Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə33/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   29   30   31   32   33   34   35   36   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
91 
 
DİZİN ÖN ÇARPAZ BAĞININ YARALANMALARINDA ÖN ÇƏKMƏCƏ  
VƏ LAXMAN TESTİNİN DƏQİQLİYİ 
 
Tağızadə Rübabə 
 
İşin rəhbəri: Mətanət Əfəndiyeva 
 
Milli İdman Tibb və Reabilitasiya İnstitutu 
 
Açar sözlər: ön çarpaz bağ, ACL, ön çəkməcə, Laxman, diz MRT, dəqiqlik 
Giriş:  Diz oynağı  yük  daşıma  funksiyasına  və  mürəkkəb  quruluşuna  görə  zədələnməyə  meyilli 
oynaqdır.  Ön  çarpaz  bağın  (anterior  crucinate  ligament  -  ACL)  yaralanmaları  cavan  və  fiziki  aktiv 
şəxslərdə  daha  çox  görülür  və  bir  müddət  sonra  instabilliyə,  menisk  yırtıqlarına  və  qığırdağın 
zədələnməsinə səbəb ola bilir. 
 
Məqsəd:  ACL  zədələnməsi  zamanı  Laxman  və  ön  çəkməcə  testinin  MRT(maqnit  rezonans 
tomoqrafiya) müayinəsi ilə müqaisədə dəqiqliyini araşdırmaq.  
 
Material  və  metodlar:  Milli  İdman  Tibb  və  Reabilitasiya  İnstitutunun  (MİTRİ)  İdman  Tibb 
bölümünə  diz  ağrısı  ilə  müraciət  etmiş  130  xəstə.  Ortalama  yaş  qrupu  20±7  yaş.  Bunlardan  44(33,8  %) 
qadın, 86(66,2%) kişi xəstədir, 63(48,5%) sol diz, 67(51,2%)sağ dizdir. 
Xəstələrdən  anamnez  toplandıqdan  və  funksional  müayinədən  sonra  bir  rezident-həkim 
tərəfindən ön çəkməcə testi və Laxman testi aparılmışdır. 
Ön çəkməcə testi xəstənin supine pozisiyasında çanağı 45
°
 dizi 90
°
 fleksiyada olmaqla, topuğun 
müayinə  masasında  stabilizə  edilib,  hamstrinqlərin  sərbəstliyi  kontrol  edildikdən  sonra  tibianın 
proksimal  nahiyəsinin  arxa  və  önə  hərəkətində  bağların  zəifliyi  dəyərləndirilmişdir.  Test  zamanı 
sağlam ayaqla müqayisədə sonda tutma hissi olmadan önə yerdəyişmənin daha çox olduğu dizdə ACL-
in qopması kimi qiymətləndirildi.  
Laxman  testi  xəstənin  supine,  dizin  15
°
  fleksiya  və  mülayim  eksternal  rotasiya  pozisiyasında 
aparıldı.  Sonra  bir  əllə  femur  stabilləşdirilib,  o  biri  əllə  tibia  önə  çəkilir.  Hərəkətin  sonunda  hərəkəti 
tutan  sərtlik  hiss  edildikdə  bağ  sağlamdır.  Tibianın  önə  yerdəyişmə  dərəcəsi  ilə  ACL-in  gərilməsinin 
dərəcəsi təyin edildi. 
Müqaisə  üçün  General  Elektrik  1,5  T  MRT  cihazında  çəkilən  və  radioloq  tərəfindən 
dəyərləndirilən nəticələrdən istifadə olunmuşdur. 
 
Nəticə  və  yekun:  Ön  çəkməcə  testinin  həssaslığı  92%  ,  Laxman  testin  həssaslığı  93,5%-dir. 
Beləliklə  ön  çarpaz  bağ  yaralanmalarında  təklif  olunan  diaqnostik  metodlar  ambulator  şəraitdə 
komandaların idman həkimləri və idman dispanserləri tərəfindən geniş tətbiq oluna bilər. 
 
 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
92 
 
ATUREK - 5: Nefrologiya / Pulmonologiya bölməsi 
 
BRONXİAL ASTMALI XƏSTƏLƏRDƏ  İNHALYASİON  TERAPİYANIN TƏTBİQİ 
 
Xavər QURBANZADƏ, Nigar ŞÜKÜROVA 
 
İşinrəhbəri: ass. Ramiz QULİYEV 
 
ATU TTK, Terapevtik və Pediatrik Propedevtika kafedrası 
 
Açarsözlər: Bronxial astma, inhalyasiya 
Giriş:  Bronxial  astma  –  tənəffüs  yollarının    allergik  iltihabı  obstruksiyası  və  bronxların 
hiperreaktivliyi ilə xarakterizə olunan xroniki və residiv verən xəstəliyidir. Dünya əhalisinin  8-12%-nin 
bu xəstəlikdən əziyyət çəkdiyi göstərilir. Klinik cəhətdən özünü vaxtaşırı meydana çıxan ekspirator və 
ya qarışıq təngnəfəslik tutmaları, öskürək və xırıltılarla büruzə verir. Bu tutmalara bronxokonstruksiya, 
seliyinhipersekresiyası  və  bronxların  selikli  qişasının  şışkinliyi  nəticəsində  əmələ  gələn  diffuz 
obstruksiya  səbəb  olur.  Bronxial  astmanın  müalicəsində  qısa  və  uzun  müddətli  ß-aqonistlər, 
inhalyasion  və  system  qlükokortikoidlər,  leykotrien  reseptorlarının  antoqonistləri,  metilksantinlər, 
antixolinergik  preparatlar  və  spesifik  immunoterapiyadan  istifadə  olunur.  Tez  bir  zamanda  tənəffüs 
yollarının  sərbəstliyini  təmin  edən  və  astmanın  simptomlarını  yüngülləşdirən  dərman  preparatları 
arasında  inhalyasion  dərmanlara  daha  çox  üstünlük  verilir,  çünki  belə  yeridilmə  üsulunda  dərman 
maddələri birbaşa və lazımi  dozada tənəffüs  yollarına çatdırılır. Nəticədə daha güclü terapevtik effect 
əldə  edilir,  həmçinin  digər  orqan  və  sistemlərə  əlavə  təsir  göstərilməsi  azalır.  Hal-hazırda 
dozalaşdırılmış  aerosol  inhalyatorları,  dozalaşdırılmış  toz  inhalyatorları  və  nebulayzerlər  daha  çox 
istifadə olunur. İnhalyasion kortikosteroidlər tənəffüs yolunda iltihabi hüceyrə sayını və aktivasiyasını, 
bəlğəmdə  eozinofilsayını, aktiv T-limfosit sayını, tosqun hüceyrələri azaldır. 
Məqsəd:Bronxial  astmanın  müalicəsində  inhalyasion  terapiyanın  effektliliyini  müəyyən 
etməkdir. 
Material  vəmetodlar:  Tədqiqat  TTK-nın  “Pulmonologiya,  Allerqologiya  və  Nefrologiya” 
şöbəsində müalicə almış 30 bronxial astmalı xəstə üzərində aparılmışdır. Xəstələr 18-65 yaşlarında, 19-u 
qadın,  11-i  kişi  olmuşdur.  Xəstələrin  müalicəsində  ß2-aqonistlər,  antileykotrienlər,  metilksantinlərlə 
bərabər  inhalyasion  kortikosteroidlər  də  təyin  olunmuşdur.  Xəstələrə  Erflyusal  (Sandoz)  50/250  mkq 
dozada  sutkada  2  dəfə  təyin  edilmişdir.  Aparılan  müşahidələr  göstərmişdir  ki,  xəstələrdə  boğulma 
tutmaları və təngnəfəslik daha tez aradan qalxmış, öskürək, spirometrik vəl aborator göstəricilər 
qısa müddətə yaxşılaşmışdır. Ən çox spirometriya zamanı FEV1 göstəricisinin artması nəzəri cəlb 
etmişdir. 
Nəticə:Alınan nəticələrə əsasən bronxial astmalı xəstələrdə digər dərman preparatları ilə bərabər 
inhalyasion terapiyanın tətbiqi daha qısa müddətə klinik yaxşılaşmaya gətirib çıxarır. 
 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə