Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə31/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   27   28   29   30   31   32   33   34   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
85 
 
XRONİKİ PANKREATİT VƏ ŞƏKƏRLİ DİABETLİ XƏSTƏLƏRDƏ QARACİYƏRİN PİY 
DİSTROFİYASININ ƏMƏLƏ GƏLMƏ MEXANİZMİ VƏ YAYILMA TEZLİYİ 
 
Jalə HƏSƏNOVA,Aytən NƏBİYEVA 
 
İşin rəhbəri :Könül MƏMMƏDYAROVA 
 
ATU, TTK II Daxili xəstəliklər kafedrası 
 
 
Açar sözlər:Qaraciyərin diy distrofiyası,Xroniki pankreatit və şəkərli diabet 
Giriş:Qaraciyərin  piy  distofiyası  hepatositlərdə  yağların  əsasəndə  triqliseridlərin  toplanması 
nəticəsində yaranır.Əsasən3 vəziyyətdə əmələ gəlir. 
1.Hamiləliklə bağlı qaraciyərin piy distrofiyası 
2.Alkoqolla bağlı qaraciyərin piy distrofiyası 
3.Qaraciyərin sadə piy distrofiyası 
Hamiləliklə  bağlı  piy  distofiyası-hamiləliyin    son  trimestrdə  olan  və  hepatositlərdə 
mikrovezikulyar  yağ  toplanması  ilə  xarakterizə  olan  xəstəlikdir.Əlamətləri  ürəkbulanma, 
qusma,epiqastral  nahiyədə  ağrı,halsızlıq,iştahasızlıq.Qaraciyərin  funksional  testləri  pozulur,serum 
aminotransferaz və leykosit artır. 
Alkoqolla  bağlı  qaraciyərin  piy  distrofiyası  çoxlu  alkoqol  istifadə  edənlərdə  olur.Qaraciyər 
fermentləri 4-5 dəfə artır.Alkoqol istifadəsi dayanarsa 6 həftə içərisində yaxşılaşma olar. 
Qaraciyərin sadə piy distrofiyası 4 mərhələsi var 
I  mərhələ-Steatoz-  qaraciyər  hüceyrəsində  5-10  %  dən  artıq  yağ  olmasıdır.Heç  bir  əlaməti 
yoxdur.Qaraciyər fermentləri cuzi yüksəlmişdir. 
II  mərhələ-Nonalkoqolik  steatohepatit-qaraciyər  hüceyrələrindəki  yağ  toplantısına  iltihab 
qoşulmuşdur.Əlamətlər  qarnın  sağ  qabırğa  altı  nahiyədə  ağrı,yorğunluq,halsızlıq    ola  bilər.Xəstələrin 
75 % hepatomeqaliya,20 % qaraciyər sirrozu olur.  III mərhələ-Fibroz -sağlam qaraciyər parenximasında 
fibroz əmələ gəlir. IV mərhələ -Sirroz-Ən pis mərhələdir.Qaraciyər kiçilir və düyünlər əmələ gəlir. 
Tədqiqatın  məqsədi:Məqsədimiz  müxtəlif  xəstəliklər  zamanı  qaraciyərin  piy  distrofiyasının 
əmələ gəlmə mexanizmini və yayılma tezliyinin öyrənilməsidir. 
Material və metodlar:Araşdırmanı ATU TTK-nın Ümumi Terapiya şöbəsində 2015-2016 ci illərdə 
olan  cəmi  44  xəstə  üzərində  tədqiqat  aparıdıq. 
Müayinə  metodu  kimi  USM,  qanın  biokimyəvi 
analizlərini etdik.
 
Nəticə:Xəstələrin  33  -ü  qadın  (  75  %)  və  11-i  kişi  (  25  %)  olmuşdur.    Yaş  arası  50-90  yaş 
olmuşdur.Aparılan tədqiqat nəticəsində məlum olduki 44 xəstənin 18 - ində qaraciyərin piy distrofiyası 
xroniki pankreatitlə birgə,11 -ində Şəkərli diabetlə birgə,15 -ində isə həm şəkərli diabet ,həm də xroniki 
pankreatit  olmuşdur.Tədqiqatın  nəticəsinə  görə  qaraciyərin  piy  distrofiyasının  yaranma  səbəbləri 
arasında xroniki pankreatit və şəkərli diabet yüksək yer tutur. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
86 
 
AZƏRBAYCANIN GÖYÇAY RAYONUNUN  MƏRKƏZLƏŞMİŞ DƏRİ ZÖHRƏVİ DİSPANSERİNDƏ  
DERMATOMİKOZLARIN  EPİDEMİOLOJİ  ANALİZİ 
 
Professor  Fərəcov Z.Q., Professor  Əmirova İ.A., Professor  Ağayeva N.,   Dosent Ahmədova S.C., 
Balakişiyeva.F.İ., Rezident Kərimova.M.Y. 
 
Azərbaycan Tibb Universiteti,  Dermatovenerologiya kafedrası 
 
Açar sözlər.Əlvan dəmrov, dermatomikozlar, trixomikozlar, ayaqların mikozu, onixomikoz. 
Dəri  və  dəri artımlarının   xəstəliklərindən  mikozların payına 37 dən 42 % dək  düşür. Dermatofitlər kimi 
digər  göbələklərdə    patogenlərə  aid  olduğundan    makroorqanizmin  reaktivliyinin    göbələk  infeksiyasının 
inkişafında böyük rolu var.Xəstəliyin inkişafına  ekoloji mühitin  pisləşməsi, sanitar gigiyenik vəziyyətin qənaət 
bəxş  olmaması    səbəb  olur.  Göycayın  mərkəzləşmiş  dəri-  zöhrəvi  dispanserin  nəzdində  6  rayonlardan  (Göycay, 
İsmayıllı,  Qəbələ,  Zərdab,  Ağdaş,  Ucar)   ən  çox   rast  gəlinən      dəri  və  artımlarının    səthi  mikozlarına  –    əlvan 
dəmrov,hamar dərinin dermatomikozları, trixomikozlar, ayaqların mikozu və onixomikoz aiddir. 
Tədqiqatın  məqsədi.    01.1.  2016  cı  ildən-  01.1.2017ci  ilədək  Göyçay  mərkəzləşmiş  dəri-  zöhrəvi 
dispanserdə   dərinin səthi mikozların (DSM)  epidemioloji  retrospektiv analizi. 
Tədqiqatın  metodu  və  materiallar.Epidemioloji  tədqiqatlara    Göyçay  rayon  dəri  -zöhrəvi  dispanserində 
qeydiyyat jurnalları, ambulator kartlar, xəstəlik tarixləri,   tibbi sənədlərlə iş daxil edilib. 
Nəticə .Göycay, İsmayıllı, Qəbələ,  Zərdab,  Ağdaş və Ucar rayonlarında aparılan  epidemioloji analizlərə 
əsasən 2016-cı  ildən 2017 ci  ilədək 856 xəstədə DSM rast  gəlinir.Beləliklə 1-ci  yeri  dermatomikozlar  ( hamar 
dərinin  və  iri  büküşlərin dermatofitiyaları)-  32%, 2- ci   yeri  əlvan dəmrov  –  24%,  3-cü yeri ayaqların  mikozu  – 
19%, 4-cü yeri  trixomikozlar – 14%,  5-ci yeri  onixomikozlar - 12 % tutur. 
Müzakirə.  DSM    səviyyəsinin  azaldılmasına    yönəlmiş    məqsədyönlü  profilaktik  tədbirlərin,  müasir 
diaqnostika və tibbi-sosial yardımın təşkilinin təkmilləşməsi vacibdir. 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
87 
 
ATUREK - 5: Revmatologiya / Hematologiya / Fizioterapiya bölməsi 
 
YAŞLILARDA  STİLL  XƏSTƏLİYİ ( Klinik müşahidə) 
 
Vüsalə ATAKİŞİYEVA 
 
İşin rəhbəri:  ə.e.x .,  t.e.d. Sahib MUSAYEV 
 
ATU TTK, II Müalicə-profilaktika fakultəsinin , Daxili Xəstəliklər  Kafedrasının Revmatologiya və 
Qastroenterologiya şöbəsi. 
 
Açar sözlər: Yaşlılarda Still xəstəliyi(YSX),səpki,qızdırma. 
Giriş: YST səbəbi bilinməyən  sistem xəstəliklərdəndir. Qadın/kişi nisbəti 0.16/100 -dir.35 yaşdan 
yuxarı  insanlarda  daha  çox  müşahidə  edilir.  Əsasən  bədən  temperaturunun  qalxması  ilə  bərabər  dəri 
səthində səpkilərin əmələ gəlməsi ilə başlayır.Yanaşı olaraq boğaz ağrısı,faringit,artrit,limfoadenopatiya 
serozit,hepato- və splenomeqaliya ilə müşahidə edilir.     
1992-ci ildə YAMAGUCHİ  YST-sinifləndirmə kriteriyaları: 
MAJOR  kriteriyalar 
MİNOR  kriteriyalar 
-Temperatur  >39C; 1həhtə və ya daha uzun çəkən 
-Faringit və ya boğaz ağrısı 
-Artralgiya:2-həftə və daha çox çəkən 
-Limfoadenopatiya və ya Splenomeqaliya 
-Tipik dəri səpkisi:Temperaturla birlikdə 
makulopopulyoz,qaşıntısız səpki. 
 
-Neytrofiliya >80%,leykositoz >10000mm3 
-Qaraciyər testlərində dəyişiklik 
 
-RF və ANA neqativliyi 
  
-Ferritin <%20 
 
Tədqiqatın  məqsədi:   Başlanğıc  etapda  kliniki  polimorfizimlə  müşayət  olunan  Still  xəstəliyinin 
erkən  diaqnostikası,əksər  hallarda  gecikmiş  olur.Beləliklə  xəstələr  çox  zaman      allerqoloqa, 
otolarinqoloqa,  onkoloqa müraciət edirlər.Vaxtında adekvat müalicə ala bilmirlər.Bunları nəzərə alaraq 
təqdim  olunan  klinik  müşahidənin  çox  profilli  klinikalarda  həkimlər  üçün  diaqnostik  axtarışda 
köməklik göstərilməsi düşünülür. 
Klinik  müşahidə:01.05.1978  təvəllüdlü  Ə.T.B  qızı  22.02.2017  tarixində  klinikamıza  bədən 
temperaturunun  qalxması  ilə  yanaşı  dəridə  səpkilərin  əmələ  gəlməsi,boğaz  ağrısı,udqunmanın 
çətinləşməsi,oynaqlarda  ağrı  ,ümumi  halsızlıq  şikayətləri  ilə  daxil  olmuşdur.  Xəstə  bizə  daxil 
olmamışdan öncə allerqoloq,otolarinqoloq və dermatoloq tərəfindən düzgün dəyərləndirilməmişdir. 
Labarator 
analizlər:EÇS=35mm/saat;WBC=5.06 
(10^9/L); 
NEUT=84( 
10^9/L);CRP=68.5mg/L:ALT=49  U/L:AST=40  U/L:RF=16IU\mL:Ferritin=>1435  ng/ml:Total  kreatin 
kinaza=31.82,ANA=1.39:Anti Ds DNT=16.USM-müayinəsi.Nəticə : Hipersplenizm.Hepatomeqaliya. 
Nəticə:  Beləliklə  kliniki  əlamətlər  və  müayinələrin  nəticələrinə  əsasən  xəstəyə  YSX-yi  diaqnozu 
qoyulmuşdur.Xəstə  stasionara  yerləşdirildi  və  müvafiq  müalicə  təyin  edildi.Müalicə  fonunda  xəstənin 
ümumi  vəziyyəti    yaxşılaşdı.Davamlı  ,yüksək  qızdırma  ,polimorf  səpki,nəzərə  çarpan  Ferritin 
yüksəkliyi və EÇS-in artması aparılan müalicə fonunda normallaşdı. 
 
 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə