Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə57/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   53   54   55   56   57   58   59   60   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
148 
 
TİROİDİTLƏRİN   DİFFERENSİAL   DİAQNOSTİKASI 
 
Arzu İsmayılzadə, Gülməkan Qədimli 
 
İşin rəhbəri:  Mətanət PƏNAHOVA 
                     Əhmədova Gülnarə 
                  Əsgərova Hicran 
 
ATU TTK , Şüa diaqnostikası və Şüa terapiyası kafedrası 
 
Açar sözlər:Ultrasəs müayinə(USM),rəngli doppler müayinəsi(RDUS),Haşimoto xəstəliyi,Graves xəstəliyi 
Giriş:Tiroid  vəzi 2 paydan və onları  birləşdirən  isthmusdan  ibarətdir. USM-də vəzin strukturu homogen, 
izoexogen izlənir. Orta dərəcədə vaskulyardır. Haşimoto xəstəliyi zamanı vəzin ölçüsü klinik mərhələsindən asılı 
olaraq  dəyişir(əvvəl  normal  və  ya  biraz  böyümüş,sonda  atrofik  olur).Exoqrafik  hüdüdları  nahamar,  hipoexogen, 
strukturu xırda və ya iri ocaqlı aydın sərhədləri olmayan hipoexogen sahələr hesabına heterogendir.Rəngli doppler 
müayinəsində  ilkin  mərhələdə hiper- , sonra hipovaskulyarizasiya qeyd olunur.Graves tireoidit zamanı exoqrafik 
Haşimoto  xəstəliyi  ilə  eynidir.Lakin  RDUS  müayinəsində  güclü  vaskulirizasiya  izlənir  (“tiroid  inferno”  -  yanan 
tiroid)   
Tətdiqatın məqsədi: Tiroiditlərin differensial diaqnostikasında USM-in əhəmiyyətinin öyrənilməsi 
Material  və  metodlar:  Tədqiqat  01.02.2017  tarixindən  15.03.2017  tarixinədək  olan  müddətdə  ATU-nun 
Tədris Terapevtik Klinikası daxilində müayinədən keçmiş  20 xəstə üzərində aparılmışdır. 
Nəticə: Aparılmış USM   müayinəsində 13 xəstədə (65%) Haşimoto xəstəliyinin, 7 xəstədə (35% ) Graves 
tireoditin  exoqrafik əlamətləri izləndi. Exoqrafik görünüşləri laborator göstəriciləri ilə təsdiqləndi.  
Yuxarıda  verdiyimiz  məlumatlardan  aydın  olur  ki,USM  tiroiditlərin  differensial  diaqnostikasında  böyük 
əhəmiyyətə malikdir 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
149 
 
FAHR XƏSTƏLİYİNİN (FX) DİAQNOSTİKASINDA RADİOLOJİ VƏ  
LABORATOR MÜAYİNƏLƏRİN ROLU 
 
Rezident:Məmmədov Eldar III kurs 
 
İşin rəhbəri: Dos.Dr. Rasim Bayramov 
 
ATU Tədris Cərrahiyyə Klinikası Şüa diaqnostika şöbəsi 
 
Açar sözlər: Fahr xəstəliyi, idiopatik bazal qanqlion kalsifikasiyası, Kompyuter tomoqrafiya  
Giriş:  Bilateral  striopallidodentat  kalsinozis  olaraq  da  adlandırılan  Fahr  xəstəliyi  (FX);  bazal  qanqlion, 
thalamus, serebellar dentat nüvələr və serebellar ağ maddədə simmetrik kalsifikasiya ilə xarekaterizə olunan nadir 
bir vəziyyətdir. Kalsifikasiyalar adətən  basqa səbəblə çəkilən beyin kompyuter tomoqrafiyalarında nəzərə çarpar. 
Xəstəliyin  klinik simptomları dəyişkən olmasına baxmayaraq proqressivləşən mental zədələnmə, tremor, xoreya, 
ataksiya,  dizartriya,  konvulsiya,  Parkinsona  bənzər  klinika,  neyro-psixiatrik  davranış  dəyişiklikləri  və  zehin 
pozğunluqları  FX-də  sıx  görünən  klinik  simptomlardır.  FX-nin  anoksiya,  radiasiya,  sistem  xəstəliklər, toksinlər, 
kalsium  metabolizm pozğunluqları  və ensefalitlərlə  bağlı olduğu düşünülməkdədir. Burada şiddətli  baş ağrısı  ilə 
gələn və FX diaqnozu qoyulmuş xəstə ədəbiyyat bilgilərinə uyğun şəkildə dəyərləndirilmişdir. 
Tədqiqatın məqsədi: FX diaqnozunun klinik, radioloji və laborator müayinələrlə dəqiqləşdirilməsi. 
Məqsəd  və  metodlar:  49  yaşında  qadın  xəstə,  baş  ağrıları  və  səndələmə  şikayəti  ilə  xəstəxanamıza 
müraciət etmişdir. Xəstənin üz əzələlərində qeyri-iradi qıcolmalar olurdu. Xəstə kilinikaya müraciət edənə qədər 
diaqnoz  qoyulmuş  bir  xəstəliyi  yox  idi.  Pasientin  müraciəti  zamanı  ümumi  vəziyyəti  yaxşı,  şüuru  açıq  idi  və 
həkimlə  ünsiyətə  girə  bilirdi.  Arteriyal  təzyiqi  130/85  mmHg,  pulsu:  90/dəq;  temperatur  36.8`C,  tənəffüs 
hərəkətləri 19/dəq olaraq dəyərləndirildi. Xəstənin sitemik və nevroloji müayinəsində minimal dizartriya və qeyri-
iradi göz qırpma hərəkətləri diqqəti çəkdi. Laborator müayinələrdə hemoqram, biokimyəvi parametrlər, paratiroid 
və tiroid hormonlar norma daxilindədir. Kalsium  8.6 mg/dl, fosfor 4.8 mg/dl idi. Ağciyərlərin PA qrafiyasında və 
EKQ-də  nəzərə  çarpan  dəyişikliklər  izlənilmədi.  Xəstənin  baş  ağrıları  və  səndələmə  şikayəti  ön  planda  olduğu 
üçün Baş beyinin Kompyuter Tomoqrafiyası (KT) çəkildi. KT-də hər iki beyincik yarımkürəsində, hər iki sentrium 
semiovaledə,  hər  iki  periventrikulyar  nahiyədə,  hər  iki  quyruqlu  nüvədə  və  hər  iki  putamendə  simmetrik  şəkildə 
kalsinatlar  izlənildi.  Mövcud  olan  klinik,  laborator  və  radyolojik  simptomlar    nəzəri  biliklərə  əsasən 
dəyərləndirilərək  xəstəyə  FX  diaqnozu  qoyuldu.  Nevroloqun  konsultasiyasından  sonra  xəstə  bu  diaqnoz  ilə 
müalicə alır və izlənilir. 
Nəticə:Beləliklə  FX  diaqnozunu  təsdiqləmək  üçün  klinik,  radioloji  və  laborator  müayinələrin  aparılması 
vacibdir. 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
150 
 
XƏSTƏLƏRDƏ PULMONAR EMBOLIYANIN DIAQNOSTIKASINDA KT 
ANGIOQRAFIYA   MÜAYINƏSININ    ROLU 
 
Müəllif: Qasımova Ayşən 
 
İşin rəhbəri: Dr. Kamran Yaqubov 
 
ATU TTK Şüa-diaqnostika şöbəsinin rezidenti 
 
Açar sözlər: Pulmonar emboliya, dispnoe, KT-angioqrafiya 
Giriş:  Pulmonar  emboliya  kardiovaskulyar  xəstəliyi  olan  insanlarda  pulmonary  arteriyaların  tromb 
vasitəsilə  tutulması  nəticəsində  yaranır.  Kəskin  və  xroniki  ola  bilir.  Kəskin  trombemboliya  əsasən  hər  iki 
pulmonary  arteriyanın  tutulması  ilə  gedir,  xəstəyə  kəskin  dispnoe.  taxikardiya,  hipotenzya  və  şok  verə  bilir. 
Xroniki trombemboliya zamanı isə damar mənfəzinin 50%-dən artıq tutulması dispnoe və sağ mədəcik disfunksiya 
əlamətləri  verə  bilir.  Periferik  şaxələrin  tutlması  ağciyər  infarktına  səbəb  olurki,  bu  doş  qəfəsində  ağrılaırın 
yaranması ilə müşayiət olunur. 
Tədqiqatın  məqsədi:  Dispnoe,  qanhayxırması  və  döş  qəfəsində  ağrı  olan  xəstələrdə  pulmonar  emboliya 
diaqnozunun KT-angioqrafiya vasitəsilə təsdiqlənməsi 
Material  və  metodlar:  Tədqiqat  ATU  TTK-da  KT  şöbəsində  01.09.2016-30.01.2017  tarixlərində 
aparılmışdır.  Bu  xəstələrə  pulmonary  angioqrafiya  prosedurasına    uyğun  olaraq  saniyədə  aparılan  venadaxili 
kontrastlı müayinəsi tətbiq olunmuşdur. 
Nəticələr:  Müşahidələr  11  xəstə  üzərində  aparılmışdır.  6  xəstədə  pulmonar  emboliya  aşkar  edilməmişdir. 
Qalan  5  xəstədən  2-də  hər  iki  pulmonar  arteriyanın  distal  şaxələrində,  1  xəstədə  hər  iki  pulmonary  arteriyanın 
mənfəzdən başlayaraq, 1 xəstədə yalnız sağ pulmonar arteriyada  trombemboliyaya bağlı kontrast maddənın dolma  
defekti  izlənmişdir.  Qalan  1  xəstədə  isə  sağ  pulmonar  arteriyanın  xroniki  prosesə  bağlı  olaraq  qismi  tutulması 
nəticəsində  mənfəzin daralması ilə müşahidə olunan damar daxilində zolaq şəkilli dolma defekti  aşkar edilmişdir. 
Müzakirə:  Müşahidələr  əsasında  belə  qərara  gəlinmişdirki,  KT  angioqrafiya    müayinəsi  pulmonar 
emboliyanın diaqnostikasında ən informativ üsuldur. Beləki, belə xəstələrin doş qəfəsi rentgnoqramasında ya heç 
bir  dəyişiklik  aşkar  olunmamış,  ya  ümumi  ağciyər  xəstəliklərinə  aid  problemlər  aşakrlanmışdır,  xüsusi  əlamət 
tapılmamışdır.  
MRT  angioqrafiya  müayinəsi  kontrast  maddəyə  allergiyası  olan  insanlarda,  hamilə  qadınlarda  istifadə 
olunur.  Ancaq  çoxsaylı  hərəkət  artefaktlarının  olması,  periferik  damarların  dəyərləndiriləməməsi  səbəbilə 
istifadəsi məhduddur. 
KT-angioqrafiya  müayinəsi  ilə  həm  magistral  arteriyaların,  həm  də  perferik  şaxələrin  görünməsi,  eyni 
zamanda divararalığı orqanlarının və ağciyərlərin də dəyərləndirilməsi, daha dəqiq və düzgün nəticələrin alınması  
müayinənin istifadəliliyini artırır.  
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə