Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə43/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   39   40   41   42   43   44   45   46   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
114 
 
LAPAROSKOPİK XOLESİSTEKTOMİYALAR ZAMANI RASTLAŞDIĞIMIZ DAMAR 
ANOMALİYALARI 
 
Sevinc Qiyaslı 
 
İşin rəhbəri: Elçin Ağayev 
 
ATU TCK,  Ümumi cərrahlıq və anesteziologiya kafedrası 
 
Açar sözlər: Laparoskopiya, xolesistektomoya, damar anomaliyaları. 
Giriş. Öd yollarının və öd kisə arteriyasının anomaliyalarına tez-tez rast gəlinir. Bunlardan sağ 
və hər iki qaraciyər axarının öd kisəsi boynuna açılması, qaraciyərdən xaric öd yollarının atreziyası və 
kistası,  öd  yollarının  divertikulu,  öd  kisəsi  arteriyasının  anomaliyalarından  isə  onun  sayının  çoxluğu, 
başlanma yerinin fərqliliyi və s. qeyd oluna bilər. Bu damar qüsurları cərrahi müdaxilələr zamanı ciddi 
fəsadlara, o cümlədən intensiv qanamalara səbəb ola bilər.  
Məqsəd.  Tədqiqatlarımızın  məqsədi  laparoskopik  xolesistektomiyalar  zaman  yarana  biləcə 
ciddi  fəsadların  qarşısının  alınması  üçün  qaraciyər  və  öd  kisəsi  arteriyalarının  rast  gəlinən  bəzi 
anomaliyaları barədə gənc cərrahları bilgiləndirməkdən ibarətdir. 
Material  və  metodlar.  2015-ci  ilin  oktyabr  ayından  bu  günə  qədər  tərəfimizdən  71  xəstədə 
laparoskopik  xolesistektomiya  əməliyyatı  həyata  keçrilmişdir.  Bunlardan  58-i  (81,7%)  planlı,  13-ü 
(18,3%) isə təcili qaydada icra olunmuşdur. Təcili qaydada əməliyyat olunan xəstələrin əksəriyyətində 
öd  kisəsinin  fleqmanoz-qanqrenoz  dəyişikliyə  uğraması  müəyyənləşdirilmiş  və  bu  xəstələr  də 
laparoskopik olaraq əməliyyat olunmuşlar.  
Nəticələr. 71 xəstən 9-da (12,7%) qaraciyər (2) və öd kisəsi (7) arteriyalarının müxtəlif anomalik 
variantları  ilə  rastlaşmışıq.  1  (1,4%)  xəstədə  sağ  qaraciyər  arteriyası,  1  (1,4%)  xəstədə  isə  ümumi 
qaraciyər  arteriyası  “qövsvari”  (       yerləşərək  öd  kisəsinin  Qartman  cibi  ilə  bitişmə  halından  olmuş 
və  hər  iki  halda  kisə  arteriyası  qövsün  zirvəsindən  başlamışdır.  Birinci  halda  periton  səhifəsi  altından 
qabaran  sağ  qaraciyər  arteriyası  limfa  düyününü,  ikinci  halda  isə  kisə  arteriyasını  xatırlamışdır.  Əyər 
əməliyyatlar  təcrübəsiz  cərrah  tərəfindən  icra  edilmiş  olsaydı  birinci  halda  sağ  qaraciyər  arteriyasının 
zədələnməsi,  ikinci  halda  isə  ümumi  qaraciyər  arteriyasının  bağlanması  baş  verə  bilərdi.  7  (9,9%) 
xəstədə  öd  kisəsi  arteriyasının  anomaliyalarına  rast  gəlmişik.  Bunlardan  öd  kisə  arteriyasının  ümumi 
qaraciyər arteriyasından erkən ayrilması, çoxsaylı olması və ölçülərinin böyük olması hallarını qeyd edə 
bilərik.     
Müzakirə.    Laparoskopik  xolesistektomiya  əməliyyatlarının  icrası  zamanı  qaraciyər  arteriyası 
və  onun  şaxələrinin  anomalik  variantlarının  rast  gəlmə  ehtimalı  yüksəkdir.  Bu  baxımdan  əməliyyatın 
təcrübəli cərrahlar tərəfindən icra edilməsi və ya köməkçi həkimin təcrübəli olması vacibdir.          
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
115 
 
PİYLƏNMƏNİN MÜALİCƏSİNDƏ BARİATRİK CƏRRAHİYYƏNİN ROLU 
 
Ülviyyə Vəliyeva  
 
İşin rəhbəri: t.e.d Abbasov P.A.,  t.ü.f.d Nəcəfquliyeva P.H.  
 
ATU TCK, II Cərrahi xəstəliklər kafedrası 
 
Açar sözlər: Bariatrik cərrahiyyə, piylənmə, metabolik cərrahiyyə 
Giriş:  Piylənmə  multifaktorial  xəstəlik  olub  genetik,  daxili  və  xarici  faktorların  kombinasiyasını 
özündə  birləşdirir.  Piylənmənin  cərrahi  müalicəsi  piylənmənin  bəsit  müalicəsindən  çox  onunla  yanaşı 
gedən  xəstəliklərin  və  ağırlaşmaların  müalicəsinə  yönəlmişdir.  Bariatrik  cərrahiyyə  ciddi  piylənməsi 
olan xəstələrin (BKİ > 35 kq/m
2
) müalicəsində sübut edilmiş və effektiv olan  tək müalicə metodudur. 
Məqsəd: Bariatrik cərrahiyyə əməliyyatlarının nəticələrinin araşdırılması. 
Material və metodlar: ATU-nun Cərrahi xəstəliklər kafedrasının bazalarında 2013-2016-ci illərdə 
46 xəstədə bariatrik cərrahiyyə əməliyyatı aparılmışdır. Xəstələrdən 5-i kişi, 41-i qadın olmuşdur. Yaşı 
ən  kiçik  23,  yaşı  ən  böyük  xəstəmiz  64  yaşında  olmuşdur.  II  tip  şəkərli  diabet  və  glükoza  tolerans 
pozğunluğu  29  xəstədə  rast  gəlinmişdir.  Xolesterin  və  triqliserid  yüksəkliyi  37  xəstədə  müşahidə 
edilmişdir.  Yuxu  apnoyesi  32  xəstədə  qeydə  alınmış  və  bir  xəstədən  başqa  bunların  hamısında  bədən 
çəkisi  100  kg-dan  artıq  olmuşdur.  Arterial  hipertoniya  30  xəstədə  müşahidə  edilmişdir.  BKİ  ən  azı     
35,3 kg/m2, ən çoxu  64,5kg/m2 olmuşdur. Ən kiçik boylu xəstəmiz 146 cm, ən hündür boylu xəstəmiz 
179 cm olmuşdur. Xəstələri bədən çəkisinə görə böldükdə minimal 94 kg, maksimal 203 kg olmuşdur. 
Qanda  insulinin  miqdarı  29  xəstədə  normadan  yuxarı  görsənmişdir.  Xəstələrdən  2-si  diz  oynağı 
problemi  və  buna  görə  endoprotez  əməliyyatı  ilə  əlaqədar  ortoped-travmatoloqa  müraciət  etmiş,  ilk 
öncə    bədən  çəkisinin  azaldılması  məsləhət  görülmüş  və  bariatrik  cərrahiyyə  əməliyyatı  üçün  bizə 
göndərilmişdir.  Bu  xəstələrin  yaşı  55  və  64,  BKİ  53  kg/m2  və  58    kg/m2  olmuşdur.  Xəstələrdən  2-də 
əvvəllər  mədə  balonu  əməliyyatı  aparılmış  və    6  ay  ərzində  7  və  11  kg    arıqlamışlar.  Balon  mədədən 
cıxarıldıqdan  sonra  yenidən  təkrar  həmin  kilonu  almışdırlar.  Qadın  xəstələrin  41-dən  37-də  genital 
funksiyaların  pozğunluğu,  o  cümlədən  yumurtalıqların  disfunksiyası,  aybaşı  pozğunluğu,  hormonal 
disbalans, 2 qadında isə 1 ildən artıq davam edən sonsuzluq müşahidə edilmişdir. 
Nəticələr:  Əməliyyatdan  sonrakı  təqib  müddəti  1-  20  ay  olmuşdur.  6  ay  ərzində  kilo  azalması 
artıq  çəkinin  70-50%-i,  ümumi  çəkinin  25-48%-ini  təşkil  etmişdir.  Yuxu  apnoyesi  28  xəstədə  aradan 
qalxmışdır. Qanda şəkərin miqdarı 27 xəstədə normal miqdarda müşahidə edilmişdir. Təkrar kilo alma 
bir  xəstədə  qeyd  edilmişdir,  7  kg  artmışdır.  Səbəbi  psixoloji  halı,  depressiyası  ilə  əlaqəli  olmuşdur. 
Qanda    xolesterin  miqdarı  32  xəstədə,  triqliseridlərin  miqdarı  34  xəstədə  normal  ölçülərdə  olmuşdur. 
İnsulinin qanda miqdari ilk 2 ay ərzində 7 xəstədə, ilk 6 ay ərzində 20 xəstədə normal həddə olmuşdur. 
Qadınlardan 35-də aybaşı normallaşmışdır. 
Yekun:  Piylənmə   ciddi   tibbi,   sosial  və  psixoloji  problem  olmaqla  yanaşı,  ölümün  qarşısı 
alınabilən  səbəblərindəndir.  Bu  baxımdan  Bariatrik  və  Metabolik  Cərrahiyyənin  bütün  metodları 
piylənmə  problemi  olan  xəstələrin  artıq  çəki  itirməsinə,   piylənmənin  səbəb  olduğu  ağırlaşmaların 
aradan qalxmasına, onların həyat keyfiyyətinin və yaşama müddətinin artmasına xidmət edən əvəvsiz 
vasitədir.   
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə