Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə54/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   50   51   52   53   54   55   56   57   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
139 
düyünlərində  də  müşahidə  oluna  bilər  .  Belə  ki.  şiş  limfa  düyünün  toxumasını  tam  əvəz  etməzdən 
əvvəl  də  ekstrakapsulyar  yayıla  bilər.  Tədqiqatların  nəticələri  göstərmişdir  ki,  ölçüsü  lsm-ə  qədər 
metastatik  limfa  düyünlərinin  15-25%-də,  l-2sm  olan  düyünlərin  25-45%-də  ekstrakapsulyar  yayılma 
müşahidə  olunur,  ölçüləri  3sm-dən  böyük  olan  metastatik  limfa  düyünlərinin  isə  75%-də 
ekstrakapsulyar  inkişaf  aşkar  olunur  .  Bu  səbəbdən  bəzi  klinikalar  limfa  düyünlərində  metastazlann 
ekstrakapsulyar  yayılması  təsdiq  olunan  hallarda  əməliyyatdan  sonrakı  dövrdə  şüa  və  ya  adyuvant 
kimyəvi müalicəni məqsədəuyğun sayırlar |4,12J. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
140 
 
ATUREK - 5:  Radiologiya – Posterlər 
 
AĞCİYƏR XƏRÇƏNGİNİN ERKƏN KOMPLEKS DİAQNOSTİKASINDA RENTGEN VƏ 
KOMPYUTER TOMOQRAFİYA MÜAYİNƏLƏRİNİN ROLU 
 
Cənnət ƏLİYEVA 
 
İşin rəhbəri: dos.Rasim BAYRAMOV, Dos. Məlahət SULTANOVA 
 
ATU TCK, Şüa diaqnostikası və Şüa terapiyası kafedrası 
 
 
Açar sözlər: ağciyər xərçəngi, Rentgen, KT 
Giriş:  Ağciyər  xərçəngi  xərçəng  növləri  içərisində  ən  çox  rast  gəlinən  və  əksəriyyət  hallarda  ölümlə 
nəticələnən bir epidemiya xəstəlikdir. Əsas səbəb siqarətçəkmə olduğu üçün kişilərdə qadınlara nisbətən 3-10 dəfə 
çox  rast  gəlinir.  Dünya  üzərində  illik  1,5  milyon  insanın  ölümü  ilə  nəticələnən  bu  xəstələyin  daha  erkən 
mərhələlərdə  aşkarlanması  xərçəngin  müalicə  olunmasında  və  müsbət  nəticələrin  əldə  edilməsində  böyük  rol 
oynayır.  Bu  istiqamətdə  ilkin  addım  döş  qəfəsi  orqanlarının  Rentgenoloji  müayinəsidir.  Lakin  kiçik  ölçülü  bir 
tumorun Rentgenoqrafiya vəsitəsilə aşkarlanması çətinlik törətdiyi üçün 40 yaşdan yuxarı siqaret çəkən insanlarda 
komputer  tomoqrafiya  çox  böyük  fərqlər  yarada  bilər.  Xəstəliyin  klinikasının  çox  hallarda  özünü  biruzə 
verməməsi xəstələyin daha ağır fasədlarla nəticələnməsinin ən böyük səbəbidir. 
Tədqiqatın məqsədi: Ağciyər xərçənginin erkən diaqnostikasında retngenoloji və kompyuter tomoqrafiya 
müayinələrinin imkanlarının öyrənilməsi.  
Material  və  metodlar:  Tədqiqat  ATU-nun  Tədris  cərrahiyyə  klinikasında  10.01.2017  tarixindən 
10.03.2017 tarixinədək olan müddətdə 93 xəstə üzərində aparılmışdır. 
Nəticə:  Tədqiqat  aparılmış  93  xəstədən  9  xəstədə  Rentgenoqrafiya  vasitəsilə  aşkar  olunmuş  kölgəlik  KT 
vasitəsilə ağciyər xərçəngi olaraq təsdiqlənmişdir. 
 
     
 
 
Müzakirə:  Ağciyər  xərçəngi  olan  xəstələrin  təxminən  25%-də  heç  bir  klinik  əlamət  olmadığı  üçün  və 
ağciyər  rentgenoqrafiyası  tumorun  böyümüş  olduğu  vəziyyətlərdə  informativ  olduğu  üçün  ağciyər  xərçənginə 
adətən gecikmiş vəziyyətlərdə diaqnoz qoyulur. Xəstələrin təxminən 35%-ində ağciyər xərçəngi başqa bir şikayət 
və ya xəstəlik səbəbindən təsadufi olaraq Rentgenoqrafiya çəkildikdə aşkarlanır. Bu baxımdan, mütəmadi olaraq 
kontrol müayinələr etdirmək ağciyər və digər xərçəng növlərinin müalicəsində həyati önəm daşımaqdadır.  
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
141 
 
HEPATOSELLULAR KARSİNOMANIN KOMPLEKS DİAQNOSTİKASI 
 
Gülər QORÇİYEVA 
 
Işin rəhbəri: Rasim BAYRAMOV 
 
ATU TCK , Şüa diaqnostika və süa terapiya kafedrası 
 
Açar sözlər : Hepatosellular karsinoma,KT,MRT ,ultrasəs müayinəsi. 
Giriş: Hepatosellular karsinoma (HCC)  qaraciyərin ən çox rast gəlinən  birincili bədxəssəli şişlərindəndir. 
İldə 50000-dən çox insanın ölümünə səbəb olan xəstəliyin etiologiyasında xroniki hepatit B,hepatit C,qaraciyərin 
sirrozu, qida rasionunda hepatokanserogenlərin requlyar olaraq qəbulu( aflatoksinlər,alkoqol) mühüm rol oynayır. 
Bəzən etioloji səbəb kimi bəzi parazitar xəstəlikləri  də qeyd edirlər(şistosomoz,opistorxoz). Hər il artmaqda olan 
bu  xəstəliyin  USM,  dinamik  kontrastlı  MRT  və  KT  müayinələri  vasitəsi  ilə  diaqnozunun    qoyulması  xəstəliyin 
erkən dövrdə aşkarlanmasına və invaziv metod hesab olunan punksion biopsiyadan xilas edə biləcəyi üçün uğurlu 
müayinə  metodları  hesab olunurlar.  
Tədqiqatın  məqsədi:  :  HCC-nın    diaqnostikasında 
ultrasəs  müayinəsi  (USM),  kompyuter  tomografiya  (KT)  və 
maqnit-rezonans  tomoqrafiya  (MRT)  müayinə  metodlarının 
imkanlarının dəyərləndirilməsi. 
Material  və  metodlar:  Tədqiqat  ATU  nun  Tədrs 
cərrahiyyə  klinkasında  23.11.2016  tarixindən  21.01.2017 
tarixinədək olan müddətdə  54 xəstə üzərində aparılmışdır. 
 Nəticə:Tədqiqat  aparılmış  xəstələrdən  30  nəfərdə 
diaqnoz öz təsdiqini tapmışdır. 
Müzakirə:USM-də  5  sm-dən  kiçik  olan  lezyonlar 
homogen  hipoexogen  görsənir.Ölçüsü  böyüdükcə  piylənməyə 
bağlı olaraq exogenliyi arta bilər.  
Kontrastsız  KT-də  kütlələr  adətən  hipodens  görsənirlər.Böyük 
ölçüdə 
olan 
törəmələr 
heterogen 
strukturlu    olduğuna  görə  “mozaik”görünüşdə  olurlar.HCC    aktiv 
vaskulyarizasiyaya  malik  olduğları  üçün  onların  diaqnozunun 
qoyulmasında 
kontrastlı 
müayinələrin 
istifadəsi 
mütləqdir.Törəmənin  daxilində  arteriportal  şuntların  olması 
səbəbindən arterial fazada normal qaraciyər parenximası içərisində 
törəmənin  erkən  kontrast  tutması  əsas  diaqnostik  kriteriya    hesab 
edilir.  Portal  və  gec  venoz  fazada  isə  heterogen  şəkildə 
kontrastlanma  və  ya  yer-yer  kontrast  tutmayan  sahələrin  olması 
törəmə  üçün  tipikdir.MRT-də  şişlərin  bir  çoxu  hipointens,geridə 
qalan qismi isə izo-,və ya hiperintens izlənilir. 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə