Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə59/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   55   56   57   58   59   60   61   62   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
154 
 
İNSULİNOMA 
 
Rezidentlər: Hacızadə Xatia,Azadəliyeva Reyhanə 
 
İşin rəhbəri: dos. Məşədiyeva Səbinə 
 
ATU Tədris Terapevtik klinika 
III daxili xəstəliklər kafedrası 
 
Açar sözlər: İnsulinoma,hipoqlikemiya,pankreas 
 
Məqsəd:  Hipoqlikemiya  olan  xəstələr  insulinoma  yönündən  dəyərləndirilməli  və  vaxtında  müayinələr 
aparılmalıdır. 
Giriş:  İnsulinoma  çoxlu  insulin  sintezi  və  buna  bağlı  hipoqlikemiya  olan,  betta  hüceyrələrdən  başlanğıc 
götürən pankreas kanseridi.    
Material ve metodlar: Əvvəllər bilinən bir xroniki xəstəliyi olmayan, 46 yaşlı kişi xəstə 20 gündür davam 
edən  halsızlıq,yuxudan  çətin durma  şikayətləri  ilə həkimə  müraciət etmişdir.Fiziki  müayinədə  heç  bir patalogiya 
aşkarlanmamışdır. 
Laborator müayinələr:      Qanda şəkər 44mg/dl, C-peptid 6.76 ng/ml,  insulin 88.6  mU/ml, Hb 16.9 g/dl, 
leykosit  9870/mm3.Digər  biokimyəvi  analizlər  normaldı.MRT  də  pankreasın  quyruq  hissəsində  15  mm  ölçüdə  
hipoexogen  törəmə  aşkarlandı.  Simptomatik  hipoqlikemiyası  olan  xəstəyə  distal  pankreatoektomiya  edildi. 
Əməliyyat sonrası xəstənin qan şəkəri normallaşdı. 
Müzakirə:İnsulinoma  langerhans  adacıqlarının  betta  hüceyrələrindən  sintez  olunan  nadir  pankreas 
kanseridir.Müalicə olmadığı hallarda ciddi fəsadlara yol aça bilər.İnsulinoma 25-30 % pankreas başında, 30-40% 
gövdədə,  23-43%  pankreasın  quyruğunda  rast  gəlinir.İnsulinomada  qlükozanın    45mg/dl  dən  az,  C-peptidin  1.5 
ng/ml, plazma insulinin 10 mU/ml dən yüksək olması xarakterikdir.                                                    
Nəticə:  Hipoqlikemiya  olan  xəstələrin  vaxtında  aşkarlanması,  uzaq  fəsadlara  yol  verilməməsi  və  lazımı 
müayinə üsullarının aparılması vacibdir. 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
155 
 
MENİNGOENSEFALİTLİ XƏSTƏDƏ ENDOKRİN POZĞUNLUQLARIN  
XÜSUSİYYƏTLƏRİNİN ARAŞDIRILMASI 
 
Rezident: Nəsirova Vəfa, Mirzəyeva Solmaz  
 
İşin rəhbəri: dos. Əli İbrahimov 
 
ATU Tədris Terapevtik klinika 
III daxili xəstəliklər kafedrası 
 
Açar  sözlər:  Meningoensefalit,  şəkərsiz  diabet  (diabetus  insipidus),  böyrəküstü  vəzi  çatışmazlığı, 
qalxanvari vəzi çatışmazlığı (hipotireoz). 
 
Məqsəd:Ağır infeksiya nəticəsində MSS zədələnmiş xəstədə endokrin pozğunluqların araşdırılması. 
Giriş:  MSS  –inin  ağır  infeksiyaları  zamanı  hipotalamo-hipofizar  sistemin  zədələnməsi  tez-tez  rast 
gəlinir.Hipofizin  zədələnməsi  özünü    bir  çox  hormonların  sekresiyasının  pozulması  ilə  göstərə  bilər.Ağır  gedişə 
malik infeksiyalar fonunda  periferik endokrin vəzilərin də disfunksiyası yarana bilər.   
                      
 
 
 
Material  və  metodlar:61  yaşlı  xəstədə  yüksək  qızdırma,sol  ətrafda  qıcolma  şikayətləri  ilə  ATU  TTK 
RİTS-ə gətirilib.Xəstəyə KT və MRT müayinələri,həmçinin lumbal punksiya aparılmışdır. 
Müayinələr:  Beyin  MR  müayinəsində  “Qismi  boş  sella”  izlənilir.Sağ  beyin  yarımkürəsində 
frontoparietotemporooksipital  paylarda,kortikosubkortikal,sağ  putamendə,talamusun  posterior  hissəsində  və  hər 
iki  maillar  cismlərdə  T2,FLAİR  hiperintens  siqnal  dəyişikliyi(Ensefalit?)Orta  xəttda  sola  doğru  5  mm 
dislokasiya.Rentgen:Sağ aşağı payın seqmentar pnevmoniyası,sorulma fazasında.Sidiyin ümumi analizində xüsusi 
çəkisi1010g\l.Qanın  biokimyəvi  analizində  K-  3.41mmol\l.Ca  0.94mmol/l,Na  125mmol/l.Hb  9.9g/dl.TSH  
30.3mİU/ml.FT3  1.9 pg/ml.FT4  0.75ng/Dl.Glukoza 79 mg/Dl.AKTH-40pg/ml.Kortizol-90 nmol\l. 
Nəticə:  Meningoensefalit  nəticəsində  xəstədə  endokrin  sistemin  ciddi  dəyişiklikləri  aşkar  olundu  və 
əvəzedici hormonal müalicə təyin olundu.Xəstəyə L-thyroxin 75 mkq 1 tablX 1dəfə,Kalinor 1 tabX2 dəfə,Cortef 
10mg  2  tabl  səhər  10:00,1 tabl  axşam  22:00.Kortinef  0.1mg  1  tab    12:00.Minirin  0.1  mg  2  tab  X  3  dəfə(09:00-
17:00-01:00).Beləliklə  müalicə  nəticəsində  xəstənin  vəziyyəti  stabilləşdi.Endokrin  sistemin  funksiyası  bərpa 
olundu.Xəstə əsas diaqnozu ilə əlaqədar (Meninqoensefalit) müalicəsini davam etdirir. 
                                                         
Müzakirə:  Poliuriya,  nisbi  sıxlığın  azalması  və  antidiuretik  hormonun  (  minirin)  tətbiqinin  effektliyi 
şəkərsiz  diabetin  inkişafına  işarə  edir.  Xəstədə  aşkar  hipotiroidizm  mərhələsində  olmasına  baxmayaraq  klinik 
simptomlar  özünü  göstərmir.Dəri  quruluğu,miksematoz ödem  yoxdur.Xəstə  arıqdır.  TSH-un  yüksəlməsi,  fT3  və 
fT-ün normadan aşağı olması və tiroksinin müalicəvi tətbiqi xəstədə ağır infeksiya fonunda hipotireozun inkişafına 
işarədir.  Xəstəmizdə  infeksion  stresə  bağlı  olaraq  I  –li  böyrəküstü  vəz  çatışmazlığı  meydana  çıxmışdır. 
Mineralokortikoidlərin (kortinef) və qlükokortikoidlərin (kortef) tətbiqinin effekti müsbət olmuşdur.Lakin AKTH 
əks əlaqə(  feed  back )prinsipi  ilə  artmamasının səbəbini  bu sindromda MSS-in zədələnməsi  ilə  bağlı rastgəlinən 
AKTH ifraz edən hüceyrələrin zəifliyi ilə izah etdik. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
156 
 
NORMAL TİREOİD FUNKSİYALI PİYLƏNMƏSİ OLAN XƏSTƏLƏRDƏ ULTRASƏS  
MÜAYİNƏSİ İLƏ AŞKAR OLUNAN TİROİD PATOLOGİYALARI 
 
Rezident: Abdullayeva Aynurə, Quliyeva Aygün  
 
İşin rəhbəri: dos. Fətəliyeva Gülər 
 
ATU Tədris Terapevtik klinika 
III daxili xəstəliklər kafedrası 
 
Açar sözlər:Piylənmə,tireoid,USM 
İşin  məqsədi:  Bu  tədqiqatda  tireoid  funksional  testləri  normal  olan  piylənməsi  olan  xəstələrdə  USM  
metodu vasitəsilə diaqnoz qoyulan tireoid xəstələrinin araşdırılması hədəf alınmışdır. 
Giriş: Piylənmə bütün dünyada yayılan və getdikcə epidemiya halını almış bir problemdir.Ağırlaşmaları və 
səbəb  olduğu  xəstəliklər  gözönünə  alındığında  önəmli  bir  xəsətəlik  və  letallıq  səbəbidir.Piylənmə  ilə  müşayiət 
olunan  diabet,metabolik  sindrom  və  digər  endokrin  xəstəliklər  kimi  bir  çox  xəstəliklər  mövcuddur.Tireoid   
patologiyaları da bu siyahıda yer alan böyüyən endokrin bir problemdir. 
 
 
 
 
 
aterial  və  metod:2016-cı  ilin  ilk  6  ayında  klinikamıza  daxil  olan  90  xəstənin  laborator  analizlərinin 
nəticələri  araşdırıldı.Bütün  xəstələrin  bədən  kütlə  indeksi  BKİ>30  kq/m2  idi.Hamısının  yaşı  ,cinsiyyət  və  yanaşı 
gedən  xəstəlikləri  ilə,fT4,tTSH,antiTPO  antitel,antiTG  antitel,tireoid  USM  nəticələri  qeyd  olundu  və  nəticələr 
statistik analiz metodu ilə dəyərləndirildi. 
 -79  qadın  və  11(12  %)kişi  ,32(35%)xəstədə  yanaşı  gedən  xəstəlik  yoxkən,58  (65%)xəstədə  başda  diabet 
,hipertoniya  və/və  ya  astma  olmaq  üzərə  yanaşı  gedən  başqa  xəstəliklər  aşkarlandı.31  xəstənin  TFT  və  USM-i 
normal  idi,15  xəstədə  bilinən  hipotiroidizim  mövcud  idi.Qalan  44  xəstənin  hamısında  normal  Ft4  və  TSH  və  1 
xəstədən başqa yerdə qalanında neqativ tiroid antitellərinə baxmayaraq 5 xəstədə 1 sm diametrində solid düyün,8 
xəstədə >1 sm kiçik solid düyün,10 xəstədə >1 sm multipl düyün,10 xəstədə isə tireoidit əlamətləri aşkarlandı.Son 
xəstə  qrupu  qan  analiz  nəticələri  və  görüntüləmə  metoduna  əsasən  Xaşimato  tireoiditinə  uyğundu.>1  sm  və  ya 
bədxassəli  törəmə  şübhəsi  olan  düyünlərin  iynə  aspirasiya  biopsiyasıyla  1  xəstədə  Hurthle  hüceyrələri  və 
başqasında papilyar tiroid aşkar olunaraq TCK-ya  yönləndirildilər .Digər  biopsiyalarin  nəticəsi  xoşxassəli  idi,bu 
xəstələr təqibə alındı və dərman müalicəsi başlandı. 
Nəticə:Tireoid  xəstələri  ,əsasən  də  hipotiroidizim  piylənmə  ilə  yanaşı  gedir.Qan  testlərini  tireoid 
funksiyalarının göstərici kimi qəbul etmək olar,lakin piylənməsi olan normal tireoid funksiyalı xəstələrdə bir çox 
tireoid patologiyası aşkar olunduğu üçün,müayinə metodu olaraq USM-ni də əlavə eləmək lazımdır.Beləliklə də, 
bilinməyən tireoid patologiyalarına diaqnoz qoymaq,izləmək və ağır nəticələri əngəlləmək mümkün olacaqdır. 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə