ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
93
XƏSTƏXANADAN KƏNAR PNEVMONİYANIN KLİNİK VƏ RENTGENOLOJI
XÜSUSİYYƏTLƏRİ
Günay ƏLİYEVA , Aytac OSMANOVA
İşinRəhbəri: İlqarMUSTAFAYEV , Aygün İSMAYILOVA
AzərbaycanRespublikası SN Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu, Pulmonologiya şöbəsi
Açarsözlər: Xəstəxanadan kənar pnevmoniya, rentgenoloji xüsusiyyətlər
Giriş: ÜST-nin 2016-ci il məlumatına görə dünyada hər il pnevmoniya diaqnozu qoyulan orta
yaşlı xəstələrdən təxminən 600.000 nəfəri dünyasını dəyişmişdir. Xəstəxanadan kənar pnevmoniya
(XKP) yaxın zamanlarda xəstəxanada yatmamış, tibbi personalın baxımı olmayan şəxslərdə əmələ gələn
ağciyərin kəskin infeksion xəstəliyidir .Klinik olaraq daha çox yüksək hərarət, üşütmə, döş qəfəsində
ağrı, öskürək, təngnəfəslik və s. simptomlar, fizikal müayinə zamanı auskultativ dəyişikliklər
(tənəffüsün azalması, krepitasiya, yaş və ya quru xırıltılar) rentgenoloji olaraq lobar, seqmentarya da
multi fokal infiltrasiyaların olması, qanda leykositoz, EÇS, CRP, Prokalsitonin kimi göstəricilərin
yüksəlməsi pnevmoniya diaqnozunu təsdiqləyən əlamətlərdir.Son dövrlərdə pnevmoniyaların
gedişində bir sıra problemlər ortaya çıxmaqdadır.Bunlara törədici agentin antibiotikə rezistentliyin
artmasını , klassik klinik gedişin rastgəlmə tezliyinin azalmasını aid etmək olar.
Məqsəd: XKP-nın kliniki və rentgenoloji dəyişikliklərin öyrənilməsi.
Material vəmetodlar: ETACXİ-nun Pulmonologiya şöbəsinə 2016-cı ilərzində XKP diaqnozu ilə
qəbulolunan 61 xəstənin xəstəlik tarixləri araşdırılmışdır. Xəstələrin kişi/qadın nisbəti 38/23-
dür.Xəstələrin orta yaşı 48,3±16,3 yaş təşkil etmişdir. Pasiyentlərin 25 nəfərində yanaşı xəstəlik qeydə
alınmışdır. (9-unda AXOX, 5–ində bronxial astma, 3-ündə şəkərli diabet, 2-ində XBÇ, 1-ində hepatit C,
1-ində Leykoz, 1-ində bronxektaziya,1-ində miasteniya, 2-ində hamiləlik toksikozu ) .Döşqəfəsinin R-
qrafiyasında 44 nəfərdə birtərəfli, 17 nəfərdə ikitərəfli iltihabi dəyişikliklər aşkar olunmuşdur.
Ağırlaşmalardan 5 xəstədə qanhayxırma, 5 xəstədə destruksiya, 6 xəstədə isə plevrit mövcud
olmuşdur.
Nəticə:Xəstələrin klinik və R-qrafik dəyişiklikləri dəyərləndirildi:
Rentgenoloji
xususiyet
Göstərici
Birtərəfli pnevmoniya
Ikitərəfli pnevmoniya
1.Temperatur
38,4±0,8
0
C
38,7±0,9
0
C
2.SpO2( saturasiya)
SpO
2
-94,2±4,6%
SpO
2
-86,2±4,6%
3.Nəbz
101,2±7,6
104,9±8,3
4.Təngnəfəsliyin tezliyi
+
+++
Beləliklə aparılan tədqiqatın nəticəsi göstərir ki, ağciyərlərin zədələnmə yerindən və sahəsindən
asılı olaraq ,ikitərəfli zədələnmə zamanı klinik gediş daha ağır olmaqla ,bir çox halda tənəffüs
çatışmazlığı ilə müşayət olunur və belə xəstələrin stasionar müalicəsinə ehtiyac yaranır.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
94
BÖYRƏKLƏRİN XRONİK XƏSTƏLİYİ ZAMANI II-Lİ HİPERPARATİREODİZMİN
DİAQNOSTİKASI VƏ MÜALİCƏSİ
Lamiyə ƏLİYEVA, Günel ƏLİYEVA
İşin rəhbəri: prof. Mehman AĞAYEV, ass. Şəlalə İSMAYILOVA
ATU TTK, Terapevtik və Pediatrik Propedevtika Kafedrası
Açar sözlər: böyrəklərin xronik xəstəliyi, hiperparatireoidizm, vitamin D, parathormon.
Aktuallıq: Statistik məlumatlara görə, hazırda dünya əhalisinin 10%-i böyrəklərin xronik
xəstəliyindən (BXX) əziyyət çəkir. BXX-nin terminal mərhələsində olan xəstələrdə mineral mübadiləsi
pozğunluğu ölüm səbəbləri arsında ön sıralardadır. BXX zamanı ən çox rast gəlinən mineral
mübadiləsi pozğunluğu ikincili hiperparatireodizm hesab olunur.
Məqsəd: BXX-dan əziyyət çəkən xəstələrin qan serumundaVitamin D və partahormonun təyini,
xəstəliyin mərhələlərindən asılı olaraq göstəricilərin qiymətləndirilməsi, Phos- No (kalsium asetat)
preparatının parathormon (PTH) və vitamin D göstəricilərinə təsiri araşdırılması məqsəd seçilmişdir.
Material və metodlar: Tədqiqat II-V mərhələ BXX olan 20-65 yaşında (orta yaş 47,7±7,1) 45 xəstə
(20 qadın və 25 kişi) üzərində aparılmışdır. BXX-nin səbəbi 16 xəstədə xronik qlomerulonefrit,13
xəstədə xronik pielonefrit, 12 xəstədə diabet nefropatiyası, 4 xəstədə böyrəklərin polikistozu olmuşdur.
Xəstələr BXX-nin mərhələsindən asılı olaraq 4 qrupa bölünmüşdür: Qrup 1-də 10 xəstə (BXX II) YFS-
(89-60 ml /dəq 1.73m
3
), Qrup 2-də 11 xəstə(BXX III) YFS(59-30ml /dəq /1.73m
3
), Qrup 3-də 13 xəstə(BXX
IV) YFS(29-15ml /dəq/1.73m
3
), Qrup 4-11 xəstə (BXX V) YFS<15ml /dəq/1.73m
3
. Bütün xəstələrdə
ümumi anamnestik məlumatlar toplanmaqla yanaşı qanın ümumi analizi, sidiyin ümumi analizi,
gündəlik proteinuriya təyin olumuşdur. Həmçinin qanda ümumi zülal, kreatinin, sidik cövhəri, sidik
turşusu, kalium, Ca, P, vitamin D (Biomeriux Mini Vidas) və Paratahormon (Siemens İmmunilite 2000
XPİ ) müayinə olunmuşdur. Xəstələrə Phos- No preparatı təyin olunmuş və müalicə nəticələri
qiymətləndirilmişdir.
Nəticə: Qrup 1-də xəstələrin 23,8% , qrup 2-də 33%, qrup 3-də 44.7% və qrup 4-də 87,3% - də
vitamin D-nin ciddi çatışmazlığı aşkar olunmuşdur. Qanda Ca -6.8± 1,08 mg/dl, P-5,2 ±,0.89mg/dl, PTH
səviyyəsi (453± 23,5 pg/ml) Phos-No preparatının təyini üçün mütləq göstəriş sayılmışdır(qrafik 1).
Yekun:Aparılan pəhriz və medikamentoz müalicə tədbirləri sayəsində Ca, P və PTH səviyyəsi
normal göstəricilərə yaxınlaşmışdır (qrafik 2).
BXX zamanı II-li hiperparatireodizmin müalicəsində Phos-No preparatının təyini effektiv
olmuşdur.
Qrafik1. BXX-nın mərhələsindən asılı olaraq qanda Ca, P səviyyəsi
0
2
4
6
8
10
qrup1
qrup2
qrup3
qrup4
qanda Ca
qanda P
15ml>
Dostları ilə paylaş: |