Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki
təsirlərə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin
qəbulu
Bu xidmət vasitəsilə atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli
fiziki təsirlərə xüsusi icazənin verilməsi üçün müraciət və sənədlərin qəbulu
mümkündür. Elektron xidmətdən istifadə etmək üçün
https://e-xidmet.eco.gov.az
– “ETSN-nin Elektron Xidmətlər” portalına daxil olaraq “Xüsusi razılıqlar və
İcazələr” bölməsinə keçid edin.
Burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunan elektron
xidmətlər siyahasından “Atmosfer havasına zərərli maddələrin atılmasına və
zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin
qəbulu” elektron xidmətini seçmək lazımdır.(Şək:1)
Şəkil:1
Elektron xidmətə daxil olduqdan sonra xidmətdən istifadə etmək üçün sistem
istifadəçidən
şəxsi kabinetinə giriş etməsi
tələb edir. Bunu üçün sol meyudan
şəxsi hesabınıza daxil olmalısız. Əgər hesabınız yoxdursa yeni istifadəçi kimi
qeydiyyatdan keçməlisiz. Açılan pəncərədə istifadəçinin FİN kodunu daxil
etdikdən sonra bu finə aid məlumatlar avtomatik yüklənəcək. Bundan sonra
ünvanınızı, ev telefonunu, mobil nömrəsini, elektron ünvanını, şifrə, şifrənin
təkrarı, təqdim olunan kodu daxil edərək “Qeydiyyat” düyməsini seçmək
lazımdır.(Şək:2)
Şəkil:2
Növbəti mərhələdə istifadəcinin fiziki və ya hüquqi şəxs olamsı və fəaliyyət növü
barədə məlumatlar daxil edilməlidir. (Şək:3)
Şəkil:3
Daha sonra “Tələb olunan sənədlər” bölməsində elektron xidmətin göstərilməsi
üçün ərizə forması, atmosfer havasına zərərli maddələrin atılma normativləri
layihəsi, qəza zamanı və birdəfəlik atılmaların qarşısını almaq məqsədi ilə tədbirlər
planı (mövcud texnoloji prosesləri belə hallara yol verə bilən müəssisələr üçün),
əlverişsiz meteoroloji şərait zamanı zərərli maddələrin atmosfer havasına
atılmasının tənzimlənməsi üzrə səmərəli tədbirlər planı, atılmanın yol verilən həddi
normativlərinə nail olmaq üçün nəzərdə tutulmuş tədbirlər planı, müəssisənin
sanitar-gigiyenik pasportu və s. sənədlər “Choose File” düyməsindən istifadə
etməklə sistemə daxil edilməlidir. (Şək:4)
Şəkil:4
Sonda istifadəçi təqdim olunan kodu və müvafiq qeydi daxil edərək “Göndər”
düyməsini seçərək yaradılmış elektron müraciəti Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərmiş olacaq.(Şək:5)
Şəkil:5
İstifadəçi seçilmiş elektron xidmət üzrə müraciət edildikdən istifadəçinin şəxsi
kabinetində “Müraciətlər” bölməsi vasitəsi ilə göndərdiyi elektron xidmətin
gedişatı barədə məlumatlana bilər. (Şək:6, 7)
Şəkil:6