Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə46/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   42   43   44   45   46   47   48   49   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
120 
 
BORU MƏNŞƏLİ SONSUZLUĞUN MÜALİCƏSİNDƏ LAPAROSKOPİK TUBOPLASTİKA 
ƏMƏLİYYATININ ƏHƏMİYYƏTİ 
 
Səyyarə Hacıyeva 
 
İşin rəhbəri: Turab Canbaxişov, Səadət Bağırova 
 
ATU TCK, II Mamalıq-ginekologiya kafedrasının IV kurs rezidenti 
 
Açar sözlər: uşaqlıq borusu, sonsuzluq, hidrosalpinks, laparoskopik tuboplastika 
Giriş: Uşaqlıq boruları yumurta hüceyrə, spermatozoidlərin və mayalanmış yumurta hüceyrənin 
passajı  funksiyasını  yerinə  yetirir.  Boruların  keçiriciliyinin  pozulması  nəticəsində  boru  mənşəli 
sonsuzluq yaranır. Boru mənşəli sonsuzluq 30-35% hallarda olur.  
Boruların okklüziyasını müəyyən etmək üçün histerosalpingoqrafiya (HSG) müayinə üsulundan 
istifadə  olunur,  qeyri-  invaziv  üsul  olduğundan  etibarlılığı  85%-dir.    Buna  görə  də  boruların 
keçiriciliyini yoxlamaq üçün diaqnostik laparoskopiya qızıl standartdır. 
Məqsəd:  Boru  mənşəli  sonsuzluğu  olan  qadınlarda  laparoskopik  tuboplastika  əməliyyatından 
sonra baş vermiş hamiləlikləri aşkar etməkdir. 
Material  və  metod:  tədqiqat  yanvar  2015-oktyabr  2016  tarixlərində  aparılmışdır.  Tədqiqatda  18 
qadın  iştirak  etmişdir.  Xəstələrin  orta  yaşı  -29,8  (21-41).  I-li  sonsuzluq  müddəti  -2.5  il  (2-4),  II-li 
sonsuzluq müddəti-3.5 ildir (2-7). 
Bütün  əməliyyatlar  ATU  TCK  II  MGŞ-də  laparoskopik  üsulla  icra  edilmişdir.  Əməliyyatdan 
əvvəl  bütün  xəstələrə  HSG  olunmuşdur.  Əməliyyat  zamanı    uşaqlıq  boşluğuna  yerləşdirilmiş  kateter 
vasitəsilə  boruların  keçiriciliyi  yoxlanmışdır.  Hidrosalpinksdə,  tam  bağlı  boru  ucları    “+”  şəkilli 
kəsilərək  4  yarpağa  ayrılmışdır.  Daralmış  borular  isə  boylama  kəsilərək  keçiriciliyi  bərpa  edilmişdir. 
Borudakı  qanaxmalar  40W  gücündə  bipolyar  koaqulyatorla  limitli  koaqulasiya  olunmuşdur. 
Əməliyyatlar  fəsadsız  keçmişdir.  Əməliyyatdan  sonra  bütün  xəstələrə  antibiotikoterapiya  və  yenidən 
adheziyaların yaranmasının qarşısını almaq üçün QSİƏM təyin olunmuşdur. 
Nəticə: Ümumiyyətlə, əməliyyatın effektivliyi xəstənin yaşından,okklüziyanın bir və ya ikitətəfli 
olmasından,  proksimal  və  distal  okklüziyanın  birlikdə  təsadüf  etməsindən  və  qarın  boşluğunda 
adheziyaların olub-olmamasından asılıdır. Tədqiqatımızda iştirak etmiş 18 qadından  9-u (50 %-i) ilk 6 
ayda hamilə qalmışdır, digər qadınlarda hamiləlik baş verməmişdir. Hamilə qadınlarda boru hamiləliyi 
müşahidə olunmamışdır.  
Yekun: Beləliklə, tədqiqatımızın və müxtəlif ölkələrdə aparılmış tədqiqatların nəticələrinə əsasən 
bu qərara gəlmək olar ki, boru mənşəli sonsuzluğu olan qadınlarda süni mayalanmaya alternativ olaraq 
fertilliyi bərpa etmək məqsədilə aparılan əməliyyatlar hələ də öz aktuallığını qoruyur.  
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
121 
 
ATUREK - 5: Neyrocərrahiyyə / Travmatologiya / Oftalmologiya bölməsi 
 
BEL – OMA FƏQƏRƏARASI DİSK YIRTIQLARININ CƏRRAHİ MÜALİCƏSİNİN 
NƏTİCƏLƏRİNƏ TƏSİR EDƏN BƏZİ AMİLLƏR VƏ AĞRI SİNDROMUNUN  
MÜALİCƏ PRİNSİPLƏRİ 
 
Ceyhun Əliyev 
 
İşin rəhbəri: Niyazi İsayev   
 
ATU,  Hərbi Tibb Fakultəsi 
 
Açar sözlər: Osteoxondroz, fəqərəarsı disk yırtığı, residiv ağrı sindromu. 
Giriş:  Onurğa  cərrahiyyəsinin  müasir  texnalogiya  ilə  bağlı    inkişafına  baxmayaraq,  fəqərəarası 
disklərin  yırtığına  görə  əməliyyat  olunmuş  xəstələrin  təxminən  15%-də  ağrı  sindromu  azalmış,  5-20% 
hallarda ağrı sindromunun residivi qeydə alınmışdır.  
Məqsəd:  Bel-oma  fəqərəarası  disklərin  yırtığına  görə  aparılmış  cərrahi  əməliyyatların 
nəticələrinə  təsir  edən  amilləri  aşkarlayaraq,  ağrı  sindromunun  müalicə  prinsiplərini  müəyyən 
etməkdən ibarətdir.  
Material  və  metodlar:  Tərəfimizdən  SQ    BKH-da  2011-2016-cı  illərdə  bel-oma  fəqərəarası 
disklərin  yırtığına  görə  müalicə  almış  248  xəstənin  müayinə  və  müalicə  prinsipləri 
öyrənilmişdir.Tədqiqatımızın  əsasını  təşkil  edən  fəqərəarası  disk  yırtığına  görə    cərrahi  əməliyyat 
olunmuş  93(37,5%)  xəstələrin  müalicələrinin  nəticələri  araşdırılmışdır.  Xəstələrin  müraciət  etmələrinə 
səbəb kəskin ağrı sindromu və bel-oma nahiyyəsində hərəkət məhdudluğu olmuşdur. Orta yaş 31.2 (19-
68  yaş)  təşkil  etmişdir.  Bütün  xəstələr  nevroloji  olaraq  tam  müayinə  olunmuşdur.  Neyrovizualizasiya 
məqsədilə    KT  (14  xəstədə)  və  MRT  (79  xəstədə)  istifadə  edilmişdir.  Xəstələrin  81-də  (88.1  %)  parsial 
hemilaminoektomiya  və  diskektomiya,  12-də  (11.9%)  isə  interlaminar  diskektomiya  əməliyyatı  icra 
edilmişdir.  
Nəticə:  93  xəstənin  4-də  (4.3%)  əməliyyatdan  sonra  ağrı  sindromu  nisbətən  saxlanılmış,  2 halda 
(2.1%) cərrahi müdaxilədən təqribən 1 ay sonra yüksək hərarətlə kəskin ağrı sindromu (spondilodikitlə 
fəsadlaşma)  müşahidə  edilmiş,  qalan  hallarda  (93.6%)  əməliyyatdan  müəyyən  müddət    sonra  ağrılar 
əmələ gəlmişdir.   
Əməliyyatdan sonra ağrı sindromunun  reqressə olunmamasına səbəb onurğa kanalının stenozu  
olmuşdur. 
Müxtəlif dərəcəli spinal stenoz xəstələrin 24-də (25.8%) 
aşkarlanmışdır.  Təsadüflərin  11-də  (11.9%)  ağrı  sindromuna 
səbəb spondiloartroz, 60-da ( 67.8%)  isə peşə ilə bağlı  lazımi 
qaydalara  tam  əməl  olunmaması-  peşə  xəstəliyi  amili 
olmuşdur. 
Yekun: 
1.  Müsbət  müalicəyə  nail  olmaq  üçün  əlavə  müayinə 
üsullarının (KT, MRT)    nəticələrinin  klinik əlamətlərlə  uyğun 
olması vacibdir. 
2. 
İnfeksion 
ağırlaşmaların 
profilaktikası 
üçün, 
əməliyyatdan  əvvəl    və  sonra  geniş  spektirli  antibiotiklərin 
tətbiqi məqsədəuyğundur. 
3.  Onurğa  kanalının  stenozu,  spondiloartrozu  və 
əməliyyatdan  sonra  müvafiq  hərəkətlərə  əməl  olunmaması 
fəqərəarası 
diskin 
yırtığına 
görə 
aparılmış 
cərrahi 
əməliyyatdan sonra ağrının yaranması və saxlanmasına təsir edən əsas amillərdəndir. 
Beləliklə,  bel-oma  fəqərəarası  disk  yırtığına  görə  cərrahi    əməliyyatlardan  sonra  ağrı  sindromu 
kifayət  qədər  tez  rast  gəlinir.  Uğurlu  müalicə  üçün  ağrı  sindromunun  xüsusiyyətləri  və  yaranmasının 
formalaşmasında aparıcı əhəmiyyət kəsb edən əsas amillər aşkarlanmalıdır. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə