Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə80/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   76   77   78   79   80   81   82   83   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
209 
 
AÇIQ VƏ QAPALI ÜSULLA HEMORROİDEKTOMİYA ƏMƏLİYYATI OLUNMUŞ  
XƏSTƏLƏRİN MÜQAYİSƏSİ 
 
Rəfiqə Muxtarova 
 
İşin rəhbəri: Solmaz İmanova 
 
ATU TCK, I Cərrahi Xəstəliklər Kafedrası. 
 
Açar sözlər: Hemorroy, açıq üsul, qapalı üsul, hemorroidektomiya. 
Giriş:  Hemorroy  insanlar  arasında  ən  çox  rast  gəlinən  patalogiyalardan  biridir.  Anus 
nahiyəsində  olan  narahatlıqdan  şikayətlənən  xəstələrin  50%-də  hemorroy  rast  gəlinir.  Əhalinin  50  – 
90%-də həyatının müəyyən dövründə xüsusən 45 – 65 yaş arası dövrdə  hemorroy problemi müşahidə 
olunur. Kişilərdə qadinlara nisbətdə 1,3 dəfə çox rast gəlinir. Bu xəstəliyin müalicəsində bir çox müalicə 
metodlarından,  əməliyyat  növlərindən  istifadə  olunur.  Hal  –  hazırda  qapalı  və  açıq  üsul 
hemorroidektomiyalar daha geniş tətbiq olunur. 
Məqsəd: Açıq və qapalı hemorroidektomiyanın nəticələrinin müqayisəli öyrənilməsi. 
Material  və  metod:  Son  1  il  (2016  –  2017)  ərzində  ATU,  Tədris  Cərrahiyə  Klinikasında  50  xəstə 
üzərində açıq  və qapalı  üsulla  hemorroidektomiya  əməliyyatı aparılmışdır. Əməliyyat olunan  xəstələr 
35 – 50 yaş arasında olmuşdurlar. 50 xəstədən 45-i qadın 5-i kişi olmuşdur. Xəstələrin 40-da qapalı üsul, 
10-da açıq üsul tətbiq olunmuşdur.  
Nəticə:  Qapalı  üsulla  əməliyyat  sonrasi  dövrda  fəsadlara  daha  az  rast  gəlinmişdir.  Beləki,  40 
xəstədən yalnız 3-də əməliyyatdan sonra güclü ağrılar olmuşdur. Lakin açıq üsulla  əməliyyat olunmuş 
10 xəstədən 4-də ağrılar olmuşdur. Əməliyyatdan sonrakı dövrdə xəstələrdə yara nahiyəsinin sağalma 
müddətində  də  fərq  olmuşdur.  Qapalı  üsulla  əməliyyat  olunmuş  xəstələrdə  açıq  üsulla  əməliyyat 
olunmuş xəstələrlə müqayisədə daha tez sağalma müşahidə olunmuşdur. 
Yekun: Klinik müşahidələrin əsas məqsədi hemorroidektomiya əməliyyatından sonra xəstələrdə 
müşahidə olunan erkən və gecikmiş fəsadların qarşısının alınmasıdır. Klinik təcrübəmizə əsasən 
xəstələrdə əməliyyatdan sonrakı dövrdə yarana biləcək fəsadların sayını, ağrıları azaltmaq və yaranın 
daha tez sağalmasını təmin etmək üçün qapalı üsul hemorroidektomiyaya üstünlük verilməsi tövsiyyə 
olunur.      
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
210 
 
ƏMƏLİYYAT KEÇİRMİŞ XƏSTƏLƏRDƏ RENDEZVOUS TEXNİKA  
İLƏ ERXPQnin ÜSTÜNLÜYÜ 
 
Şirin Qəhrəmanlı 
 
İşin rəhbəri: Tarverdi Rzayev 
 
ATU TCK, I Cərrahi Xəstəliklər Kafedrası 
 
 
Açar sözlər: Randezvous texnikası, ERXPQ, anteqrad kanulyasiya 
Giriş:  Öncədən  əməliyyat  keçirmiş  xəstələrdə  ERXPQ  bəzən  texniki  çətinliklə  icra  olunur. 
Xüsusən  öd  daşı  xəstəliyi  ilə  əlaqədar  olaraq  icra  olunmuş  əməliyyatlardan  sonra  normal  anatomik 
strukturlarda  müəyyən  dəyişikliklər  yaranır.  Bu  dəyişikliklər  daha  çox  qarın  boşluğunda  yaranmış 
bitişmələrləə əlaqəlidir. Bu hallarda ERXPQ zamanı rast gəlinən ağırlaşmaların sayı artır 
Məqsəd:  ”Laparotomiya  xolesistektomiya  və    xoledoxa  T-drenajın  qoyulması”    əməliyyatı  icra 
olunmuş xəstədə “Rendezvous” texnikası ilə ERXPQ-nin üstünlüyünü göstərməkdir. 
Klinik halın təsviri: 82 yaşında qadın xəstə qarının ön – yan divarında aktiv funksiya göstərən T-
drenajın  olması,  drenajdan  gündəlik  1  litrə  yaxın  öd  gəlməsi  şikayətləri  ilə  klinikamıza  müraciət 
etmişdir.  Xəstəyə  3  həftə  əvvəl  “laparotomiya  xolesistektomiya  və  xoledoxa  T-drenajın  qoyulması” 
əməliyyatı  icra  edilmişdir.  Aparılan  fistuloqrafiya  müayinəsi  zamanı  xoledox  distalında  pərçim 
olunmuş  2  sm  ölçüdə  daş  aşkar  olunmuşdur.  Xəstəyə  ümumi  anesteziya  altında  duodenoskopiya 
edildi,  müayinə  zamanı  Fater  məməciyinin  divertikul  içərisində  yerləşdiyi  müəyyən  edildi. 
İstiqamətləndirici  tel  T-drenajdan  daxil  edilməklə  xoledox  kanulyasiya  edilərək  standart 
sfinkterotomiya  icra  edildi.  Daş  balon  kateter  vasitəsilə  xaric  edildi.  Xəstə  bir  gün  sonra  evə  yazıldı. 
Müdaxilədən üç gün sonra T-drenaj xaric edildi. 
Nəticə:  Xoledox  distalına  pərçim  olunmuş  böyük  diametrli  daşlar  olduqda  retroqrad  yolla 
xoledoxu kanulyasiya etmək kifayət qədər çətinləşir. Bu zaman pankreatit, perforasiya riski artmış olur. 
Bu səbəbdən də anteqrad yolla yəni “Rendezvous “ texnikası ilə xoledoxu kanulyasiya etməklə ERXPQ 
icra olunduqda həm əməliyyat müddəti qısalır, həmçinin intraoperasion ağırlaşma riski azalır.  
Yekun:  “Xolesistolitiazis  və  xoledoxolitiazis”  diaqnozu  qoyulmuş  xəstələrə    “laparoskopik 
xolesistektomiya  və  ERXPQ”  eyni  vaxtda  icra  edilməsi  daha  məqsədəuğundur.  Çünkü  belə  hallarda 
açıq  və  ya  laparoskopik  əməliyyat  zamanı  xoledoxotomiyadan  sonra  xoledox  T-dren  qoyulmaqla 
bağlanır. Bu isə əməliyyat vaxtını və xəstəxanada yatış müddətini uzadır. 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
211 
 
XRONİKİ BABASİLİN MÜALİCƏSİNDƏ CƏRRAHİ  
ÜSULLARIN QİYMƏTLƏNDİRİLMƏSİ 
 
Xalidə İskəndərova 
 
İşin rəhbəri:  Vüqar Abbasov 
 
ATU TCK, II Cərrahi Xəstəliklər Kafedrası 
 
 
Açar sözlər: Hemorroy, Xroniki babasil, Liga sure 
 
Giriş: İnsanların ən geniş yayılmış xəstəliklərindən biri olan babasil xəstəliyindən dünyanın yaşlı əhalisinin 
10  –  30%-i  əziyyət  çəkir  və  koloproktoloji  xəstəliklərin  32  –  80%-ə  qədəri  babasilin  payına  düşür.  Cərrahi 
əməliyyatdan sonrakı dövrdə xəstələrin 4,6 – 63,4%-də müxtəlif ağırlaşmalar və 4,85 – 8,7%-də isə residivlər baş 
verir.  Xəstələrin  böyük  əksəriyyəti  (80%-ə  qədəri)  əmək  qabiliyyətli  insanlar  olduğundan  sosial  yönümlü  bu 
xəstəlik  aktual  tibbi  –  iqtisadi  problem  kimi  qarşıda  durur.  Tez  –  tez  rast  gəlinən  ağırlaşmalar 
hemorroidektomiyanın  yeni  üsullarının  axtarışına  səbəb  olur.  Babasilin  cərrahi  müalicəsində  yeni  radikal 
üsullardan biri Liga Sure cihazının istifadəsilə hemorroidektomiyadır. 
Məqsəd:  Xroniki  babasilin  cərrahi  müalicəsində  Liga  Sure  istifadəsinin  nəticələrinin  qiymətləndirilməsi 
olmuşdur. 
 
Material  və  metodlar.  Tədqiqat  işinin  əsasını  2015  –  2016-cı  illərdə    ATU,  Tədris  Cərrahiyyə 
Klinikasında xroniki babasilə görə Milliqan – Morqan üsulu ilə cərrahi  əməliyyat keçirmiş 24 – 68 yaşlı (orta yaş 
36  ±2,4  il)  57  xəstənin  müalicəsinin  nəticələrinin  təhlili  təşkil  edir.  Bunlardan  45-i  (78,9%)  kişi,  12-si  (21,1%) 
qadın  olmuşdur.  Bütün  xəstələrə  beynəlxalq  təsnifata  görə,  II, III  və  IV  dərəcəli  hemorroidal  xəstəlik  diaqnozu 
qoyulmuşdur. Xəstələr iki qrupa bölünmüşdür:  birinci qrupa (müqayisə qrupu) klassik üsulla əməliyyat olunmuş 
38 (66,7%) xəstə daxil edilmişdir. İkinci qrupa (əsas qrup) daxil olan 19 xəstədə isə (33,3%) hemorroidektomiya 
Liga Sure (Covidien istehsalı, ABŞ) istifadəsilə aparılmışdır.  
 
Nəticəl: Əməliyyatın davametmə müddəti əsas qrupda 15±5 dəqiqə, nəzarət qrupda isə 40±15 dəqiqə təşkil 
etmişdir.  Müqayisə  qrupunun  xəstələrində  əməliyyatdan  sonrakı  ağrı  sindromu  daha  güclü  olmaqla,  davametmə 
müddəti  bir  neçə  günə  qədər  uzanmışdır.  Yara  səthinin  daha  kiçik  olması  səbəbindən  əsas  qrup  xəstələrinə 
analgetiklər  az  təyin  olmuşdur.  Məhz  bu  xüsusiyyət  əməliyyatdan  sonrakı  dövrdə  defekasiya  aktı  zamanı  ağrı 
sindromunun  daha  zəif  olmasına  səbəb  olmuşdur.  Kəskin  sidik  ləngiməsi  kimi  dizurik  pozğunluq  əsas  qrupda 
təsadüflərin 1-də (5,3%), müqayisə qrupunda isə 5-də (13,2%) rast gəlinmişdir. Bu simptom III-IV dərəcəli babasil 
düyünləri aşkarlanmış və yaşı 50-dən yuxarı olan  kişilərdə rast gəlinmişdir.  
Defekasiya  zamanı  yara  nahiyəsində  ağrılar  müqayisə  qrupunda    21  (55,3%),  əsas  qrupda  isə    1  (5,3%) 
xəstədə müşahidə olunmuşdur. Anal və perianal nahiyədə  qaşınma və göynəmə əsas qrupda 1 (5,3%), müqayisə 
qrupunda isə 6 təsadüfdə  (15,8%) müşahidə olunmuşdur. İlk defekasiya aktı zamanı qanlı ifrazat əsas qrupun 3 
(15,8%),  müqayisə  qrupunun  21(55,3%)  xəstəsində  baş  vermişdir.  Əməliyyatdan  sonrakı  yaxın  dövrdə 
hipertermiya  müqayisə qrupunda əsas qrupa nisbətən 8 dəfə çox  müşahidə olunmuşdur. Bu da Liga Sure  tətbiqi 
zamanı yara ödeminin əsas qrupda 4,3 dəfə azalmasını göstərmişdir.  
Yekun:  Beləliklə,  Liga  Sure-un  istifadəsi  qanaxma  riskini,  əməliyyatın  müddətini,  əməliyyatdan  sonrakı 
ağrı sindromunun intensivliyini  azaltmaqla, əksər təsadüflərdə əməliyyat zamanı tikiş materiallarının istifadəsinə 
zərurət  yaratmır,  əməliyyatdan  sonrakı  erkən  və  gecikmiş  fəsadların  yaranma  ehtimalını  azaldır,  xəstənin 
stasionarda  qalma  müddətini  qısaldır.  Alınan  nəticələr  göstərmişdir  ki,  babasilin  müalicəsində  yeni 
texnologiyaların  istifadəsilə  hemoroidektomiya  çox  rahatlığı  ilə  seçilir,  cərrahi  müalicənin  nəticələrini  kifayət 
qədər  yaxşılaşdırmağa  və  əməliyyatdan  sonar  yaranan  fəsadların  sayını  azaltmağa  imkan  verməklə,  az 
travmatikliyi,  effektivliyi  və  istifadədə  çox  rahatlığı  ilə  seçilir.  IV  mərhələli  təsadüflərdə  aşkarlanan  sirkulyar 
yerləşmiş  hemoroidal  toxuma  əməliyyatdan  sonrakı  geçikmiş  dövrdə  stenoz  kimi  fəsadın  qarşısını  almaq 
məqsədilə toxumaların maksimal qoruyucu prinsiplərinə riayət edərək ehtiyatlılığı tələb edir. 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə