Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə78/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   74   75   76   77   78   79   80   81   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
204 
müqayisədə residivlərin sayını 13, 9% qədər azaltmışdır. 
3.
 
Pararektal fistulların cərrahi müalicəsində sfinkterqoruyucu əməliyyat kimi bioloji tıxaclrın 
tətbiqi  fibrin  yapışdırıcı  ilə  birlikdə  aparılmışdır.  Əməliyyatdan  sonra  residivlərin  sayı  yoxlama 
qrupu ilə müqayisədə 5,8% azlmış, anal
 
sfinkter çatmazlığı minumuma enmişdir.  
Yekun:  Beləlikə,  diaqnostik  situasiyadan  və  anatomik  şəraitdən  asılı  olaraq  pararektal 
fistulların cərrahi müalicəsinə differensial yanaşılması, təkmilləşdirilmiş seton və plug tətbiqi cərrahi 
əməliyyat müalicəninn nəticələrinin yaxşılaşdırılmasına səbəb olur. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
205 
 
ABDOMİNAL VƏRƏMƏ  ŞÜBHƏ OLAN XƏSTƏLƏRDƏ DİAQNOSTİK 
LAPAROSKOPİYANIN ƏHƏMİYYƏTİ 
 
Elvin İsazadə 
 
İşin rəhbəri: Nuru Bayramov, Saday Əliyev, Ruslan Məmmədov 
 
ATU TCK, I Cərrahi Xəstəliklər Kafedrası 
           
Açar  sözlər:    Qastrointestinal    vərəm,  abdominal  vərəm,  intestinal  vərəm,  diaqnostik 
laparoskopiya 
Giriş:  Son  illərin epidemioloji və statistik tədqiqatları inkişaf etmiş ölkələrdə  vərəm xəstəliyinin 
və  digər  oppotunistik  infeksiyaların  (HİV-  Human  İmmun  deficiency  virus,  CMV,  EBV  və  s.)  geniş 
yayılmasını göstərir. Bu vəziyyətə təsir edən əsas amillərdən biri bütün dünyada baş verən demoqrafik 
proseslər  və  əhalinin  aşağı  sosial-iqtisadi  statusudur.  ÜDST-nın  2011-ci  ilə  olan  məlumatına  görə 
vərəmlə  xəstələnmə  dünya  əhalisinin  1/3-ni  təşkil  edir  və  infeksion  xəstəliklərdən  ölümün  səbəbləri 
arasında 2-ci yeri tutur. HİV-ilə yoluxmuş xəstələrin 50%-də vərəm aşkar edilir. Problemin aktuallığını 
təsdiq  edən  faktorlardan  biri  də  xəstələrin  10-20%-də  vərəmin  ekstrapulmonal  lokalizasiyasının 
müşahidə olunmasıdır. Bu baxımdan abdominal vərəm diqqəti cəlb edir. 
Məqsədi:  Abdominal vərəm zamanı optimal diaqnostika alqoritminin seçilməsi 
Material  və  Metod:.  Son  5  il  ərzində  (2013-2017)    ATU-nun  Tədris  Cərrahiyyə  klinikasında 
Transplantologiya  şöbəsində  5  xəstədə  abdominal  vərəm  aşkar  edilmişdir.  Xəstələrin  hamısı  kişi 
cinsindən  olmuş  və  yaş  həddi  21-55  il  arasında  dəyişmişdir.  Xəstəliyin  klinik  simptomlarından 
abdominal ağrı (100%), yüksək hərarət  (100%), gecə tərləməsi (80%),  anoreksiya (60%), diareya (20%), 
assit (80%), arıqlama (100%) rast gəlinmişdir. Diaqnozun qoyulmasında klinik, laborator, instrumental 
(rentgenoloji,  KT,  laparoskopiya)  müayinələr  istifadə  olunmuşdur.  Xəstələr  ilkin  olaraq  müxtəlif 
abdominal  patologiya  diaqnozu  (qarın  boşluğunun  şişi,  absesi,  assit,  portal  hipertenziya, 
hepatosplenomeqaliya  və  s.)  ilə  müayinə  olunmuşlar.    İlkin  klinik-laborator  müayinələrlə  səbəbi 
bilinməyən  assitli  xəstələrdə  ikipilləli  diaqnostik  yanaşma  tətbiq  edilmişdir.  Birinci  pillədə  kardioloji, 
renal  və  qaraciyər  mənşəli  assit  arasında,  ikinci  pillədə  isə  şiş  və  vərəm  arasında  differensiasiya 
müayinələri  yerinə  yetirilmişdir.  Ürək  mənşəli  assiti  təsdiq  və  ya  inkar  etmək  üçün  exokardioqrafiya 
müayinəsi,  ürəyin  atım  fraksiyasına,  pulmonar  təzyiqə,  aşağı  boş  venanın  ölçüsü  və  pulsasiyasına 
diqqət edilmişdir. Böyrəkləri yoxlamaq üçün kreatinin səviyyəsi və klirensinə, sidikdə zülal miqdarına 
baxılmışdır.    Qaraciyər  mənşəli  assitin  o  cümlədən  spontan  bakterial  peritonitin  diaqnostikası  üçün 
qaraciyər  və  dalaq  elastoqrafiyası,  assit-plazma  albumin  qradientinə,  3  xəstədə  varikoz  venaları 
yoxlamaq üçün endoskopiya və KT müayinələri aparılmışdır. Ürək böyrək və qaraciyər mənşəli assitlər 
inkar  olunduqdan  sonra  neoplastik  və  vərəm  prosesləri  arasında  differensiasiya  pilləsinə 
başlanılmışdır.  Bu  məqsədlə  ilk  növbədə  KT,  endoskopiya  və  şiş  markerləri  (CEA,  CA-19-9,  CA-125) 
yoxlanılmışdır.  KT-də  piylik  və  peritonda  törəmələri  olan,  lakin  qastro-kolonoskopiyada  törəmə 
tapılmayan xəstələrdə markerlər də neqativ olduqda vərəmə yüksək şübhə yaranmışdır. Belə halda son 
diaqnostik  vasitə  kimi  diaqnostik  laparoskopiya  edilərək  periton  və  piylikdən  biopsiya  alınmışdır.  
Patohistoloji  müayinələr  nəticəsində  bütün  xəstələrdə  abdominal  vərəm  təsdiq    olunmuş,  bioptatda 
giqant  histiositar  çoxnüvəli  Langhans  hüceyrələri  aşkar  edilmişdir.  Xəstəyə  spesifik  müalicə 
aparılmışdır.  Müşahidə  altında  olan  xəstələrdə  abdominal  vərəmin  cərrahi  ağırlaşmaları  qeyd 
olunmamışdır. 
Nəticə:  strukturunda  visseral  vərəmin  olma  ehtimalına  və  xəstəliyin  klinik  diaqnostikasının 
çətinliyinə  cəlb  etməkdir.  Klinik  təcrübəmizə  əsasən  diaqnozun  qoyulmasında  rutin  müayinə 
kompleksində döş qəfəsinin və qarın boşluğunun KT, şübhəli hallarda isə diaqnostik laparoskopiyanın 
istifadə  olunmasının  və  bu  zaman  alınmış  biopsiya  materiallarının  patohistoloji  tədqiqinin  vacibliyi 
tövsiyyə olunur (şəkil 1). 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
206 
 
Diaqnostik aloritm 
Assitli  xəstə
Kardioloji, renal və qaraciyər müayinələri
Kreatinin və klirensi
Sidikdə protein
Elastoqrafiya
Assit-plazma albumin qradienti
KT, endoskopiya
QcFT
ExoKQ
Səbəb tapılmır
Neoplastik səbəblərin axtarışı
Şiş markerləri
KT, endoskopiya
Şiş tapılmadı və ya inkar edilmədi
Diaqnostik laparoskopiya
 
Şəkil 1. Abdominal vərəmə şübhə olan xəstələrdə diaqnostik alqoritm. 
 
Diaqnozun dəqiqləşdirildiyi təqdirdə bütün xəstələrə  vərəm əlehinə spesifik müalicə aparılmalı 
və  xəstəliyin  cərrahi  ağırlaşmalrının  profilaktikası  məqsədilə  xəstələr  dinamik  nəzarət  altına 
alınmalıdırlar. 
Yekun:  Xəstəlik  müalicə  olunan  bir  xəstəlik  olsada  da  potensial  ölümcül  xəstəlikdir.  Buna  görə 
 vaxtında və lazımı yoxlamalar, erkən diaqnoz və müalicə xəstəliyin letallığını azaldır. 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə