Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə47/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   43   44   45   46   47   48   49   50   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
122 
 
BEL – OMA NAHİYƏSİNDƏ DİSK PROTEZLƏRİNİN İSTİFADƏSİNİN CƏRRAHİ 
ƏHƏMİYYƏTİ. TLİF ƏMƏLİYYATI 
 
Tural Mustafayev 
 
İşin rəhbəri: Cəmil İskəndərov 
 
ATU TCK, Neyrocərrahiyyə kafedrası 
 
Açar sözlər :    disk protezləri, residiv disk yırtıqları , TLİF 
Giriş :  Xəstələrdə residiv disk yırtıqları,spondilolistezlər zamanı bu protezlərin istifadəsinə 
ehiyac duyulur. Bu TLİF əməliyyatı (transforaminal lumbar interbody fusion) adlanır.  
Məqsəd:  Bel-oma nahiyyəsində disk protezlərinin rolunun optimal qiymətləndirilməsi. 
Material və metodlar:  Biz öz təcrübəmizdə 30 residiv disk yırtığı diaqnozu qoyulmuş və cərrahi 
əməliyyat icra olunmuş xəstələr araşdırmışıq. Bu xəstələrdə klinik əlamətlər qiymətləndirildikdən sonra 
paraklinik  müayinə  kimi  MRT  və  funksional  R-  müayinələrdən  istifadə  etmişik.  Əksər  xəstələrimizdə 
funksional R-müayinələrdə bu və ya digər dərəcədə qeyri-stabillik hallarının olması aşkar olunmuşdur. 
 Biz  xəstələrimizə  3  qrup  cərrahi  əməliyyat  icra  etdiyimizdən  şərti  olaraq  onları  3  qrupa 
ayırmışıq:1)Yalnız təkrari diskektomiya olunan xəstələr – 20 2) Diskektomiya ilə yanaşı transpedikulyar 
fiksasiya  olunmuş  xəstələr  –  6  3)Diskektomiya,  transpedikulyar  fiksasiya  ilə  yanaşı  disk  protezi 
yerləşdirilmiş, yəni TLİF əməliyyatı icra olunmuş xəstələr - 4 
Nəticə:  Əməliyyatdan  sonrakı  dövrü  müayinə  etdikdə  I  qrup  xəstələrimizin  əksəriyyətində 
əməliyyatdan  əvvəl  olan  bel  ağrılarının  qalması,  əksər  hallarda  hətta  artması  qeyd  olunur.  II  qrup 
xəstələrdən  birində  qoyulmuş  vidaların  boşalması  ilə  əlaqədar  təkrari  bel  ağrılarının  daha  şiddətli 
şəkildə  qayıtması  aşkar  olunub.  III  qrup  xəstələrdə  isə  ilkin  dövrlərdə  əməliyyat  həcminin  böyük 
olması  ilə  əlaqədar  ağrılar  digər  qruplara  nisbətən  bir  qədər  çox  olsa  da    sonrakı  dövrlərdə  xəstələrin 
həyat şəraitinin daha komfortlu olması, ağrıların olmaması aşkar olunub. 
Yekun:    Beləliklə  residiv  disk  yırtıqları  zamanı,  xüsusəndə  yanaşı  olaraq  qeyri-stabillik  olan 
hallarda TLİF əməliyyatının icra olunması məqsədəuyğundur. 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
123 
 
II TİP DİABETİ OLAN KATARAKTALI XƏSTƏLƏRDƏ ƏMƏLİYYATDAN SONRAKI MAKULA 
ÖDEMİNİN AŞKAR EDİLMƏSİNDƏ OCT-NİN ROLU                                                                                                   
 
Aysel Qəhrəmanova   
 
İşin rəhbəri: Hafiz Qəhrəmanov 
 
ATU TCK, Oftalmologiya Kafedrası 
 
Giriş:  Məlum  olduğu  kimi  katarakta  əmaliyyatından  sonra  inkişaf  edən  makula  ödemi  (MÖ) 
xəstələrdə pisgörmənin əsas səbəbidir. Xüsusi ilə diabet əməliyyatdan sonra makula ödeminin inkişafi 
üçün  böyük  risk  amilidir.Buna  görə  də  katarakta  əməliyyatindan  sonra  makula  ödeminin  aşkar 
edilməsi  və  müalicəsi  əməliyyatdan  sonrakı  görmə  funksiyalarının  artırılmasi  üçün  böyük  əhəmiyyət 
kəsb edir.                                                                                                                                
Məqsəd: II tip diabeti olan xəstələrdə əməliyyatdan sonrakı makula ödemi hallarin öyrənmək və 
aşkar olunmasında OCT müayinəsinin rolunu dəyərləndirmək.                                                                                                                             
Material  və  metodlar:  araşdırma  qrupuna  2014  –  2016  illər  ərzində  ATU-nun  TCK-nin 
oftalmologiya  şöbəsində  II  tip  diabeti  olan  və  katarakta  əməliyyatı  olunmuş  və  IOL  implantasiyası 
olunmuş 100 xəstə daxil edilmişdir. Xəstələrdən 64-ündə phaco + İOL implantasiyası əməliyyatı, 36-da 
KEE  +  İOL  implantasiyası  əməliyyatı  olunmuşdur.OCT  əməliyyatdan  öncə  yalnız  göz  dibi  müayinə 
oluna  bilən  xəstələrdə  aparılmışdır.20  xəstədə  yanaşı  qlaukoma,  16  xəstədə  miopiya,  14  xəstədə  yaşla 
bağlı makula distrofiyası ( quru forma) qeyd olunmuşdur. Diabetin aşkar olunma müddəti     xəstədə   1 
– 5 il,    xəstədə 5 – 9 il , və   xəstədə 10 ildən çox olmuşdur. Mərkəzi kornea qalınlığının 30% dən çox 
artması əməliyyatdan sonrakı makula ödeminin göstəricisi kimi qəbul edilmişdir.                                               
Nəticə:  II  tip  diabeti  olan  xəstələrin  29-da  əməliyyatdan  3  ay    sonra  makula  ödemi  müşahidə 
olunmuşdur.  Bunlardan  1-5  il  diabet  stajı olan  xəstələrdə  5-9  il  diabet  stajı olan  xəstələrdə  və  10  ildən 
çox  diabet  stajı olan  xəstələrdə  müşahidə  olunmuşdur  .  Göründüyü  kimi  mərkəzi  makula  qalınlığının 
əməliyyatdan 3ay sonra artmasi 10 ildən çox diabeti olan xəstələrdə əhəmiyyətli dərəcədə çoxdur. Digər 
tərəfdən  insulin  qəbulu,  diabet  nefropatiyası,  diabet  retinopatiyasının  səviyyəsi  kimi  risk  amilləri 
əməliyyatdan sonrakı makula ödeminin inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir.                                                                                                                                                                     
Yekun: Ayrıca qeyd etməliyik ki, 10 ildən çox diabeti olan xəstələrdə əməliyyatdan sonra makula 
ödeminin  inkişaf  etmə  riski  də  böyükdür.  Araşdırmaların  nəticələri  göstərir  ki  OCT  müayinəsi  II  tip 
diabeti  olan  xəstələrdə  katarakta  əməliyyatı    sonrası  inkişaf  edən  makula  ödeminin  aşkar  olunması, 
qiymətləndirilməsi və adekvat müalicənin vaxdının seçilməsində böyük əhəmiyyət kəsb edir . 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə