Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə67/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   63   64   65   66   67   68   69   70   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
175 
 
REVMATOLOJİ XƏSTƏLƏRDƏ REYNO SİNDROMU 
 
Nuray ABBASZADƏ 
İşin rəhbəri: dos.Natavan HÜSEYNOVA 
 
ATU TTK , II daxili xəstəliklər kafedrası 
 
Açar sözlər: Reyno sindromu, Raynaud fenomeni, sistem sklerodermiyası 
Giriş: Reyno sindromu tipik olaraq soyuğa məruz qalma və emosional stress ilə başlayan barmaq 
uclarında işemiya nəticəsində formalaşan üç fazalı rəng dəyişikliyidir.  Əvvəlcə vazospazm ilə əlaqədar 
avazıma,  sonra  sianoz  və  daha  sonra  hiperemiya  görülür.  Reyno  sindromu  qulaq,  burun,  ayaq 
barmaqları və dildə də ola bilər. 
Tədqiqatın  məqsədi: Reyno sindromunun  rast gəlmə tezliyi  və müalicə taktikasını araşdırmaq 
tədqiqatın məqsədi seçilmişdir. 
Material  və  metodlar: Tədqiqat ATU –nun Tədris Terapevtik Klinikasının 01.02.2016 tarixindən  
01.01.2017 tarixinədək müraciət edən xəstələr üzərində aparılmışdır. 
Nəticə:  Həmin  müddət  ərzində  302  revmatoloji  xəstə  klinikaya  müraciət  etmişdir.  Onların  35 
nəfərində  Reyno  sindromu  aşkarlandı.  Bu  digər  revmatoloji  xəstələrin  11,5  %  -i  təşkil  edir.  Xəstələrin 
yaş hüdudları 24 – 64 yaş arasındadır. Qadınların sayı 33 nəfər ( 94 % ), kişilərin sayı 2 nəfərdir ( 6 % ). 
Xəstələrin  17  –  nin  (  56  %  )  barmaqlarında  trofiki  yaralar  qeydə  alındı.Xəstələrin  hamısında  diaqnoz 
sistem sklerodermiyasıdır. Müalicəsində  kalsium kanalı blokatorları   və sildenafil (kamaqra 100 mq ½ 
tab x 2 dəfə y/s) kimi fosfodiesteraza inhibitorları istifadə olunub və xəstələrdə müsbət effekt müşahidə 
edilib. 
Yekun:  Sistem sklerodermiyası diaqnozu qoyulan xəstələrdə Reyno sindromunun araşdırılması 
xəstənin daha düzgün müalicə olunması üçün şərtdir. 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
176 
 
BEL AĞRISI OLAN XƏSTƏLƏRDƏ DİADİNAMİK TERAPİYANIN EFFEKTLİ SEÇİM 
METODİKASI 
 
Nərmin MƏMMƏDLİ, Haldun ƏLİLİ 
İşin rəhbəri: dos. Paşa MEHDİYEV 
 
ATU  TTK , Fizioterapiya və İdman təbabəti kafedrası 
  
Açar sözlər: diadinamoterapiya, bel ağrısı, iki yarımdövrlü fasiləsiz (İF), qısa dövr, uzun dövr. 
Giriş:  DDT-  iki  sabit  alçaq  tezlikli  impulslu  cərəyanının  ayrı-ayrılıqda  ,  yaxud  onları  fasiləsiz 
əvəzləməklə  verilməsidir.Müalicə  üsulunu  fransız  həkimi  Bernar  müalicə  təcrübəsinə  gətirmişdir.  Bu 
cərəyan iki yarımsinusiodal formalı impulsdan ibarətdir: tezliyi 1saniyədə 50 impuls (1 taktlı fasiləsiz) 
və 1 san-də 100 impuls daşıyan cərəyan ( ikitaktlı fasiləsiz). Aşağıdakı modulyasiya növləri vardır: 
Bir  yarımdövrlü  ritmiki(BR),  bir  yarımdövrlü  dalğalı(  BD),  iki  yarımdövrlü  dalğalı(İD),  bir 
yarımdövrlü fasiləsiz (BF), iki yarımdövrlü fasiləsiz (İF), qısa dövr (QD), uzun dövr (UD). 
İki  yarımdövrlü  fasiləsiz  (İF)-  tezliyi  100  Hs,  impulsun  davametmə  müddəti10  ms  olan 
cərəyandır. Kəskin analgetik və zəif yayılmışvibrasiya törədir. 
Qısa  dövr(QD)- davam etmə müddəti 1.5 san, tezliyi ardıcıl olaraq 50  və 100 Hs olan cərəyanın 
növbəli dəyişmələridir. Neyromiostimulyasiya və analgetik təsirə malikdir. 
Uzun  dövr(UD)-  tezliyi  50  Hs,  davam  etmə  müddəti  4  san  olan  cəryanın  tədriclə  yüksəlib  və 
enərək tezliyi 100 Hs davam etmə müddəti 8 san olan cərəyanla əvəzlənməsidir. Analgetik, vazoaktiv 
və trofiki təsirə malikdir. Əsasən QD və UD ağrıkəsici effektə malikdir. DDT-nin ağrıkəsici effekti sinir 
liflərini  sıxan  ödemin  azaldılması  ,  qan  dövranının  və  trofiki  proseslərin  normallaşması,  toxualarda 
hipoksiyanın aradan qaldırılması ilə izah oluna bilər. 
Məqsəd:  Bel  ağrısı  olan  xəstələrdə  DDT  –nın  müxtəlif  metodikalarının  effektliliyinin 
araşdırılması. 
Material  və  metodlar :  klinikaya  daxil  olan  10  xəstə  üzərində  aparılmışdır.  Bu  xəstələrdə  güclü 
ağrılar,  hərəkət  məhdudluğu  müşahidə  olunmuşdur.  Müalicədə  İF,  QD,UD  modulyasiya  növlərindən 
istifadə  olunmuşdur.  İF  2  dəq,  QD  2  dəq  ,  UD  2  dəq  olmaqla  verilmişdir.  Elektrodlar  bel  nahiyəsinə 
boylama qoyulmuşdur. Müalicə hər gün olmaqla 10 seans aparılmışdır. 
Nəticə:  10  günlük  müalicənin  sonunda  7  xəstədə  ağrının  azalması,  hərəkət  həcminin  artması  , 
həyat  keyfiyyətinin  artması  müşahidə  olunmuşdur.  Qalan  3  xəstədə  əhəmiyyəyli  dəyişikliklər 
olmamışdır. 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
177 
 
BEL OSTEOXONDROZU OLAN XƏSTƏLƏRİN KOMPLEKS MÜALİCƏSİNDƏ 
MÜALİCƏ BƏDƏN TƏRBİYƏSİNİN ƏHƏMİYYƏTİ 
 
Aytən MUSAYEVA, Faiq ƏZİZOV 
 
İşin rəhbəri: ə.e.x., prof. Əlişir MUSAYEV 
 
ATU TTK, Fizioterapiya və İdman Təbabəti kafedrası 
 
Açar sözlər : bel osteoxondrozu, müalicə bədən tərbiyəsi, onurğa sütunu 
Giriş:  Osteoxondroz  irsi  anadangəlmə  və  bir  sıra  qazanılmış  (  statik-dinamik,  autoimmun, 
mübadilə) faktorların nəticəsində yaranan xəstəlik olub, onurğanın boyun, döş və bel formalarına ayırd 
edilir.  Xəstəliyin  başlanğıcında  onurğa  sütunu  fəqərələri  arasında  olan  və  amortizasiya  funksiyasını 
yerinə yetirən  qığırdaq zədələnir, nəticə olaraq fəqərələr arasında disklərə düşən təzyiq artır, buradan 
keçən sinirlərin sıxılmasına və neyrodistrofik dəyişikliklərə gətirib çıxarır. 
Tədricən  disklər  elastikliyini  itirir,  quruyur  və  bu  zaman  fibroz  həlqə  təzyiqə  dözümsüz  olur, 
fəqərəarası məsafələr daralır, hündürlük azalır. Bu sinir köklərinin sıxılmasına və bel nahiyyəsində ağrı 
sindromunun  əmələ  gəlməsinə  səbəb  olur.  Xəstəlik  vaxtında  müalicə  olunmazsa  ciddi  fəsadlara  hətta 
əlilliyədək gətirib çıxara bilər. 
İşin  məqsədi-  bel  osteoxondrozu  olan  xəstələrin  fiziki  reabilitasiyası  zamanı  onurğanın 
funksiyasının  bərpa  edilməsi  və  irəlidə  baş  verə  biləcək  degenerativ-distrofik  proseslərin 
proqressivləşməsinin qarşısının alınmasıdır. 
Bununla  yanaşı  müalicə  bədən  tərbiyəsi  həkiminin  əsas  vəzifələri  xəstələrdə  ağrı  sindromunun 
azaldılması,  postural  gərginliyin  aradan  qaldırılması  və  orqanizmin  bərkidiməsi,  bütün  sistem  və 
orqanların  artan  fiziki  yükə  adaptasiyası,  sıxılmış  sinirlərin  rahatlandırılması,  paravertebral  əzələlərin 
spazmının  aradan  qaldırılmasına  yönəldilməlidir.  Həmçinin  qarın  əzələlərinin  və  qalça-qasıq 
bitişməsinin  (böyük  sarğı  əzələlərinin)  ekstensorlarının  möhkəmləndirib  təbii  əzələ  korsetinin  əmələ 
gətirilməsidir. Digər tərəfdən isə xəstələrdə ayaq üstə duran, oturan, əmək hərəkətləri zamanı  onurğa 
sütünu üçün fiziki yükdən qaçmaq və residivlərin profilaktikası üçün düzgün duruşun təmin olunması 
vəzifəsi də qarşıda durur. 
Material və metod: Azərbaycan Tibb Universiteti Fizioterapiya və idman təbabəti kafedrasına bel 
osteoxondrozu  diaqnozu  ilə  15  xəstə  müşahidə  altında  olmuşdur.  Müraciət  etmiş  xəstələrə 
fizioterapevtik  müalicə  ilə  yanaşı  müalicə  və  bədən  tərbiyəsi  tətbiq  olunmuşdur.  Tətbiq  zamanı 
ardıcıllıq, sistemlilik  və davamlılıq  kimi  üsullarla  xüsusi  nəzarət edilmişdir. Ağırlıq dərəcəsindən asılı 
olaraq xəstələrə individual yanaşılmışdır. Fiziki yük verilərkən  xəstələrin çəkisinə və digər parametrik 
ölçülərinə fikir verilmişdir və yük tədricən artırılmışdır. Fiziki hərəkətlər aşağı tempdə aparılıb, kəskin 
hərəkətlərdən  qəti  qadağan  olunmuşdur,  hərəkətlər  zamanı  xəstə  yüngül  ağrı  hiss  etdiyi  ana  qədər 
yerinə  yetirilmişdir.Xəstələrə  uzanıqlı,  diz  üstündə  hərəkətlər  ,  Tred  mill  üzərində  gəzinti  yerinə 
yetirilmişdir.  Kəskin  ağrılar  olan  xəstələrdə  idman  hərəkətləri  uzanıqlı  şəkildə  aparılmışdır.  Qaçmaq, 
tullanmaq  bir  sözlə  fəqərəarası  təzyiqə  və  sıxılmaya  səbəb  olan  hərəkətlər  əks  göstəriş  kimi  qeyd 
edilmişdir. 
Nəticə  və  yekun:  Müalicə  kompleksi  xəstələr  tərəfindən  yaxşı  keçirilmişdir.  Aparılmış  müalicə 
kursu nəticəsində ağrıların intensivliyinin və tutmaların sıxlığının azalmışdır.  Təyin olunmuş müalicə 
kursundan  sonra  klinikaya  müraciət  etmiş  xəstələrin  9-da  yaxşılaşma  əldə  edilmişdir.  Digər  6  xəstədə 
isə  az  yaxşılaşma  qeyd  olunmuşdur.  Beləliklə,  aparılmış  tədqiqatların  nəticəsi  xəstələrdə  ağrısız 
hərəkətin  bərpası,  əzələlərin  möhkəmlənməsi  müalicə  bədən  tərbiyəsinin  effektiv  üsul  olmasına  əsas 
verir. 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə