Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə44/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   40   41   42   43   44   45   46   47   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
116 
 
ATUREK - 5: Ginekologiya bölməsi 
 
ZAHILIQ DÖVRÜNDƏ QANAXMAYA GÖRƏ LAPAROSKOPİK UŞAQLIQ DAMARLARININ 
BAĞLANMASI 
 
Arzu Poluxova, Rəxşəndə Əliyeva 
 
İşin rəhbəri: İslam Mahalov 
 
ATU TCK, I mamalıq –ginekologiya kafedrası 
 
Açar sözlər  Zahılıq qanaxması,laparoskopik üsul,damarların liqasiyası 
Giriş  Zahılq  qanaxmalar  ana  ölümünün  en  qorxulu  fəsadlarından  biridir  və  buna  baxmayaraq 
hələ  də  çox  hallarda  baş  verir.Bunun  qarşısını  almaq  üçün  bir  neçə  üsullardan  istifadə 
olunur.Bunlardan biri laparoskopik üsuldur. 
Məqsəd Zahılıq dövründə koaqulopatik/septik qanaxmaya görə aparılmış laparoskopik iki tərəfli 
uşaqlıq  arteriyasının  bağlanması  əməliyyatı  nümunəsi  və  ədəbiyyat  icmalı  əsasında  bu  müdaxilənın 
qadın sağlamlığının bərpası üçün əhəmiyyətini müzakirə etmək. 
Material 27 həftəsində toksik/septiki əlamətlərlə doğuş sancılar ilə 25 yaşlı xəstə stasionara daxil 
olmuşdur.  Vaxtından  tez  baş  vermiş  doğuşdan  sonra  güclü  qanaxma  baş  vermişdir.  3  saat  ərzində 
trombositlərin  60  –dək  enməsi,  Prokalsitonin  testinin  -  159,35  mg/ml  fonunda  konservativ  tədbirlərin 
uğursuz  olması  ilə  bağlı  laparoskopik  damarların  bağlanması  qərarı  verilmişdir.Əməliyyat  30  dəq 
davam etmişdir. Əməliyyat daxili qan itkisi 10 ml dən az olmuşdur. Damarlar bağlandıqdan sonra çox 
qısa müddətdə qanaxma dayanmışdır. 
Müzakirə  Ədəbiyyatda  (pubmed-də  aparılmış  axtarışa  əsasən)  cəmisi  2  laparoskopik  girişdən 
uşaqlıq damarlarının bağlanması barədə dərc olunmuş məlumat mövcuddur. Bu əməliyyat adətən açıq 
və  başqa  qanaxmanın  dayandırılması  məqsədi  ilə  icra  olunan  müdaxilələrə  nisbətən  daha  az  aparılır. 
Səbəb  kimi  bir  neçə  amil  göstərilir,  onların  içərisində  problemin  təbii  ki  mamlıq  stasionarında  baş 
verməsi və sırf mamalıqla məşqul olan həkimlər tərəfindən həll olunması göstərilir. Qabaqcıl çoxprofilli 
aparıcı mərkəzlərdə isə qeyri-cərrahi embolizasiya tərəf meyillik qeyd edilir. 
Nəticə  Uşaqlıq  damarlarının  zahılıq  qanaxmasına  görə  laparoskopik  bağlanılması  qadınların 
həyatını,sağlamlığını və uşaqlığını qorumaq üçün praktikada daha geniş tədbiq oluna bilər. 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
117 
 
SPONTAN TSİKLDƏ HETEROTOPİK HAMİLƏLİK 
 
Əlizadə N.Ə., Məmmədova A.H.,Ukalayeva R.R. 
 
İşin rəhbəri: Əmirova A.F. 
 
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu 
  
Açar sözlər: heterotopik hamiləlik, ektopik hamiləlik, B-HCG 
Giriş:  İntrauterin  və  ekstrauterin  hamiləliyin  birlikdə  rast  gəlinməsi  heterotopik  hamiləlik 
adlanır.Ekstrauterin  hamiləlik  çox  vaxt  uşaqlıq  borularında  rast  gəlməsinə  baxmayraq  bəzi  hallarda 
yumurtalıq, uşaqlıq boynu,uşaqlıq buynuzu, usaqlıqdakı çapıq nahiyyəsində yerləşməsi mümkündür. 
İlk  dəfə  1708-ci  ildə  Duverney  tərəfindən  autopsiya  zamanı    boru  hamiləliyinin  pozulması 
səbəbiylə  ölən  qadında  eyni  zamanda  uşaqlıq  daxili  hamiləlik  aşkar  olunmuşdur  [1].Spontan  tsikldə 
heterotopik  hamiləliyin  rast  gəlmə  tezliyi  1:30000dir.Köməkçi  reproduktiv  texnologiyanin  (IVF,ICSI) 
istifadəsindən  sonra  baş  vermiş  hamiləliklərdə  bu  göstərici  artaraq  1:100  nisbətindədir  [2].Başqa  risk 
faktorları  keçirilmis  çanaq  boşluğunun  iltihabi  xəstəlikləri,UDVnin  olması  və  s.kimi  qeyd  oluna 
bilər.Spontan  heterotopik  hamiləlikdə  anamnezdə  hər  hansı  bir  risk  faktoru  olmadıqda,ektopik 
hamiləliyin  ilk  etapı  asimptomatik  olduqda  heterotopik  hamiləlik  düşünülmür  və  diaqnostika 
gecikir.Heterotopik hamiləlik zamanı daxili qanaxma səbəbindən ana ölümü tezliyi artır.  
Heterotopik  hamiləlikdə  normal  yerləşmiş  hamiləliklə  yanaşı  ektopik  hamiləlik  də  mövcud 
olduğu  üçün  sonuncuya  xas  klinik  gedişə  malik  olur.  Klassik  triada:  amenoreyadan  sonrakı  anormal 
vaginal  qanama  ləkə  şəklində,  abdominal  və  ya  pelvik  ağrı,  palpasiyada  artımlar  nahiyyəsində 
həssasiyyət  müşahidə  olunur.  Ağrı  əsasən  hipoqastral  nahiyyədə  olsada  digər  nahiyyələrə  də 
irradiasiya  edə  bilər.  Baş  gicəllənmədən  bayılmaya  qədər  dəyişən  vazomator  dəyişikliklər  inkişaf  edə 
bilər.  Vaginal  müayinədə  servikal  hərəkətlər  ağrıya  səbəb  olur.Lakin  bu  simptolarla  müraciət  edən 
xəstələrdə  uşaqlıq  daxili  hamiləlik  müəyyən  edildikdə  mövcud  simptomlar  daha  çox  normal  və  ya 
pataloji uşaqlıq daxili hamiləliklə əlaqələndirilir və heterotopik hamiləlik ehtimalı nəzərdən qaçır. 
Heterotopik  hamiləlikləerin  erkən  diaqnostikası  xəstənin  gələcəkdə  fertillik  qabiliyyətinin 
saxlanmasında,ana  ölümlərinin  tezliyinin  azaldılmasında  vacib  məqamlardan  biridir.Heterotopik 
hamiləliklərin  diaqnostikasında  instrumental  və  laborator  müayinələr  mühüm  rol  oynayır.Bunlardan 
biri  USM  dir.TV  USM  vasitəsilə  uşaqlıq  daxilində  hamiləlik  kisəsi  qanda  B-HCG  səviyyəsi  1000-1500 
mIU/ml  və  yuxarı,TA  USM  vasitəsilə  3500mIU/ml  dən  yüksək  olduqda  izlənməlidir  [3]  .Heterotopik 
hamiləlik  zamanı  biri  uşaqlıq  daxilində  normal  lokalizasiyalı  olmaqla  iki  müxtəlif  lokalizasiyalı 
hamiləlik kisələri izlənir.Normal  usaqlıq daxili hamiləlik zamanı USM də müəyyən olunan adneksiyal 
kütlə  hemorragik  sarı  cisim  kimi  dəyərləndirilə  bilər  və  bu  da  diaqnostikanın  gecikdirilməsinə  səbəb 
olur.belə  hallarda  ana  ölümü  1%,uşaqlıq  daxili  dölün  ölüm  tezliyi  isə  45-65%  olaraq 
göstərilmişdir[4].Ektopik yerləşmiş hamiləlik kisəsinin lokalizasiyasından asılı olaraq USM də müxtəlif 
əlamətlər izlnə bilər: 
1.Tubal ektopik hamiləlik : Yumurtalıqlardan ayrı exogen kütlə izlənməlidir 
* Homogen olmayan adneksiyal kütlə izlənə bilər 
* Hiperexogen çərçivə ilə əhatə olunmuş uşaqlıqdan kənar hamiləlik kisəsi 
*  Ürək  vurğusu  olan  və  ya  olmayan  sarılıq  kisəsi  olan  hamiləlik  kisəsi  -  əlamətlərindən  biri 
izlənməlidir. 
2.İnterstisial etopik hamiləlik: İnterstisial xət əlaməti izlənə bilər 
3.Servikal ektopik hamiləlik: 
* Daxili dəlik seviyyəsindən aşağıda izlənən hamiləlik kisəsi 
* Hamiləlik kisəsində “süsrüşmə” əlamətinin olmaması 
4.Yumurtalıq hamiləliyi:USM üçün diaqnostik kriteriyalar müəyyən olunmamışdır 
* Hamiləlik materiyalı yumurtalıq toxumasına bağlı olaraq izlənir 
* Yumurtalıq hamiləliklərində çox zaman sarılıq kisəsi və fetal qütb izlənmir. 
5.Keysəriyyə çapığı hamiləliyi: 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə