Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə23/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   19   20   21   22   23   24   25   26   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
67 
 
AZƏRBAYCANDA PSIXOFARMAKOLOJI PREPARATLAR ILƏ ZƏHƏRLƏNMƏLƏR 
 
Leyla FƏTULLAYEVA, Aysel AYDƏMİROVA 
 
İşin rəhbəri: dos. İsmayıl ƏFƏNDİYEV 
 
ATU-nun II Daxili xəstəliklər kafedrası, SN-nin Respublika Toksikoloji Mərkəz 
 
Açar sözlər: psixofarmakoloji preparatlar, epidemiologiya, zəhərlənmə, Azərbaycan 
 
Giriş:  Kəskin  kimyəvi  mənşəli  zəhərlənmələr  ictimai  səhiyyənin  əhəmiyyətli  qlobal 
problemlərindən biridir 
Tədqiqatın  məqsədi:  Azərbaycanda  psixofarmakoloji  preparatlar  ilə  zəhərlənmələr  intoksiko-
epidemioloji strukturunun təhlil edilməsidir. 
Material  və  metodlar:  SN-nin  Respublika  Toksikoloji  Mərkəzində  2009-2016-cı  illərdə  stasionar 
müalicə  almış  bütün  kəskin  psixofarmakoloji  preparatlar  ilə  zəhərlənmə  hadisələrin  materialları  təhlil 
olunmuşdur. 
Nəticə: Kəskin psixofarmakoloji preparatlar ilə zəhərlənən xəstələrin ümumi sayı 3413 nəfər, yəni 
kəskin  tibbi  təyinatlı  maddələr  ilə  zəhərlənmə  hadisələrin  (XBT-10  T36-T50  kodları)  48,3%-ni  təşkil 
edirdi. 
Bütün yaş qruplarında qadınların say qeydiyyatı  üstünlük təşkil etmiş, xəstələrin çoxu isə (1114 
nəfər və ya bütün xəstələrin 32,6%-i) 15-24 yaşlarında idi (p>0,05). 
Zəhərlənmələr arasında ən böyük pay, T42 rubrikasında benzodiazepine preparatları(35,8%), T43 
rubrikasındaisə - antipsixotik və neyroleptik preparatlar (19.2%) təşkiletmişdir. 
Benzodiazepinlərin  arasında  isə  birinci  və  ikinci  sıra  yerləri  fenazepam  (71,0%)  və 
klonazepam(16,6%) preparatlarına məxsus idi. 
Bundanbaşqa  T42  rubrikasının  kohortunda  120  zəhərlənmə  hadisəsi  (5,5%)  müalicəvi  təsirinə 
görə benzodiazepinlərə oxşar olan “Z” adlanan qrupda şərtlənmiş preparatlarla əlaqəli idi(zolpidem və 
zopiklon). 
Antipsixotik  və  neyroleptik  preparatlar  ilə  zəhərlənmələr  arasında  tioridazin,  trifluopirazin, 
levomepromazin,    xlorpromazin  və  perisiazin  preparatların  bu  qrupda  bütün  zəhərlənmə  hadisələrin 
91%-i təşkiledirdi. 
Barbituratlar  isə  toksikliyinə  və  terapevtik  dozasınında  rspektrli  olmasına  görə  hal-hazırda 
epilepsiya əleyhinə və yuxu gətirici vasitə kimi əhəmiyyətini itirmişdir. T42 rubrikasında təsnifolunmuş 
bütün zəhərlənmə hadisələrin yalnız 4,9%-i, barbituratların qəbulu ilə əlaqəli idi (əsasən fenobarbitalla). 
İminostilbenlərlə  zəhərlənmələr  qrupundan  yalnız  karbamazepin  preparatı  ilə  intoksikasiyalar 
təşkil  edirdi.  Həmin  kohortda  xəstələrin  çoxu  bu  dərmanı  həkim  təyinatına  əsasən  qıcolma  əleyhinə 
preparat kimi qəbul edirdilər. 
Kəskin  trisiklik  antidepressantlar  ilə  intoksikasiyalar  91,5%-i  amitriptillin  ilə  zəhərlənmə  halları 
kimi  təqdim  olunub.    Antidepressantlar  və  serotonin  gerialınma  inhibitorları  ilə  intoksikasiyalar 
nisbətən azsayda idi (T43 rubrikasında bütün zəhərlənmə hadisələrin 4,6%-i). 
Buterofenon  və  tioksantentörəmələri  arasında  birinci  yeri  haloperidol  ilə  zəhərlənmə  halları 
81,3%  təşkil  edirdi.  Digər  antipsixotik  və  neyroleptik  preparatlar  ilə  zəhərlənmə  qrupunda  birinci  yer 
klozapin preparatı ilə intoksikasiyalara məxsus idi – cəmi 83 xəstəvəya 47,1%. 
Yekun:  Azərbaycanda  tibbi  təyinatlı  maddələr  ilə  kəskin  intoksikasiyalar  arasında  birinci  yeri 
psixofarmakoloji preparatlar ilə zəhərlənmələr tutur. 
Psixofarmakoloji  preparatların  satışına  gücləndirilmiş  nəzarət,  bir  qutuda  dərmanların  sayının 
azaldılması,  eləcədə  əhalinin  həssas  qruplarına  diqqətin  artırılması  ilə  Azərbaycanın  toksiko-
epidemioloji strukturunda bu tip zəhərlənmə halların azaldılmasına imkan verərdi. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
68 
 
ŞİZOFRENİYANIN PARANOİD FORMASINDA DEPRESSİV POZUNTULARIN  
KLİNIİASI VƏ MÜALİCƏSI 
 
Reyhan ZÜLFÜQAROVA 
 
İşin rəhbəri:  t.e.d. T.Ə. QAFAROV 
 
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkminləşdirmə İnstitunun psixiatriya və narkologiya kafedrası 
 
Açar sözləri: şizofreniya paranoid forma, depressiv pozuntular, klinika, müalicə.  
Giriş:  Şizofreniyanın  paranoid  formasının  inkişafının  müxtəlif  mərhələlərində  depressiv  pozuntular 
müşahidə oluna bilər. Baxmayaraq ki,  XBT- 10-cu baxışında " Şizofreniya zamanı depressiya" adlı kod yoxdur, 
şizofreniya  xəstələrində müşaidə edilən depressiv pozuntular aktual problem olaraq qalır. Depressiv pozuntuların 
şizofreniya  zamanı  əhəmiyyəti  ondan  ibarətdir  ki,  pozitiv  simptomların  kəskinliyi  və  stabilliyindən  asılı 
olmayaraq,  xəstəliyin  gedişatını,  xəstənin  psixososial  adaptasiyasını  çətinləşdirir  və  suisidal  cəhdlərə  və  ya 
suisidlərə səbəb olur.  
Məqsəd: İşin məqsədi şizofreniyanın paranoid formasında depressiyanın kliniki mənzərəsini və müalicəsini 
tədqiq etməkdən ibarət olmuşdur.   
Material  və  metodlar:  Səhiyyə  Nazirliyinin  1  saylı  Psixiatriya  xəstəxanasında   müalicədə  olan  21  nəfər 
paranoid şizofreniyalı xəstə müayinə edilmişdi. Onların yaşı  29-60 il arasında dəyişmişdir. Xəstələrin 8 kişi,  13 
qadın olmaqla, yanaşı digər ağır somatik və psixi  pozuntu müəyyən edilməyib. Xəstələrdə depressiv əlamətlərin 
ağırlığı Kalqari şkalası vasitəsi ilə təyin edilmişdi.   
Nəticə: Xəstələrin Kalqari şkalası ilə sorğusu zamanı onlarda depressiyanın müxtəlif növləri və dərəcələri 
aşkar  olunmuşdur.  Xəstələrin  1/3-də  bu  pozuntular  uzun  müddət  dəyişilməz  olaraq  qalır.  Şizofreniyanın 
kəskinləşmə dövründə mövcud olan eşitmə psevdohallüsinasiyalara və sayıglama pozuntularına onlar böyük təsir 
göstərir. Bu xəstələrdə  onların özünü günahlandıran səslərin eşidilməsi, özünü kiçiltmə, özünü günahlandırma və 
s.  sayıqlamalar  müşahidə  olunur.  Müalicə  neyroleptiklər  və  antidepressantların  birgə  tədbiqindən  ibarətdir. 
Xüsusilə  atipik  neyroleptiklər  (risperidon,  olanzapin,  kvetiapin  və  s.)  və  serotonin  geriyə  alınmasının   selektiv 
inhibitorlarından (fevarin, sitalopram, sertralin, paroksetin və s.) istifadə olunur. Bununla yanaşı koqnitiv-davranış 
psixoterapiyanın tədbiqi zəruridir. 
 Müzakirə:  Şizofreniyanın  paranoid  forması  zamanı  depressiv  pozuntuların  aşkarlanması  və  kliniki 
cəhətdən  dəyərləndirilməsi  xəstəliyin  müalicəsinin   daha  effektiv  olmasına  imkan  yaradır.  Aldığımız  məlumat 
ədəbiyyatlarla uzlaşır. Buna  baxmayaraq, gələcəkdə bu tədqiqatların daha çox xəstədə aparılması məqsədəuyğun 
hesab edilməlidir 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə