Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə41/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   37   38   39   40   41   42   43   44   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
109 
 
NEONATAL İNFEKSİYALARIN RASTGƏLMƏ TEZLİYİ 
 
Lamiyə FƏRZƏLİYEVA, Əsmər BAYRAMOVA, Arzu ALXASOVA 
 
İşin rəhbəri:  RƏHIMOVA Nailə, MANAFOVA Aygun 
K.Y. Fərəcova Elmi-Tədqiqat Pediatriya İnstitutu 
 
Açar sözlər: neonatal infeksiyası, yenidoğulanlar,rastgəlmə tezliyi 
Neonatal  infeksiyalar  ölüdoğulma,  vaxtından  əvvəl  doğulma,  perinatal  ölüm  göstəriciləri  və 
erkən  əlilliyin  yaranma  səbəbləri  arasında  əsas  yerlərdən  birini  tutur.  İnfeksion  xəstəliklər 
hospitalizasiya  olunan  vaxtında  doğulanlar  arasında  50-60%,vaxtından  əvvəl  doğulanlarda  isə  70% 
təşkil edir. 
Tədqiqatın  məqsədi:  yenidoğulanlarda  neonatal  infeksiyaların  rast  gəlmə  tezliyi  öyrənilməsi.  
K.Fərəcova  adına  Elmi-tədqiqat  Pediatriya  İnstitutunun  patologiya  şöbəsində  2016-ci  ildə  1692 
yenidoğulan müşahidə altında olmuşdur. 
Bütün uşaqlara kompleks laborator-instrumental müayinələr olunmuşdur: qanın, sidiyin, nəcisin 
ümumi  müayinəsi,  qanda  qlükoza  və  digər  biokimyəvi  göstəricilər,  qanın  turşu-qələvi  vəziyyəti,  qan 
zərdabında  C-reaktiv  zülalın  təyini,  qanın,  nəcisin  əkilməsi  və  s.  aparılmışsır.  İşin  gedişində  klinik, 
instrumental, immunoloji müayinə metodlarından istifadə olunmuşdur. 
Neonatal  infeksiyaların  inkişafında  əsas  risk  faktorları  anaların  ağırlaşmış  somatik,  mamalıq-
ginekoloji anamnezi olmuşdur. Müayinə olunmuş yenidoğulmuşların arasında 54-də (3,2%) infeksion – 
iltihabi  xəstəliklər,  o  cümlədən  sepsis  40  (2,3%)  yerli  forma  piodermiya,  omfalit,  konyunktivit, 
dakrosistit,  otit,  abses  aşkar  edilmişdir.  İnfeksion-iltihabi  xəstələnmənin  təhlilində  septisemiya  23, 
septikopiemiya  17  yenidoğulmuşda  aşkar  edilmiş,  onlardan  7  xəstədə  erkən  sepsis  tapılmışdır. 
Müayinə olunmuş yenidoğulmuşlarda septiki proses yayılmış damar daxili laxtalanma  (2), enterokolit 
(52), nekrotik enterokolit (22), ventrikulit (9), meningit  (2), hematogen osteomielit (12), irinli artrit (10) 
ilə ağırlaşmışdır. 
Bətndaxili  infeksiya  aşkar  olunmuş  168  (99%)  yenidoğulmuşların  98  (58,3%)  nəfərində 
monositomeqalovirus  infeksiyası,  qalanlarında  isə  qarışıq  infeksiyaya  (sitomeqalo,  herpes  infeksiya, 
toksoplazmoz)  rast  gəlmişdir.  Bətndaxili  infeksiya  üçün  həyatın  ilk  günündən  yüksək  hərarət, 
intoksikasiya,  hemodinamik  pozğunluq,  hepato    splenomeqaliya,  uzanmış  sarılıq  xarakterikdir.  Fetal 
hepatit  19  (1,1%)  yenidoğulmuşda  rast  gəlmişdir.  Xəstəlik  nəzərə  çarpan  sarılıq,  yüksək  transaminaz, 
düz  hiperbilirubin    emiya,  hepatomeqaliya  və  ya  hepatosplenomeqaliya  ilə  müşayiət  olunmuşdur. 
Qaraciyərin  ultrasəs  müayinəsi  qaraciyər  ölçüsünün  böyüməsini,  exogenliyinin  artmasını,  damarların 
vertikallaşmasını üzə çıxarmağa əsas verir. 
Yenidoğulmuşlarda  perinatal  infeksiyaların  müalicəsinə  etiotrop,  immunəvəzedici  və 
immunmodulyator  terapiya  aparılmışdır.    Bu  körpələrdə  infeksion  –  iltihabi  xəstəliklərin  kompleks 
müalicə  və  rasional  diaqnostika    üsulların  işlənib  hazırlanması  üçün  gələcəkdə  bu  xəstəliklərin  daha 
ətraflı araşdırılması vacib hesab olunur. 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
110 
 
ATUREK - 5: Cərrahiyyə / Uşaq cərrahiyyəsi bölməsi 
 
POSTQASTREKTOMİK SİNDROM DEMPİNQ  
SİNDROMUNUN MÜALİCƏ ÜSULLARI 
 
Xədicə Mustafayeva 
 
İşin rəhbəri: Rüstəm Məmmədov 
 
ATU TCK, Ümumi cərrahiyyə və anesteziologiya kafedrası 
 
Açar sözlər: Dolğunluq, Hipovolemiya, Kramp tərzində ağrılar
Giriş:  Dempinq  sindromu  genəlliklə  Billroth  2  əməliyyatlarından  sonra  pilor  kanalının 
çıxarılmasına  bağlı  oluşan  hiperosmolyar  qidaların  ani  kontrolsuz  jejenuma  doluşudur.  Dempinq 
sindromlu  xəstələr  yeməklərdən  10-15  dəqiqə  sonra  qusar  və  rahatlanırlar.  Erkən  Dempinq 
sindromunda  əsas  klinik  əlamətlər:  dolğunluq,  kramp  tərzi  ağrı,bulantı,  qusma.  Eyni  zamanda 
xəstələrdə  hipovolemiya,  hipotansiyon,  taşikardiya  da  qeyd  edilir.  Vazoaktiv  aminlərin  ifrazına  bağlı 
flusing, qarın ağrısı, tərləmə,  ishal, çarpıntı, 
astma bənzəri əlamətlər qeyd edilir. 
 
İfraz  olunan  aminlər:  Serotonin,      
VİP,    GİP,Histamin, Nörotenzin. 
Məqsəd: 
Dempinq 
sindromunun 
müalicəsində  əsas  olaraq  az-az  sıx-sıx 
qidalanma  tövsiyyə  olunur.  Erkən  Dempinq 
sindromunda  Somotostatin  preparatı  tətbiq 
edilir.Belə  ki,  bu  preparat  bütün  vazoaktiv 
aminlərin ifrazını zəiflədir və Dempinq sindromu əlamətlərinin ortaya çıxmasının qarşısını alır. 
 Material və metodlar: 2015-2017 illər ərzində 10 xəstəmiz nəzarətimiz altında müalicə almışdır. 
Xəstələrin  8-də  Somotostatin  preparatı,  2  xəstədə  cərrahi  əməliyyat  jejenum  eksplorasyonu  tətbiq 
edilmişdir.  Somotostatin  qəbul  edən  xəstələrin  7-də  müalicə  müsbət  nəticə  vermiş,  1-də  isə  gec 
Dempinq  sindromu  baş  verdiyi  üçün  xəstəyə  Akarboz  verilmişdir.  2  xəstəmizdə  son  seçim  olaraq 
cərrahi jejenum eksplorasyonu tətbiq edilmişdir. 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
111 
Nəticələr:  Somotostatin  tətbiq  edilən  xəstələrdə  8-dən  7-də  vazoaktiv  aminlərin  ifrazının 
zəifləməsinə  bağlı  olaraq  əlamətlər  aradan  qalxmışdır.  8-dən  1  xəstədə  gec  Dempinq  sindromu  baş 
verdiyi  üçün  Akarboz  tətbiq  olunmuş  və  Reaktiv  Hiperinsulinizm,  Reaktiv  Hipoglisemi  əlamətləri 
aradan qalxmışdır. 2 xəstədə isə ağırlaşma olduğu  üçün cərrahi müəlicə tətbiq edilmişdir. 10 xəstədən 
yalnız birində letallıq qeyd edilmişdir.  
Yekun:  Postqastrektomik  sindrom  olan  Erkən  Dempinq  sindromunun  müalicəsində 
Somotostatin preparatları standart müalicə seçimi olaraq qiymətləndirilmişdir.  
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə