Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə27/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   23   24   25   26   27   28   29   30   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
75 
 
MİOKARD İNFARKTI KEÇİRMƏMİŞ XƏSTƏDƏ KORONAR ARTERİYA 
XƏSTƏLİYİ ZAMAN REVASKULYARİZASİYA SONRASI  
ATRİOVENTRİKULYAR BLOKADANIN BƏRPASI 
 
Ləman ZEYNALLI 
 
İşin rəhbəri: Elnur İSAYEV 
 
III Daxili xəstəliklər kafedrası 
 
Açar  sözlər:  atrioventrikulyar  blokada,  ürəkdaxili  kardiostimulyator,  koronar  angioqrafiya,  koronar 
angioplastika  
Giriş: Miokardın aşağı divarının kəskin infarktı nəticəsində yaranan tam atrioventrikulyar (AV) blokadanın 
revaskulyarizasiya  sonrası  aradan  qalxması  kliniki  təsdiqini  tapmış  faktdır.  Bu  kliniki  halımızda  biz  miokard 
infarktı keçirmədiyi halda 2:1 AV blokada və çox damar xəstəliyi izlənən xəstədə revaskulyarizasiya sonrası AV 
keçiriciliyin bərpası kimi nadir müşahidə edilən patologiyanı təqdim edəcəyik. 
Material  və  metod:  Anamnezində  arterial  hipertoniya,  şəkərli  diabet olan  55  yaşında  qadın  xəstə  son  1 
həftədir sakitlik halında belə mövcud olan təngnəfəslik şikayətilə mərkəzimizə müraciət etmişdir. Çəkilən EKQ-də 
2:1  atrioventrikulyar  blokada  izlənilmişdir.  24  saatlıq  Holter EKQ  monitorinqi  zamanı  sutkanın  20  saatı  2:1  AV 
blokada  müşahidə  edilmişdir.  AV  blokadanın  səbəbini  araşdırmaq  məqsədilə  laborator-instrumental  müayinələr 
aparılmış, kənara çıxma aşkarlanmamışdır. Daha sonra xəstəyə koronar angioqrafiya icra olunmuşdur, sol ön enən 
arteriyanın  (LAD)  orta  hissəsində  80%,  birinci  diaqonal  şaxəsinin  (D1)  proksimalında  90%,  cirkumfleks 
arteriyanın  (Cx)  proksimalında  90%,  orta  seqmentində  95%,  sağ  koronar  arteriyanın  (RCA)  distalında  80% 
darlıqlar  aşkarlanmışdır.  AV  blokadaya  AV  düyünün  qidalanmasını  təmin  edən  koronar  arteriyalarda  olan 
darlıqlar səbəb ola biləcəyi düşünülərək xəstəyə Cx proksimal və orta seqmentinə, LAD-D1 bifurkasiyaya və RCA 
distal seqmentinə stent implantasiyası icra olunmuşdur. Revaskulyarizasiya sonrası 1 həftəlik gözləm periodundan 
sonra  xəstədə  AV  düyünün  keçiriciliyi  bərpa  olunmadığından  ürəkdaxili  kardiostimulyator  implantasiyası 
(DDDR) icra edilmişdir. İmplantasiyadan 1 ay sonra cihazın kontrolu zamanı 1:1 AV keçiriciliyin bərpa olunduğu 
izlənilmiş  və  kardiostimulyator  fəaliyyətinin  minimal  səviyyədə  olması  müəyyən  edilmişdir.  Bu  müşahidə 
miokard  işemiyası  mövcud  olan  AV  blokada  xəstələrində  revaskularizasiya  taktikasının  bu  tip  patologiyaların 
müalicəsində daha əhəmiyyətli rola malik ola biləcəyini söyləməyə əsas verir. 
   
Nəticə:  
1.
 
Miokard infarktı keçirməmiş xəstələrdə koronar arteriya xəstəliyi varlığında revaskulyarizasiya sonrası AV 
blokadanın bərpası daha dərindən araşdırılmalıdır. 
2.
 
Bu  tip  xəstələrdə  ürəkdaxili  kardiostimulyator  implantasiyası  öncəsi  revaskulyarizasiya  taktikası  nəzərdə 
tutulmalıdır.  
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
76 
 
OBLİTERASİYAEDİCİ TROMBOANGİT - BÜRGER XƏSTƏLİYİ 
 
Səkinə OSMANOVA 
 
İşin rəhbəri: Fuad SƏMƏDOV, ass. t.e.n. Lamiyə QULİYEVA 
 
ATU TTK, II daxili xəstəliklər kafedrası 
 
Açar sözlər: Bürger xəstəliyi,  obliterasiyaedici tromboangit, vaskulit 
Giriş:  Obliterasiyaedici  tromboangit  (OT)  və  ya  Bürger  xəstəliyi  (BX)  ətrafların  damar  və 
sinirlərinin segmentar iltihabi xəstəliyidir. Periferik işemik xəstəliklərin 4-5 %-ni təşkil edir. BX adətən 
45  yaşdan  gənc  və  siqaret  çəkən  kişilərdə  yaranır  və  daha  çox  aşağı  ətrafda  işemik  yaralar  və 
klaudikasiya  ilə  özünü  göstərir.  Burada  7  il  əvvəl  müalicə  ilə  "sağalan",    lakin  tütünçəkməyə  təkrar 
başlaması sol qolda amputasiya ilə nəticələnən BX-li gənc xəstəni təqdim edəcəyik.    
Material:  17  yaşından  gündə  2  qutu  siqaret  çəkən,  şəkərli  diabeti  və  ya  ailədə  erkən  vaskulyar 
xəstəlik anamnezi olmayan kişi xəstəyə 35 yaşında aşağı ətraflarda ağrı və distal işemik yaralar səbəbi 
ilə  BX  diaqnozu  qoyulmuşdur.  Simpatektomiya  icra  olunmuş  və  siqaret  istifadəsinin  dayandırılması 
tövsiyə  edilmişdir.  2  il  əvvəl  siqaret  istifadəsinə  təkrar  başlayan  xəstə  2016-cı  ildə  (42  yaşında)  sol 
ayaqda minimal fiziki aktivliklə ağrı və II-III barmaqlarında yara,  sol qolda şişkinlik və ağrı şikayəti ilə 
müraciət  etmişdir.  Distal  nəbzləri  aşağı  ətraflarda  və  sol  qolda  əllənməyən  xəstənin  arterial  Doppler 
müayinəsində  sol  braxial  arteriyadan  distalda  axım  müşahidə  edilməmişdir.  KT  angiorafiyada  aşağı 
ətraflarda popliteal arteriya və distalında okklüziya və BX üçün tipik kollateral inkişafı aşkarlanmışdır. 
Antiaqreqant,  antikoaqulant  və  vazodilatatorların  istifadəsinə  baxmayaraq  şikayətlər  azalmadığı  üçün 
perkutan  Stellat  ganglion  blokadası  icra  edilmiş,  lakin  müsbət  nəticə  alına  bilməmişdir.  Sol  qol 
arteriyalarına  perkutan  müdaxilə  tövsiyə  olunsa  da,  xəstə  tərəfindən  qəbul  olunmamışdır.  Sol  qolda 
kritik işemiya ilə əlaqədar amputasiya icra olunmuşdur.  
Nəticə:    Siqaret  çəkən  gənc  xəstələrdə  ətraflarda  işemik  şikayətlər  ortaya  çıxdıqda  BX  ehtimalı 
mütləq  düşünülməlidir.  Xəstəmizdə  BX  diaqnozunu  təsdiqləyən  tipik  anamnez,  tütünçəkmənin 
tərgidilməsindən  sonra  xəstənin  şikayətlərinin  azalması,  təkrar  başladıqdan  sonra  daha  aqqressiv 
formada  başlaması,  tipik  kollateralların  mövcud  olmasıdır.  BX  etiologiyasında  mexanizmi  tam  aydın 
olmasa  da  siqaret  mühüm  yer  tutur.    Xəstəliyin  proqnozunu  təyin  edən  əsas  amil  də  məhz  siqaret 
istifadəsinin  dayandırılıb-dayandırılmamasıdır.  Xəstəliyin  inkişafının  qarşısını  ala  bilən  yeganə  tibbi 
müdaxilə  tütünçəkmənin  tərkidilməsidir.  Gənc  yaşda  başlaması  və    ətrafların  itirilməsi  ilə 
nəticələndiyini düşünərək, siqaretin tərgidilməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması vacibdir.  
  
 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə