Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə70/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   66   67   68   69   70   71   72   73   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
183 
 
ULTRA AZ ÇƏKİLİ ƏKİZ TAYI UŞAQDA POLİORQAN ÇATMAMAZLIĞI 
 
Sevinc NƏBİYEVA 
 
İşin rəhbəri: Səadət YAQUBOVA 
 
Azərbaycan Tibb Universiteti I  Uşaq xəstəlikləri kafedrası 
 
Açar  sözlər:  respirator  distress  sindrom,  hipoksemiya  asidoz,  intubasiya,  traxestomiya, 
retinopatiya, subaraxnoidal qanaxma 
Giriş:    Hestasiya  yaşı  28-37  həftə,  kütləsi  1000-2500  qr,  boyu  35-45  sm  olan  yenidoğulmuşlar 
yarımçıq  doğulmuş  uşaq  (YDU)  hesab  olunur.  Doğularkən  bədən  kütləsi  800-1000  qr  olan  diri 
doğulmuş döllərin reanimasiya və intensiv terapiya sayəsində təxminən 10-12 %-i sağ qalır. Sağ qalmış 
uşaqlarda  28%  halda  əlillik,  44%    halda  isə  kobud  olmayan  psixonevroloji  pozğunluqlar  qeyd  olunur. 
Cəmi 8-15% uşaqlarda sağlam vəziyyət müşahidə edilir.   
Klinik  müşahidə:  Yenidoğulmuş  (k.c)  08.11.2016  tarixində  I  hamiləlik,  I  doğuşdan  28  həftəlik 
hestasiya yaşında əkiz döllü hamiləlikdən (əkizin II tayı) fizioloji yolla doğulub. Apqar şkalasına görə ¼ 
balla  qiymətləndirilmişdir.  Çəkisi  1000  qr  ,boyu  34  sm,  başın  dairəsi  25  sm  olmuşdur.  Doğulduqdan 
sonra  vəziyyəti  çox  ağır  olduğundan  küvezdə  nəzarətə  başlanıb.  Ön  planda  mikrosirkulyator 
pozğunluq  və  tənəffüs  çatışmazlığı  əlamətləri  dururdu.  Bu  səbəbdən  uşaq  reanimasiya  şöbəsinə 
yerləşdirildi.  CPAP  aparatının  köməyi  ilə  respirator  dəstək  başlandı,  surfaktat  terapiya  aparıldı. 
Monitor  nəzarət  altına  alınan  yenidoğulmuşda  tam  parenteral  qidalanma  və  antibiotikaterapiya 
başlandı.    10.11.2016  tarixində  CPAP-dan  ayrıldı,  binazal  koyula  ilə  nəm  Oksigen  datasiya  davam 
edildi. Qanın ümumi analizi, qan qrupu, CRP, qanda metabolitlər, kreatinin, sidik cövhəri, bilirubin və 
fraksiyaları,  rentgenoqrafiya,  neyrosonoqrafiya,  USM,  ROP  müayinə  aparildi.  Müalicə  olaraq  v/d 
infuziya,  antibiotikaterapiya,  TDP,  pentaqlobulin,  fototerapiya,  eritrositar  kütlə  istifadəolundu  .  ROP 
müayinə  31  həftədən  başlayaraq  hər  həftə  yoxlanıldı.  Sağ  qasıq  nahiyyəsində  kiçik  ölçülü  yırtıq  qeyd 
edildi.  Neyrosonaqrafiya  ilə  intraventrukulyar  qansızma  II  dərəcə  və  Perivetrukulyar  leykomalyasiya 
aşkarlandı. 
Nəticə:  Xəstəyə  vaxtından  əvvəl    doğulmanın  digər  halları,  doğuş  zamanı  az  bədən  çəkisinin 
digər  halları,  yeidoğulmuşun  tənəffüs  pozğunluğu  sindromu,  döldə  və  yenidoğulmuşda  II  dərəcəli 
mədəcikdaxili qansızması, yenidoğulmuşun retinopatiyası diaqnozları qoyuldu.  Tərəfimizdən görülən 
təxirəsalınmaz  və  ilk  yardım  tədbirləri  ,  elecədə  düzgün  təşkilolunmuş  müalicə,  qidalanma  rejimi  və 
qulluq  sayəsində  17.12.2016  tarixində  xəstə  kliniki  yaxşılaşma  ilə  sahə  pediatrının,  müalicə  həkiminin 
və reanimatoloqun nəzarəti altında evə yazıldı. Müalicə evdə davam etdirildi.  
Yekun:   Yarımçıq doğulmanın qarşısını almaq məqsədilə buna səbəb olan sosial-iqtisadi, sosial-
bioloji, kliniki faktorların vaxtında aşkarlanması və profilaktikası məqsədəuyğundur. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
184 
 
AORTANIN KOARKTİKASİYASI 
 
Rədilə RƏSULLU 
 
İşin rəhbəri : prof. İbrahim İSAYEV, t.ü.f.d.Mədinə HACIYEVA 
 
ATU TTK, Terapevtik və Pediatrik Propedevtika kafedrası 
 
Açar sözlər:aortanın koarktikasiyası, hipertenziya,sistolik küy 
Giriş: Aortanın koarktikasiyası böyük qan dövranında qanın azalması ilə gedən qüsurlara aiddir 
və aorta mənfəzinin hər  hansı nahiyyəsində anadangəlmə daralması ilə xarakterizə olunur.Əlamətləri: 
1)yuxarı  və  aşağı  ətraflarda  arterial  təzyiqin  fərqli  olması;    2)  II-III,  V  qabırğaarası  sahədə  döş 
sümüyünün sol kənarında və  kürəkarası sahədə sistolik küyün eşidilməsi. 
Klinik  müşahidə:Xəstə  C.Y    17.04.  2003-cü  il  təvəllüdlü  14  yaşlı  (oğlan)  21.11.2016  tarixdə  ATU 
TTK-na  baş  gicəllənmə,  ürək  döyünmə,  başa  və  göz  qapaqlarına  vuran  ağrı  şikayətləri  ilə  müraciət 
etmişdir.Ailədə yüksək təzyiq var.Valideynlər yaxın qohumdur. 
Xəstəlik  1  ay  əvvəl  başgicəllənmə,  başağrı  ilə  başlayıb.  Evdə  təzyiqini  ölçərkən  160/110  mm  c/st 
olduğu  aşkarlanıb.  Xəstə  bununla  bağlı  müalicə  almış,xeyri  olmamışdır.Son  1  ayda  ən  yüksək  təzyiqi 
180/150  mm.c.st,  ən  aşağı  isə  130/90  mm.c.st.  olmuşdur.17.10.2016 tarixində  ExoKQ  müayinəsi  zamanı 
"Qalxan  aortanın  dilatasiyası,  arcus  aortae  genişlənib,  formasını  dəyişib.  Sol  mədəcik  miokardının 
hipertrofiyası" aşkar olunmuşdur. Xəstə ətraflı müayinə və müalicə məqsədilə ATU TTK-ın  I pediatriya 
şöbəsinə qəbul edildi. 
Xəstə  stasionara  daxil  olarkən    ümumi  halı  orta  ağır,  vəziyyəti  yarımfəaldır.  Ürək-qan  damar 
sistemi: Ürəyin nisbi hüdudları yaşına  uyğundur. Zirvə  vurğusu baxış zamanı görünür, Vqabırğaarası 
sahədədir.  Auskultasiya  zamanı  2-ci  nöqtədə  kiçik  intensivlikli  sistolik  küy  eşidilir.Yuxarı  ətraflarda 
A\T=  150\100,  aşağı  ətraflarda  100/70  mm  c st.  Kürək  nahiyəsində  interskapulyar  sahədə  sistolik  küy 
eşidilir. 
Xəstə klinikada  yatdığı müddətdə arterial təzyiq  yüksək olduğuna görə EKQ,ExoKQ müayinəsi 
və  oftalmoloqun  göz  dibinə  baxışı  məsləhət  görüldü.  Oftalmoloqun  baxışı  :  d-z:  Ön  hipertonik 
angiopatiya      Kardioloqun  baxışı:    ExoKQ  müayinəsi  zamanı  "Kritik  koarktasiya.    Qalxan  aortanın 
dilatasiyası  ,  enən  aortanın  subclaviar  arteriyadan  sonra  izlənməməsi  "  aşkar  edildi.  Bu  müayinədən 
sonra  geniş  kollateralların  olmasına  şübhə  yarandığı  üçün  döş  qəfəsinin  KT-aortaqrafiyasının 
aparılmasına ehtiyac yarandı. Kardioloq məsləhəti: 1. Amlodipinin dozasını artırmaq (5 mq x 2 dəfə), 2. 
Kardiocərrahın konsultasiyası. 
Döş qəfəsinin KT-aortaqrafiya müayinəsinin  nəticəsi: Enən döş aortasının proksimalında  8 mm-
lik  seqmentdə  tam  kəsilmə;  qalxan  aortada  aorta  qövsünün  orta  hissəsinə  qədər  davam  edən  və 
diametri  ən  geniş  yerində  33  mm-ə  çatan  genişlənmə;  sağ  braxiosefalik  trunkusda,  hər  iki  subklavian 
arteriyada  genişlənmə;  qolruqaltı  nahiyyələrdə  və  paravertebral  sahədə  çoxsaylı  kollateral  damarlar. 
Kardiocərrahın  baxışı:  Xəstəyə  "Aorta  koarktasiyasının  ləğvi,  greft  interpozisiyası"  vacibdir.Aparılan 
hərtərəfli  müayinə  nəticəsində  xəstədə  "Aortanın  koarktasiyası"  aşkar  olundu.  Xəstəlik  cərrahi  yolla 
aradan  qaldırıla  biləcəyi  üçün  xəstə  müalicəsini  kardiocərrah  yanında  davam  etdirmək  şərtilə 
dəyişiksiz vəziyyətdə evə yazıldı. 
Nəticə:Uşaq  yaşlarında  ,xüsusən  də  yenəyetmələrdə  müalicəyə  çətin  tabe  olan  hipertenziyanın 
araşdırılması  zamanı  “Aortanın  koarktikasiyası”  ilk  düşünülə  biləcək  xəstəliklər  sırasında  olmalıdır 
ki,bunun da vaxtında aşkarlanması və tez  aradan qaldırılması vacibdir. 
 
 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə