Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə62/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   58   59   60   61   62   63   64   65   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
162 
 
ЧАСТОТА ПОЗДНИХ ОСЛОЖНЕНИЙ У ЖЕНЩИН С САХАРНЫМ  
ДИАБЕТОМ 2 ТИПАВ ЗАВИСИМОСТИ ОТ ВОЗРАСТА 
 
Резидент:Алиева Натаван 
 
Куратор:Алиева Вафа 
 
АМУ Учебно-Терапевтическая Клиника 
IIIВнутренние болезни 
 
Ключевые слова:сахарный диабет 2 типа (СД 2 типа),ретинопатия, нефропатия, полинейропатия 
Введение:  Сахарный диабет  это одно из наиболее опасных заболеваний в мире, которое занимает 
третье место по смертности после сердечно-сосудистых и онкологических заболеваний. Учитывая то, что в 
среднем  с  момента  возникновения  данного  заболевания  проходит  порядка  5-7  лет,  то  многие 
пациентысталкиваются  ссерьезными  последствиями  поздних  осложнений  СД2  типа,  в  большинстве 
случаях из-за несвоевременного обращения за врачебной помощью. 
Цель  исследования:  Оценить  степень  распространенности  у  женщин  с  СД  2  типа  поздних 
осложнений в зависимости от возраста. 
Материалы и методы: Для изучения степени распространенности поздних осложнений СД 2 типа 
было  изучено  90  историй  болезней  пациенток,  которые  проходили  лечение  в  Терапевтической  клинике 
АМУ.  Данную  группу  составили  женщины  в возрасте от  20  до  78  лет  с  продолжительностью  сахарного 
диабета  2  типа  от  2  лет  до  20  лет.  Всем  пациенткам  было  проведено  исследование  мочи  на 
микроальбуминурию (МАУ), ЭКГ, осмотр офтальмологаи невропатолога. 
Результаты:  Диабетическая  нефропатия  наблюдалась  у  32  больных  во  всех  возрастных  группах 
(36%  случаев),  в  основном  в  стадии  МАУ.  Диабетическая  ретинопатия  выявлена  у  45  женщин  (50% 
случаев)  независимо  от  возраста.  Диабетическая  полинейропатия  была  выявлена  у  38  больных  (42% 
случаев) чаще в возрасте до 60 лет. Артериальная гипертония II-III степени была выявлена у 42 пациенток 
(47 % случаев), преимущественно в возрасте старше 45 лет. 
Выводы:  Результаты  исследования  показали,  что  самая  высокая  частота  встречаемости-
микрососудистых  осложненийвыявлена  у  женщинв  возрасте  до  60  лет  по  сравнению  с  более  старшей 
возрастной группой. 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
163 
 
OSTEOPAROZA SƏBƏB OLAN  XƏSTƏLIKLƏR VƏ ONLARA  
VAXTINDA DIAQNOZUN QOYULMASI 
 
Rezident:  Gülər Hacıyeva 
 
İşin rəhbəri: Dos. Səbinə Məşədiyeva 
 
ATU Tədris Terapevtik Klinika 
III Daxili xəstəliklər kafedrası 
 
Açar sözlər: Osteoparoz, postmenopauzal sindrom. 
Tədqiqatın  məqsədi:  Hər  il  minlərlə  pasientlərə  gec  qoyulan  diaqnozun  nəticəsi  olaraq 
osteoparoz  və  sümük  toxumasının  kövrəkliyi  sümük  patalogiyalarına    gətirib  çıxarır.  Qadınlarda 
əsasən qalça sümüyündə yaranan sümük patalogiyaları yüksək faiz təşkil edir. Osteoparozun yaranma 
etiologiyasını  aşkar  edib  müalicəni  düzgün  aparmaqla  bu  kimi  ağırlaşmaların  qarşısını  almaq  olar.Bu 
məqsədlə bəzi xəstəliklərdə yanaşı olaraq osteoparoz riskinin olduğunu  bilərək, müalicə taktikasını  bu 
istiqamətdə aparmaq məqsədə uyğundur. 
Giriş:Osteoparoz  ,  sümük  toxumasının  azalması  ilə  əlaqədar  ,qırıq  riskinin    artması  ilə 
xarakterizə  olunan  xəstəlikdir.  Araştırmalara  görə    osteoparoz  eyni  yaş  kişi  və  qadınları    müqaisə 
etdikdə  qadınlarda  daha  çox  rast  gəlinir.(təkcə  ABŞ  da  8  milyon  qadın  və  2  milyon  kişi 
nisbəti).Postmenopauzal qadınlarda isə  70-80 %  təşkil edir 
Material  və  metodlar:  ATU  TTK-da    müalicə  alan    2  qadın  xəstəyə  əsas  xəstəliklərinin 
ağırlaşması  olaraq  osteoparoz  diaqnozu  qoyulub  və  müalicə  təyin  olunub.  Birinci  xəstə  59  yaşlı  qadın  
Hipotireoz  diaqnozu  ilə  müalicə  alıb    və  profilaktik  olaraq  Ca  təyin  olunmadığına  görə  xəstədə 
hipokalsemiya  yaranıb.Xəstədə  kompensasiya  məqsədilə  qanda  parathormon  yüksəlməsi  və  Ca 
ionlarının  sümüklərdən  rezorbsiyası    baş  verib.  Xəstənin    əllərində  və  ayaqlarında  qıcolma,  sümük 
kövrəkliyi və sınıqlar olub. 
Labarator  müayinələr.:Parathormon-  127.42 pg/ml,  Anti  CCP-  12.1  ,  TSH-  1.001  mİU/  ml,  P_  3.8 
mg/dl, Ca ion-1.02 mmol/l, Anti –ds DNT- 2.5, Anti –Ss DNT- 3.2  
İkinci  xəstə  şəkərli  diabeti  olan  58  yaşlı  qadın  klinikaya  sümüklərdə  şiddətli  ağrı,  kövrəklik  və 
halsızlıq kimi simptomlarla müraciət edib və xəstəyə ikincili osteparoz diaqnozu qoyulub.Xəstədə aşkar 
osteoparoz simptomları inkişaf edib.  
Labarator müayinələr: Parathormon  76.9 pg/ml, Ca ionlaşmış-1.02  mmol/l, 
Nəticə  :  Hər  iki  xəstəni  analiz  etdikdə  belə  bir  nəticəyə  gəlirik  ki,  osteparoza  səbəb  olan 
xəstəliklərə  diqqət  yetirilməlidir.Belə  xəstələrə  əsas  xəstəlikləri  ilə  yanaşı  ikincili  xəstəliyin  yaranma 
riskini  azaltmaq  üçün  profilaktik  müalicələr  təyin  olunmalıdır  ki,  gecikmiş  simptom  və  ağırlaşmalar 
meydana çıxmasın. Bu işdə əsas öhdəlik endokrinoloqların üzərinə düşür. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
164 
 
METOBOLİK SİNDROMLU 2TİP ŞD XƏSTƏLƏRİNDƏ  
HOMOSİSTEİNİN SƏVİYYƏSİNİN ÖYRƏNİLMƏSİ 
 
Rezident: Çərkəz QULİYEVA, İradə AŞUROVA 
 
İşin rəhbəri: Ass.Mənzər NOVRUZOVA 
 
ATU, TTK, Terapevtik və pediatrik propedevtika kafedrası 
 
Açar sözlərendotel disfunksiyası, hiperhomosisteinemiya, metabolik sindrom. 
Giriş:Məlumdur  ki,  2  tip  şəkərli  diabet  (ŞD  tip2)  zamanı  ürək-damar  ağırlaşmaları  və  ölüm  hallarının 
artmasının əsas səbəbi endotelin disfunksiyasıdır. Damar endotelinin birbaşa zədələnməsinin əsas amillərindən biri 
də  hiperhomosisteinemiyadır  ki,onun  mənfi  təsirlərinə  həmçinin  oksidant  stress,  aterogenezin,  trombogenezin  və 
koaqulyasiyanın güclənməsini və s. aid etmək olar. 
Tədqiqatin  məqsədi:  Metabolik  sindromlu  (MS)  2  tip  ŞD  xəstələrində  homosisteinin  səviyyəsinin 
öyrənilməsindən ibarətdir. 
Materiallar  və  üsullar:  tədqiqatda  orta  yaş  həddi  55,5±19,7  olan  75  nəfər    2tip  ŞD  xəstələri  iştirak 
edib,onlardan  44  kişi,  31  qadın  olub.  Xəstələr  2 qrupa  bölünüb:I  qrup  2 tip  ŞD-li  35  xəstə-  20  kişi,15  qadın.  II 
qrup-  MS-lu  2tip  ŞD-li  40  xəstə  -24  kişi,16  qadın.  Xəstələrə  subyektiv,  obyektiv  müayinələr,  antropometriya 
(BÇİ),  EKQ,  ExoKQ  aparılıb,  SAT  və  DAT  ölçülüb.  Laborator  müayinələr:  acqarına  qlikemiya,  qlikolizləşmiş 
hemoqlobin (HbA1c), ümumi  xolesterin səviyyəsi(ÜXS), aşağı  sıxlıqlı  lipoproteidlər (ASLP),triqliseridlər (TQ), 
yuxarı sıxlıqlı lipoproteidlər (YSLP), homosistein, C-reaktiv protein (CRP), kreatinin, albuminuriya və s. 
Nəticələr  və  onlarin  müzakirəsi: MS BÇİ >30-na görə müəyyən edilib. Acqarına qlikemiya və HbA1c 
səviyyəsi  II  qrup  xəstələrində  statistik  dürüstlüklə  I  qrup  xəstələrindən  yüksək  olub.  II  qrup  xəstələrində  ÜXS- 
kişilərdə  235±6,38  mg/dl;  qadınlarda  221,1±7,3  mg/dl.  I  qrup  xəstələrində  isə    kişilərdə  215±4,26  mg/dl; 
qadınlarda 201,1±8,3mg/dl olub. ASLP və TQ səviyyəsi də II qrup xəstələrdə I qrupla müqaisədə dürüstlüklə daha 
yüksək  olub.  Homosisteinin  səviyyəsi  II  qrup  xəstələrində:kişilərdə-14,7±1,36  mkmol/l;  qadınlarda-
10,8±0,50mkmol/l  (p<0,001).  I  qrup  xəstələrində  kişilərdə  10,9±0,43  mkmol/l;  qadınlarda  9,3±0,43mkmol/l 
(p<0,001). Homosisteinin 10  mkmol/l-dən artıq səviyyəsinin rastgəlmə  tezliyi II qrup xəstələri arasında kişilərdə 
60,0±6,67%; qadınlarda 40,8±7,09%; I qrup xəstələri arasında kişilərdə 37,1±8,29%;qadınlarda 19,4±7,21% təkil 
edib. II və I qrup kişi xəstələri arasında fərq (p<0,05), qadınlar arasında da fərq (p<0,05) statistik dürüst olub. Hər 
iki qrup kişi və qadın xəstələri arasında fərqlər də statistik dürüst olub. 
Beləliklə, aparılan tədqiqat isbat etdi ki, 2 tip şəkərli diabet hiperhomosisteinemiyaya səbəb olur və MS-
lu 2tip şəkərli diabet xəstələrində hiperhomosisteinemiyanın səviyyəsi və rastgəlmə tezliyi daha yüksək olur. ŞD 
zamanı,  xüsusi  ilə  MS-la  müşayiət  edildikdə  homosisteinin  səviyyəsi  daha  çox  kişilərdə  əhəmiyyətli  dərəcədə 
yüksəlir, Bu isə ürək-damar xəstəlikləri riskini olduqca artırır. 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə