Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə85/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   81   82   83   84   85   86   87   88   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
222 
 
UŞAQLIQDAXİLİ “MIRENA” LEVONORQESTREL- RİLİZİNQ SİSTEMİNİN ENDOMETRİUMUN 
RESİDİV VERƏN HİPERPLAZİYASININ TERAPİYASINDA EFFEKTİVLİYİ 
 
Nərmin  İsmayжlova 
 
İşin rəhbəri:  Səfərova S.S., Mürsəlova S.Ə., Xudiyeva A.N., Hacıyeva A.A. 
 
ATU TCK, I Mamalıq – Ginekologiya Kafedrası 
 
Açar sözlər:endometriumun hiperplaziyası, “Mirena” 
 
Giriş:  Uzun  illər  ərzində  geniş  yayılması  və  maliqnizasiya  ehtimalına  görə  endometriumun  hiperplastik 
proseslərinin (EHP) müalicəsi mütəxəssislərin xüsusi diqqətini cəlb edir. EHP-nın 45-60% halları gec reproduktiv 
və perimenopauza dövrünə təsadüf edir. Progestagenlərin müxtəlif forma və qəbul qaydalarının, kombinəolunmuş 
estrogen-gestagen  preparatlarının,  antiqonadotropinlərin  və  qonadoliberinlərin  aqonistlərinin  istifadəsi  xəstəliyin 
ənənəvi  konservativ  terapiyasıdır.  Daha  cox  qabul  olunmuş  müalicə  üsulu  progestinlərin  istifadəsidir.  Yerli 
uşaqlıqdaxili  progestagenin  yeridilməsi  zədələnmiş  endometriuma  təsiri  lokallaşdırmağa,  bununla  da  ümumi 
organizmə sistem təsirini azaltmağa imkan verir. 
 
Məqsəd: gec reproduktiv yaş dövründə olan pasientlərdə levonorgestrel-ifraz edən uşaqlıqdaxili hormonal 
sistem  olan  “Mirena”nın  istifadəsi  yolu  ilə  endometriumun  residivləşən  hiperplaziyasının  müalicəsinin 
effektivliyinin öyrənilməsi.  
 
Material və metodlar. Tədqiqata orta yaş həddi 38±1,6 il olan 18 pasiyent daxil edilmişdir. Bu pasientlərin 
anamnezində  endometriumun  hiperplaziyası  halları  müşahidə  edilmişdir.  Bütün  pasientlər  6-8  ay  müddətində 
kombinəolunmuş oral monofazalı kontraseptivlərlə müalicə almışdır. Xəstəliyin residivi orta hesabla 2±0,2 il sonra 
baş vermişdir. Endometriumun sadə hiperplaziyası yenidən müəyyən edilmişdir. Müşahidə altında olan qadınlarda 
ağır somatik patologiya aşkar edilməmişdir.  “Mirena”nın  yeridilməsinə əks göstəriş olmamışdır. Uşaqlığın kiçik 
ölcüdə  mioması  ilə  adenomiozun  müştərək  təsadüf  olunması  12  (66,6%)  pasientdə  müşahidə  olunmuşdur. 
Müşahidə  dövrü  orta  hesabla  3  il  təşkil  etmişdir.  Müraciət  zamanı    bütün  pasientlərə  kiçik    çanaq  üzvlərinin 
ultrasəs müayinəsi, uşaqlıq boşluğu və servikal kanalın ayrı-ayrı qaşınması və alınan materialın histoloji müayinəsi 
aparılmışdır.  
Morfoloji tədqiqatın nəticəsi alındıqdan sonra endometriumun sadə hiperplaziyasının müalicəsi məqsədi ilə 
bütün pasientlərə “Mirena” yeridilmişdir.   
Nəticə: Birinci il hər 3 aydan bir kiçik çanaq üzvlərinin ultrasəs müayinəsi aparılmışdır, bu halda prosesin 
proqressivləşməsi qeyd olunmamış, endometriumun orta qalınlığı 5±0,3mm təşkil etmişdir. Sonrakı il  kiçik çanaq 
üzvlərinin  ultrasəs  müayinəsi  hər  6  aydan  bir  aparılmışdır.  1  ildən  sonra  da  endometriumun  hiperplaziyası 
müşahidə olunmamışdır. Kiçik çanaq üzvlərinin ultrasəs müayinəsinin sonrakı dinamikada nəzarəti hər 6 aydan bir 
aparılmalıdır. Bütün müşahidə dövründə endometriumun qalınlığının artması qeyd olunmamışdır.    
Yekun:  Beləliklə,  uşaqlıqdaxili  levonorgestrel-riliziq  sistem  “Mirena”  gec  reproduktiv  yaş  dövrü  olan 
qadınlarda endometriumun residiv verən sadə hiperplaziyasının müalicəsində effektiv üsul hesab olunur.  
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
223 
 
PİYLƏNMƏNİN PREMENOPAUZAL DÖVRÜN GEDİŞİNƏ TƏSİRİ 
 
Sevil Hüseynova 
 
İşin rəhbəri: Səadət Vəliyeva,  Arzu Haciyeva, Xatirə Mirzəyeva 
 
ATU TCK, I Mamalıq Ginekologiya Kafedrası 
 
Açar sözlər: Premenopauza, insulin-rezistentlik piylənmə, balanslaşdırılmış qida rejimi 
Giriş:  Klimakterik  dövrünü  yaşayan  qadınlarda  çox  rast  gəlinən  piylənmə  (obezitas),  onlarin 
həyat  keyfiyyətinin  azalmasına  səbəb  olur.  Qadının  sağlamlığına  ciddi  piylənmə  -  şəkərli  diabet, 
hipertenziya,  dislipidemiya  ilə  birlikdə  metabolik  sindromla  müşayət  olunan  insulin  rezistentliyin 
artmasına gətirib çıxarır. 
Qarın  boşluğuna  və  qarının  ön  divarına  artıq  miqdarda  yığılan  piy  təbəqəsi  qadınlarda  II  tip 
şəkərli  diabet,  ürək  qan  damar  sisteminin  pozğunluğuna  səbəb  olur.  Qadının  qocalması  fonunda 
metabolizm  pozğunluğu  ilə  yaranan  piylənmə  estrogen  və  dehidroepiandrosteron  sulfatın  azalması 
nəticəsində baş verir. 
İşin  Məqsədi: Premenopauza dövründə insulin-rezistentlik ilə müşayət olunan piylənməsi olan 
qadınlarda çoxtərəfli müalicə tədbirləri aparıb, balanslaşdırılmış qida rejiminin təyini nəticəsində bədən 
çəkisinin azalmasına nail olmaqdır. 
Material və metod: Premenopauzada olan 30 nəfər qadında insulin rezistentliyi müəyyən etmək 
üçün qlükoza-tolerant testi aparılmışdır. Bu qrup qadınlara 1000 ml  qlukofaj  preparatı sutkada 2 dəfə 
olmaqla təyin olunmuşdur. Eyni zamanda onlara balanslaşdırılmış az kalorili pəhriz və yüngül idman 
hərəkətləri gündəlik bir saatdan az olmayan gəzinti tövsiyyə olunmuşdur. Gündəlik su qəbulu 3-4 litr 
və  hər 3 saatdan bir olmaqla balanslaşdırılmış qida rejimi tətbiq olunmuşdur. 
Nəticə:  Tətqiqata  cəlb  olunan  qadınlarda  aparılan  tədbirlərdən  sonra  çəki  /  boy  indeksi  dürüst 
şəkildə  azalmış,  visseral  piylənmə  indeksi  enərək,  bədən  çəkisinin  ən  azi  10-15  kq  azalmasına  və 
qadınların həyat keyfiyyətinin yüksəlməsinə nail olunmuşdur. 
Yekun:  Qeyd  etmək  lazımdır  ki,  metabolik  pozğunluğu,  insulin  rezistentliyi  olan 
menopauzadakı  qadınlarda  aparılan  müalicə  tədbirləri  ilə  yanaşı,  gündəlik  gəzinti,  balanslaşdırılmış 
qida rejiminin tətbiqi, çəkinin azalmasına və diabet riskinin azalmasına kömək edir.  
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə