Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə76/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   72   73   74   75   76   77   78   79   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
198 
 
ОСОБЕННОСТИ ИММУНОЛОГИЧЕСКИХ И ФУНКЦИОНАЛЬНЫХ ПОКАЗАТЕЛЕЙ ПРИ 
РАЗЛИЧНЫХ ФОРМАХ БРОНХИАЛЬНОЙ АСТМЫ  У ДЕТЕЙ 
 
Хикмет МАХМУДОВ, Турал МУРАДЛЫ 
 
Руководитель: И.А. МУСТАФАЕВ, А.Н. ИСКЕНДЕРОВА, А.В.АЛХАСОВА 
 
Цель исследования:Оценить степень атопии и функцию внешнего дыхания (ФВД)при БА 
у детей в зависимости от формы патологии и стадии заболеваения. 
Материалы  и  методы:  Обследовано  687  детей  в  возрасте  от  4  до  15  лет.  Мальчиков-49, 
девочек-19.  Уровень  İgE  определяли  методом  ИФА.  ФВД  изучалась  методом  спирографии  на 
аппарате  «Пневмоскрин»  Определялись  ЖЕЛ,ПСВ,ОФВ1,  МОС25-75.  Статистическая  обработка 
проводилась методами Стьюдента и Колмогорова 
Результаты  исследования:  По  форме  патологии  были  выбраны  3  группы:  атопическая 
БА-11,  сочетанная  БА-40,  неимунная-1).  По  тяжести  течения:  легкая-25,  среднетчяжелая-40, 
тяжелая-2.  Концентрация  İgE  была  наиболее  высокой  при  обострении  атопическойБА 
(268,4±5,4).При  сочетанной  БА  İgE  было  несколько  ниже(181±4,2),  что  указывает  на  роль  в  генезе 
заболевания 
неиммунных 
механизмов(вирусная, 
хламидийная 
инфекция). 
ФВД 
характеризовалась сниженной ФЖЕЛ, ОФВ1, МОС 25-75, что свидетельствует о генерализованной 
бронхиальной  обструкции.  Особенностью  БА  является  полная  нормализация  объемных  и 
скоростных показателей в период ремиссии. 
Заключение:  Концентрация  İgE  при  атопической  БА  достоверно  выше,  чем  при  
сочетанной. Оценка показателей ФВД при атопической и сочетанной БА не выявило каких либо 
особенностей  в  скоростных  показателях  в  зависимости  от  формы  патологии.  Степень 
вентиляционных  нарушений  находится  в  прямой  пропорциональной  зависимости  от  степени 
тяжести течения заболевания. 
 
 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
199 
 
PİYLƏNMƏSİ OLAN UŞAQ VƏ YENİYETMƏLƏRDƏ  METABOLİK  SİNDROMUN  
RASTGƏLMƏ TEZLİYİ VƏ  İNKİŞAFINA TƏSİR EDƏN FAKTORLAR 
 
  Ayan  MƏMMƏDOVA, Fatimə MİRZƏYEVA  
 
İşin rəhbəri:  Dos. Leyla ƏFƏNDİYEVA 
 
ATU  TTK,  II Daxili Xəstəliklər Kafedrası 
 
Açar  sözlər: uşaq, yeniyetmə, piylənmə , metabolik sindrom, kardiovaskulyar risk faktorları. 
Giriş:  Uşaqlıq    yaşlarından    başlayan    və  sonrakı  illərdə  də  davam  edən  piylənmə  xəstəlik  və  ölüm 
göstəricisinə təsir edir. İnkişaf etmiş ölkələrdə piylənməsi olan  uşaq və yeniyetmələrdə metabolik sindromun rast 
gəlmə tezliyində artım izlənməkdədir. 
Məqsəd:Bu  araşdırma  piylənmə  səbəbi  ilə  klinikamıza  müraciət  edən  xəstələrdə  metabolik  sindomun 
rastgəlmə  tezliyi  və  sindromun  yol  aça  biləcəyi  risk  faktorlarının  (qlükoz  homeostaz  pozğunluqları,  insulin 
rezistentliyi, dislipidemiya, arterial hipertenziya) aşkarlanması məqsədi  ilə aparıldı.  
Material    və  metodlar:  Araşdırma  2-19  yaş  arasında  43-ü  oğlan,  27-i  qız  olmaqla  cəmi  70  uşaq  və 
yeniyetmə arasında aparıldı.  Ailə  üzvləri  və  qohumları arasında kardiovaskulyar  xəstəliklər  və  ya risk  faktorları 
araşdırıldı.  Fiziki  müayinə  aparıldıqdan  və  12  saatlıq  aclıqdan  sonra  aclıq  qan  şəkəri,  insulin,  lipid  profili  və 
qaraciyər  testləri  üçün  qan  nümunəsi  alındı.  Metabolik  sindromlu  xəstələrin  bədən  kütlə  indeksi,  sistolik  və 
diastolik  qan  təzyiqləri,  aclıq  qan  şəkəri,  insulin,  triqliserid,  VLDL  xolesterol,  ALT,  arterial  hipertenziya, 
dislipidemiyanın normadan yüksək,  HDL  xolesterol səviyyəsi aşağıdır. 
Nəticə:  Piylənməsi  olan  uşaq  və  yeniyetmələrin  65%-i  ağır  piylənmə  qrupuna  daxildir.  Bütün 
piylənmələrin  2/5  –də  metabolik sindrom və  1/3-də  isə  ən azı  bir kardiovaskulyar risk  faktoru aşkarlandı. Buna 
baxmayaraq  uşaq  və  yeniyetmələrdə  tip  2  diabetes  mellitus  az    görülməkdədir.  Yaş,  cinsiyyət,  pubertal  dövr, 
qidalanma  rejimi  və  yaxın  qohumlarda  metabolik  sindromun  olması  piylənməsi  olan  uşaq  və  yeniyetmələr 
kardiovaskulyar    risk  faktorları  və  metabolik  sindrom  tərəfindən  diqqətli  şəkildə  araşdırılmalıdır.  Yüksək  riskə 
sahib  bu  üzvlərin  erkən  diaqnoz  və  müalicəsi  ilə,  metabolik  sindrom  və  diabet  kimi  əsas  xəstəliklərin  qarşısı 
alınacaqdır. Amma ilk öncə vacib olan piylənmənin qarşısının alınmasıdır. 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
200 
 
ATUREK - 5:  Cərrahiyyə / Uşaq cərrahiyyəsi – Posterlər 
 
DÜYÜNLÜ URDA İNCƏ İYNƏ ASPİRASİON 
BİOPSİYA NƏTİCƏLƏRİ İLƏ HİSTOPATALOJİ NƏTİCƏLƏRİN MÜQAYİSƏSİ 
 
Araz İsmayılov 
İşin rəhbəri: Azər Hümmətov 
 
ATU TCK, Ümumi Cərrahiyyə və I cərrahi xəstəliklər kafedrası 
 
Giriş və məqsəd. Qalxanabənzər vəzi (QV) xüsusi əhəmiyyətli endokrin orqan olub patologiyaları çox 
geniş yayılmışdır. QV xərçəngləri (bədxassəli şişi) nadir olub bütün xərçəng xəstəliklərinin 1%-ni  təşkil 
edir.  QV-də  düyün  aşkar  edildikdə  əsas  məsələ  düyünün  xoş  və  ya  bədxassəli  olduğunu 
aydınlaşdırmaq və lazımsız cərrahi əməliyyatların qarşısını almaqdan ibarətdir. Apardığımız tətqiqatın 
məqsədi  düyünlü  ur  olan  xəstələrdə  incə  iynə  aspirasion  biopsiyanın  nəticələri  ilə  histoloji  nəticələri 
müqayisəli qiymətləndirməkdir. 
Material və metod: ATUTCK-da 2014 – 2016-cı illər ərzində düyünlü ur və bədxassəli şiş şübhəsi ilə QV 
əməliyyatı  icra  olunan  56  xəstə  retrospektif  olaraq  qiymətləndirildi.  Xəstəlik  tarixlərindən  İİAB 
nəticələri,  əməliyyat  məlumatları  və  əməliyyat  zamanı  alınan  materalın  histopatoloji  nəticələri  qeyd 
edildi.  Tiroidektomiya  əməliyyatı  keçirən  56  xəstənin  49-u  qadın  (87,5%),  7-i  kişi  (12,5%)  olmuşdur. 
Bütün  xəstələrin  orta  yaş  həddi    46,64±12,2  (15-79)  il,  qadın  orta  yaş  həddi  45,4±12,03  il,  kişi  orta    yaş 
həddi  51,2±12,44 il olaraq qeyd edildi. Sitoloji material 4 əsas kateqoriyada təsnif olundu: 1-Xoşxassəli; 
2-Şübhəli; 3-Bədxassəli; 4-Yetərsiz material. İİAB olunmuş 56 xəstənin sitoloji nəticələri: 30-xoşxassəli ( 
53,5%),  16-şübhəli  (28,6%),  3-yetərsiz  (5.3%),  7-bədxassəli  (12.6%)  nəticə  aşkar  edildi.  Əməliyyatdan 
sonra  histopatologiyalar  2  kategoriyada    qiymətləndirildi:  1-Xoşxassəli;  2-Bədxassəli.  Histopatoloji    və 
sitoloji   nəticələr  xoş  və  bədxassəli  olaraq  qruplara  ayrılaraq  müqayisə  edildi.  Preoperati  QV  İİAB-nin 
postoperatif  diaqnoz    baxımından    həssaslılığı,  spesifikliyi,  yalançı  neqativlik,  yalançı  pozitivlik  
dəyərləri araşdırıldı.  
Nəticə: Xəstələrin 46-da total tiroidektomiya (82,1%); 2-də tamamlayıcı tiroidektomiya, sol lobektomiya 
(3,6%);  2-də  sağ  subtotal  tiroidektomiya  (3,6%);  4-də  subtotal  tiroidektomiya  (7,1%);  2-də  lobektomiya 
(3,6%) əməliyyatı icra edildi. Əməliyyat materialı  histopatoloji nəticələrin 44–də xoşxassəli (78,6%), 12-
də (21,4%) isə bədxassəli  nəticə alınmışdır. 
 
Cədvəl 1: Tiroid İİAB ilə əməliyyat materialı  nəticələrinin müqayisəsi. 
İİAB 
Sitoloji nəticələr 
Histoloji nəticə 
xoşxassəli 
Histoloji nəticə 
bədxassəli 
Xoşxassəli 
30 
28 

Bədxassəli  



Bədxassəliliyə şübhə 
16 
12 

Yetərsiz 



Cəmi 
56 
44 
12 
 
Qiymətləndirmə  zamanı  İİAB-nin  həssaslılığı  85,7%,  spesifikliyi    97,1%,  pozitiv  proqnostik    dəyəri 
85,7% (30-99%), neqativ proqnostik  dəyəri  96,8%, düzgünlüyü 94,7% olaraq  qeyd edilmişdir.  
Yekun:  Tiroid  düyünlərinin  əməliyyat  öncəsi  qiymətləndirilməsində  İİAB  “qızıl  standart”-dır.  QV-də 
bədxassəli  proseslərin  erkən  diaqnostikasında  mühüm  rol  oynayır  və  onun  tətbiqindən  sonra  cərrahi 
əməliyyatların icra tezliyi yarıya qədər azalır. 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə