Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə53/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   49   50   51   52   53   54   55   56   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
137 
 
BƏDXASSƏLİ SÜMÜK ŞİŞLƏRİ ZAMANI  QƏLƏVİ FOSFATAZANIN 
VƏ SİTOKİNLƏRİN ƏHƏMİYYƏTİ. 
 
Əsmər MUSAYEVA, Aynur FƏTULLAZADƏ  
 
İşin rəhbəri: Vüsalə XƏLİLOVA  
 
Azərbaycan Tibb Universiteti, Onkologiya kafedrası 
 
Açar sözlər: sümük şişləri, qələvi fosfataza, İL-6, TNF-α. 
Giriş:  Son  zamanlar  sitokinlərin  öyrənilməsi  və  tətbiqi  baxımından  onkoloji  xəstəliklər  və 
şişönü proseslər xüsusi maraq kəsb etməyə başlamışdır. İsbat edilmişdir ki, hüceyrələrin bədxassəli 
transformasiyası  autokrin  inkişaf  amillərinin  tənzimlənməsinin  pozulmasının  nəticəsində  baş 
verir.Sitokinlərorqanizmdə  baş  verən  geniş  spektrli  prosesləri  tənzimləyən  peptid  təbiətli  bioloji 
aktiv maddələrdir. Bunların əsas funksiyası hemopoezi tənzimləməkdən, iltihabi proseslərə immun 
cavab  verməkdən,  angiogenez,  apoptoz,  hemotaksis,  embriogenez  proseslərində  iştirak  etməkdən 
ibarətdir. 
İL-6  tipli  sitokinlər  osteoklastların  inkişafını  sürətləndirməklə  sümük  toxumasının 
homeostazında  vacib  rol  oynayır.  Tədqiqatlar  göstərir  ki,  sitokinlər  həmçinin  osteoblastların  da 
inkişafına şərait yaradır. 
TNF-α çoxfunksiyalı sitokindir  və əsas etibarı ilə makrofaqlar tərəfindən sintez olunur. Eyni 
zamanda  neyroqliya  hüceyrələri,  mastositlər,  endotelial  hüceyrələr,  limfokin  aktivləşmiş  killerlər 
(LAK) və təbii killerlər tərəfindən də sintez olunur.TNF-α-nın hədəf hüceyrələrinin səthində qp-55 
və qp-75 adlanan iki cür reseptoru var. Hüceyrə sitoplazmasında  “proqramlaşmış hüceyrə ölümü” 
kodu  olduğundan  qp-55  reseptoru  hüceyrə  daxilinə  apoptoz  siqnalını  ötürə  bilir.  Şiş  nekrozu 
amilinin bioloji təsirləri bu reseptorla bağlıdır. 
Qələvi  fosfatazanın  (ALP)  klinik  praktikaya  tətbiq  edilməsinin  lazımlığını  isbat  edən  vacib 
amil  bu  izofermentin  osteoblastlar  tərəfindən  sintez  edilməsi  və  qan  serumunda  aktivliyinin 
kollagenin  əmələ  gəlməsi  ilə  korrelyasiya  olunmasıdır.  Bu  da  hüceyrə  səviyyəsində  sümük 
əmələgətirmənin intensivliyini əks etdirir. 
Məlumdur  ki, qələvi fosfataza bədxassəli sümük  şişləırində  və süd  vəzi xərçənginin sümüyə 
metastazının vacib göstəricisidir. 
Tədqiqatın  məqsədi:  Bədxassəli  sümük  şişlərində  müşahidə  edilən  dəyişikliklərdə 
sitokinlərin və qələvi fosfatazanın rolunun öyrənilməsi. 
Material  və  metodlar:  Tədqiqat  işinin  yerinə  yetirilməsidə  Azərbaycan  Tibb 
Universitetinin Onkoloji Klinikasında 2012-2015 ci illərdə sümük şişləri diaqnozu ilə müayinə və 
müalicə olunmuş  80  xəstəninmaterialları  daxil  edilmişdir.Kontrol qrupu 25  nəfər praktiki sağlam 
şəxs  təşkil  etmişdir.  Bunlardan  26  nəfərxoşxassəli,  19  nəfər  bədxassəli,  35  nəfər  isə  metastatik  sü-
mük şişi diaqnozu qoyulmuş şəxslər daxil edilmişdir. Kontrol qrupa daxil olan sağlam şəxslərin və 
müayinə  olunan  xəstələrin  qan  serumunda  İL-6,  TNF-α  və  qələvi  fosfatazanin  qatılığı 
öyrənilmişdir.  İL-6  və  TNF-α  -nin  qatılığı  “RD”  (ABŞ)  firmasına  məxsus  reaktiv  dəsti  vasitəsilə 
immunoferment üsulu ilə, ALP-nin aktivliyi isə Almaniyanın “Human” firmasına məxsus reaktiv dəsti 
vasitəsilə  biokimyəvi üsulla təyin edilmişdir. 
Nəticə:  TNF-α  vəİL-6-nın  səviyyəsi  bədxassəli  sümük  şişi  olan  xəstələrdə    kontrol  qrupa  və 
xoşxassəli sümük şişi olan xəstələrə nisbətən statistik etibarlı  yüksəlmişdir.ALP-nin aktivliyi də kontrol 
qrupla  müqayisədə  statistik  etibarlı  artmışdır.  Sümük  şişlərində  qələvi  fosfatazanın  aktivliyinin 
yüksəlməsi prosesin bədləşməsindən şübhələnməyə əsas verir. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
138 
 
QIRTLAQ XƏRÇƏNGİNİN REGİONAR METASTAZLARİNİN KLİNİKİ-ANATOMİK VƏ 
PROQNOSTİK XARAKTERİSTİKASİ 
 
Günel QULİYEVA  
 
İşin rəhbəri: Namiq ƏMİRƏLİYEV  
 
Azerbaycan Tibb Universiteti, Onkologiya kafedrası. 
 
Baş  və  boyun  nahiyəsinin  bədxassəli  şişləri  onkoloji  xəstəliklərin  5-8%-ni  təşkil  edir  [5].  Vizual 
lokalizasiyalı şiş olmasına baxmayaraq qırtlaq xərçəngi olan xəstələrin 60-80%-i ixtisaslaşmış klinikaya 
şiş prosesinin III-IV mərhələlərində müraciət edirlər [1,3]. 
Qırtlaq  xərçəngi  zamanı  regionar  metastazvermə  tezliyinə  təsir  edən  əsas  amillərə  birincili  şişin 
lokalizasiyası  və  yayılma  dərəcəsi,  böyümə  forması,  diflerensiasiya  dərəcəsi,  DNT  tərkibi  və  invaziya 
dərəcəsi aiddir. 
Regionar  metastazlann  əmələ  gəlməsinə  birincili  şişin  qırtlağın  bu  və  ya  digər  şöbəsində 
lokalizasiyası mühüm təsir edir. Regionar metastazlar daha çox qırtlağın vestibulyar şöbəsinin xərçəngi 
zamanı  müşahidə  olunur-  35-62%  [3,14].  Qırtlağın  səs  bağlan  şöbəsinin  xərçənginin  metastazvermə 
tezliyi  az  olub  0,4-5%  təşkil  edir  [3].  Qırtlağın  bağaltı  şöbəsinin  xərçənginin  metastazvermə  tezliyi  15-
45% arasında geniş tərəddüd edir, bu da şişin bu lokalizasiyasının nadir hallarda müşahidə edilməsi ilə 
əlaqədardır  .  Qırtlaq  xorçogində  uzaq  metastazlar  2-20%  hallarda  təsadüf  edib  əsasən  ağciyərdə, 
qaraciyərdə,  fəqərələrdə  və  plevrada  rast  gəlinir  [2,5).Qırtlaq  xərçəngi  zamanı  regionar 
metastazverməyə  təsir  edən  digər  amil  birincili  şişin  ölçüləridir.  Bu  mənada  regionar  metastazvermə 
T3-T4  ölçülü  şişlər  üçün  xarakterikdir  [7].  Şişin  differensiasiya  dərəcəsi  yüksəkdən  aşağıya  doğru  və 
DNT  təkibi  diploiddən  aneuploidə  doğru  dəyişdikcə  boyun  limfa  düyünlərinə  metastaz  riski  artır 
[14J.Qırtlaq  xərçənginin  regionar  metastazlan  zamanı  əsas  proqnostik  amillərə  kliniki  olaraq 
metastazların  yoxluğu  (cNo.)  və  varlığı  (cN.),  onların  ölçüləri  və  sayı,  birincili  şişə  görə  boyunda 
yerləşməsi, ekstrakapsulyar böyümə aiddir. Regionar metastazlann realizasiyası xəstəliyin proqnozuna 
mənfi  təsir  edib,  yaşama  göstəricisini  2-3  dəfə  azaldır  (2,6J.  Metastatik  limfa  düyünlərinin  sayı  və 
ölçüləri  artdıqca  xəstəliyin  proqnozu  pisləşir  (5,14).  Boyun  limfa  düyünlərindoki  metastazlarının  sayı 
baxımından  kritik  rəqəm bəzi müəlliflərə görə 2, bəzilərinə görə  isə 3-dür. Bu səbəbdən  əməliyyatdan 
sonra  çıxarılmış  boyun  limfa  tik  toxumasında  2  və  ya  3  ədəd  limfa  düyünlərində  metastazlann  aşkar 
olunması  əməliyyatdan  sonrakı  profilaktik  şüa  müalicəsinə  göstərişdir  [11,16).  Boyun  limfa 
düyünlərinin  ölçüləri  isə  heç  də  həmişə  metastazlann  varlığı  üçün  mütləq  meyar  deyildir.  Belə  ki, 
patoloji  dəyişilməmiş  limfa  düyünlərində  də  mikrometastazlann  olması  mümkündür  (13).  Boyundakı 
metastatik  limfa  düyünləri  qırtlaqdakı  birincili  şişin  olduğu  tərəfdə  (ipsilateral),  şişin  əks  tərəfində 
(kontralateral)  və  ya  iki  tərəfli  (bilateral)  ola  bilər.  Qırtlağm  vestibulyar  şöbəsinin  xərçəngi  zamanı 
birtərəfli,  onun  orta  xətdə  yerləşən  və  ya  orta  xətdən  əks  tərəfə  keçən  xərçəngi  zamanı  isə  iki  tərəfli 
metastaz riski daha yüksəkdir {14|. 
Qırtlaq  xərçəngi  zamanı  kontralateral  metastazlar  nadir  hallarda  rast  gəlinir.  Ona  görə  də  əksər 
kontralateral  metastazlar  iki  tərəflidir.  Eyni  zamanda  iki  tərəfli  regionar  metastaz  riski  olan,  müalicə 
zamanı  (cərrahi  və  ya  şüa)  ancaq  şiş  olan  tərəfdəki  boyun  limfa  düyünləri  müalicə  planına  daxil 
edildikdə normal limfa cərəyanının pozulması ucbatından kontralateral metastaz ehtimalı artır. Boyun 
limfa düyünlərində olan metastazlar birincili şişdən nə qədər uzaqsa, yəni metastazvermənin səviyyəsi 
nə  qədər  aşağıdırsa  xəstəliyin  proqnozu  o  qədər  pisdir.Qırtlaq  xərçəngi  zamanı  regionar  metastazlan 
xarakterizə edən çox mühüm proqnostik amil şişin ekstrakansulyar yayılmasıdır. Qırtlaq xərçəngi olan 
xəstələrdə  boyun  limfa  düyünlərində  əmələ  gələn  metastazlar  yaşama  göstəricisini  2  dəfədən  çox 
azaldırsa,  metastazm  ekstrakonsulyar  yayılması  proqnozu  bir  o  qədər  də  pisləşdirir  |2,10).  Müəyyən 
edilmişdir  ki,  boyun  limfa  düyünlərində  olan  metastazlann  40-60%-də  şişin  ekstrakapsulyar  inkişafı 
müşahidə  olunur.  Ekstrakapsulyar  yayılmanın  rast  gəlmə  tezliyi  metastatik  limfa  düyününün 
ölçüsündən asılı olub əsasən ölçüləri 3,0sm-dən böyük olan limfa düyünlərində müşahidə olunur [10). 
Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  ekstrakapsulyar  inkişaf  hətta  çox  kiçik  ölçülü  limfa 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə