Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə26/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   22   23   24   25   26   27   28   29   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
73 
 
PERİKARDİAL EFFUZİYANIN NADİR SƏBƏBİ: RABDOMİOSARKOMA 
 
Elvira  BABAŞOVA 
 
İşin rəhbəri: Fərid  ƏLİYEV 
 
ATU Ürək Damar Mərkəzi 
 
Açar sözlər: perikardial effuziya, perikardial tamponada, rabdomiosarkoma,  
Giriş:  Ürəyin  birincili  bəd  xassəli  törəmələri  (BT)  nadir  hallarda  müşahidə  olunan 
patologiyalardır.  Rabdomiosarkoma  uşaqlarda  ən  çox  rast  gəlinən  BT  olub,  bütün  yaş  qruplarındakı 
kardiak  sarkomalar  arasında  2.  yeri  tutur.  Burada  müalicəyə  rezistent  PE  ilə  prezentasiya  olunmuş 
rabdomiosarkomalı gənc xəstənin klinik seyrini təqdim ediləcək.  
Materiallar  və  metodlar:  Xəstəlik  anamnezi  olmayan  32  yaşlı  qadın,  kəskin  respirator 
infeksiyadan sonra, son 1 ayda başlayan təngnəfəslik, çəki artımı şikayəti ilə müraciət etmişdir. Ultrasəs 
müayinələrində  perikardial  effuziya  və  Duqlas  boşluğunda  maye  aşkarlanmış,  bu  səbəbdən 
mərkəzimizə  müraciət  etmişdir.  Hemodinamik  göstəriciləri  stabil  olan  xəstənin  fiziki  müayinəsində 
ağciyərlərin aşağı paylarında zəifləmiş vezikulyar tənəffüs eşidilir.EKQ-də patoloji dəyişiklik izlənilmir. 
ExoKQ-də  tamponadaya  səbəb  olan  PE  izlənilir,  bundan  əlavə  struktur  dəyişikliyi  qeyd  edilmir. 
Perikardiosintez  icra  olunaraq  700ml  hemorragik  maye  boşaldılmışdır.    Eksudat  xarakterli  mayedə 
atipik  hüceyrələr  aşkarlanmamış,  kultivasiyada  mikroorqanizm  inkişaf  etməmişdir.  xəstənin  perikard 
maye təhlilində eksudat  xarakterli olduğu aşkarlandı. İbuprofen və kolxisin müalicəsi ilə  evə yazılan 
xəstə  2  ay  sonra  təkrar  eyni  şikayətlərlə  müraciət  etdikdə  torakal  KT  müayinəsi  icra  edilmiş  və  PE  və 
miokardda  yeni  törəmə    aşkarlanmışdır.  Cərrahi  əməliyyat  planlansa  da  şişin  ətraf  toxumalara  dərin 
invaziyası  səbəbi  ilə  icra  oluna  bilməmişdir.  Şiş  toxumasının  patohistoloji  müayinəsi  nəticəsində 
rabdomiosarkoma  diaqnozu  qoyulmuşdur.    Radikal  heç  bir  müalicə  verilə  bilməyən  xəstə  1  ay  sonra 
həyatını itimişdir.  
Nəticə: Rabdomiosarkoma  nadir  rast gəlinən BT olub,  ürəyin birincili BT-nin 25%-ni təşkil edir. 
Ətraf  toxumalara  invaziya  olunana  qədər  asimptomatik  qalan  rabdomiosarkoma  adətən  perikard 
invaziyası  ilə  əlaqədar  PE  və  tamponada  ilə  nəticələnir.  PE-nin  xüsusilə  "sağlam"  gənc  şəxslərdə  əsas 
səbəbi  viral  infeksiya  olması,  xəstəmizin  anamnezində  də  kəskin  respirator  infeksiyanın  olması  və 
effuziyanın  laborator  müayinələrində  atipik  hüceyrələrin  olmaması  səbəbi  ilə  viral  perikardit  ilkin 
diaqnoz olaraq düşünülmüşdür. Təkrarlayan PE-li xəstələr diqqətli dəyərləndirmə tələb edir və yalnız 
anamnestik  məlumatlara  əsaslanan  empirik  müalicə  diaqnoz  və  müalicə  tədbirlərinin  gecikməsinə 
səbəb  olur.  Bu  səbəbdən  müalicəyə  rezistent  və  ya  müvafiq  müalicəyə  baxmayaraq  təkrarlayan  PE-li 
xəstələrdə PE-nin rabdamiosarkoma kimi nadir bütün səbəbləri nəzərə alınmalıdır.  
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
74 
 
İNFEKSİON ENDOKARDİTİN NADİR TÖRƏDİCİSİ: KOCURİA ROSEA 
 
Sevinc ƏLİYEVA 
 
İşin rəhbəri: Fuad SƏMƏDOV 
 
ATU TTK, I Daxili xəstəliklər və Reanimatologiya kafedrası 
 
          Açar sözlər: Kocuria rosea, infeksion endokardit, mitral çatışmazlıq, mitral qapaq protezləşməsi  
          Giriş:  Kocuria  infeksiyaları  çox  nadir  hallarda  metabolik,  hematoloji  və  bədxassəli  xəstəliklər  səbəbindən 
immunsupressiv  olan  xəstələrdə  rast  gəlinir.  Bu  törədicilərin  nadir  hallarda  beyin  absesləri,  meningitlər, 
pnevmoniya,  ventrikulyar  şunt  infeksiyaları  və  peritoneal  dializ  xəstələrində  isə  peritonitə    səbəb  olduğu 
bildirilmişdir.  Burada  Kocuria  rosea  (KR)  tərəfindən  törədilmiş  infeksion  endokarditli  (İE)  xəstəni  təqdim 
edəcəyik.  
        Material  və  metodlar:  Son  8  ay  ərzində  yüksək  hərarət  şikayəti  ilə  uzun  müddət  antibiotikoterapiya 
almasına baxmayaraq yaxşılaşma əldə oluna bilməyən 48 yaşlı qadın  transtorakal exokardioqrafiya zamanı mitral 
qapaq  üzərində  vegetasiya  şübhəsiylə    kardiologiya  şöbəsinə  qəbul  olunmuşdur.  Transezofageal 
exokardioqrafiyada  (TEE)  mitral  qapağın  arxa  tayı  və  sol  atrium  divarı  üzərində  vegetasiya,  ağır  dərəcəli 
ekssentrik  mitral  çatışmazlıq  izlənilmişdir.  Laborator  analizdə  qanda  leykositoz  (17×10
9
/L),  CRZ  70,5  mg/dl 
aşkarlandı. Empirik antibiotikoterapiyadan ( Seftriaxon 1,0 gr 2 dəfə, Gentamicin 160 mg 1x1 ) əvvəl hemokultura 
üçün 3 fərqli venadan qan nümunəsi götürüldü və aerob kulturaların ikisində KR inkişaf etdi. Təqib müddətində 
antibiotikoterapiya fonunda xəstənin temperaturları normallaşdı, iltihab göstəricilərində enmə müşahidə olundu ( 
leykositoz  (12×10
9
/L),CRZ  25,6  mg/dl).  Təkrari  hemokulturada  mikroorqanizm  inkişaf  etmədi.  2  həftə  sonra 
təkrari  TEE-də  vegetasiyaların  ölçüsündə  və  mitral  çatışmazlıqda  müsbət  dinamika  izlənmədiyindən  cərrahi 
müdaxilə tövsiyə olundu və mitral qapaq protezləşməsi əməliyyatı icra olundu.  
        Nəticə: Təqdim etdiyimiz xəstə üç cəhətdən diqqətədəyərdir. İlk olaraq xəstəmizdə KR tərəfindən törədilmiş 
İE  inkişaf  etmişdir.  KR,  İE-nin  nadir  törədicisi  olub  bu  vaxta  qədər  tibbi  ədəbiyyatda  Kocuria  cinsi  tərəfindən 
törədilmiş  15-ə  qədər  İE-li  xəstə  bildirilmişdir  ki,  bu  xəstələrin  yalnız  üçündə  KR  patogen  mikroorqanizm 
olmuşdur.  Digər  mühüm  cəhət  isə  immunsupressiv  xəstələrdə  patogen  törədici  olaraq  tanınan  KR-nin 
immunkompetent  xəstədə  İE-yə  səbəb  olmasıdır.  Xəstəmizdə  immunsupressiyaya  səbəb  olan  hər  hansı  yanaşı 
xəstəlik və ya müalicə olmamışdır. Üçüncü cəhət isə, mitral çatışmazlıq axımı istiqamətində infeksion prosesin sol 
qulaqcıq  divarına  doğru  inkişaf  etməsidir.  Sol  qulaqcıqda  vegetasiyaların  məhz  ekssentrik  MÇ  axımının  təmas 
etdiyi divarda  inkişafı  hadisənin  yayılmasında MÇ axımının roluna diqqət çəkir. İE-li  xəstələrdə  yalnız qapaqlar 
deyil,  eyni  zamanda  ürək  boşluqlarının  da  infeksion  prosesə  cəlbi  baxımından  dəyərləndirilməsi  fəsadların 
azaldılması baxımından əhəmiyyətlidir.  
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə