Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə45/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   41   42   43   44   45   46   47   48   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
118 
* Alt uterin segmentdə keysəriyyə çapığı içində daxili dəlik səviyyəsində hamiləlik kisəsi izlənir 
* “Sürüşmə” əlaməti izlənmir[5] 
Differensal diaqnostika: 
Heterotopik  hamiləliyin    aşağıdakı  xəstəliklərlə   differensial  diaqnostikası aparılmalıdır:  
   
 

 
Trofoblastik xəstəlikdə-ultrasəs  müayinədə  döl  kisəsinin  olmaması,qar  çovğunu  əlaməti; 

 
normal   yerləşmiş   hamiləlikdə   -uşaqlıq   boşluğunda   döl   kisəsinin  aşkar   olunması, 
artımlar  nahiyəsinin  patologiyasız  olması; 

 
ektopik   hamiləlik  -    B-HCG  –nin   dinamik    müayinədə  2  dəfədən   az  artması,  nor-
mal  yerləşmiş  döl  kisəsinin  müşahidə  olunmaması. 
  
 Heterotopik 
hamiləliklərdə 
müalicə 
metodunun 
seçilməsi 
xəstənin 
hemodinamik 
vəziyyəti,ektopik  hamiləliyin  lokalizasiyası,uşaqlıqdaxili  hamiləliyin  arzuolunan  olub  olmamasından 
asılıdır.Hemodinamika  pozulmuşdursa  bu  zaman  cərrahi  metod  seçilir,hemodinamik  göstericilər 
normal olduğu halda konservativ metodlarda effektiv olur.Əgər uşaqlıqdaxili hamiləlik arzuolunmursa 
sistematik  metotreksat  tətbiq  oluna  bilər.Əks  halda  ektopik  hamiləlik  kisəsinə  lokal  az  dozada 
metotreksat,kalsium xlorid,hipertonik məhlul ineksiyası edilərək effekt əldə etmək mümkündür[6;7;8]. 
 
Tədqiqatın  məqsədi  :  Hamiləliklərdə  ölüm  hallarının  qarşısının  alınması  məsədi  ilə  heterotopik 
hamiləliyin kliniki əlamətlərə və laborator- instrumental müayinələrə əsasən müvafiq konservativ və ya 
cərrahi müalicəsinin aparılması 
 
Material və metodlar  
28  yaşında  qadın(H1D1A0)    aybaşı  tsiklinin  gecikməsi,tund  qəhvəyi  rəngli  ifrazat  şikayətilə 
klinikaya  müraciət  etmişdir.Transvaginal  USM-də  endometriyanın  qalınlaşması(16mm,əlavələr 
müşahidə olunmur),artimlar nahiyyəsinin sərbəst,patologiyasız olması aşkar etmişdir.Hamiləliyi istisna 
etmək məqsədilə qanda b-HCG yoxlanılmış,nəticəsi 3499 mIU/ml (4-5 həftəlik hamiləliyə uyğun) təsbit 
edilmişdir.Təkrar  müayinələr  1  gün  aralıqla  aparılmış  və  b-HCG  səviyyəsi  4750  mIU/ml;9201  mIU/ml 
aşkar edilmişdir.Xəstəyə yenidən TV USM olunmuş,uşaqlıq boşluğu və artımlar nahiyyəsində döl kisəsi 
müşahidə olunmamışdır.b-HCG.nin səviyyəsinin 1 gun araliqla müayinədə 2 dəfədən dah cox artdığını 
nəzərə alaraq xəstədə “trofoblastik xəstəliyə” şübhə yaranmışdır.Xəstənin təkidi ilə uşaqlıq boşluğunun 
diaqnostik 
qaşınması 
əməliyyatı 
icra 
olunmuş 
və 
material 
patoloji 
müayinə 
üçün 
göndərilmişdir.Xəstəyə  nəzarət məqsədilə təkrar b-HCG müayinəsi aparılmış  və  nəticəsi  5200 mIU/ml 
aşkar  edilmişdir.Patoloji  müayinənin  rəyinə  əsasən  uşaqlıq  boşluğundan  alınan  materialda  “xorion 
villusları və desidual hüceyrələr” aşkarlanması ilə hamiləlik diaqnozu qoyulmuşdur. 
   2 gün sonra  xəstə yenidən qarnın aşağı  nahiyyəsində ağrılar,ləkə şəkilli qanlı ifrazat şikayətilə 
müraciət  etmiş  və  müayinə  aparılmışdır.b-HCG  səviyyəsi  yüksələrək  12826  mIU/ml  olmuşdur.TV 
USM-də  sol  artımlar  nahiyyəsi  bir  qədər  həssas,  sol  yumurtalıqla  borunun  ampulyar  ucu  arasındakı 
nahiyyədə  2,8*3,0  sm  ölçüdə  kütlə  aşkarlanmışdır.Dopplerometrik  müayinədə  kütlənin  ətrafında 
qanlanma  “alov  həlqəsi”  şəklində  müşahidə  olunmuş  və  “heterotopik  hamiləlik”  şübhəsi 
yaranmışdır.Xəstəyə  müalicə  alternativləri  izah  edilmiş,cərrahi  müdaxilədən  imtina  etdiyi  üçün 
metotreksat  tək  doza  sxemi  ilə  təyin  edilmişdir.4  gün  sonrakı  müayinədə  b-HCG-nin  səviyyəsi  17797 
mIU/ml  yuksəlmiş  və  metotreksatın  effektsizliyi  təsbit  edilmişdir.Xəstədə  diaqnostik  laparoskopik 
əməliyyat aparılmışdır.Əməliyyat zamanı sol borunun ampulyar nahiyyəsində 3,0*3,5 sm ölçüdə kütlə 
izlənmiş və xaric edilmişdir.Əməliyyatdan alınan materialın patoloji müayinəsində “xorion villusları və 
desidual hüceyrələr” aşkarlanması “heterotopik hamiləlik” diaqnozunu təsdiqləmişdir.  
Nəticə:  
1.Dinamik müayinədə B-HCG-nin normal artımı heterotopik hamiləliyi istisna etmir. 
2.Hamiləliyin suni pozulmasından sonra heterotopik hamiləlik ehtimalını nəzərdən qaçırmamaq 
üçün abortdan sonra b-HCG-nin dinamik müşahidəsini izləmək tövsiyyə olunur. 
3. Birinci trimestrdə hipoqastral ağrı şikayətləri zamanı heterotopik hamilelik istisna olunmalıdır. 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
119 
 
Ədəbiyyat icmalı: 
 
1.
 
Reece  EA,  Petrie  RH,  Sirmans  MF,  Finster  M,  Todd  WD.  Combined  intrauterine  and 
extrauterine gestations: a review. Am J Obstet Gynecol 1983;146:323-30. 3 
2.
 
“Williams Obstetrik” 2010;241-247 
3.
 
“Obstetrik ve Jinekolojide Ultrasonografi” Prof.Dr. M.Nedim Çiçek 2015;184-185 
4.
 
Schenker  JG,  Ezra  Y.  Complications  of  assisted  reproductive  techniques.  Fertil  Steril 
1994;61:411-22. 
5.
 
“Obstetrik ve Jinekolojide Ultrasonografi” Prof.Dr. M.Nedim Çiçek 2015;703-714 
6.
 
17.  Reece  EA,  Petrie  RH,  Sirmans  MF,  Finster  M,  Todd  WD.  Combined  intrauterine  and 
extrauterine gestations: a review. Am J Obstet Gynecol 1983;146:323-30. 18.  
7.
 
Oyawoye S, Chander B, Pavlovic B, Hunter J, Gadir AA. 
 Heterotopic  pregnancy:  successful  management  with  aspiration  of  cornual/interstitial 
gestational sac and instillation of small dose of methotrexate. Fetal Diagn Ther 2003;18:1-4. 19.  
8.
 
Taskin  S,  Taskin  EA,  Ciftci  TT.  Heterotopic  cesarean  scar  pregnancy:  how  should  it  be 
managed? Obstet Gynecol Surv 2009;64:690-5. 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə