Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə30/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   26   27   28   29   30   31   32   33   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
83 
 
XRONİKİ C HEPATİTİNİN MÜALİCƏSİNƏ MÜASİR YANAŞMALAR 
 
Aynur QARAYEVA  
 
İşin rəhbəri: t.ü.f.d. Təyyar EYVAZOV  
 
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu,Yoluxucu xəstəliklər kafedrası 
 
Açar sözlər:virus hepatiti C,müasir müalicə,müalicənin nəticələri 
Giriş:Müasir  zamanda  Hepatit  C  xəstələrinin  müalicəsində  istifadə  olunan  dərman 
preparatlarının effektivliyinin xəstələr üzərində aparılmış tədqiqatlarla aşkar olunması 
Tədqiqatın  məqsədi:Müşahidələrimizin  məqsədi  səhiyyəmizin  hazırkı  durumunda  mövcud 
laborator  bazaların  və  instrumental  avadanlıqların  imkanlarından  istifadə  edərək  parenteral  virus 
hepatitlərinin  xroniki  formalarının  erkən  aşkarı  üçün  informativ  göstəricilərin  müəyyən  edilməsi  və 
diaqnostik  alqoritmin  işlənməsi  olmuşdur.Həmçinin  xroniki  C  virus  hepatiti  diaqnozu  təsdiqlənmiş 
xəstələrdə müasir virus əleyhinə preparatların effektivliyinin qiymətləndirilməsi olmuşdur. 
Material  və  metodlar:Müşahidələrimiz  altında  olan  xroniki  C  virus  hepatiti  təsdiqlənmiş  26 
xəstəyə  müasir  antivirus  preparatları  ilə  müalicə  aparılmışdır.Xəstələrin  müalicəsi  Avropa  Qaraciyər 
Tədqiqi Assosiasiyasının (EASL) 2015-ci ildə nəşr etdirdiyi HVC infeksiyasının yayılması, aşkarlanması, 
müalicəsi və profilaktikasına dair klinik protokollara (gudeline) əsaslanmışdır. 
Nəticə:  Hepatit  CXəstəliyinin  müalicəsi  dünyada  olan  ən  böyük  3  assosasiya  tərəfindən 
tənzimlənir.Ən  böyük  Avropa  qaraciyər  assosasiyasıdır.  Vətənimizin  bu  müalicə  proqramını 
mənimsəyən  həkimləri  bu  assosasiyanın  qəbul  etdiyi  proqrama  tam  uyğun  olaraq  xəstələrin 
müalicəsini  müasir  səviyyədə  yerinə  yetirir..Xəstəliyin  3  ay  müddətə  müalicəsi  92-100%  sağalma  ilə 
nəticələnir.Bəzən  6  aylıq  müalicə  tədbiq  olunur.Bizim  araşdırmanın  nəticələrinə  əsasən  1-ci  genotipli 
xəstələrin  müxtəlif  sxemlər  ilə  müalicəsi  zamanı  93,5%  xəstədə  DVC  əldə  edildi.Müalicəyə  cavab 
verməyən  xəstədə  qaraciyər  sirrozu  subkompensasiya  mərhələsi  müəyyən  edilmişdi.2-ci  genotipli 
xəstələrin  müalicəsinin  uğuru  75%-ə  bərabər  oldu.Qeyd  etmək  lazımdır  ki,  ədəbiyyat  məlumatlarında 
bu  qrup  xəstələrdə  daha  yüksək  səviyyəli  DVC  rast  gəlir,  lakin  əldə  ediyimiz  nəticəni  müşahidələrin 
sayının  az  olması  ilə  əlaqəli  olması  düşünülür  və  bu  göstərici  statistik  dürüst  deyil.3-cü  genotipli 
pasiyentlərdə mealicənin  uğuru 100% təşkil etdi. Ümumilikdə 1-3 genotipli xronki C virus hepatitli 26 
xəstənin  müxtəlif  kombinasiyalarda  müasir  etiotrop  kombinəolunmuş  müalicəsi  zamanımüalicənin 
uğuru 92,3% təşkil etdi.Yalnız 2 xəstədə (7,7%) müalicənin residivi rast gəldi. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
84 
 
KRON XƏSTƏLİYİ ZAMANI ENDOTELİAL DİSFUNKSİYA MARKERLƏRİNİN  
AŞKARLANMA TEZLİYİ 
 
Tünzalə SƏMƏDOVA  
 
İşin rəhbəri:  dos. Gülüstan BABAYEVA  
 
Ə.Əliyev adına  AzDHTİ  Terapiya kafedrası (fizioterapiya kursu ilə) 
 
Açar  sözlər:  Kron  xəstəliyi,  endotelial  disfunksiya,  homosistein,  mikroalbumin,  yüksək  həssaslı  
C-reaktiv zülal 
Kron xəstəliyi müasir qastroenterologiyanın aktual problemi olaraq qalır. Son illərdə əldə olunan 
elmi  məlumatlar  əsasında  bu  xəstəliyin  diaqnostika  və  müalicəsində  kardinal  dəyişikliklər  baş 
vermişdir.  Belə  ki,  Kron  xəstəliyinin  patogenezində  endotelin  funksiyalarının  tənzimlənməsinin 
pozulması artıq öz təsdiqini tapır. 
Homosisteinin  artması  endotelin  zədələnmə  risklərinə,  mikroalbuminuriya  isə  endotelial 
disfunksiyanın  inkişafının  erkən  markerlərinə  aiddir,  yüksək  həssaslı  C-reaktiv  zülal  (hs-CRP)  isə 
vaskulyar zədələnmə riskinin göstəricisi kimi qəbul olunub. 
Tədqiqatın  məqsədi:  Kron  xəstəliyindən  əziyyət  çəkən  şəxslərdə  endotelial  disfunksiyanın 
markerlərinin aşkarlanma tezliyini təyin etmək olmuşdur. 
Materiallar və metodlar: Tədqiqat işi 2015-2017-ci illər ərzində Ə.Əliyev adına AzDHTİ Terapiya 
kafedrasının  klinik  bazalarında  aparılmışdır.  Kron  xəstələrində  homosistein  (Axis-Shield,  İFA  metodu 
ilə)  və  hs-CRP  (Biomerica,  İFA  metodu  ilə)  qanda,  mikroalbumin  (MicralTest,  Roche  Diagnostics)  isə 
sidikdə yoxlanılmışdır. Xəstələrin  yaşı- 17-64 yaş (32,8 ±2,7 yaş); cins bölgüsünə görə: 21 qadın/27 kişi; 
zədələnməyə  görə  L1-12  xəstə,  L2-11  xəstə,  L3-9  xəstə,  L4-2  xəstə,  L3+perianal  zədələnmə-8  xəstə, 
L1+perianal zədələnmə-4 xəstə, L2+perianal zədələnmə-2 xəstə təşkil etmişdir. Müraciətə qədər xəstəlik 
müddəti-2-16,5 il (8,7±2,1 il) təşkil etmişdir. 
Nəticə:  48  Kronlu  xəstədən  45-də  homosistein  səviyyəsi  N-dan  (15-60  yaş  µmol/L<  12;  >  60  yaş 
µmol/L<  16)  yüksək  idi  və  15-60  yaş  arası  xəstələrdə  12,9-48,7µmol/L;  15-17  yaş  qrupunda  13-34,6 
µmol/L;  18-40  yaş  qrupunda  15,3-48,7  µmol/L;  40-59  yaş  qrupunda  isə  12,9-37,3µmol/L;    60  yaşdan 
yuxarı xəstələrdə isə 16,5-34,6 µmol/L təşkil etmişdir. 
48  xəstədən  47-də  sidikdə  mikroalbumin  aşkarlanmışdır  (<  20,0  mq/L)  və  22,8-98,5  mq/L  təşkil 
etmişdir. 
48  xəstədən  12-də  hs-CRP  aşkar  edilmişdir  (yüksək  risk  mq/L>3)  və  4,3-18,9  mq/L;  bunlardan  9 
xəstədə hs-CRP 4,3-10  mq/L, 3 xəstədə 10,7—18,9 mq/L təşkil etmişdir. 
Müzakirə:  Beləliklə,  homosisteinin  və  hs-CRP  qanda  səviyələrinin  artması,  sidikdə  isə 
mikroalbuminin  səviyəsindəki  artım  bu  qrup  xəstələrdə  endotelial  disfunksiyanın  olmasını  bir  daha 
sübuta yetirir. 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə