ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
95
Qrafik 2. PTH-ın müalicədən əvvəl və müalicədən sonra səviyyəsi
0,00
100,00
200,00
300,00
400,00
500,00
600,00
qrup 1
qrup2
qrup 3
qrup 4
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
96
DİABET NEFROPATİYASI NƏTİCƏSİNDƏ BAŞ VERƏN BÖYRƏYİN XRONİK XƏSTƏLİYİ
ZAMANI ENDOTELİUMUN DİSFUNKSİYASI
SəbinəMİKAYILOVA, Leyla SƏFƏRLİ
İşin rəhbəri: prof. Mehman AĞAYEV, dos. İradə MƏMMƏDOVA
ATU TTK, Terapevtik və Pediatrik Propedevtika kafedrası
Aktuallıq. Endoteliumun funksiyasının diabet nefropatiyası nəticəsində müşahidə edilən
böyrəklərin xronik xəstəliyi (BXX) zamanı pozulması (endoteliumun disfunksiyası) patoloji vəziyyətə
təsir edən ürək-damar sistemi ağırlaşmalarının baş verməsində mühüm faktorlardan biri olduğundan
onun öyrənilməsinin böyük əhəmiyyəti vardır.
Məqsəd.Diabet nefropatiyası xəstələrində kardiorenal sindrom zamanı endothelium
disfunksiyasının xüsusiyyətlərinin öyrənilməsi tədqiqatın məqsədi seçilmişdir.
Material vəmetodlar.Müşahidə altına BXX ilə 46 xəstə (19 kişi, 27 qadın) 42-71 yaşında
götürülmüşdür. 8 xəstədə 2-ci mərhələ,11-3-cü mərhələ 12-4-cü mərhələvə 15 müşahidədə 5-ci mərhələ
BXX təyin olunmuşdur. 26 xəstədə müxtəlif dərəcəli ürək çatışmazlığı aşkar edilmişdir. Endoteliumun
funksional vəziyyəti yüksək həlletmə qabiliyyətinə malik ultrasəs cihazı vasitəsilə Celermajer D.S.
(1992) təklif etdiyi metod ilə bazu arteriyasının işemiya nəticəsində diametrinin dəyişməsi
(reaktivhiperemiya) – endotheliumdan asılı vazodilatasiya (EAVD) və nitroqliserindən sonar
endoteliumdan asılı olmayan vazodiltasiya (EAOVD) görə qiymətləndirilmişdir. Müayinədən qabaq
xəstə ən az 10 dəq horizontal vəziyyətdə olmalıdır. Başlanğıcda bazu arteriyasının (BA) diametric və
qancərəyanının maksimal xətti sürəti təyin edilir.BA ultrasəs müayinəsi Mindrey şirkətinin Z6 ultrasəs
cihazında 7.5 M tezlikli ötürücü ilə aparılmışdır. Arteriyanın diametric fiksasiya olunmuş vəziyyətdə
orta və adventisiya qatları arasından ölçülmüşdür. Müayinə 3 dəfə aparılıb orta rəqəm tapılmışdır.
Sonra RH (reaktiv hiperemiya) sınağı aparılır.Bunun üçün lokasiya olunan yerdən yuxarı
sfiqmomanometrin manjeti qoyulur və onda təzyiq maksimal arterial təzyiqdən 50 mm c.süt.-naqədər
qaldırılır. Qancərəyanı belə halda 5 dəq dayandırılır. Havanıburaxmazdan30 ”qabaq bazuarteriyaslının
diametric diastole fazasında ölçülür. Havanı buraxandan dərhalsonra 15 ’’ ərzində (reaktiv hiperemiya
fazası) qan cərəyanı yazılır və 60 san müddətində BA diametric təyin edilir. 15 dəq istirahətdən sonra
BA ilkin diametric bərpa olunduqdan sonar sakit halda onun şəkli çəkilir sonar xəstəyə 500 mkq
nitroqliserin verilir.Sonra 5 dəq müddətində BA diametri monitor olunur. Hərşəkildə 4 ürək sikli analiz
olunur və alınmış rəqəmlərin orta həddi t apılır. BA diametric qancərəyanı kəsildikdə, RH sonra, NQ
qəbulundan sonar qiymətləndirilərək ilkin göstəriciyə görə dəyişiklik %-lə hesablanır. Yadda saxlamaq
lazımdırki, genişlənmə dərəcəsi ilkin diametrə proporsional olur, xüsusən bu 6 mm çox olduqda
nəzərəalınması vacibdir.
Nəticələr.Bütün xəstələrdə kreatinin səviyyəsinin yüksəlməsi ilə yanaşı hiperxolesterinemiya
(6,9±2,3q/l), hipoalbuminemiya (2,2±0,3 q/l), hiperurikemiya müşahidə edilmişdir. Bazu arteriyasının
diametric xəstələrdə nəzarət qrupunun göstəricilərindən az fərqlənmişdir(nəzarət qrupunda 4,3±0,78;
xəstələrdə 4,4±0.79). Nitroqliserin qəbulundan sonar arteriyanın diametri 10,19 ±2,3% artmışdır.Bununla
yanaşı EAVD göstəricisi xəstlərdə bazu arteriyasında 6,7±0,7% artması ,nəzarətqrupunun
müvafiq gostəricilərində (13,2±1,1%) aşağıolmuşdur. Alınmış nəticələr BXX zamanı dializ önü dövrdə
orqanizmdə relaksasiyaedici agentlərin qatılığının azalmasıvə dammar divarının onları genişlədirən
stimullara qarşı həssaslığın enməsi nəticəsində cavab reaksiyasının ləngiməsi nəticəsində yayılmış
EAVD-nın qeyri adekvat pozğunluqları müşahidə edilir. Vazokonstriktor faktorların artması
nəticəsində bəzi xəstələrdə hətta paradoksal reaksiya da müşahidə edilir .
Yekun.Böyrək xəstəlikləri zamanı ürək-damar ağırlaşmalarının başverməsində əsas patogenetik
proses olan endotel disfunksiyasının dayandığı aydın olur. Alınmış nəticələr BXX ilə ağırlaşmış diabet
nefropatiyası zamanı renoprotektiv vəkardioprotektiv patogenetik müalicə tədbirlərinin hazırlanması
əsas
kimi
götürülərək
kompleks
tədbirlərin
həyata
keçirilməsi
xəstəliyin
proqnozunu
yaxşılaşdırılmasına imkan verə bilər.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
97
UŞAQLARDA HİDRONEFROZ VƏ ONUN DİGƏR PATOLOGİYALARLA MÜŞTƏRƏK RAST
GƏLİNMƏSİ ZAMANI APARILAN PLASTİK REKONSTRUKTİV ƏMƏLİYYATLARIN
EFFEKTIVLIYI
Tamerlan ƏZİZOV
İşin rəhbəri: prof. Eldar HÜSEYNOV
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutu, Urologiya kafedrası.
Giriş. Hidronefroz böyrəyin anadangəlmə pelviouretral seqmentinin xəstəliyi olub, sidik axınının
pozulması və hidrostatik təzyiqin yüksəlməsi nəticəsində kasacıq-ləyən sisteminin daimi genəlməsi,
böyrək fəaliyyətinin pisləşməsi və parenximanın proqressiv atrofiyası ilə xarakterizə olunur. Bəzi
hallarda ureterohidronefroz və transformatik hidronefroz ( əlavə damarlar, sidik yollarının inkişaf
qüsurları, iltihabi proseslər, sidik daşı, travmatik zədələnmələr, peritonaraxası fibroz və s.) tipində rast
gəlinir. Hidronefrozun kasa ve ləyən sisteminin genişlənməsinə və klinik əlamətlərinə əasasən 4
dərcəsi ayırd olunur. Hidronefroz-1- böyrəyin ləyəninin genəlməsi, hidronefroz-2-böyrək ləyəninin və
kasacıqlarının genəlməsi, hidronefroz-3- ləyən və kasacıqarın genəlməsi, parenximanın ½-ə qədər
azalması, hidronefroz-4-kasacıqlar və ləyənin genəlməsi, parenximanın ½-dən artıq nazilməsi. Bu
inkişasf qüsuru bir və ikitərəfli ola bilər. Adətən soldan sağa nisbətən çox rast gəlinir.
İşin məqsədi. Hidronefroz və onun digər patologiyalarla birlikdə rast gəlindiyi xəstələrdə aparılan
cərrahi müalicə prinsiplərini, effektivliyini araşdırmaq.
Material və metodlar. Son 7 ay ərzində M.Cavadzadə adına Uroloji klinikada 2-ci dərəcəli hidronefroz
14 xəstə (8 açıq və 6 qapalı forma), 3-cü dərəcəli hidronefroz 26 xəstə (açıq 10, qapalı forma 16), 4-cü
dərəcəli hidronefroz 3 xəstə (qapalı forma) cərrahi müdaxiləyə məruz qalmışdır. Nəzarətimizdə olan
hidronefrozlu uşaqlardan 3 xəstədə birincili obstruktiv meqaureter, 6 xəstədə isə 3-4-cü dərəcəli
sidiklik-sidik axarı reflüksu, 2 xəstədə yeganə sol böyrəyin hidronefrozu və birincili obstruktiv
meqaureteri aşkar olundu. Yaş həddi 6 aylıq-7 yaş intervalında olmuşdur. Xəstələrin 32-si (74,4%)
oğlan, 11-i-si (25,5%) qız olmuşdur. Ultrasonoqrafiya, ekskretor uroqrafiya, kompyuter tomoqrafiya icra
olunmuşdur.
Müzakirə. Aparılan araşdırmalarda aşkar etdik ki, xəstələrin 15%-də hematuriya, ağrının göbək və
qarın nahiyyəsinə irradiyasiya etməsi , 56%-də ürək bulanma və qusma, 23%-də atipik gediş, 11%-də
raxitik əlamət müəyyən olundu.
Ümumilikdə 43 xəstədən 30-u açıq, 13-ü qapalı üsulla cərrahi müdaxiləyə məruz qalmışdır. 33 xəstədə
ləyən rezeksiya olunmadan, 7 xəstədə rezeksiya olunmaqla anastomoz yaradılmışdır. 3 xəstədə
nefrektomiya əməliyyatı icra olunub. 40 xəstədə əməliyyat zamanı stent tətbiq olunmuşdur,
əməliyyatlar venadaxili anesteziya ilə icra olunub. Uzaq nəticələrdə 4 xəstədə (3-cü dərəcəli) residiv
olduğu üçün təkrari əməliyyata məruz qalmışlar.
Nəticələr: Uzun müddət konservativ müalicə alan lakin nəticəsi olmayan 2, 3-cü dərəcəli hidronefroz
xəstələrinin cərrahi əməliyyatdan (Andersen-Haynts üsulu) sonra həyat qabiliyyətləri xeyli
yaxşılaşmışdır. Qapalı üsulla aparılan ureteropieloplastika əməliyyatı xəstələrin tez sağalmasına şərait
yaradır, lakin yüksək cərrahi bacarıq tələb edir. Cərrahi müdaxilənin effektivliyi 4 bal sistemi ilə
qiymətləndirilmişdir; əla, yaxşı, qənaətbəxş, qeyri-qənaətbəxş. 2-ci dərəcəli hidronefroz olan 14
xəstədən 5-sı əla, 6-sı yaxşı, 2-si kafi, 1-i qeyri-kafi, 3-cü dərəcəli hidronefroz olan 26 xəstədən 5 əla, 16
yaxşı, 3 qeyri-kafi, 2 kafi olmuşdur.
Dostları ilə paylaş: |