Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə83/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   79   80   81   82   83   84   85   86   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
217 
 
PARATİROİD ADENOMALARINDA KLİNİK VƏ CƏRRAHİ TƏCRÜBƏMİZ 
 
Xatirə  Şirinova 
 
Işin rəhbəri: AzərHümmətov, AbbasAbbasov 
 
ATU TCK, I Cərrahi Xəstəliklər Kafedrası 
 
Açar sözlər: Hiperparatiroidizm, paratiroid adenoması, paratiroidektomiya. 
Giriş:  Hiperparatiroidizm,  özünü  hiperkalsiemiya  və  bununla  əlaqəli  simptomlarla  göstərən 
klinik  hal  olub,  hiperkalsiemiyanın  ən  çox  rast  gəlinən  səbəbi  paratiroid  vəzilərdən  həddən  artıq 
parathormon  ifraz  edilməsidir.  Simptomatik  hallarda  cərrahi  müalicə  tətbiq  edilir,  asimptomatik 
hallarda isə cərrahi müalicə seçimi mübahisəlidir.  
Məqsəd:  Paratiroid  cərrahiyyəsi  baxımdan  təcrübəsi  az  olan  klinikamızda  əməliyyat  edilən 
birincili hiperparatiroidizm diaqnozlu xəstələrin nəticələrini ədəbiyyat məlumatına əsaslanaraq təqdim 
etməkdir.  
Material  və  metod:  Klinikamızda  sentyabr  2014  –  fevral  2017  tarixləri  arasında  birincili 
hiperparatiroidizm diaqnozu ilə əməliyyat edilmiş 10 xəstə retrospektiv öyrənilmişdir. Zərdabda fosfor 
(P),  kalsium  (Ca),  parathormon  (PTH),  vitamin  D,  kreatinin  həm  əməliyyatdan  əvvəl,  həm  də 
əməliyyatdan sonra yoxlanmışdır. Patoloji vəzinin preoperativ diaqnostikası və lokalizasiyasının təyini 
məqsədilə  bütün  xəstələrdə  boyun  ultrasəs  müayinəsi,  boyun  KT  və  99m  Tc  Sestamibi  paratiroid 
ssintiqrafiyası aparılmışdır. 
Nəticələr:  Xəstələrdən  3-ü  kişi,  7-si  qadın  olmuşdur.  Xəstələrin  orta  yaşı  ~45  olmuşdur. 
Əməliyyatdan əvvəl xəstələrin parathormon göstəricisi 1000 – 2500 (ortalama 1750), əməliyyatdan 1 saat 
sonra  isə  normal  hüdudlarda  olmuşdur.  4  xəstədə  “Düyünlü  ur”    olduğundan  incə  iynə  aspirasion 
biopsiyası  aparılmış,  sitoloji  nəticələr  xoşxassəli  olduğundan  2  xəstədə  hemitiroidektomiya,  2  xəstədə 
isə  totala  yaxın  tiroidektomiya  ilə  birgə  paratiroidektomiya  əməliyyatı  icra  olunmuşdur.  Cərrahi 
əməliyyatdan  sonra  ekssiziya  edilən  materialın  patomorfoloji  müayinəsində  bütün  xəstələrdə  diaqnoz 
paratiroid  adenoması  olmuşdur.  1  xəstədə  bir  paratiroid  vəzinin  adenoması,  digər  vəzinin 
hiperplaziyası qeyd edilmişdir.  
Yekun:  Xüsusilə,  seçilmiş  hallarda  az  təcrübəli  mərkəzlərdə  də  hipertirodizimin  cərrahi 
müalicəsinin uğurla tətbiq ediləcəyini düşünürük.  
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
218 
 
ATUREK - 5:  Ginekologiya – Posterlər 
 
PREEKLAMPSİYANIN  DİAQNOSTİKASINDA   
PROTEİN / KREATİNİN  NİSBƏTİ 
 
Aynaz Ələsgərova  
 
İşin rəhbəri: İradə Sultanova  
 
ATU TCK, I Mamalıq – Ginekologiya Kafedrası 
 
Giriş:  Azərbaycanda  ana  ölümünün  strukturunda  hipertenziv  vəziyyətlər  -preeklampsiya  əsas 
səbəblərdəndir. Bu göstərici mövzunu aktual edir. 
Preeklampsiya    -  hamiləlikdən  öncə  hipertenziya  vəziyyəti  olmayan  qadında    hamiləliyin  20 
həftəsindən sonra  başlayan  hipertenziya  və  proteinuriya  ilə xarakterizə olunur.   
American  College  of    Obstetricians    and  Gynecologists  tərəfindən  preeklamsiya    diaqnozunu 
təsdiqləyən  minimum  və  dəstəkləyici  göstəricilər  tabloda  təqdim  edilir  (sidiklə  xaric  olan  protein  
miqdarı hər dəfə eyni olmadığından sutkalıq sidiyin tədqiqi daha informativdir) : 
 
 
 
American College of  Obstetricians  and  Gynecologists  tərəfindən aparılan tədqiqatların  nəticəsinə  görə  
Preeklampsiyanın diaqnostikasında  24 saatlıq sidikdə Protein  / kreatinin ≥ 300 mg/g  ( və ya ≥ 0.3) olması daha 
informativ göstərici hesab edilir. 
İşin  məqsədi:  Preeklamsiyaya  şübhəli  olan  hamilələrdə    sutkalıq    sidikdə  Protein  /  Kreatinin 
nisbətinin   həssaslığının təyini. 
Material və metodlar: Tədqiqat ATU-nun  Tədris Cərrahiyyə  Klinikasına  müayinə məqsədilə 
müraciət etmiş  60 hamilə üzərində aparılıb,onlardan  25 nəfərdə hamiləliyin gedişi fiziolojidir (A qrup), 
digər 35 nəfər  isə preeklampsiyaya  şübhəlidir  ( B qrup). 
Nəticə:  Nəzarətə    götürülən  hamilələrdə  protein  /kreatinin  göstəricisi  aid  olduğu  qrupa 
müvafiq olaraq qrafik təsviri aşağıdakı kimidir : 
 
 
 
 
 
 
       Preeklampsiya diaqnozunu  təsdiq edən minimum kriteriyalar 
▪Arterial təzyiqin  140/90 mm/Hg   həddini aşması 
▪24 saatlıq sidikdə protein 300mg-dan yüksək olması və ya sidik nümunəsində protein reaksiyası   ≥ +1  
olması 
      Preeklampsiya diaqnozunu dəstəkləyən  kriteriyalar 
▪ arterial təzyiqin 160/100 mm/Hg həddini aşması 
▪24saatlıq sidikdə protein ≥2g  və ya sidik nümunəsində protein reaksiyası  ≥+2olması 
▪ əvvəllər yüksək olmadığı halda serum kreatinin konsentrasiyası  ≥1.2g/dL olması 
▪ trombosit  <100,000/mm^3 olması 
▪ mikroangiopatik  hemoliz  göstəricisi olaraq  LDH  yüksəlməsi 
▪ ALT və AST göstəricisinin yüksəlməsi 
▪ davamlı  baş ağrısı və  ya  digər vizual və serebral pozğunluqlar 
▪ davamlı  epiqastritik  ağrı 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
219 
Protein/creatinin 
A qrup  
B qrup 
≤ 200 
18 

201-250 


251-300 


301-350 


351-400 

12 
401-450 


451-500 


501-600 


601-700 


 
Yekun:  A  qrupuna  daxil  olan  25  hamilədə  protein/kreatinin  göstəricisi  norma  daxilində,  B 
qrupunda-    preeklampsiyaya  şübhəli  olan    olan  35  hamilədən  34  nəfərdə  isə  Protein/kreatinin  ≥300 
olmuşdur.  Bu  göstəricilər  metodun    həssaslığının  97%  olduğunu  göstərir.  Beləliklə,  protein/kreatinin 
göstəricisinin 
təyini 
günümüzdə 
hamiləliyin 
hipertenziv 
vəziyyətlərinin-preeklampsiyanın 
diaqnostikasında daha informativdir. 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə