Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə34/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   30   31   32   33   34   35   36   37   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
93 
 
XƏSTƏXANADAN  KƏNAR PNEVMONİYANIN  KLİNİK VƏ RENTGENOLOJI 
XÜSUSİYYƏTLƏRİ 
 
Günay ƏLİYEVA , Aytac OSMANOVA 
 
İşinRəhbəri: İlqarMUSTAFAYEV , Aygün İSMAYILOVA 
 
AzərbaycanRespublikası SN Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu, Pulmonologiya şöbəsi 
 
Açarsözlər: Xəstəxanadan kənar pnevmoniya, rentgenoloji xüsusiyyətlər 
Giriş:  ÜST-nin  2016-ci  il  məlumatına  görə  dünyada  hər  il  pnevmoniya  diaqnozu  qoyulan  orta 
yaşlı  xəstələrdən  təxminən    600.000  nəfəri  dünyasını  dəyişmişdir.  Xəstəxanadan  kənar  pnevmoniya 
(XKP) yaxın zamanlarda xəstəxanada yatmamış, tibbi personalın baxımı olmayan şəxslərdə əmələ gələn 
ağciyərin  kəskin  infeksion  xəstəliyidir  .Klinik  olaraq  daha  çox  yüksək  hərarət,  üşütmə,  döş  qəfəsində 
ağrı,  öskürək,  təngnəfəslik  və  s.  simptomlar,  fizikal  müayinə  zamanı  auskultativ  dəyişikliklər 
(tənəffüsün  azalması,  krepitasiya,  yaş  və  ya  quru  xırıltılar)  rentgenoloji  olaraq  lobar,  seqmentarya  da 
multi  fokal  infiltrasiyaların  olması,  qanda  leykositoz,  EÇS,  CRP,  Prokalsitonin  kimi    göstəricilərin  
yüksəlməsi  pnevmoniya  diaqnozunu  təsdiqləyən  əlamətlərdir.Son  dövrlərdə  pnevmoniyaların 
gedişində  bir  sıra  problemlər  ortaya  çıxmaqdadır.Bunlara  törədici  agentin  antibiotikə  rezistentliyin 
artmasını , klassik klinik gedişin rastgəlmə tezliyinin azalmasını aid etmək olar. 
Məqsəd: XKP-nın kliniki və rentgenoloji dəyişikliklərin öyrənilməsi.  
Material  vəmetodlar: ETACXİ-nun  Pulmonologiya  şöbəsinə  2016-cı  ilərzində  XKP  diaqnozu  ilə 
qəbulolunan  61  xəstənin  xəstəlik  tarixləri  araşdırılmışdır.  Xəstələrin  kişi/qadın  nisbəti  38/23-
dür.Xəstələrin  orta  yaşı  48,3±16,3  yaş  təşkil  etmişdir.  Pasiyentlərin  25  nəfərində  yanaşı  xəstəlik  qeydə 
alınmışdır. (9-unda AXOX, 5–ində bronxial astma, 3-ündə şəkərli diabet, 2-ində XBÇ, 1-ində hepatit C, 
1-ində  Leykoz,  1-ində  bronxektaziya,1-ində  miasteniya,  2-ində  hamiləlik  toksikozu  )  .Döşqəfəsinin  R-
qrafiyasında  44  nəfərdə  birtərəfli,  17  nəfərdə  ikitərəfli  iltihabi  dəyişikliklər  aşkar    olunmuşdur.  
Ağırlaşmalardan    5  xəstədə  qanhayxırma,  5  xəstədə  destruksiya,  6  xəstədə  isə    plevrit  mövcud 
olmuşdur. 
Nəticə:Xəstələrin klinik və R-qrafik dəyişiklikləri dəyərləndirildi:  
Rentgenoloji 
xususiyet 
Göstərici 
Birtərəfli pnevmoniya 
Ikitərəfli pnevmoniya 
1.Temperatur 
38,4±0,8
0
C  
38,7±0,9
0

2.SpO2( saturasiya) 
SpO
2
-94,2±4,6% 
SpO
2
-86,2±4,6% 
3.Nəbz 
101,2±7,6 
104,9±8,3 
4.Təngnəfəsliyin tezliyi 

+++ 
 
Beləliklə aparılan tədqiqatın nəticəsi göstərir ki, ağciyərlərin zədələnmə yerindən  və sahəsindən 
asılı  olaraq  ,ikitərəfli  zədələnmə  zamanı  klinik  gediş  daha  ağır  olmaqla  ,bir  çox  halda  tənəffüs 
çatışmazlığı ilə müşayət olunur və belə xəstələrin stasionar müalicəsinə ehtiyac yaranır. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
94 
 
BÖYRƏKLƏRİN XRONİK XƏSTƏLİYİ ZAMANI  II-Lİ  HİPERPARATİREODİZMİN 
DİAQNOSTİKASI VƏ MÜALİCƏSİ 
 
Lamiyə ƏLİYEVA, Günel ƏLİYEVA 
 
İşin rəhbəri: prof. Mehman AĞAYEV, ass. Şəlalə İSMAYILOVA 
 
ATU TTK, Terapevtik və Pediatrik Propedevtika Kafedrası 
 
Açar sözlərböyrəklərin xronik xəstəliyi, hiperparatireoidizm, vitamin D, parathormon. 
Aktuallıq:  Statistik  məlumatlara  görə,  hazırda  dünya  əhalisinin  10%-i böyrəklərin  xronik 
xəstəliyindən  (BXX)  əziyyət  çəkir. BXX-nin  terminal  mərhələsində  olan  xəstələrdə  mineral  mübadiləsi 
pozğunluğu    ölüm  səbəbləri  arsında  ön  sıralardadır.  BXX  zamanı  ən  çox  rast  gəlinən  mineral 
mübadiləsi pozğunluğu ikincili hiperparatireodizm hesab olunur. 
Məqsəd: BXX-dan əziyyət çəkən  xəstələrin qan serumundaVitamin D  və partahormonun  təyini, 
xəstəliyin  mərhələlərindən  asılı  olaraq  göstəricilərin  qiymətləndirilməsi,  Phos-  No  (kalsium  asetat) 
preparatının parathormon (PTH) və vitamin D göstəricilərinə təsiri araşdırılması məqsəd seçilmişdir. 
Material və metodlar: Tədqiqat II-V mərhələ BXX olan 20-65 yaşında (orta yaş 47,7±7,1) 45 xəstə 
(20  qadın  və  25  kişi)  üzərində  aparılmışdır.  BXX-nin  səbəbi  16  xəstədə  xronik  qlomerulonefrit,13 
xəstədə xronik pielonefrit, 12 xəstədə diabet nefropatiyası, 4 xəstədə böyrəklərin polikistozu olmuşdur. 
Xəstələr  BXX-nin  mərhələsindən  asılı  olaraq  4  qrupa  bölünmüşdür:  Qrup  1-də  10  xəstə  (BXX  II)  YFS-
(89-60 ml /dəq 1.73m
3
), Qrup 2-də 11 xəstə(BXX III)  YFS(59-30ml /dəq /1.73m
3
), Qrup 3-də 13 xəstə(BXX 
IV)    YFS(29-15ml  /dəq/1.73m
3
),  Qrup  4-11  xəstə  (BXX  V)  YFS<15ml  /dəq/1.73m
3
.  Bütün  xəstələrdə 
ümumi  anamnestik  məlumatlar  toplanmaqla  yanaşı  qanın  ümumi  analizi,  sidiyin  ümumi  analizi, 
gündəlik  proteinuriya  təyin  olumuşdur.  Həmçinin  qanda  ümumi  zülal,  kreatinin,  sidik  cövhəri,  sidik 
turşusu, kalium, Ca, P, vitamin D (Biomeriux Mini Vidas) və Paratahormon (Siemens İmmunilite 2000 
XPİ  )  müayinə  olunmuşdur.    Xəstələrə  Phos-  No  preparatı  təyin  olunmuş  və  müalicə  nəticələri 
qiymətləndirilmişdir. 
Nəticə: Qrup 1-də xəstələrin  23,8% , qrup 2-də  33%, qrup 3-də 44.7% və qrup 4-də  87,3% - də  
vitamin D-nin ciddi çatışmazlığı aşkar olunmuşdur. Qanda Ca -6.8± 1,08 mg/dl, P-5,2 ±,0.89mg/dl, PTH 
səviyyəsi (453± 23,5 pg/ml) Phos-No  preparatının təyini üçün mütləq göstəriş sayılmışdır(qrafik 1).  
Yekun:Aparılan  pəhriz  və  medikamentoz  müalicə  tədbirləri  sayəsində    Ca,  P  və  PTH  səviyyəsi 
normal göstəricilərə yaxınlaşmışdır (qrafik 2). 
BXX  zamanı  II-li  hiperparatireodizmin  müalicəsində  Phos-No  preparatının  təyini  effektiv 
olmuşdur. 
 
 
 
Qrafik1. BXX-nın mərhələsindən asılı olaraq qanda Ca, P   səviyyəsi 
 
 
 
 
 





10 
qrup1 
qrup2 
qrup3 
qrup4 
qanda Ca  
qanda P 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə