bucağı
2.tamaşaçıların dəstəyi
3.təkanın gücü
4.yorğunluq
5.səmərəli yerəenmə
6.küləyin gücü
A) 1,3,5
B) 2,4,5
C) 4,6,8
D) 1,4,5
E) 2,5,6

153. Ümumtəhsil məktəblərinin fiziki tərbiyə dərslərində şagirdlərin “aşağı ətraflarının sürət-gücü”-nü hansı hərəkətlərin hesabına inkişaf etdirmək olar?


A) yerindən uzunluğa tullanma, qaçaraq uzunluğa tullanma, qaçaraq hündürlüyə tullanma
B) ayaqların köməyi ilə kəndirə dırmanma, yerindən uzunluğa tullanma, estafet qaçışı
C) tullanaraq topu səbətə atmaq, tək ayaq üzərində oturub-qalxma, qaçaraq uzunluğa tullanma
D) tullanaraq topa zərbə vurma, qaçaraq top atma, məkikvari qaçış
E) tək ayaqla tullanma, təkanla turnikdə dartınma, cüt ayaqlarla tullanma

154. Qaçaraq uzunluğa tullanmanın öyrədilməsi zamanı təkan bucağını artırmaq üçün istifadə ediləcək üsulu göstərin:


A) təkan yerindən sonra hündür olmayan planka qoymaq
B) idmançıya qışqırmaq
C) idmançını qorxuzmaq
D) idmaçıya xahiş etmək
E) idmaçıya yalvarmaq



Yüklə 72,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə