Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə55/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   51   52   53   54   55   56   57   58   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
142 
 
OSTEOGENEZİS İMPERFECTA   XƏSTƏLİYİNİN DİAQNOSTİKASINDA RENTGENOLOJİ 
MÜAYİNƏNİN ROLU 
 
Nailə Cəfərova 
 
İşin rəhbəri : dosent Məlahət Sultanova 
 
ATU TCK, Şüa diaqnostikası və terapiyası kafedrası 
 
Açar sözlər: Osteogenezis imperfecta, rentgenoloji müayinə 
Giriş: Osteogenesis imperfecta (Oİ) (sonlanmamış sümükyaranma,  «büllur insan » xəstəliyi, Lobşteyn-
Vrolik  xəstəliyi)  —  genetik  pozgunluqlar  qrupuna  aiddir  və  sümük  kövrəkliyi  ilə  səciyyələnir.    Bu,  xəstələrdə 
kollagen  çatışmazlığı  səbəbindən  yaranır.  Genetik  pozğunLuq  olmaqla  Oİ  autosom-dominanat  defektdir,  lakin 
bəzən fərdi spontan mutasiya hallarına  da rast gəlinir.  
Tədqiqatın  məqsədi:  Osteogenezis  İmperfekta  xəstəliyinin  diaqnostikasında  rentgenoloji  müayinənin 
effektivliyinin qiymətləndirilməsidir. 
Material  və  metodlar:  Tədqiqata    ATU-nun  Tədris  Cərrahiyyə  Klinikasına  01.10.2016  tarixindən 
10.03.2017  tarixinədək  olan  iki  xəstənin  rentgenoloji  müayinəsinin    nəticələri  daxil  edilmişdir.  Rentgenoloji 
müayinələr SHİMADZU rəqəmsal aparatında aparılmışdır. 
Nəticə : Osteogenezis İmperfecta  xəstəliyinin diaqnostikasında rentgenoloji müayinə informativ metoddur. 
Müzakirə : Obyektiv müayinədə xəstəlik kiçik yaşlı uşaqlarda rast gəlinir, yüngül tiplər bəzən yeniyetmə 
dövründə aşkar olunur. Tip-II olan xəstələr perinatal dövrdə fetal nəticələnir. Bu xəstəliyin klinik və rentgenoloji 
diaqnozu çətinlik törətmir. Sınıqlar üzvlərdə qısalma, deformasiyalar, anormal böyümə,inkişafdan qalmaya səbəb 
olur. Xüsusilə TipIII və TipIV–də xəstənin hərəkəti məhdudlaşır,bəzən tam hərəkətsizliyə səbəb olur.Klinik olaraq 
mavi  sklera,osteoskleroza  bağlı  eşitmə  zəifliyi,dişlərin  qeyri  düzgün  inkişafı,körpə  yaşlarda  oturmanın  və 
yerimənin ləngiməsi,18 aylığadək bağlanmalı  olan əmgəyin gec bağlanması rast gəlinir. 
Rentgenoloji  müayinədə    sümüklərdə  çoxlu  sayda  köhnə  və  yeni  sınıqlar,  sümük  döyənəkləri    və 
deformasiyalar aşkar edilir. 
 
 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
143 
 
OSTEOİD OSTEOMA XƏSTƏLİYİNİN DİAQNOSTİKASINDA RENTGEN VƏ KOMPYUTER 
TOMOQRAFİK MÜAYİNƏLƏRİN ROLU 
 
Aygün MƏLİKZADƏ 
 
İşin rəhbəri: dos. Məlahət SULTANOVA 
 
ATU TCK, Şüa diaqnostikası və şüa terapiyası kafedrası 
 
Açarsözlər : osteoid osteoma, sümük şişi 
Giriş  :  Osteoid osteoma  ən çox uşaqlarda (xüsusən  yeniyetmələrdə), 10-35 yaş arasında rast gəlinən  xoş 
xassəli  sümük  şişidir.  Şişin  xarakteristik  xüsusiyyəti  korteksdə  2sm-dən  kiçik  reaktiv  skleroz  sahəsi  ilə  əhatə 
edilmiş  nidusa  aid  görüntünün  olmasıdır.  Bu  xəstələrin  əsas  şikayəti  salisilatların  qəbuluilə  keçən  gecə 
ağrılarıdır.Bundan  əlavə  xəstələrdə  şiş  nahiyəsində  şişkinlik  ,  hərəkət  məhdudluğu  aşkar  edilə  bilər.  Xəstəlik  ən 
çox  ətrafların  uzun  borulu  sümüklərində(xüsusən  bud  sümüyü  proksimalında,  qamış  sümüyü  diafizində)rast 
gəlinir.  Lakin  istənilən  sümükdə    aşkar  edilə  bilər.  Osteoid  osteoma  adətən  3  hissədən  ibarət  olur  :    nidus,  
fibrovaskulyar həlqə, reaktiv skleroz sahəsi 
Tədqiqatın  məqsədi  :  Osteoid  osteoma  xəstəliyinin  diaqnostikasında  rentgen  və  KT  müayinələrinin 
effektivliyinin qiymətləndirilməsidir. 
Material  və  metodlar  :  Tədqiqat  ATU-nun  Tədris  Cərrahiyyə  Klinikasına    01.06.2016  tarixindən 
01.03.2017  tarixinədək  olan  müddətdə  müraciət  etmiş  14  xəstə  üzərində  aparılmışdır.  Xəstələr  bud,  qamış 
sümüklərində  və  oma  nahiyəsində  ağrı  ilə  müraciət  etmişlər.  5  xəstədə  rentgenoloji,  9  xəstədə  kompyuter 
tomoqrafiya müayinələri aparılmışıdr. Xəstələrdə ön və yan proyeksiyalarda R-qramlar çəkilmiş , üç proyeksiyada 
(aksial,  sagittal,  koronal)  KT  müayinəsi    icra  edilmişdir.  Tədqiq  olunan  xəstələrdən  6-sına  Osteoid  osteoma 
xəstəliyi diaqnozu qoyulmuşdur. 
 
Nəticə: Osteoid osteoma xəstəliyinin diaqnostikasında rentgenoloji və KTmüayinələrinin kompleks tətbiqi 
effektivdir.  
Müzakirə:  Xəstəlik  xoşxassəli  gedişə  malikdir.  Rentgenoloji  müayinə  zamanı  ön  və  yan  proyeksiyada 
çəkilmiş  R-qramlarda  periostal  sümük  reaksiyası,  kortikal  qalınlaşma  aşkar  edilir.  Nidus  bəzi  hallarda  görünə 
bilər.  Komputer  tomoqrafiya  müayinəsi  zamanı  aksial,  sagittal  və  koronal  kəsiklərdə  reaktiv  sklerotik  sümük 
sahəsi ilə əhatə edilmiş nidusun aşkar edilməsi diaqnozu dəqiqləşdirir. Nidusun diametri adətən 2 sm-dən kiçik və 
oval  formalı olur.Nidus damar elementləri, osteoblastlardan, osteoid elementlərdən təşkil olunmuşdur. Mərkəzin 
demineralizasiya  sahəsi  aşkar  edilə  bilər.Differensial  diaqnostika  Brodi  absesi,  osteoblastoma  (2  sm-dənböyük), 
stress sınıqları, kortikal desmoid, osteoxondroma, osteosarkoma, enostozlarla aparılır.Müalicəsi cərrahi yolladır. 
 
 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
144 
 
LEGG-CALVE-PERTHES XƏSTƏLİYİNİN DİAQNOSTİKASINDA 
 RENTGENOLOJİ MÜAYİNƏNİN ƏHƏMİYYƏTİ. 
 
Səkinə İSMAYILLI 
 
Tədqiqatın rəhbəri: Məlahət SULTANOVA 
 
ATU TCK , Şüa diaqnostikası  və Şüa terapiyası kafedrası 
 
Açar sözlər: Legg-Calve-Perthes xəstəliyi, idiopatik avaskulyar nekroz, osteoxondropatiya. 
Giriş:  Legg-Calve-Perthes  xəstəliyi  uşaqlarda  bud  başı  epifizinin  idiopatik  avaskulyar  osteonekrozudur. 
Etiologiyası  dəqiq  məlum  olmayan  bu  xəstəliyə  daha  çox  hiperaktiv,  sümük  yaşı  bioloji  yaşından  geridə  qalan 
uşaqlarda rast gəlinir. Xəstəliyin patogenezinin əsasında bud başının qanla təchizatının pozulması durur. Ən çox 4-
9  yaş  arası  uşaqlarda  rast  gəlinir  (oğlanlarda  4-10  dəfə  çox).  LCPX-nin  aparıcı  simptomları  axsama,  hərəkət 
zamanı, əsasən, budun rotasiya və abduksiya hərəkətlərində qasıq və diz nahiyəsində artan ağrılar, istirahət zamanı 
ağrıların azalmasıdır.  
Tədqiqatın  məqsədi:  LCPX-nin  diaqnostikasında  və  xəstəliyin  mərhələsinin  təyinində  rentgenoloji 
müayinənin effektivliyinin qiymətləndirilməsidir. 
Material  və  metodlar:  Tədqiqat  01.10.2016  tarixindən  01.03.2017  tarixinidək  olan  müddətdə  müvafiq 
şikayətlərlə  ATU-nun  Tədris  Cərrahiyə  Klinikasına  daxil  olmuş  28  uşaqda  aparılmışdır.  SHİMADZU 
FLEXAVİSİON  rəqəmsal  aparatında  ön-arxa  və  qurbağa  (Lauenşteyn)  proyeksiyasında  çəkilmiş  R-qramlarda 
xəstələrdən 15-də LCPX aşkarlanmışdır. 
Müzakirə: Rentgenoloji diaqnostika vasitəsilə LCPX-nin mərhələsinin və prosesin yayıldığı sahənin təyin 
edilməsi xəstəliyin proqnozu haqda fikir yürütməyə  imkan verir. Xəstəliyin proqnostik faktorlarının bilinməsi isə 
müalicə seçimində əhəmiyyətidir. Rentgenoloji  müayinə zamanı I  mərhələdə (erkən,  nekroz) zədələnmiş tərəfdə 
epifizin  ölçüsünün  kiçik  və    sklerotik    olması,  oynaq  səthlərinin  kobudlaşması  və  oynaq  yarığında  genişlənmə 
aşkar edilir. II mərhələnin (fraqmentasiya) əvvəllərində rentgenoloji olaraq crescent sign aşkar edilir, subxondral 
sınıqlar  əmələ  gədikdən  sonra  bu  əlamət  itir.  Bu  mərhələdə  epifiz  fraqmentasiyalara  ayrılır,  bu  isə  bud  başının 
kürəviliyini  itirməsinə,  epifizin  horizontallaşmasına  səbəb  olur.  III  mərhələdə  (reossifikasiya)  sümüyün  sıxlığı 
normallaşmağa  başlayır.  IV  mərhələ  sağalma  mərhələsidir,  bu  zaman  artıq  budun  başı  deformasiyalı  görünür. 
LCPX-nin  müalicəsində  əsas  prinsip  bud  başının  acetabulum  daxilində  tutularaq,  kürəviliyini  qoruması  dayanır. 
Gecikmiş mərhələlərdə bu mümkün olmadığından, LCPX-nin erkən mərhələdə diaqnozunun qoyulması vacibdir. 
 
Nəticə: LCPX-nin diaqnostikasında və xəstəliyin mərhələsinin təyinində rentgenoloji müayinə effektivdir. 
 
         
 
 
 
 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə