ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
91
DİZİN ÖN ÇARPAZ BAĞININ YARALANMALARINDA ÖN ÇƏKMƏCƏ
VƏ LAXMAN TESTİNİN DƏQİQLİYİ
Tağızadə Rübabə
İşin rəhbəri: Mətanət Əfəndiyeva
Milli İdman Tibb və Reabilitasiya İnstitutu
Açar sözlər: ön çarpaz bağ, ACL, ön çəkməcə, Laxman, diz MRT, dəqiqlik
Giriş: Diz oynağı yük daşıma funksiyasına və mürəkkəb quruluşuna görə zədələnməyə meyilli
oynaqdır. Ön çarpaz bağın (anterior crucinate ligament - ACL) yaralanmaları cavan və fiziki aktiv
şəxslərdə daha çox görülür və bir müddət sonra instabilliyə, menisk yırtıqlarına və qığırdağın
zədələnməsinə səbəb ola bilir.
Məqsəd: ACL zədələnməsi zamanı Laxman və ön çəkməcə testinin MRT(maqnit rezonans
tomoqrafiya) müayinəsi ilə müqaisədə dəqiqliyini araşdırmaq.
Material və metodlar: Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) İdman Tibb
bölümünə diz ağrısı ilə müraciət etmiş 130 xəstə. Ortalama yaş qrupu 20±7 yaş. Bunlardan 44(33,8 %)
qadın, 86(66,2%) kişi xəstədir, 63(48,5%) sol diz, 67(51,2%)sağ dizdir.
Xəstələrdən anamnez toplandıqdan və funksional müayinədən sonra bir rezident-həkim
tərəfindən ön çəkməcə testi və Laxman testi aparılmışdır.
Ön çəkməcə testi xəstənin supine pozisiyasında çanağı 45
°
dizi 90
°
fleksiyada olmaqla, topuğun
müayinə masasında stabilizə edilib, hamstrinqlərin sərbəstliyi kontrol edildikdən sonra tibianın
proksimal nahiyəsinin arxa və önə hərəkətində bağların zəifliyi dəyərləndirilmişdir. Test zamanı
sağlam ayaqla müqayisədə sonda tutma hissi olmadan önə yerdəyişmənin daha çox olduğu dizdə ACL-
in qopması kimi qiymətləndirildi.
Laxman testi xəstənin supine, dizin 15
°
fleksiya və mülayim eksternal rotasiya pozisiyasında
aparıldı. Sonra bir əllə femur stabilləşdirilib, o biri əllə tibia önə çəkilir. Hərəkətin sonunda hərəkəti
tutan sərtlik hiss edildikdə bağ sağlamdır. Tibianın önə yerdəyişmə dərəcəsi ilə ACL-in gərilməsinin
dərəcəsi təyin edildi.
Müqaisə üçün General Elektrik 1,5 T MRT cihazında çəkilən və radioloq tərəfindən
dəyərləndirilən nəticələrdən istifadə olunmuşdur.
Nəticə və yekun: Ön çəkməcə testinin həssaslığı 92% , Laxman testin həssaslığı 93,5%-dir.
Beləliklə ön çarpaz bağ yaralanmalarında təklif olunan diaqnostik metodlar ambulator şəraitdə
komandaların idman həkimləri və idman dispanserləri tərəfindən geniş tətbiq oluna bilər.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
92
ATUREK - 5: Nefrologiya / Pulmonologiya bölməsi
BRONXİAL ASTMALI XƏSTƏLƏRDƏ İNHALYASİON TERAPİYANIN TƏTBİQİ
Xavər QURBANZADƏ, Nigar ŞÜKÜROVA
İşinrəhbəri: ass. Ramiz QULİYEV
ATU TTK, Terapevtik və Pediatrik Propedevtika kafedrası
Açarsözlər: Bronxial astma, inhalyasiya
Giriş: Bronxial astma – tənəffüs yollarının allergik iltihabı obstruksiyası və bronxların
hiperreaktivliyi ilə xarakterizə olunan xroniki və residiv verən xəstəliyidir. Dünya əhalisinin 8-12%-nin
bu xəstəlikdən əziyyət çəkdiyi göstərilir. Klinik cəhətdən özünü vaxtaşırı meydana çıxan ekspirator və
ya qarışıq təngnəfəslik tutmaları, öskürək və xırıltılarla büruzə verir. Bu tutmalara bronxokonstruksiya,
seliyinhipersekresiyası və bronxların selikli qişasının şışkinliyi nəticəsində əmələ gələn diffuz
obstruksiya səbəb olur. Bronxial astmanın müalicəsində qısa və uzun müddətli ß-aqonistlər,
inhalyasion və system qlükokortikoidlər, leykotrien reseptorlarının antoqonistləri, metilksantinlər,
antixolinergik preparatlar və spesifik immunoterapiyadan istifadə olunur. Tez bir zamanda tənəffüs
yollarının sərbəstliyini təmin edən və astmanın simptomlarını yüngülləşdirən dərman preparatları
arasında inhalyasion dərmanlara daha çox üstünlük verilir, çünki belə yeridilmə üsulunda dərman
maddələri birbaşa və lazımi dozada tənəffüs yollarına çatdırılır. Nəticədə daha güclü terapevtik effect
əldə edilir, həmçinin digər orqan və sistemlərə əlavə təsir göstərilməsi azalır. Hal-hazırda
dozalaşdırılmış aerosol inhalyatorları, dozalaşdırılmış toz inhalyatorları və nebulayzerlər daha çox
istifadə olunur. İnhalyasion kortikosteroidlər tənəffüs yolunda iltihabi hüceyrə sayını və aktivasiyasını,
bəlğəmdə eozinofilsayını, aktiv T-limfosit sayını, tosqun hüceyrələri azaldır.
Məqsəd:Bronxial astmanın müalicəsində inhalyasion terapiyanın effektliliyini müəyyən
etməkdir.
Material vəmetodlar: Tədqiqat TTK-nın “Pulmonologiya, Allerqologiya və Nefrologiya”
şöbəsində müalicə almış 30 bronxial astmalı xəstə üzərində aparılmışdır. Xəstələr 18-65 yaşlarında, 19-u
qadın, 11-i kişi olmuşdur. Xəstələrin müalicəsində ß2-aqonistlər, antileykotrienlər, metilksantinlərlə
bərabər inhalyasion kortikosteroidlər də təyin olunmuşdur. Xəstələrə Erflyusal (Sandoz) 50/250 mkq
dozada sutkada 2 dəfə təyin edilmişdir. Aparılan müşahidələr göstərmişdir ki, xəstələrdə boğulma
tutmaları və təngnəfəslik daha tez aradan qalxmış, öskürək, spirometrik vəl aborator göstəricilər
qısa müddətə yaxşılaşmışdır. Ən çox spirometriya zamanı FEV1 göstəricisinin artması nəzəri cəlb
etmişdir.
Nəticə:Alınan nəticələrə əsasən bronxial astmalı xəstələrdə digər dərman preparatları ilə bərabər
inhalyasion terapiyanın tətbiqi daha qısa müddətə klinik yaxşılaşmaya gətirib çıxarır.
Dostları ilə paylaş: |