ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
151
УЛЬТРАЗВУКОВАЯ ДИАГНОСТИКА ПОЛИПОВ ЖЕЛЧНОГО ПУЗЫРЯ
Камаля Биннатова , Айгюн Аллахвердиева.
Научный руководитель: Бахадур Бахшиев, Матанат Панахова.
Куратор : Шахмамедов Н.
АМУ УТК, кафедра «Лучевой диагностики и лучевой терапии».
Ключевые слова: Полип желчного пузыря , ультразвуковая диагностика, ультразвуковой допплер
Цель работы: выявление полипов при ультразвуковом исследовании
Введение . На УЗИ желчный пузырь выглядит как темное овальное образование, окруженное светлой
тонкой стенкой. Полость пузыря в норме однородная. Полип в желчном пузыре виден в виде округлого
образования, не дающего акустической тени, связанного со стенкой желчного пузыря и не смещающегося
при смене положения тела пациента.
Материалы и методы исследования: Эхографические размеры полипов желчного пузыря
оказались: 2-5 мм у 13 , 6-10 мм – у 8 , 11-22 мм - у 4 пациентов . В 82 % случаев форма полипов была
округлая.. Образования малых размеров более эхогенные по сравнению с крупными
Ровный контур был у холестериновых полипов небольших размеров и выявлен в 85 % случаев,
неровный отмечен у 15 % пациентов. Полипы размерами более 11 мм имели бугристую поверхность,. Все
крупные полипы имели тонкую ножку. Темпы роста злокачественных полипов в нашем исследовании не
известны, но, по данным немногочисленных наблюдений мировой литературы, скорость роста рака
желчного пузыря в форме полипа составляет не менее 4-кратного увеличения размера новообразования в
течение года .
Результат исследований: На основании полученных данных ультразвуковая диагностика занимает
значительное место в диагностике полипов желчного пузыря
Обсуждение результатов: Полипы не представляют опасность сами по себе, однако частота их
малигнизации достаточно высока. Именно риск малигнизации и обуславливает лечебную тактику при
выявлении полипов. Если размер полипа менее 1 см, и полип имеет ножку – показано наблюдение с УЗИ
контролем одни раз в 6 месяцев в течение двух лет, после этого – раз в год Полипы более 10 мм в
диаметре, а также с четко определенной при допплеровском исследовании сосудистой ножкой следует
удалять из-за высокого риска малигнизации.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
152
YETKİN QADINLARDA PELVİK AĞRILARIN İLKİN DİAQNOSTİKASI
Püstəxanım QURBANOVA
İşin rəhbəri: Güləbətin DAŞDƏMİROVA
Bakı Sağlamlıq Mərkəzi
Açar sözlər: pelvık ağrı, pelvik törəmə, USM
Giriş: Son 10-15 il ərzində USM üsulu praktikada geniş istifadəsi kəskin və xroniki çanaq ağriları ilə
həkimə müraciət edən qadın xəstələrdə birinci qeyri invaziv diaqnostika metodu sayılır. Pelvik ağrı qadının həyat
tərzini, keyfiyyətini dəyişir və psixikasına yorucu təsir göstərir. Bu ağrılar ginekoloji və geyri ginekoloji
nahiyyədə ola bilər, tək bir orqan və ya bir necə orqanın patoloji prosessə qoşulduğundan yarana bilir.
İnvaziv
metodlarla diaqnostika və müalicə (laparoskopiya və histeroskopiya) USM, KT, MRT nəticələrinə əsaslanaraq
aparılır.
Tədqiqatın məqsədi: Yetkin qadınlarda çanaq nahiyyəsində ağrı yaradan patologiyanın USM
dəyərləndirilməsi.
Material və metodlar: Müayinələr Bakı Sağlamlıq Mərkəzində 40 qadın üzərində SonoAce R5 (Samsung
Medison) aparatı vasıtəsi ilə müəllif tərəfindən aparılmışdır. Müraciət edən xəstələr 18-55 yaş arasında olub.
Nəticə: Merkezimizə agri ilə müraciət eden 40 qadindan 11 qadında (27,5%) yumurtalığın funksional kisti
(corpus lutein kisti), 5 qadında (12,5%) yumurtalıgın hemorragik kisti, 7 qadında (17,5%) uşaqliğin leomioması, 1
qadında (2,5%) lenfosel, 1 qadında (2,5%) plasentar polip (hamiləlik ağırlaşması), 2 qadinda (5%) hidrosalpinks, 1
qadinda (2,5 %) qizliq perdesi anadangelme qüsuru nəticəsində hematokolpos, 1 qadında (2,5%) abses, 2 qadında
(5%) duglas boşluğunda maye, 3 qadında (7,5%) maye ilə dolu rektosiqmoid bağırsaq, 1 qadında (2,5%) ektopik
yerləşimli böyrək (19 həftəlik hamilə), 5 qadında ise (12,5 %) çanaq boşluğunda patologiya aşkarlanmamışdır.
Yekun: Yetkin qadınlarda pelvik ağrılar həmin nahiyyədə yerləşən orqan və ya organların patoloji
prosesinin ilk simptomu ola bilər. Vaxtında aparılan qeyri invaziv ve invaziv müayinə metodları xəstələrdə
patologiyanın aşkarlanmasına və müalicəsinə kömək edir. USM metodu ilkin müayinə metodu kimi təyin
olunmalıdır.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
153
ATUREK - 5: Endokrinologiya / Reanimasiya – Posterlər
AİLƏVİ HİPERLİPİDEMİYALI XƏSTƏLƏRDƏ KSANTOMA STRİATUM PALMAR ƏLAMƏTİ
Rezident: Əsgərova Şəhla
İşin rəhbəri: prof. Rafiq Məmmədhəsənov
ATU Tədris Terapevtik klinika
III daxili xəstəliklər kafedrası
Açar sözlər: Ksantoma Striatum Palmar, ailəvi hiperlipidemiya.
Məqsəd: Ksantoma Striatum Palmar olan xəstələrin ailə üzvlərində hiperlipidemiya araşdırılmalı və
ateroskleroz baxımından təqib edilməlidir.
Giriş: Ksantomlar lipid yığıntılı makrofaqlardan ibarət olub, bütün hiperlipidemiya tiplərində görülür.
Ailəvi tip 3 hiperlipoproteinemiya(T3HL), beta-VLDLin (aşağı sıxlıqlı lipoprotein) toplanması, triqliserid ilə
serum xolesterolun yüksək olmasıyla xarakterizə olunur və erkən ateroskleroz göstərcisi kimi qiymətləndirilir.
Burada T3HL üçün patoqonomik olan və nadir rast gəlinən ksantoma striatum palmar əlaməti ilə xarakterizə
olunan klinik müşahidə təqdim olunacaqdır.
Material ve metodlar: 50 yaşında qadın xəstə halsızlıq, yorğunluq şikayəti ilə həkimə müraciət etmişdir.
Spesifik əlamət yoxdur. Ailə anamnezində qardaşının 55 yaşında miokard infarktı keçirdiyini, valideynlərində
hipertoniya xəstəliyi olduğunu qeyd edir. Fiziki müayinədə BKİ-27.9 kq/m2,bel çevrəsi 92 sm, ovucunda
ksantomalar görüldü.
Laborator müayinələr: Plazma xolesterin-480mg/dl (N: 0-150), triqliserid 627 mg/dl (N: 0-150), HbA1C
6%, qlükoza 95 mg/dl (N:82-115), hemoqlobin 10g/dl (N:13-18) MCV: 102 fl (N:80-100), leykosit 10.000/mm3
(N:4-8.000), trombosit:102000/mm3 (142-424000), Vit B12 46 pg/ml (N:187-880), fol turşusu 8.1 ng/ml (N: 3-
20), ferritin 146 ng/ml (22-275) aşkarlandı. Periferik yayma meqaloblastik anemiyaya uyğundu. Xəstədə T3HL və
meqaloblastik anemiya ola biləcəyi düşünüldü. Aparılan araşdırmada iki uşağında da hipertriqliseridemiya olduğu
aşkarlandı. Statin və kobalamin müalicəsi başlanan xəstə təqibə alındı. 3 ay sonra triqliserid və total xolesterin
normal səviyyəyə qayıtdı, ancaq ksantoma striatum palmar tam geriləmədi.
Nəticə: Ksantoma Striatum Palmar nadir rast gəlinən, ancaq T3HL üçün patoqnomik və ilkin bir
əlamətdir.Bu əlamət aşkar olunan zaman xəstənin ailə üzvləri hiperlipidemiya yönündən müayinə olunmalıdır.
Dostları ilə paylaş: |