Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə63/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   59   60   61   62   63   64   65   66   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
165 
 
2-Cİ TİP ŞƏKƏRLİ DİABET OLAN XƏSTƏLƏRDƏ YUXARI SIXLIQLI 
LİPOPROTEİD VƏ TRİQLİSERİDİN SƏVİYYƏSİ 
 
CƏFƏRZADƏ Həcər, XASPOLADOVA Turan 
 
İşin rəhbəri: prof.Vəsadət ƏZİZOV, dos.Adil NURİYEV 
 
ATU, II Daxili xəstəliklər kafedrası 
  
Açar sözləri:  mədəaltı vəz, yuxarı sıxlıqlı lipoproteid  (YSLP), triqliseridlər (TQ). 
Giriş:  2-ci  tip  şəkərli  diabet  insulin  hormonunun  təsirinin  pozulması  və/vəya  insulinin  çatışmazlığı 
nəticəsində  əmələ  gəlir.    Bu  tip  diabet  80  %  hallarda  piylənməsi  olan  insanlarda  rast  gəlinir.  Belə  xəstələrin 
qanında  lipid  spektri  pozulmuş  olur.  Bu  da  kardi0-  və  serebrovaskulyar  xəstəliklərin  yaranmasında  ciddi  risk 
faktorudur. 
Klinik  müşahidə:    ATU-nun  TTK-da  2016-ci  ildə  2-ci  tip  şəkərli  diabet  xəstəliyi  ilə  müalicə  almış  208 
xəstənin  (70  kişi,138  qadın)  xəstəlik  tarixi  retrospektiv  olaraq  təhlil    olunmuşdur.  Xəstələrin  qanında  YSLP  və 
TQ-nin səviyyəsi öyrənilmişdir. 
Nəticə:  Tədqiqatın  analizi  göstərdi  ki,  2-ci  tip  şəkərli  diabeti  olan  xəstələrdə  TQ-nin  artması  kişilərdə 
48,82%, qadınlarda 38,38% hallarda müşahidə olunmuşdur. Kişilərdə TQ-nin 150-200 mg/dl intervalında 17,14%, 
200-300 mg/dl  intervalında 14,28%, 300-400 mg/dl intervalında 10%,  ≥400 mg/dl olanlar 7,14% təşkil etmişdir. 
Qadınlarda  isə  müvafiq  olaraq  13,76%.  18,11%,  3,62%,  2,89%  təşkil  etdi.  YSLP-nin  səviyyəsinin  azalması 
kişilərdə 7,15%, qadınlarda isə 0,73%  hallarda müşahidə olunmuşdur. 
Yekun:  2-ci  tip    şəkərli  diabeti  olan  xəstələrdə  TQ-nin  kişilərdə  qadınlara  nisbətən  rastgəlmə  tezliyinin 
artması müəyyən edildi. YSLP göstəricisində genderlər arasındakı fərq müşahidə olunmadı. 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
166 
 
II TİP ŞƏKƏRLİ DİABETDƏ NEFROPATİYANIN RASTGƏLMƏ TEZLİYİ 
 
Rezident: Jalə BUDAQOVA, Ləman İMANOVA 
 
İşin rəhbəri: dos. Şəfəq İBRAHİMOVA 
 
ATU TTK, II Daxili xəstəliklər kafedrası 
 
             Açar sözlər: Şəkərli diabet, nefropatiya, HbA1C 
 
             Giriş: Şəkərli diabet mədəaltı vəzin ifraz etdiyi insulin hormonunun çatışmazlığı və ya insulinə   
                        həssaslığın azalması nəticəsində yaranan və karbohidrat, yağ, zülal mübadiləsinin pozulması   
                        ilə müşahidə olunan xroniki hiperqlikemik sindromla səciyyələnən xəstəlikdir. Xroniki               
                        hiperqlikemiya diabetik nefropatiyanın yaranması və proqressiyasında rol oynayan  ən vacib  
                        faktorlardan biridir. 
 
            Məqsəd: II tip Şəkərli Diabetin davametmə müddətindən asılı olaraq nefropatiyanın rastgəlmə  
                        tezliyinin müəyyənləşdirilməsi. 
  
            Material  metodlar: 2016-cı ildə  ATU-nun TTK-da müalicə olunmuş 100 şəkərli diabetli xəstədən  
                        nefropatiya ilə ağırlaşmış 38 xəstənin xəstəlik tarixi retrospektiv olaraq araşdırılmışdır.  
                        Xəstələrdə ŞD-in davam müddəti və HbA1C-ni səviyyəsi arasında əlaqə araşdırılmışdır. 
 
            Nəticə: Araşdırılan xəstələrdən 38 %-də diabetik nefropatiya müşahidə olunmuşdur.  Diabetik  
                        nefropatiyalı xəstələrin sayı ilə ŞD-nin davametmə müddəti (cədvəl 1) və HbA1C səviyyəsi   
                        (cədvəl 2) arasındakı əlaqə aşağıdakı kimidir: 
 
Cədvəl 1 
ŞD-nin davam müddəti ilə diabetik nefropatiyanın  rastgəlmə tezliyi arasındakı əlaqə 
ŞD-nin davametmə 
      müddəti ( il )     
      Diabetik nefropatiyalı xəstələrin rastgəlmə tezliyi 
          N 
          
%
-
l
ə 
       0-5 
          4 
       
1
0
.

      6-10 
         10 
       
2
6
.

      11-15 
         12 
       
3
1
.

      >15   
         12 
       
3
1
.

    
                                               
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
167 
Cədvəl 2 
HbA1C-nin səviyyəsi ilə diabetik nefropatiyanın  rastgəlmə tezliyi arasındakı əlaqə 
        HbA1C 
      Diabetik nefropatiyalı xəstələrin rastgəlmə tezliyi            
           N 
          
%
-
l
ə 
     6.0-7.5 
          3 
           
7
.

     7.6-8.5 
          8 
           
2
1
.

     8.6-9.5 
          15 
           
3
9
.

     >9.5 
          12 
           
3
1
.

         
      Yekun: ŞD-nin davam müddəti artdıqca nefropatiyanın rast gəlmə tezliyi artır. Həmçinin     
                         nefropatiya ilə qlikemik profil arasında da əlaqə müəyyənləşdirilmişdir. Araşdırmalarımızın          
                         nəticəsinə əsasən, qlikemik profilə düzgün nəzarət etməklə nefropatiyanın yaranma riskini  
                         azaltmaq mümkündür. 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə