Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə38/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   34   35   36   37   38   39   40   41   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
102 
Xəstəyə  əvəzedici  terapiya  İVİG  təyin  olundu.İVİG-in  ilkin  infuziyasından  sonra  immunoloji 
müayinələr  təkrarlandı  və  nəticələrdə  müsbət  dinamikanın  alınması  diaqnozun  düzgünlüyünü  sübut 
etdi. 
Nəticə:Erkən  yaş  dövründə  uzunsürən  iltihabi  xəstəliyi  olan  uşaqlarda  aparılmış 
antibiotikterapiyaya lazımı cavab olmadığı təqdirdə onlarda immun sistemin anadangəlmə çatışmazlığı 
düşünülməli  və  hərtərəfli  müayinələrə  cəlb  olunması  gərəklidir.Beləliklə,  belə  uşaqlarda  daha  erkən 
müalicənin başlanması letal nəticələrin qarşısını ala bilər. 
İVİG-in  ilkin  müayinəsindən  sonra  müayinələr  təkrarlandı  və  nəticələrdə  müsbət  dinamikanın 
alınması diaqnozun düzgünlüyünü sübut etdi.  
Nəticə  :  Erkən  yaş  dövründə  uzunsürən  xəstəliyi  olan  uşaqlarda  aparılmış  antibiotikterapiyaya 
lazımı  cavab  əldə  olunmadığı  təqdirdə  belə  uşaqlarda  immun  sistemin  anadangəlmə  çatışılmazlığı 
düşünülməli  və  hərtərəfli  müayinələrə  cəlb  olunması  gərəklidir.Beləliklə, belə  uşaqlarda  daha  erkən 
müalicənin başlanması letal nəticələrin qarşısını ala bilər.  
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
103 
 
BÖYÜMƏ HORMONUNUN İNSULİNLƏ STİMULYASİYASI SINAĞININ UŞAQLARDA 
OPTİMALLAŞDIRILMASI 
 
Nigar HÜSEYNLİ 
 
İşin rəhbəri : ass.Gündüz ƏHMƏDOV 
 
ATU TTK II Uşaq Xəstəlikləri kafedrası 
 
Açar sözlər: böyümə hormonu (SH) çatışmazlığı, insulinlə stimulyasiya sınağı 
Giriş:    Böyümə  hormonu  çatışmazlığı,  təxminən  1:4000  nisbətdə  müşahidə  olunur.  SH 
çatışmazlığını  qiymətləndirmək  baxımından  diaqnostik  bir  kriteriya  yoxdur.  30  ildən  çoxdur  ki,  SH 
rezervini  müəyyənləşdirilmək  üçün  bir  sıra  üsullardan  istifadə  olunur.    Fizioloji  (aclıq,  yuxu,  idman 
zamanı  aparılan)  və    farmakoloji  (insulin,  klonidin,  levodopa,  arginin,  qlükaqon)  təsir  testləri  
mövcuddur. 
Tədqiqatın  məqsədi:  SH  çatışmazlığının  vaxtında  aşkarı  və  insulinlə  stimulyasiya  sınağının 
optimallaşdırılması. 
Material  və  metodlar:  Araşdırma    2015-2016-cı  illər  ərzində  ATU  Tədris  Terapevtik 
Klinikanın 2-ci pediatriya şöbəsində aparılmışdır. 15 uşaq müayinə olunub. Bütün uşaqlarda Aktrapidlə 
SH  stimulyasiya  sınağı  aparılmış  və  qanda  qlükoza,  somatotrop  hormon  təyin  olunmuşdur.  Bu 
uşaqlarda digər endokrin xəstəliklər, sindromlar inkar olunmuşdur. Bunlardan 20%-i qızlar (n=3), 80%-i 
(n=12)  oğlanlar  təşkil  etmişdir.  Uşaqların  fiziki  göstəricilərini  qiymətləndirmək  üçün  "WHO  Anthro 
Plus"  kompüter proqramından istifadə olunmuşdur. Orta yaş 8,5±3,86 il, orta boy 112,8±18,63 sm, orta 
bədən kütləsi  21,06±8,59 kq, orta BKİ 15,86±2,08 , orta boy (z) -2,98±0,97 , orta çəki (z) -2,51±1,13 , orta 
BKİ (z) -0,49±0,92 olmuşdur. 
Nəticə. Müayinə nəticələrinə, əsasən,  7 uşaqda (46,6 %)  normal, 4 uşaqda (26,7 %) mütləq və 
4 uşaqda (26,7 %)  nisbi SH çatışmazlığı aşkar edilib.  Uşaqların yaşı ilə qanda qlükozanın 2-ci nəticəsi 
arasında  sıx  korrelyasiya  əlaqəsi  vardır  və    bu  əlaqə  yüksəkdir.  Həmçinin  xəstələrin  faktiki  boyu  ilə 
glükozanın  2-ci  nəticəsi  arasında  sıx  əlaqə  vardır.  Somatotrop  hormonun  1-ci  və  qlükozanın  3-cü 
nəticəsi  arasında  da  əlaqə  sıxdır  (r=+0,99,  p<0,0001).  Boydan  geri  qaldıqca  nəticə  bir  o  qədər  də  aşağı 
olacaq.  Çəki  ilə  somatotrop  hormonun  4-cü  nəticəsi  arasında  və  bədən  kütlə  indeksi  ilə  somatotrop 
hormonun  5-ci    nəticəsi  arasında  əlaqə  mövcuddur.  Sınağın  2-ci  və  3-cü  qlükoza  nəticələri  daha 
əhəmiyyətlidir.  Onun  nəticələrini  SH  göstəricilərinin  1-ci,  4-cü  və  5-ci  nəticələrinə  əsasən 
qiymətləndirmək olar. Bu üsul daha ekonomikdir. 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
104 
 
KƏSKİN REVMATİK QIZDIRMA(KƏSKİN REVMATİK HÜCUM) 
 
Gülər MƏMMƏDOVA, Nəcilə RZAZADƏ 
 
İşin rəhbəri : dos.Rauf BƏYLƏROV 
 
ATU TTK, Terapevtik və Pediatrik Propedevtika kafedrası 
 
Açar sözlər : kardit, artrit, xoreya, temperatur 
Giriş : Xəstəlik ən çox 5-15yaş arası görülür.  Sydenham xoreyası cinsi yetişkənlik  vaxtı qızlarda 
və hamilə qadınlarda  çox olur. Mitral stenoz qadınlarda,  aortal stenoz və aortal çatışmazlıq kişilərdə 
çox rast gəlinir. Sıxlıq , soyuq və nəmli şəraitdə , yoxsul bölgələrdə daha çox təsadüf olunur.  
Tədqiqatın  məqsədi  :  Kəskin  Revmatik  qızdırmanın  erkən  diaqnozunun  qoyulması  və  növbəti 
hücumların qarşısının alınması. 
Klinik  müşahidə  :  Xəstə  G.M.  (  15yaş)23.11.2016  tarixində  öskürək,  üzdə,  aşağı  ətraflarda 
şişkinlik;  qarın,    ürək  nahiyəsində,  başda  ağrı;  qusma  şikayətləri  ilə  klinikamıza  müraciət  etmişdir. 
Baxış  zamanı  auskultasiyada  ağciyərlərin  üzərində  hər  iki  tərəfdə  yuxarı  və  orta  payda  zəif  tənəffüs  , 
aşağı payda tənəffüsü keçirilmir. Ürək tonları karlaşıb. Dili ərplidir. Qarında palpasiya zamanı yayılmış 
ağrılar qeyd olunur. Qanda HGB 9,3 ; HCT 30,3 ; MCV 30,3 ; MCHC 30,7 ; RDW  –CV 14,7 ; EÇS –33 ; 
Albumin 2,89 ; ASO 1277 ; CRP 18 ; C3 komplement 46 ; C4 komplement  16 ; Anti-ds DNT 22,8 ; Anti-ss 
DNT 3,2 ; ANA 0,90 ; Sidikdə Protein 0,33 ; Leykosit 10-15 ; Eritrosit dəyişilmiş çox miqdarda ; Selik ++ ; 
EXO-KQ  müayinə  Sol  mədəciyin  qlobal  sistolik  funksiyasının  azalması  ,  Mitral  qapağın  II-III  dərəcəli 
çatışmazlığı , Ürəyin sol boşluğunun dilatasiyası , üçtaylı qapağın I dərəcəli çatışmazlığı , Sol plevrada 
maye. ; Usmdə pelvik nahiyədə bağırsaq luplarının çevrəsində maye izləndi. Ümumi müayinədə sağda 
qalınlığı  23mm  olan  plevral  maye  qeyd  olundu;  Kranioserebral  MRİ  Baş  beyində  ocaqlı  və  ya  həcmli 
patoloji dəyişiklik aşkar olunmadı. Daha çox sağdan Haymor boşluqlarında  və Etmoidal hüceyrələrdə 
patoloji  yığıntılar  və  mukoza  qalınlaşması  ;  KT  Kəskin  bronxopnevmoniya  ,  Revmokardit.  Xəstəyə 
müvafiq müayinə və müalicə təyin edildi. Müalicə fonunda xəstənin ümumi vəziyyəti yaxşılaşdı. 
 Nəticə.  Növbəti  hücumların  qarşısının  alınması  üçün  revmatoloqun,  nefroloqun  və  pediatrın 
nəzarətində olması məsləhətdir.  
 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə