Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə36/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   32   33   34   35   36   37   38   39   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
98 
 
BÖYRƏYİN AĞIR FORMALI MƏRCANVARİ VƏ ÇOXSAYLI DAŞLARININ PUNKSİON 
LİTOTRİPSİYASINA YENİ BAXIŞ 
 
Qabil HÜSEYNOV 
 
İşin rəhbəri: Südeyf İMAMVERDİYEV, İlham ƏHMƏDOV 
 
ATU TCK, Urologiya kafedrası 
 
Xülasə.  Böyrək  daşlarının  cərrahi  müalicəsində  qızıl  standart  Perkutan  Nefrolitotomiyanın  
ağırlaşmaları  83%-ə  qədər  çatır.  Bunlara  ekstravazasiya  (7.2%),  qan  köçürmə  (11.2-17.5%) və  qızdırma 
(21-32.1%), septisemiya (0.3-4.7%) və bağırsağın (0.2-0.8%), plevralın (0-3.1%) yaralanmalarıdır (Maurice 
Stephan Michel, Lutz Trojan, Jens Jochen Rassweiler). Yanaşı olaraq böyrək çatışmazlığı, şəkərli diabet, 
morbid piylənmə, ağciyər xəstəlikləri, işemik və hemorragik insult fəsadları ağırlaşmalar riskini artırır. 
Bunları  nəzərə  alaraq  böyrəyin  ağır  formalı  mərcanvari  və  çoxsaylı  daşlarında,  çanaq  distopiyalı 
böyrəklərdə, bağırsaq və plevra yaralanması ehtimalı olan xəstələrdə açıq mini lumbotomiya apararaq 
böyrəyin  aşağı  qütbünün  ön  səthini  açıb  punksion  nefrolitotripsiya  icra  etmək  təklif  edilmişdir  ( 
S.B.İmamverdiyev, 2015 ). 
Açar sözlər. Böyrək daşı, mərcanvari daş, PNL, açıq punksion nefrolitotripsiya. 
Obyektiv. Böyrəyin ağır formalı mərcanvari və çoxsaylı daşlarının daha az ağırlaşma ilə cərrahi 
müalicəsi. 
Material  və  Metod.  2015-2017-ci  illərdə  ATU-TCK-ya  müraciət  etmiş  13  xəstəyə  punksion 
nefrolitotomiya  icra  olunmuşdur.  Xəstələrin  yaşı,  daş  yükü,  kreatinin  səviyyəsi,  hidronefrotik 
transformasiya, yanaşı xəstəliklər, BKİ təhlil olunmuşdur. 
Nəticə. Xəstələrin  ortalama yaşı 52 (67-23), daş yükü 48MM (32-74 mm), kreatinin səviyyəsi 1.8 
(0.92-4.46),  III-IV  dərəcə  hidronefroz  olmuşdur.  Yanaşı  olaraq  şəkərli  diabet  5  xəstədə,  HT  3  xəstədə, 
Xronik  böyrək  çatışmazlığı  6  xəstədə,  müxtəlif  dərəcəli  piylənmə  9  xəstədə,  hemorragik  insultdan 
sonrakı vəziyyət 1 xəstədə müşahidə olunmuşdur. Xəstəxana yatış müddəti ortalama 3.7 gün (3-6 gün) 
olmuşdur.  
12  xəstədə  (92%)  tam  daşsızlığa  (stone  free) nail  olunmuşdur.  Toksiki  anemiyası  olan  1  xəstəyə 
əməliyyat zamanı, 1 xəstəyə isə əməliyyatdan sonrakı dövrdə hemotransfuziyaya ehtiyac yaranmışdır. 
3  xəstədə  (23%)  əməliyyatdan  sonra  tez  kontrol  edilə  bilən  38.3  temperatur  müşahidə  olunmuşdur. 
Kreatinin səviyyələri  əməliyyatdan sonra 1.4(0.76 – 3.9) -ə düşmüşdür. 
Yekun.  Perkutan  nefrolitotomiyanın  az  effektli  və  ya  mümkünsüz  olacağı  böyrək  anomaliyalı, 
dayaq-hərəkət sisteminin deformasiyası, XBÇ, böyrəyin çanaq distopiyası olan, daş yükü həddən artıq 
çox  olan  və  morbid  piylənmə  və  şəkərli  diabetli  xəstələrdə  açıq  punksion  nefrolitotomiya  üsulunun 
perspektivli olması diqqəti cəlb edir.  
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
99 
 
ATUREK - 5:  Pediatriya bölməsi 
 
MƏKTƏB YAŞINDA UŞAQLARDA QAMƏT POZĞUNLUĞU. SKOLİOZ 
 
Aygül ŞAHBAZOVA 
 
İşin rəhbəri : dos. Səidə XANMƏMMƏDOVA 
 
ATU TTK, Terapevtik və Pediatrik Propedevtika kafedrası 
 
Açar sözlər: qamət pozqunluğu,onurğa sütunu, skolioz 
Giriş:  XIX  əsrin  ortalarından  başlayaraq,  tədris  prosesinin  uşaqların  sağlamlığına  təsiri  qeyd 
edilmişdir.  Məktəbə  getməyən  eyni  yaşlı  uşaqlarla  müqayisədə,  məktəblilərdə,  xüsusilə  yaş  artdıqca 
fərq o qədər aşkar hiss olunurdu ki, bu xəstəliklər “məktəb xəstəlikləri” adlandırılır. 
ÜST-nın məlumatına görə planetimizin  əhalisinin 80% onurğa sütunu  və pəncə xəstəliklərindən 
əziyyət  çəkirlər.  Avropa  Şurası  Parlament  Assambleyasının  mədəniyyət,  elm  və  təhsil  məsələləri  üzrə 
“Məktəblilərin hormonik inkişafı məqsədilə təhsil sənədində qeyd olunur ki, məktəblilər məktəb mühiti 
və  həyat  şəraiti  ilə  əlaqəli  bir  sıra  xəstəliklərdən  əziyyət  çəkirlər  ki,  bunlara  onurğanın  əyilməsi, 
nevrasteniya, yaxındangörmə, sinir enerjisinin tükənməsi”  və s aiddir. 
Məktəb yaşlı uşaqlarda qamət qeyri-stabildir, bu uşağın psixikası, sinir sistemi, əzələ sistemindən 
vəziyyətindən asılıdır. Onurğa məktəb məşğələləri zamanı oturaq və ayaqüstü vəziyyətdən asılı olaraq 
stereotip vəziyyət alır ki, buda qamətin düzgün olmayan vəziyyəti, sonradan skolioza səbəb olur. 
Uşaqlarda onurğanın deformasiyası inkişaf  bitənə qədər,istənilən yaşda baş verir, əsasən 75%-ə 
qədər 8-14 yaşda olur. Məktəb yaşlı uşaqlar arasında ortopedik xəstəliklər arasında skolioz ilk yerlərən 
birini tutur(16-38%) 
Skolyoz(onurğa əyriliyi) onurğanın sağ və ya sol tərəfə əyilməsi mənasına gəlir. Bu xəstəlik deyil, 
əlamətdir, hansıki, bir çox xəstəliyə bağlı olaraq meydana çıxır. 
Skolyozun  tipləri:  İdiopatik-əyilmə  C,  S  şəkilli  olur.  Neyromuskulyar-ən  çox  görülən  tipdir. 
Tənəffüs sistemi xəstəlikləri, eşitmə pozqunluğu, epilepsiya tutmaları müşahidə edilə bilər. Konjenital-
ilk illərdə irəliləyiş göstərir, adətən cərrahi müdaxiləyə ehtiyac duyulur. 
Tədqiqatın  məqsədi:  fiziki  inkişafın  göstəricilərinin  antropometrik  dəyərləndirilməsi,  qamət 
pozğunluqlarının dərəcəsini aşkar etmək.  
Material və metodlar: 6-15 yaşlarında 419 məktəblinin pediatrik müayinəsi aparılmışdır. 
Nəticələr: Müayinə aparılan uşaqların 73-də qamət pozqunluğu aşkarlanmışdır. Bu da qızlarda 4-
6  dəfə  çox  görülmüşdür.  8-15  yaşlı  uşaqlarda  məktəb  skoliozu  olur.  Onurğa  əyriliyi  olanların  ancaq 
10%-də  müalicəyə  ehtiyac  duyulur.  Skoliozun  qarşısını  almaq,  onu  müalicə  etməkdən  daha  asandır. 
Vaxtında aşkarlanaraq uyğun mütəxəssislərə yönləndirilməsi xəstəliyin inkişafının qarşısını alır. 
 
 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə