ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
83
XRONİKİ C HEPATİTİNİN MÜALİCƏSİNƏ MÜASİR YANAŞMALAR
Aynur QARAYEVA
İşin rəhbəri: t.ü.f.d. Təyyar EYVAZOV
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu,Yoluxucu xəstəliklər kafedrası
Açar sözlər:virus hepatiti C,müasir müalicə,müalicənin nəticələri
Giriş:Müasir zamanda Hepatit C xəstələrinin müalicəsində istifadə olunan dərman
preparatlarının effektivliyinin xəstələr üzərində aparılmış tədqiqatlarla aşkar olunması
Tədqiqatın məqsədi:Müşahidələrimizin məqsədi səhiyyəmizin hazırkı durumunda mövcud
laborator bazaların və instrumental avadanlıqların imkanlarından istifadə edərək parenteral virus
hepatitlərinin xroniki formalarının erkən aşkarı üçün informativ göstəricilərin müəyyən edilməsi və
diaqnostik alqoritmin işlənməsi olmuşdur.Həmçinin xroniki C virus hepatiti diaqnozu təsdiqlənmiş
xəstələrdə müasir virus əleyhinə preparatların effektivliyinin qiymətləndirilməsi olmuşdur.
Material və metodlar:Müşahidələrimiz altında olan xroniki C virus hepatiti təsdiqlənmiş 26
xəstəyə müasir antivirus preparatları ilə müalicə aparılmışdır.Xəstələrin müalicəsi Avropa Qaraciyər
Tədqiqi Assosiasiyasının (EASL) 2015-ci ildə nəşr etdirdiyi HVC infeksiyasının yayılması, aşkarlanması,
müalicəsi və profilaktikasına dair klinik protokollara (gudeline) əsaslanmışdır.
Nəticə: Hepatit CXəstəliyinin müalicəsi dünyada olan ən böyük 3 assosasiya tərəfindən
tənzimlənir.Ən böyük Avropa qaraciyər assosasiyasıdır. Vətənimizin bu müalicə proqramını
mənimsəyən həkimləri bu assosasiyanın qəbul etdiyi proqrama tam uyğun olaraq xəstələrin
müalicəsini müasir səviyyədə yerinə yetirir..Xəstəliyin 3 ay müddətə müalicəsi 92-100% sağalma ilə
nəticələnir.Bəzən 6 aylıq müalicə tədbiq olunur.Bizim araşdırmanın nəticələrinə əsasən 1-ci genotipli
xəstələrin müxtəlif sxemlər ilə müalicəsi zamanı 93,5% xəstədə DVC əldə edildi.Müalicəyə cavab
verməyən xəstədə qaraciyər sirrozu subkompensasiya mərhələsi müəyyən edilmişdi.2-ci genotipli
xəstələrin müalicəsinin uğuru 75%-ə bərabər oldu.Qeyd etmək lazımdır ki, ədəbiyyat məlumatlarında
bu qrup xəstələrdə daha yüksək səviyyəli DVC rast gəlir, lakin əldə ediyimiz nəticəni müşahidələrin
sayının az olması ilə əlaqəli olması düşünülür və bu göstərici statistik dürüst deyil.3-cü genotipli
pasiyentlərdə mealicənin uğuru 100% təşkil etdi. Ümumilikdə 1-3 genotipli xronki C virus hepatitli 26
xəstənin müxtəlif kombinasiyalarda müasir etiotrop kombinəolunmuş müalicəsi zamanımüalicənin
uğuru 92,3% təşkil etdi.Yalnız 2 xəstədə (7,7%) müalicənin residivi rast gəldi.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
84
KRON XƏSTƏLİYİ ZAMANI ENDOTELİAL DİSFUNKSİYA MARKERLƏRİNİN
AŞKARLANMA TEZLİYİ
Tünzalə SƏMƏDOVA
İşin rəhbəri: dos. Gülüstan BABAYEVA
Ə.Əliyev adına AzDHTİ Terapiya kafedrası (fizioterapiya kursu ilə)
Açar sözlər: Kron xəstəliyi, endotelial disfunksiya, homosistein, mikroalbumin, yüksək həssaslı
C-reaktiv zülal
Kron xəstəliyi müasir qastroenterologiyanın aktual problemi olaraq qalır. Son illərdə əldə olunan
elmi məlumatlar əsasında bu xəstəliyin diaqnostika və müalicəsində kardinal dəyişikliklər baş
vermişdir. Belə ki, Kron xəstəliyinin patogenezində endotelin funksiyalarının tənzimlənməsinin
pozulması artıq öz təsdiqini tapır.
Homosisteinin artması endotelin zədələnmə risklərinə, mikroalbuminuriya isə endotelial
disfunksiyanın inkişafının erkən markerlərinə aiddir, yüksək həssaslı C-reaktiv zülal (hs-CRP) isə
vaskulyar zədələnmə riskinin göstəricisi kimi qəbul olunub.
Tədqiqatın məqsədi: Kron xəstəliyindən əziyyət çəkən şəxslərdə endotelial disfunksiyanın
markerlərinin aşkarlanma tezliyini təyin etmək olmuşdur.
Materiallar və metodlar: Tədqiqat işi 2015-2017-ci illər ərzində Ə.Əliyev adına AzDHTİ Terapiya
kafedrasının klinik bazalarında aparılmışdır. Kron xəstələrində homosistein (Axis-Shield, İFA metodu
ilə) və hs-CRP (Biomerica, İFA metodu ilə) qanda, mikroalbumin (MicralTest, Roche Diagnostics) isə
sidikdə yoxlanılmışdır. Xəstələrin yaşı- 17-64 yaş (32,8 ±2,7 yaş); cins bölgüsünə görə: 21 qadın/27 kişi;
zədələnməyə görə L1-12 xəstə, L2-11 xəstə, L3-9 xəstə, L4-2 xəstə, L3+perianal zədələnmə-8 xəstə,
L1+perianal zədələnmə-4 xəstə, L2+perianal zədələnmə-2 xəstə təşkil etmişdir. Müraciətə qədər xəstəlik
müddəti-2-16,5 il (8,7±2,1 il) təşkil etmişdir.
Nəticə: 48 Kronlu xəstədən 45-də homosistein səviyyəsi N-dan (15-60 yaş µmol/L< 12; > 60 yaş
µmol/L< 16) yüksək idi və 15-60 yaş arası xəstələrdə 12,9-48,7µmol/L; 15-17 yaş qrupunda 13-34,6
µmol/L; 18-40 yaş qrupunda 15,3-48,7 µmol/L; 40-59 yaş qrupunda isə 12,9-37,3µmol/L; 60 yaşdan
yuxarı xəstələrdə isə 16,5-34,6 µmol/L təşkil etmişdir.
48 xəstədən 47-də sidikdə mikroalbumin aşkarlanmışdır (< 20,0 mq/L) və 22,8-98,5 mq/L təşkil
etmişdir.
48 xəstədən 12-də hs-CRP aşkar edilmişdir (yüksək risk mq/L>3) və 4,3-18,9 mq/L; bunlardan 9
xəstədə hs-CRP 4,3-10 mq/L, 3 xəstədə 10,7—18,9 mq/L təşkil etmişdir.
Müzakirə: Beləliklə, homosisteinin və hs-CRP qanda səviyələrinin artması, sidikdə isə
mikroalbuminin səviyəsindəki artım bu qrup xəstələrdə endotelial disfunksiyanın olmasını bir daha
sübuta yetirir.
Dostları ilə paylaş: |