Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə77/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   73   74   75   76   77   78   79   80   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
201 
 
ASİMPTOMATİK XOLESİSTOKUTANEAL FİSTUL 
 
Aynurə Məmmədova 
 
İşin rəhbəri: İdris Axundov 
 
ATU, Akad. Mirqasımov adına RKX, III Cərrahi Xəstəliklər kafedrası 
 
Açar sözlər:  Xolesistokutaneal fistul, ləkə, fistul. 
Giriş:  Spontan  xolesistokutaneal  fistul  ilk  olaraq  1900-cü  ildə  müəyyən  olunmuşdur.  İnkişaf  
etmiş  diaqnostika  üsulları,  güclü  antibiotikoterapiyaların  da  təsiri  ilə  bu  fistulların  sayı  getdikcə 
azalmaqda  olub  müasir  dövrdə  çox  nadir  görülməkdədir.  Faktların  bir  çoxunda  əvvəlcədən  bilinən 
simptomatik öd daşı xəstəliyi ya da başqa bir gizli xəstəlik olduğu müəyyən olunmuşdur. Öd kisəsinin 
şiş  xəstəliyinə  bağlı  olan  obstruksiya,  immunsupressiv  dsitələri  və  steroidlərin  istifadəsi,  travma, 
perforasiya  və penetrasiya digər səbəblərdəndir. Xolesistokutaneal fistulun  klinikası özünü  əsasən sağ 
epiqastral nahiyədə ağrı və fistul ağzından öd axması ilə özünü göstərir.  
Məqsəd: Göstərdiyimiz misalda xəstə sağ qasıq yırtığı səbəbiylə klinikaya müraciət etmişdir. Bu 
zaman  epiqastral  nahiyədə  rəng  dəyişikliyinə  səbəb  olan  ləkə  təsadüfən  təyin  olunub  və 
ultrasonoqrafik  müayinədə  (USM)  öd  kisəsi  divarının  dərialtına  qədər  uzandığı  görüldü.  Bunun  öd 
kisəsi fistulu olduğu sübut olundu.  
Material  və  metod:  42  yaşındakı  qadın  xəstə  poliklinikaya  sağ  qasıq  yırtığı  səbəbi  ilə  müraciət 
etdi.  Sistemik  müayinədə  qasıq  yırtığından  başqa,  epiqastral  nahiyədə  təxminən  15x10  mm  ölçülərdə 
olan ləkə şəklində hiperemik rəng dəyişikliyi görüldü. Xəstə bu ləkəni təxminən 15 gün əvvəl gördü və 
heç bir şikayəti yox  idi. Xəstədə  hər  hansı bir dərman istifadəsi  və  ya xronik  xəstəlik mövcud olmadı. 
Analizlər  edildi  və  leykositoz  təsbit  edilmədi.  Xarici  USM-də  öd  kisəsi  hüdudunun    ağ  xəttə  qədər 
uzandığı görüldü. Əvvəlcə sağ qasıq yırtığı üçün Lichtenstein əməliyyatı edildi. Daha sonra epiqastral 
nahiyədə ləkə olan bölgə açıldı. Dəri və dərialtı kəsik sağ qabırğaüstü nahiyəyə doğru uzadıldı. Ağ xətt 
ilə  öd  kisəsi  sərhədləri  bir-birindən  ayrıldı.  2/0  ipək  saplarla  öd  kisəsi  arteriyası  və  öd  kisəsi  ayrı-
ayrılıqda bağlanıb kəsilərək  xolesistektomiya edildi. Xəstə kök olmadığı  və toxumalar qarşılıqlı olaraq 
bir-birinə rahat yaxınlaşa bildiyi üçün periton və digər qatlar birincili tikişlərlə örtüldü.  
Nəticələr:  Öd kisəsinin patoloji müayinəsi xronik daşlı xolesistit olaraq bildirildi. 
 
 
 
Şəkil 1. Dəri-dərialtı ellipsvari kəsik aparılmış, ləkə dairə içərisində göstərilmişdir 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
202 
 
Şəkil 2. Dərialtına uzanan öd kisəsinin hüdüdları və öd daşları 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
203 
 
PARAREKTAL FİSTULLARIN AZİNVAZIV CƏRRAHLIĞI:  
PRAKTİK TƏCRÜBƏMİZİN NƏTİCƏLƏRİ 
 
Elnurə Bayramova 
 
İşin rəhbəri: Pərvanə Aydınova, Eldar Əliyev 
 
ATU TCK,  I Cərrahi Xəstəliklər Kafedrası 
 
Açar sözlər: Pararektal fistul, “Seton” tətbiqi. 
Giriş.  Cərrahi  proktoloji  xəstəliklərin  strukturunda  anorektal  fistullar  20-40%  aralığındakı 
göstəricilərlə  ilk  yerlərdən  birini  tutur.  Bu  patologiyanın  müalicəsində  100-dən  artıq  cərrahi 
əməliyyat  üsullarının  istifadəsinə  baxmayaraq  cərrahi  müalicənin  nəticələri  qənaətbəxş  deyildir. 
Belə  ki,  cərrahi  əməliyyatlardan  sonra  yaranın  irinləməsi  -10-13%,  residiv  -15-30%,  anal 
inkontinensiya – 4,5-33% hallarda rast gəlir [1,2].  
İşin  məqsədi:  Pararektal  fistulların  azinvaziv  cərrahi  müalicə  üsullarının  tətbiqi  hesabına 
cərrahi  müalicənin  nəticələrinin  yaxşılaşdırılması  və  xəstələrin  tibbi  reabilitasiya  müddətlərinin 
qısaldılması. 
Material  və  metodlar:  Tədqiqat  işi  2011-2015-cü  illər  ərzində    Azərbaycan  Respublikası 
Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin I-cərrahi xəstəliklər kafedrasının bazasında - BSİ-
nin    Kliniki  Tibbi  Mərkəzində  və  Tədris  Cərrahiyyə    Klinikasında  kriptoqlandulyar  mənşəlli  
pararektal  fistullar  və  onların  residivləri  ilə  154  xəstənin  müalicəsinin  nəticələrinin    öyrənilməsi 
əsasında  aparılmışdır.  Bu  xəstələrdən  117-i  birincili  (76%),  37-də  isə  (24%)  residiv  fistul  olmuşdur. 
Crohn,  vərəm  xəstəliyinə  bağlı  fistullar,  daxili  dəliyi  tapılmayan  və  izlənmə  müddətində  hər  hansı 
əlaqə  yaradılması  mümkün  olmayan  xəstələr  tədqiqata  daxil  edilməmişdir.  Xəstələrin    101-i  kişi 
(65,6%),  53-i  qadın  (34,4%)  olmaqla,  yaş  hədləri  16-78  (40,9±1,6)  arasında  dəyişmişdir.  Pararektal 
fistulların  diaqnostikası  ümumi  qəbul  edilmiş  müayinələrlə  yanaşı  xüsusi  müayinələr  ilə  ( 
rektomonoskopiya,  fibrokolonoskopiya,  kontrastlı  fistuloqrafiya,    və  residiv  fistullarda  istisnasız 
olaraq,  icmal  və  kontrastlı  endorektal  ultrasəs  müayinəsi  və  pelvik  MRT)  təmin  edilmişdir. 
Xəstəliyin  diaqnostikasında    əsas  nüanslardan  biri  daxili  dəliyin  yerinin  yerinin  aşkar  edilməsidir. 
Daxili  dəliyin arxa lokalizasiyası daha çox  –  79 (51,3%), ön – 35 (22,6%), yan isə 59 xəstədə (25,1%) 
müəyyən  olunmuşdur.  Müayinələrin  nəticələrinə  əsasən  fistulətrafı  toxumaların,  pararektal 
lokalizasiyalı  irinli  (əlavə)  boşluqların  anatomik  xüsusiyyətləri,  sonuncuların  fistul  yolu  ilə  əlaqəsi 
öyrənilmiş  və  həmin  nəticələrə  əsaslanaraq  cərrahi  müalicənin  həcmi  və  üsulunun  seçilməsində 
differensial  yanaşma  imkanları  əldə  edilmişdir.  I  qrupa  –  nəzarət  qrupuna    72  xəstə  (57  kişi,  15 
qadın)  daxil  edilmişdir.  Həmin  xəstələr  ənənəvi  üsullarla  müayinə  və  cərrahi  müalicə  olunmuş, 
müalicənin nəticələri retrospektiv  qiymətləndirilmişdir. II

 - hissəvi fistulotomiya  + fistul yolunun 
sanasiyası    +  kövşək  seton  (n=20)  [əlavə  fistul  yol(ları)u,  boşluq(lar)  olması];  Kövşək  setonun 
saxlanma  müddəti  3-5  ay  olmuşdur.  İfrazatın  gəlməsi  nəzərə  çarpan  dərəcədə  azaldıqdan  sonra  o, 
kəsici  setonla  əvəz  edilmişdir.  Kəsici  seton  isə  3-8  həftə  saxlanılmışdır.  Bu  müddətlərdə  o,  distal 
tərəfə dogru yerini dəyişmiş, uyğun olaraq daxili dəliyin distala doğru enməsi ilə tamamlanmışdır. 
Proses tədricən getdiyindən kəsici setondan kranial hissə və sfinkter əzələlərinin kəsilmiş ucları bir-
birindən uzaqlaşmamışdır. Nəticədə seton toxumaları tam kəsdikdən sonra defekt birləşdirici toxu-
ma ilə dolmuş və fistul yolu ləgv olunmuşdur. Lakin tərəfimizdən təklif olunmuş metodika - kəsici 
və  kövşək    setonların  birmomentli  qoyulması  müalicə  müddətlərinin  qısalmasına  səbəb  olmuşdur. 
II
c
 – Fistul yolunun sanasiyası + kəsici  və kövşək setonların birmomentli tətbiqi (tərəfimizdən təklif 
olunan təkmilləşdirilmiş cərrahi müalicə üsulu)- 31 xəstə;. 
Nəticələr:  
1.
 
Pararektal fistulların ənənvi üsullarla cərrahi müalicəsindən sonra residiv 25% ( 18 xəstə ), 
anal inkoninensiya 20,8% (15 xəstə ) qeyd olunmuşdur. 
2.
 
Təkmilləşdirilmiş  seton  müalicəsinin  yuxarı  trans-,  ekstrasfinkter  və  supralevator 
pararektal  fistulların  ləğvi  zamanı  93,1  %  xəstələrin  sağalmasına  səbəb  olmuş,  yoxlama  qrupu  ilə 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə