Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə79/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   75   76   77   78   79   80   81   82   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
207 
 
HİPOSPADİYA ƏMƏLİYYATINDAN SONRAKI URETRAL DARLIQLARDA  
"BUCCAL MUCOSA" QREFTİNİN TƏTBİQİ 
 
Mədinə Bağırlı, Həmidə Əliyeva 
 
İşin rəhbəri: Vüqar Məhəmmədov 
 
ATU TCK, Uşaq cərrahlığı kafedrası 
 
Giriş:  Hipospadiya  oğlan  uşaqları  arasında  ən  çox  rast  gəlinən  xarici  cinsiyyət  üzvü 
anomaliyasıdır.  Bu  anomaliyanın  cərrahi  korreksiya  üsullarının  çoxluğuna  baxmayaraq  hələ  də 
əməliyyatdan  sonrakı  fəsadlar  yüksək  olaraq  qalmaqdadır.  Bu  fəsadlardan  ən  çox  qeyd  olunanlardan 
biri də uretral daralmadır. Uretral daralma digər fasadlara nisbətdə daha ağır gedişli olub, korreksiyası 
çətinlik törədəcək bir fəsaddır. 
Məqsəd:  Hipospadiya  əməliyyatından  sonra  uretral  daralma  qeyd  olunan  xəstələrdə  yanağın 
selikli qişa qreftindən istifadə edərək müalicənin nəticələrini qiymətləndirmək. 
Material və metodlar: ATU-nun uşaq cərrahlığı kafedrasında 2014-2017-ci illərdə proksimal forma 
hipospadiya  əməliyyatından  sonra  uretral  daralma  qeyd  olunan  5  xəstə  də  yanağın  selikli  qişasından 
(buccal  mucosa)  qreft  alınaraq  uretroplastika  əməliyyatı  icra  olunmuşdur.  Yanağın  selikli  qişası  qalın 
epitelə,  gərilmə  gücünə  və  qreftin  yüksək  dərəcədə  tutmasına  səbəb  olan  tip  IV  kollagenə  sahib 
olduğuna görə daha çox üstünlük verilən qreftdir. Xəstələrdə uretral daralma 1sm-dən  uzun olmuş və 
uretral dilatasiyalar effekt verməmişdir. Bütün xəstələrdə daralma olan hissə müəyyən edilərək əvvəlcə 
uretranın  ön  divarı  açılmış  sonra  isə  arxa  divar  boylama  istiqamətdə  kavernoz  cisimlərə  kimi,  sağlam 
uretraya  qədər  kəsilmişdir.  Uretranın  arxa  divarına  yanağın  selikli  qişasından  alınmış  qreft 
yerləşdirilərək  möhkəm  təsbit  edilmiş  və  nelaton  kateter  üzərində  uretroplastika  əməliyyatı 
sonlandırılmışdır. 
Nəticələr:  Bütün  xəstələrdə  nelaton  (10Fr)  kateter  2  həftə  saxlanıldıqdan  sonra  xaric  edilmişdir. 
Həmin müddətdə xəstələrə antibakterial terapiya aparılmışdır. Xəstələr əməliyyatdan 1, 3 və 6 ay sonra 
təkrari  müayinəyə  gəlmişdirlər.  Təkrari  müayinələrdə  heç  bir  xəstədə  sidik  axının  pozulması,  dizurik 
əlamətlər  qeyd  olunmamışdır.  Uroflometrik  müayinədə  bütün  xəstələrin  sidik  axını  norma  daxilində 
müşahidə edilmişdir.  
Yekun:  Beləliklə,  hipospadiya  əməliyyatından  sonra  baş  verən  uzun  ölçülü  uretral  daralmaların 
adekvat korreksiyasında yanağın selikli qişasından alınan qreft ilə uretroplastika seçim üsul kimi geniş 
tətbiq oluna bilər. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
208 
 
EVENTRASİYALARIN ƏNƏNƏVİ ÜSULLARLA  CƏRRAHİ MÜALİCƏNİN  
NƏTİCƏLƏRİNƏ DAİR 
 
Rezident: Nigar Tahirova 
 
İşin rəhbəri: Fariz Camalov 
 
Azərbaycan Tibb Universiteti, Akad. Mirqasımov adına Respublika Klinik Xəstəxanası 
III Cərrahi xəstəliklər kafedrası, 
 
 
Açar  sözlər:  eventrasiya,Abdominal  cərrahiyyə,  əzələ-aponevrotik  loskut,  liqatura,  nekrektomiya, 
laporastomiya, alloplastik material, duplikatura. 
 
Giriş:  Abdominal  cərrahiyənin  inkişafı,  təcili  və  təxirəsalınmaz  göstərişlər  üzrə  yerinə  yetirilən 
laparotomiyaların  sayının  artması  əməliyyatdan  sonrakı  dövrün  ciddi  ağırlaşmalarından  olan  eventrasiya  ilə 
xəstələnmə hallarının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarmışdır. Əməliyyatdan sonrakı dövrün ağırlaşmış 
gedişi,  yüksək  əməliyyatdan  sonrakı  ölüm,  eləcə  də  20-40  %-ə  çatan  eventrasiya  residivləri  bu  gün  də  ciddi 
problemlərdən hesab olunur. Eventrasiya zamanı letallıq 20-86 % təşkil edir. 
 
Material  və  metod:  Tədqiqat  Bakı  şəhər  1  saylı  Kliniki  Xəstəxana,  Akad.  M.  Topçubaşov  adına  Elmi 
Tədqiqat  Cərrahiyyə  Mərkəzi  və  Akad.  Mirqasımov  adına  Respublika  Kliniki  Xəstəxanasının  arxiv  şöbələrində 
aparılmışdır.  2007-2014-cü  illər  ərzində  təcili  və  planlı  abdominal  cərrahi  əməliyyatlardan  sonra  yaranmış 
eventrasiyaların  cərrahi  müalicələrinin  yaxın  nəticələri  təhlil  edilmişdir.  2007-2014-cü  illər  ərzində  3  klinikada 
cəmi 40 sayda abdominal cərrahi əməliyyatlardan sonra yaranmış eventrasiya ilə qarşılaşdıq. Bunlardan 35-i təcili, 
5-i  planlı  abdominal  cərrahi  əməliyyatm  nəticəsində  yaranmışdır.  Xəstələrdən  30-u  kişi,  10-u  qadın olmuşdur.  5 
xəstədə  sarılıq  (14.3  %),  8  xəstədə  uremiya  (22.8  %)  olmuşdur.  Xəstəxanada  qalma  dövrü  orta  hesabla  40  gün 
olmuşdur.  
 
Nəticə:  5  xəstədən  hissəvi  eventrasiya  yaranmış  və  bu  qrup  xəstələrdə  konservativ  üsullarla  müalicə 
edilmişdir. Təcili olaraq yara tam açılmış, nekrozlaşmış toxumalar kəsilib götürülmüş və liqaturalar çıxarılmışdır. 
Yara  antiseptiklərlə  yuyulmuşdur.  Sonra  isə  yara  furasilində  isladılmış  tamponlarla  doldurulmuş,  əzələ  və 
venadaxili antibiotiklər, vitaminlər, plazma və s. Preparatlar təyin edilmiş, xəstələr ciddi yataq rejimində olmuşlar. 
Yara  gündə  iki  dəfə  sarğı  edilmişdir.  9-10-cu  sutkada  yarada  aseptik  vəziyyət  yaranandan  sonra  ikincili  tikişlər 
qoyulmuşdur.  Konservativ  üsulla  müalicə  edilmiş  bu  xəstələrdən  üçündə  təkrari  eventrasiya  yaranmış  və  irinli 
vəziyyət  daha  da  şiddətləndiyi  üçün  proqramlaşdınlmış  laporostomiya  icra  edilmişdir.  35  xəstədə  isə  həqiqi 
eventrasiya  yaranmışdır.  Bu  xəstələrdə  müalicə  taktikası  belə  olmuşdur:  endotraxeal  narkoz  altında  yara 
antiseptiklərlə  işlənmiş,  tikişlər  çıxarılmış,  nekrotik  toxumalar  kəsilib  götürülmüş,  eventrasiya  olunmuş  bağırsaq 
və  piylik  isti  taponlarla  tutularaq  qarın  boşluğuna  yüklənmiş  və  yaraya  bütün  qatlardan  keçmək  şərti  ilə  ikincili 
tikişlər qoyulmuşdur. 15 xəstədə (37.5 %) residiv baş vermiş və bu xəstələrdə deffekt qarnın ön divan toxumalann 
güclü  dartılması  hesabına  əzələ-aponevrotik  loskutla  duplikatura  yaratmaqla  plastika  edilmişdir.  Lakin,  bu 
xəstələrdən  12-14-cü  sutkada  yenidən  resitiv  yaranmışdır.  Residivin  profilaktikası  üçün  alloplastik  materialdan 
istifadə edilmişdır. 10 xəstədə  ölüm (25 %), 15 xəstədə residiv (37.5 %), 5 xəstədə  sağalma  və 10 xəstə  isə  ağır 
vəziyyətdə yaxınlarının təkidi ilə evə aparılmışlar. 
 
Yekun:  Tədqiqatın  nəticələrindən  belə  məlum  olur  ki,  eventrasiya  ən  çox  təcili  əməliyyatlardan  sonra 
yaranır.  Abdominal  əməliyyatlardan  sonra  yaranan  eventrasiyalan  ənənəvi  üsullarla  konservativ  və  cərrahi 
müalicəsi nə qədər mükəmməl icra edilsə də ölüm və residivlərin faizi yüksəkdir. Bu səbəbdən də yeni üsulların 
işlənib hazırlanmasında zərurət vardır. 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə